Downloaded from KitabYurdu org SƏhra çİÇƏYİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə49/69
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#42784
1   ...   45   46   47   48   49   50   51   52   ...   69

Bilirdim ki, ən kiçik bir səhv cavaba görə onlar “müdrik” 
Varisin  qollarını  qandallayacaqlar!  İmmiqrasiya  rəsmiləri 
ağzımdan  çıxan  hər  kəlməni  qeyd  edirdilər.  Hisslərimə 
güvənərək onlara çox şey demədim. Lazımi cavabı fikirləşmək 
üçün  vaxta  ehtiyacım  olanda  tamamilə  təbii  istedadıma 
güvənərək,  özümü  dili  bilmədiyim  üçün  çox  şeyi  başa 
düşmürmüş kimi göstərirdim. 
İmmiqrasiya xidməti pasportumu saxladı və onu geri almaq 
üçün ərimi söhbətə gətirməli olduğumu bildirdi. Bu şərti 
isə  heç  eşitmək  istəmirdim.  Nəhayət,  onlara  Harold  Viler 
haqda  heç  nə  demədən  binadan  çıxmağı  bacardım.  Polis  onu 
həbs  etməzdən  əvvəl  bu  oğrudan  pulumu  geri  almağı 
fikirləşirdim,  əks  halda,  min  minnətlə  ondan-bundan  borc 
aldığım iki min funtu görə bilməyəcəkdim. 
İmmiqrasiya  xidmətindən  çıxıb  birbaş  onun  dəbdəbəli 
ofisinə  getdim  və  qapının  zəngini  çaldım.  Katibəsi  cavab 
verəndə özümü təqdim etdim və cənab Vilerlə təcili görüşməli 
olduğumu bildirdim. Lakin nə qədər təəccüblü olsa da, cənab 
Viler  ofisdə  deyildi  və  katibə  qapını  açmağa  etiraz  etdi.  Hər 
gün bu ofisə gələrək zəngi çaldım, lakin onun sadiq katibəsi o 
fırıldaqçını məharətlə qoruyurdu. Gizli xəfiyyəlik edərək bütün 
günü  ofisin  həyətində  gizlənib  oradan  keçərkən  onu 
yaxalamağı gözlədim. Lakin o yoxa çıxmışdı. 
Eyni  vaxtda  cənab  O’Sullivanı  immiqrasiya  xidmətinə 
getmək  üçün  razı  salmalı  idim.  O,  Londonun  cənubunda, 
Kroydonda,  somalililərin  sıx  yaşadığı  ərazidə  yaşayırdı. 
Mümkün  qədər  qatarla  getdim,  amma  qatarlar  onun  yaşadığı 
yerədək getmədiyindən yolun qalan hissəsini taksiyə minməli 
oldum. Oralarda birinci dəfə olduğumdan küçə boyu getdikcə 
downloaded from KitabYurdu.org


187 
 
çiynimin  üstündən  arxaya  baxa-baxa  qalmışdım.  Ünvanı 
tapdım.  Köhnə  bir  bina  idi,  qapını  döydüm.  Cavab  gəlmədi. 
Evin ətrafına dolanaraq pəncərədən içəri baxmağa cəhd etdim, 
lakin heç bir şey görə bilmədim. O, harada ola bilərdi? Bu vaxt 
hara gedə bilərdi? Əlbəttə ki, bara. Yaxınlıqdakı bara girdim. 
0‘Sullivan  oturmuşdu,  yaxınlaşıb  soruşdum:  “Xatırladın 
məni?” O, çiyninin üstündən baxaraq məni görən kimi üzünü 
çevirib yuxarıda düzülmüş içki şüşələrinə baxdı. Ağlını işə sal, 
bir  şey  fikirləş,  Varis.  Ona  bu  bəd  xəbəri  deyib  immiqrasiya 
xidmətinə mənimlə getməsi üçün yalvarsam da, bilirdim ki,  - 
getməyəcək. 
-  Cənab  O’Sullivan,  immiqrasiya  xidməti  pasportumu 
götürüb,  onu  qaytarmazdan  əvvəl  səndən evliliyimizin  həqiqi 
olub-olmadığını  soruşmaq  istəyirlər.  O  lənətə  gəlmiş  vəkili 
tapa bilmirəm, yoxa çıxıb, ona görə mənə kömək edə biləcək 
başqa heç kim yoxdur. 
Gözünü içki şüşələrinə zilləyib dayanan bu kişi bir qurtum 
da viski içib başını yellədi. 
- Bura bax, pasport almaqda mənə kömək etməyinçün sənə 
iki min funt vermişəm! 
Bu  sözüm  onun  diqqətini  çəkdi.  O,  təəccübdən  ağzı  açıq 
qalaraq çevrilib mənə baxdı. 
- Mənə cəmi yüz əlli funt vermisən, əzizim. Mənim ömrüm 
boyu heç vaxt iki min funtum olmayıb, yoxsa Kroydon kimi bir 
yerdə yaşamazdım. 
- Harold  Vilerə  mənimlə  evlənməyin  müqabilində  iki  min 
funt vermişəm! 
- Başa  düşdüm, amma  o,  mənə  heç  nə  verməyib.  Əgər  sən 
tanımadığın adama iki min funt verəcək qədər axmaqsansa, bu, 
downloaded from KitabYurdu.org


sənin problemindir, mənim yox. 
Ona  kömək  üçün  yalvarmağa  başladım,  lakin  vecinə  də 
deyildi.  Ona  qatara  minməyə  ehtiyac  olmadan,  immiqrasiya 
xidmətinə  taksi  ilə  aparacağıma  söz  verdim,  lakin  yenə  də 
oturduğu stuldan tərpənmədi. 
Onu həvəsləndirmək üçün bir üsul axtararaq təklif etdim: 
- Bax,  sənə  yenə  pul  verəcəyəm,  lap  çox  pul.  İmmiqrasiya 
xidmətindən çıxandan sonra səninlə bara gedərik, istədiyin 
içkidən istədiyin qədər içərsən. - Bu təklifimə laqeyd qalmadı, 
əmin  olmaq  üçün  mənə  baxıb  qaşlarını  qaldırdı.  Davam  elə, 
Varis.  -  Viskilər,  istədiyin  qədər,  içə  bildiyin  qədər  viski! 
Razısan?  Sabah  evinə  gələcəyəm,  taksi  ilə  Londonun 
mərkəzinə gedərik. Sual-cavab bir neçə dəqiqə çəkəcək, iki-üç 
dənə sual verəcəklər, sonra birbaşa bara gedərik, oldu? 
O  razılaşdı  və  yenə  gözlərini  piştaxtaya  düzülmüş  içki 
şüşələrinə zillədi. 
Ertəsi gün səhər yenə Kroydona getdim və qocanın qapısını 
döydüm.  Cavab  gəlmədi.  Küçə  ilə  aşağı  düşüb  dünənki  bara 
girdim, lakin orada təkcə qəhvə içə-içə qəzet oxuyan barmeni 
gördüm. 

Bu gün cənab O’Sullivanı görməmisiniz? 
O, başını yellədərək: 

Onun gəlməsi üçün hələ çox tezdir, - dedi. 
Oradan  çıxıb  cəld  o  yalançı  səfilin  evinə  qayıdaraq  qapını 
döyməyə  başladım.  Yenə  də  cavab  yox  idi.  Burnumu  tutub 
qapının ağzındakı sidik qoxuyan pilləkəndə oturdum. Bundan 
sonra nə etməli olduğum barədə fikirləşərkən təxminən iyirmi 
yaşlarında, xuliqana oxşayan iki oğlan yaxınlaşıb düz qarşımda 
dayandı. 
downloaded from KitabYurdu.org


189 
 
Oğlanlardan biri üstümə çəmkirdi: 
- Sən  kimsən?  Və  mənim  qocamın  qapısının  ağzında  niyə 
oturmusan? 
- Salam, bilmirəm siz bilirsiniz, yoxsa yox, mən sizin atanıza 
ərə getmişəm. 
Hər ikisi üzümə qəzəblə baxdı. Böyüyü qışqırdı: 

Nə?! Nə gic-gic danışırsan? 
- Baxın,  mən  çıxılmaz  bir  işə  düşmüşəm  və  atanızın 
köməyinə  ehtiyacım  var.  Ondan  tək  istədiyim  şey  mənimlə 
şəhərdəki  ofisə  gedib  iki-üç  suala  cavab  verməsidir.  Onlar 
pasportumu əlimdən alıblar, onu geri qaytarmalıyam, lütfən... 

Rədd ol buradan, qancıq! 
Barmağımla qapını göstərib dedim: 
- Ey,  bura  bax!  Mən  o  səfeh  qocaya  bütün  pullarımı 
vermişəm, onsuz heç yana gedən deyiləm! 
Amma oğlanın fikri başqa idi. O, gödəkcəsinin altından bir 
ağac çıxartdı, sanki kəlləmi dağıdacaqmış kimi hirslə başının 
üstünə qaldırdı. 
-  Hə?  Səni  bu  dəqiqə  altımıza  salıb  işini  həll  edərik,  onda 
görərsən ki, bura gəlib yalan danışmaq nədir! 
Qardaşı  isə  bundan  xoşhallanıbmış  kimi  irişməyə  başladı. 
Bu  vaxt  onun  qabaq  dişlərinin  bir  neçəsini  sınıq  görüb  işimi 
bildim.  Onların  itiriləsi  heç  nələri  yox  idi  və  məni  burada, 
qapının ağzmdaca ölənəcən döyə bilərdilər. Heç kimin bundan 
xəbəri  olmaz,  kimsə  görsə  belə,  vecinə  almazdı.  Yerimdən 
götürülüb iki-üç tin qaçdım, onlar bir az arxamca qaçsalar da, 
məni qorxutduqlarına əmin olub geri qayıtdılar. 
Həmin  gün  evə  qayıdanda  qocanı  tapana  qədər  Kroydona 
gedəcəyimə söz verdim. Başqa yolum da yox idi. O vaxt artıq 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə