Downloaded from KitabYurdu org SƏhra çİÇƏYİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə48/69
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#42784
1   ...   44   45   46   47   48   49   50   51   ...   69

deportasiya  olunmaq  istəmirəm.  Sən  bu  pasportu  haradan 
alacaqsan? 
- Yox, yox, mənbələrim haqda heç nə deyə bilmərəm. Belə 
şeyləri  məndən  soruşma.  Sənə  pasport  lazım  deyil?  Əzizim, 
mən də sənə pasportunu verəcəyəm. Və söz verirəm ki, hər şey 
qanuni  olacaq.  Prosesə  başladıqdan  iki  həftə  sonra  pasportun 
hazır olacaq. 
“Əla!  Bu  o  deməkdir  ki, iki  həftədən  sonra istədiyim yerə 
gedə bilərəm...” 

Yaxşı, olsun, pis səslənmir. İndi nə etməliyik? 
Viler dedi ki, mən bir irlandla evlənəcəyəm və guya ki
təsadüfən onun ağlına kimsə gəldi. Verəcəyim iki min funt da 
bunun müqabilində o irlanda çatacaq. Vilerə isə çox kiçik bir 
məbləğ qalır. O, növbəti görüş vaxtını təyin etdi. Yeni ərimlə 
nikah şöbəsində görüşəcəkdim. Və bundan başqa, əlavə xərclər 
üçün özümlə yüz əlli funt da gətirməli idim. 
-  Cənab  O’Sullivanla  orada  tanış  olacaqsınız,  -  Viler  səlis 
ingilis aksenti ilə izah etdi. O yazdıqca sözünə davam edirdi. - 
O,  sənin  kağız  üzərində  ərə  gedəcəyin  adamdır.  Yeri 
gəlmişkən, təbriklər! - Üzümə baxaraq gülümsədi. 
Merlindən  bu  adama  etibar  etməyinə  dəyib-dəymədiyini 
soruşdum. O dedi: “Deməli, belə, şəhərin yaxşı yerində gözəl 
binada  səliqəli  bir  ofisi  var,  qapının  üzərində  adı  yazılıb, 
peşəkar  katibəsi  də  var.  Onun  işi  mənə  kifayət  qədər  qanuni 
təsir bağışlayır”. 
Sadiq dostum Merlin də toy günü şahid olmaq üçün mənimlə 
gəldi.  Nikah  şöbəsinin  həyətində  gözləyəndə  üzü  qırışmış, 
qırmızısifət,  saçları  ağarmış,  əynində  cındır  paltar  olan  bir 
kişinin səkidə səndələyə-səndələyə gəldiyini gördük. Əvvəlcə 
downloaded from KitabYurdu.org


183 
 
Merlinlə  öz  aramızda  bu  kişinin  gələcək  ərim  ola  biləcəyini 
deyib zarafatlaşdıq. Lakin o, nikah şöbəsinin 
pillələrini  qalxanda  Merlinlə  mən  heyrət  içində  bir-birimizə 
baxdıq. O yaxınlaşanda soruşdum: 

Siz cənab O’Sullivansımz? 
- Özüdür ki var. Bu, mənim adımdır. - Sonra astaca soruşdu: 
- Sən də həmin qızsan? 
Mən başımla təsdiqlədim. 

Pulu gətirmisən də, elədirmi? 

Bəli. 

Yüz əlli funt? 

Bəli. 

Ağıllı qız. Yaxşı, onda tələsək. Gedək. Vaxt qızıldır! 
Gələcək “ərim” viski iyi verirdi, elə bil viski çəlləyinə girib- 
çıxmışdı.  Onun  arxasınca  içəri  keçəndə  dodaqaltı  Merlinə 
dedim: “Səncə, bu axmaq pasportumu alanacan ölməz ki?” 
Nikah  məmuru  mərasimə  başladı,  mən  isə  fikrimi 
toplamaqda  çətinlik  çəkirdim.  Cənab  O’Sullivanm  ayaq  üstə 
dura  bilməməsi  tez-tez  fikrimi  dağıdırdı.  Bu  vaxt  nikah 
məmuru  soruşdu:  “Varis,  siz  bu  adamı...”  Cənab  O’Sullivan 
tappıltı ilə döşəməyə sərildi. Onun yarıaçıq qalmış ağzından 
çətinliklə  nəfəs  aldığını  görənə  qədər  öldüyünü  sanmışdım. 
Yanında  dizi  üstə  oturub  onu  silkələyərək  qışqırmağa 
başladım:  “Cənab  O’Sullivan,  özünə  gəl!”  Lakin  o  cavab 
vermirdi. 
Qanım qaralmışdı. Merlinə baxıb ağlamağa başladım: “Oy, 
toy  günümdə  başıma  gələnə  bax!”  O  isə  üzü  divara  qarnını 
tutub  gülməkdən  ölürdü.  “Bəxtimə  bax!  Gələcək  ərim  nikah 
masasında özündən gedir...” - dedim. Gülünc vəziyyətə düşsəm 
downloaded from KitabYurdu.org


də,  fikirləşdim  ki,  hadisələrin  gedişatmı  bir  az  dəyişsəm, 
yaxşıca əylənə də bilərik. 
Nikah  məmuru  əllərini  dizlərinin  üstünə  qoyub  əyildi  və 
eynəyinin üstündən diqqətlə baxaraq nişanlımı gözdən keçirib 
dedi: “Sizcə, o düzələcək?” 
Az  qala onun üstünə  qışqırmaq istəyirdim ki, mən haradan 
bilim?!  Lakin  oyunu  yarımçıq  qoya  bilməzdim.  “Özünə  gəl! 
Yaxşı da, oyan görüm!” - deyə qışqırdım. Bu dəfə üzünü daha 
bərk şillələyirdim. “Lütfən, biriniz mənə su gətirin. Kimsə nəsə 
etsin!”  -  içimdə gizli  bir  gülüşlə yalvarırdım.  Nikah  məmuru 
bir fincan su gətirdi və suyu qocanın üzünə çırpdım. 
“Uf...” deyə o donquldanmağa və xoruldamağa başladı. Bir 
xeyli  silkələdikdən,  dartışdırdıqdan  sonra,  nəhayət  ki,  onu 
ayağa qaldıra bildik. 
“Ay  Allah,  gəl  bu  işi  bitirək”,  -  onun  yenə  yıxılacağından 
narahat  olub  dodaqaltı  mızıldandım.  Mərasim  bitənəcən 
“sevgilim”in qolundan bərk-bərk yapışdım. Nikah şöbəsindən 
ayrılan kimi səkidəcə O’Sullivan ona verəcəyim yüz əlli funtu 
istədi. Mən isə, hər ehtimala qarşı, onun ünvanını götürdüm. O, 
məndən aldığı axırıncı pullarımı cibinə qoyub özü üçün mahnı 
oxuya-oxuya küçə ilə aşağı endi. 
Bir  həftə  sonra  Harold  Viler  özü  zəng  vurub  pasportumun 
hazır  olduğunu  dedi,  mənsə  çoxdan  gözlədiyim  sənədi 
götürmək  üçün sevincək  onun  ofisinə  getdim.  Pasportu  mənə 
verdi. Bu, üzərində qara sifətimin şəkli olan Varis O’Sullivanm 
adma irland pasportu idi. Pasportlar üzrə mütəxəssis olmasam 
da, bu pasport gözümə bir az qəribə göründü. Yox, o, həqiqətən 
də,  qəribə  idi!  Çox  keyfiyyətsiz  idi,  sanki  hansısa  zirzəmidə 
hazırlanmışdı. 
downloaded from KitabYurdu.org


185 
 
- Budur?  Demək  istəyirəm  ki,  bu,  həqiqətənmi,  qanuni 
pasportdur? Bununla səyahət edə bilərəm? 
- Bəli,  əlbəttə!  -  Viler  başını  qətiyyətlə  yellədi.  -  Görürsən 
də, irland pasportudur. 
- Ummm. 
Pasportu çevirib arxasını, sonra səhifələyərək iç vərəqlərini 
nəzərdən  keçirdim.  “Yaxşı,  əgər  bu  lazım  olan  işi  görürsə, 
onun görünüşü nəyimə lazımdır?!” 
Yeni  pasportumu  sınaqdan  keçirmək  üçün  çox  gözləməli 
olmadım.  Agentliyim  mənim  üçün  Milana  və  Parisə  səfərlər 
təşkil etdi və mən viza üçün müraciət etdim, lakin bir neçə gün 
sonra  bir  məktub  aldım.  Məktubun  haradan  göndərildiyini 
biləndə  dəhşətə  gəldim!  İmmiqrasiya  xidmətindən  idi, 
mənimlə  təcili  görüşmək  istədiklərini  bildirirdilər.  Bütün 
mümkün  ehtimalları  götür-qoy  etdim,  lakin  ağlıma  heç  nə 
gəlmədi  və  sonda  onlan  gedib  görməkdən  başqa  əlacımın 
olmadığını  anladım.  Bilirdim  ki,  məni  dərhal  deportasiya, 
yaxud  həbs  etməyə  ixtiyarları  var.  Əlvida,  London.  Əlvida, 
Paris. Əlvida, Milan. Əlvida, modellik. Salam, dəvələr! 
Məktubu  aldıqdan  bir  gün  sonra  Frankinin  evindən 
immiqrasiya  xidmətinə  gedən  qatara  mindim  və  oradakı 
nəhəng hökumət binalarının arasında immiqrasiya  xidmətinin 
binasını  axtardım.  Özümü  sanki  qəbrə  gedirmiş  kimi  hiss 
edirdim. Lazım olan binanı tapanda bu vaxta kimi gördüyüm 
ən  sərt  sifətli  adamlar  tərəfindən  qarşılandım.  Daş  sifətli  bir 
kişi  əmr  etdi:  “Otur  burada!”  Onlar  məni  tamamilə  təcrid 
edilmiş  bir  otağa  salmışdılar  və  sorğu-sual  edirdilər:  “Adm 
nədir? Evlənməzdən əvvəl necə idi? Haradansan? Bu pasportu 
necə əldə etmisən? Onun adı nə idi? Nə qədər pul vermisən?” 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə