Downloaded from KitabYurdu org SƏhra çİÇƏYİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə51/69
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#42784
1   ...   47   48   49   50   51   52   53   54   ...   69

qabığında şəklim olan “The Sunday Times” qəzetini gətirdi. 

Onu niyə gətirdin? 
- Bunu  o  vaxtdan  saxlamışam,  bilirdim  ki,  gün  gələcək, 
səninlə qarşılaşacağam. - O, şəkildə gözümü göstərərək davam 
etdi: - Bu şəkli ilk dəfə görəndə gözlərində yanaqlarına süzülən 
yaş  gördüm.  Üzünə  baxanda  ürəyində  ağladığını  və  köməyə 
ehtiyacın olduğunu hiss etdim. Sonra Allah mənə dedi ki, səni 
qorumaq mənim borcumdur. 
Bu nə idi?! Gözlərimi onun üzünə zilləyib fikrə getdim: “Bu 
başdanxarab  əclaf  kimdir?  Köməyə  ehtiyacı  olan  elə  bu 
özüdür”.  Lakin  onlarda  qaldığım  günlər  ərzində  həm  Culiya, 
həm də Nigel təklif edilən bu “köməyi” ağlıma salmaqda israrlı 
idilər.  Somalidə  gələcəyim  necə  olacaqdı?  Məni  orada  nə 
gözləyirdi?  Keçilərimmi,  yoxsa  dəvələrimmi?  Nigeldən 
beynimdə ilişib qalan bir sualı soruşdum: 
- Bunun sənə nə xeyri olacaq? Axı niyə mənimlə evlənmək 
istəyirsən? Bütün bunlar sənin nəyinə lazımdır? 

Sənə demişdim - səndən heç bir təmənnam yoxdur. 
Məni sənə Allah göndərib. 
Ona  izah  etdim  ki,  mənimlə  evlənmək,  sadəcə,  nikah 
şöbəsinə  getməklə  bitməyəcək.  Çünki  hələ  də  rəsmən  ərdə 
idim. 
- Narahat olma, ondan boşanarsan və biz də lazımi dairələrə 
evlənməyə hazırlaşdığımızı deyərik. Beləcə, onlar səni 
deportasiya  etməzlər.  Səninlə  gedəcəyəm.  Bilirsən,  mən 
Britaniya vətəndaşıyam, onlar “yox” deyə bilməzlər. Bax sənə 
görə özümü çox pis vəziyyətə qoyuram. Niyyətim, sadəcə, sənə 
kömək etməkdir. Əlimdən gələni eləməyə hazıram. 

Yaxşı, çox sağ ol, təşəkkür edirəm... 
downloaded from KitabYurdu.org


195 
 
Culiya əlavə etdi: 
- Bax, Varis, əgər o, sənə kömək edə bilərsə, qoy etsin. Sən 
də onun köməyindən istifadə elə, çünki başqa seçimin yoxdur. 
Bu sözlərə günlərlə qulaq asdıqdan sonra fikirləşdim ki, ona 
güvənə bilərəm, ən azı, harada yaşadıqlarını bilirəm, Nigel isə 
rəfiqəmin  qardaşıdır.  Culiya  haqlıdır,  Nigelin  köməyindən 
istifadə etməyim məsləhətdir. 
O’Sullivanla  boşanma  haqqında  danışmaq  üçün  plan 
qurduq, Nigel də mənimlə gələcəkdi, çünki onun oğlanları ilə 
bir  də  təkbaşına  qarşılaşmaq  istəmirdim.  Fikirləşdim  ki,  bu 
qoca  kişini  razı  salmaq  üçün  yenə  də,  adəti  üzrə,  pul  lazım 
olacaq.  O  kişi  ilə  yenə  üzləşməyi  heç  istəmirdim.  Rəfiqəmlə 
qardaşı əminliklə məni planın uğurla başa çatacağına 
inandırırdılar.  Nigel  dedi:  “Gəl  elə  sabah  gedək.  Kroydona 
maşınla gedərik”. 
Ertəsi  gün  Nigel  maşını  düz  qocanın  yaşadığı  yerə  sürdü. 
Mənzilə gedən yolu ona göstərdim. 
- Ehtiyatlı ol! Onun oğlanları dəlisovdurlar. Təsəvvür elə ki, 
mən hətta maşından düşməyə belə qorxuram. - Nigel güldü. - 
Ciddi  deyirəm.  Keçən  dəfə  onlar  arxamca  qaçdılar,  məni 
döymək istədilər. Bax deyirəm, onlar dəlidirlər. Həqiqətən, çox 
ehtiyatlı olmalıyıq. 
- Yaxşı görək, Varis. Biz, sadəcə, o kişiyə deyəcəyik ki, sən 
boşanmaq istəyirsən, vəssalam. Burada həyəcan keçirməli heç 
nə yoxdur. 
O’Sullivanm  evinə  çatanda  artıq  gönortadan  keçmişdi. 
Maşını  üzbəüz  küçədə  saxladıq.  Nigel  qapını  döydükcə 
çiynimin üstündən baxaraq küçəni yoxlayırdım. Heç kim cavab 
vermədi.  Mən  buna  qətiyyən  təəccüblənmədim.  Bildim  ki, 
downloaded from KitabYurdu.org


yaxınlıqdakı bara getməliyik. 
Nigel dedi: 

Gəl pəncərələrdən içəri baxaq, bəlkə nəsə görə bildik. 
Pəncərələrdən  bir-bir  içəri  baxmağa  çalışdıq  və  Nigel 
çaşqınlıqla mənə san döndü: 

Məncə, nəsə qaydasında deyil. 
Görürsən,  indi  məni  başa  düşürsən!  Mən  də  hər  dəfə  bura 
gələndə eyni hissləri yaşayıram... 

“Qaydasında deyil” deyəndə nəyi nəzərdə tutursan? 
- Bilmirəm...  mənə  elə  gəlir...  pəncərədən  içəri  keçə 
bilsəm... - Sözünü yarımçıq qoyub pəncərəni açmaq üçün əli ilə 
döyəcləməyə başladı. 
Üzbəüz qonşu çölə çıxıb dedi: 
- Əgər  O’Sullivanı  axtanrsımzsa,  neçə  həftədir  onu 
görməmişik.  -  Sonra qollarını önlüyünün üstündə çarpazlayıb 
bizə baxmağa başladı. 
Nigel  pəncərəni  bir  az  aralaya  bildi.  Bu  zaman  dəhşətli 
üfunət  iyi  ətrafa  yayıldı.  Əllərimlə  ağız-burnumu  tutub 
uzaqlaşdım. Nigel pəncərənin arasından baxıb dedi: 

O, döşəmədəcə ölüb qalıb. 
Biz qonşu qadından təcili yardım çağırmasını xahiş etdik və 
maşına oturub cəld oradan uzaqlaşdıq. Belə dediyimə görə 
özümə nifrət edirəm, amma sanki xeyli rahatlaşdım! 
O’Sullivanm  cəsədini  mətbəxin  döşəməsində  çürümüş 
tapdıqdan az sonra Nigellə mən evləndik. Britaniya hökuməti 
məni  deportasiya  etmək  prosesini  dayandırdı.  Lakin  bu 
evliliyimin  də  saxta  olduğunu  düşündüklərini  gizlətmirdilər. 
Əlbəttə  ki,  saxta  idi!  Ona  görə  də  razılaşdıq  ki,  pasport 
alanadək Uelsdə onun evində qalım. 
downloaded from KitabYurdu.org


197 
 
Son  yeddi  ili  əvvəlcə  Moqadişuda,  sonra  isə  Londonda 
yaşadığımdan  təbiətdən  zövq  aldığım  vaxtları  unutmuşdum. 
Yamyaşıl çəmənləri, arabir kəsib keçən çayları və fermaları ilə 
buradakı  mənzərə  Somalinin  səhra  mənzərəsindən  tamamilə 
fərqli olsa da, pəncərəsiz studiya və hündür mərtəbəli binalarda 
yaşayandan  sonra  açıq  havada  vaxt  keçirməkdən  xüsusi  bir 
zövq alırdım. Uelsdə köçəri həyatının dadını da çıxara bilirdim: 
qaçır, doyunca yeriyir, yabanı çiçəklər dərir, açıqlıqda işəyə də 
bilirdim.  Bəzən  hətta  kolluqda  dalımı  açıb  oturanda  ətrafdan 
keçən kimsə məni “iş başında” görürdü də... 
Nigel və mənim otaqlanmız ayrı-ayrı idi və biz ər-arvad kimi 
deyil, bir evdə qalan iki otaq yoldaşı kimi yaşayırdıq. Biz 
pasport  almaq  naminə  evlənməyə  razılaşmışdıq.  Hərçənd  pul 
qazanmağa  başlayanda  ona  maliyyə  yardımı  edəcəyimi 
demişdim.  O  israr  edirdi  ki,  əvəzində  heç  nə  istəmir.  Nigel, 
sadəcə, Allahın rizası ilə kiməsə kömək etdiyinə görə sevinirdi. 
Bir  gün  Londona  çəkilişlərə  gedəcəyim  üçün  həmişəkindən 
fərqli olaraq, səhər saat altıda oyanmışdım. Aşağı enib qəhvə 
hazırladım, Nigel hələ də öz otağında yatırdı, sonra sarı rezin 
əlcəkləri taxıb qabları yumağa başladım. Bu vaxt qapının zəngi 
çalındı. 
Əlimdəki  əlcəklərdən  köpük  axa-axa  qapını  açdım.  Boz 
kostyumlu,  boz  sifətli,  əllərində  qara  portfel  olan,  ciddi 
görkəmli iki kişi qapıda dayanmışdı. 

Xanım Riçards? 

Bəli. 

Əriniz evdədir? 

Bəli, yuxarıdadır. 
- Zəhmət  olmasa,  kənara  çəkilin.  Bizi  bura  rəsmi  iş  üçün 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə