Downloaded from KitabYurdu org SƏhra çİÇƏYİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə47/69
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#42784
1   ...   43   44   45   46   47   48   49   50   ...   69

gedənədək Merlin əlimdən tutmuşdu. 
Ayılanda məni iki çarpayılı başqa bir otağa, yenicə ana olan 
bir qadının yanma köçürmüşdülər. Bu qadın da yeməkxanada 
rastlaşdığım  qadınlar  kimi  xəstəxanaya  düşməyimin  səbəbini 
soruşa-soruşa dururdu: “Bəs sən niyə buradasan?” 
Necə  deyə  bilərdim?  Etiraf  edəydim?!  “Oh,  vaginamı 
əməliyyat  etdirmək  üçün  gəlmişdim.  Vaginam  çox  dar  idi!” 
Həqiqəti  heç  kimə  demədim,  sadəcə,  mədə  mikrobundan 
əziyyət çəkdiyimi dedim. Əməliyyatdan çox keçməmiş özümü 
yaxşı  hiss  etsəm  də,  sünnətdən  sonrakı  ağrılarım  təkrarlandı. 
Hər  dəfə  işəyəndə  duzlu  və  yandırıcı  sidik  o  dözülməz 
ağrılarımı  yadıma  salırdı.  Amma  tibb  bacılan  hər  dəfə  məni 
vanna  qəbul  etməyə  aparırdılar,  ağnkəsicilər  verirdilər.  Buna 
görə də bu dəfə o qorxduğum prosesi daha rahat keçirdim. 
Nə  yaxşı  ki,  həkim  Makre  məni  əməliyyat  etdi,  buna  görə 
ona  ömrüm  boyu  minnətdar  olacağam.  O,  mənə  təskinlik 
verərək dedi: “Bilirsən, qızım, sən tək deyilsən. Yanıma eyni 
problemlə  həmişə  neçə  qadın  gəlir.  Sudandan,  Misirdən, 
Somalidən...  Bəziləri  hamilə  qalır  və  tikilmiş  vəziyyətdə 
doğuma 
getməkdən  çox  qorxurlar,  çünki  bu,  olduqca  təhlükəlidir. 
Əməliyyat  olunmasalar,  doğuş  onlarçün  çox  pis  fəsadlarla 
nəticələnə bilər: uşaq dar çıxışdan çıxa bilmədiyi üçün boğula 
bilər,  yaxud  ana  qanaxmadan  ölər.  Ona  görə  də  çoxları 
ailələrinin, yaxud da ərlərinin icazəsi olmadan yanıma gəlirlər. 
Mənsə hər kəsin daha sağlam bir həyat yaşaması üçün əlimdən 
gələni əsirgəmirəm”. 
İki-üç  həftə  içində,  demək  olar  ki,  sağalmışdım.  Özümü 
normal qadın kimi olmasa da, sünnət olunmuş qadın kimi də 
downloaded from KitabYurdu.org


179 
 
hiss  etmirdim.  Varis  artıq  yeni  qadın  olmuşdu.  İndi  tualetdə 
özümü  izaholunmaz  dərəcədə  rahat  hiss  edirdim.  Yeni 
həyatımın  əvvəlkindən  nə  qədər  fərqli  olduğunu  izah  etmək 
üçün, sadəcə, söz tapa bilmirəm. 
13. 
PASPORT DİLEMMASI 
“Bond qızı” kimi debüt etdiyim filmin çəkilişindən qayıdanda 
sürücüdən  Merlin  Monronun  evinə  sürməsini  xahiş  etdim. 
Qorxumdan Mərakeşə gedəndən sonra ona zəng vurmamışdım, 
əslində,  həm  də  mən  qayıdana  kimi  hirsinin  soyumasını 
gözləyirdim.  Hədiyyələrlə  dolu  torbalarla  onun  qapısında 
dayanıb  gərgin  halda  zəngi  basdım.  O,  qapını  açdı  və  məni 
gülərüzlə qarşıladı, hətta qucaqladı da. “Axır ki, dediyini etdin! 
Ay  səni,  qancıq,  axır  ki,  dediyini  elədin!”  Merlin  saxta 
pasportu  oğurladığıma  görə  məni  bağışladı.  O,  səbrimi  basıb 
bütün kitabları bircə-bircə, vərəq-vərəq axtardığımı bildikdən 
sonra  məni  bağışlayıbmış.  Mənsə  xüsusilə  də  Heathrowda 
keçirdiyim  gərginlikdən  sonra  onun  pasportundan  istifadə 
edərək  bir  də  heç  vaxt  heç  birimizi  təhlükəyə  atmayacağıma 
söz verdim. 
Merlinin  məni  bağışladığına  çox  sevindim.  Çünki  o,  dar 
günümün  dostu  idi  və  onu  itirmək  istəmirdim.  Londona 
qayıtdıqdan sonra, əsas da Terens Donovanla uğurlu 
çəkilişlərdən  və  Ceyms  Bond  filmində  rol  aldıqdan  sonra 
model  karyeramın  yenicə  başladığını  fikirləşirdim.  Lakin 
qəfildən  və  möcüzə  kimi  peyda  olan  modellik  karyeram  bir 
gecənin 
içində 
başladığı  kimi  də  qurtardı.  Daha 
“McDonald’s”da 
işləmirdim, 
pulum 
olmadığından 
YMCA-dakı  otağımda  da  qala  bilmirdim.  Beləcə,  Merlinin 
anası  ilə  yaşadığı  evə  köçməyə  məcbur  oldum.  Əslində,  bu 
downloaded from KitabYurdu.org


yerdəyişmə xoşuma gəlmişdi - əsl evdə yaşayırdım, ailənin bir 
üzvü  idim...  Onların  evində  düz  yeddi  ay  qaldım.  Şikayət 
etməsələr  də,  başa  düşürdüm  ki,  artıq  getmək  vaxtım  çatıb. 
Bəzən  xırda-para  dəvətlər  alırdım,  amma  bu  dəvətlərlə 
qazandığım  pulla  dolana  bilməzdim.  Başqa  bir  dostum  mənə 
səxavətlə  öz  evində  qalmağı  təklif  etdi.  İndi  də  onun  yanma 
köçdüm.  O,  saç  ustamın  dostu,  çinli  oğlan  Franki  idi.  Onun 
böyük evi var idi - evdə iki yataq otağı olduğu üçün mənə geniş 
gəlirdi. 
1987-ci  ildə,  Frankinin  evinə  təzəcə  yerləşdiyim  vaxt 
çəkildiyim  “Lining  Daylights”  filmi  nümayiş  olunmağa 
başladı. Bir-iki həftə sonra Miladdan əvvəlki axşamıı başqa bir 
dostumla şəhərə gəzməyə çıxdıq. Londonda hər kəs bayram 
əhvali-ruhiyyəsində idi, beləcə, mən də evə xeyli gec gəldim. 
Başım  balışa  dəyən  kimi  yuxuya  getmişdim,  lakin  kiminsə 
dayanmadan 
pəncərəni 
döydüyünü 
eşidib 
oyandım. 
Pəncərədən  boylananda  məni  yenicə  evə  ötürmüş  dostumu 
gördüm. O, əlində qəzet tutub nəsə deyirdi. Pəncərəni açdım. 
- Varis!  Şəklin  “The  Sunday  Times”  12  qəzetinin  üz 
qabığındadır! 
- Oh...  -  Elə  bildim  yuxu  görürəm,  gözlərimi  ovuşdurub:  - 
Doğrudan mənəm? - soruşdum. 
- Hə,  bir  bax...  -  O  qəzeti  düz  qarşımda  tutdu  və  sifətimin 
üçdəbir  hissəsinin  bütün  üz  qabığını  tutduğunu  gördüm. 
Oradakı  Varisin  üzü  sarışın  saçı  və  qətiyyətli  baxışı  ilə 
gerçəkdə olduğundan daha böyük idi. 

Hə, lap yaxşı... yatmağa gedirəm... yatıram. 
- Ayağım dolaşa-dolaşa yerimə qayıtdım. 
Sabahısı gün isə artıq məşhurlaşacağımı anladım. Sözsüz ki, 
downloaded from KitabYurdu.org


181 
 
“The  Sunday  Times”  kimi  nüfuzlu  qəzetin  üz  qabığında 
olmağın  karyerama  təsirsiz  qalmayacağına  ümid  edirdim.  Bu 
müddətdə bütün Londonda bir-birinin ardınca seçimlərə 
qatılır,  vasitəçimi  cana  yığır,  nəhayət,  model  agentliklərini 
dəyişdirməli olurdum, lakin heç bir irəliləyiş yox idi. 
Növbəti  agentlikdə  mənə  dedilər:  “Varis,  Londonda 
qaradərili model üçün çox iş olmur. Yaxşı olar Parisə, Milana, 
ya da Nyu-Yorka gedəsən”. İstənilən yerə getməyə razı idim, 
lakin  əvvəlki  kimi  yenə  də  pasport  problemim  var  idi. 
Agentlikdən  bildirdilər  ki,  bir  neçə  immiqranta  pasport 
problemini həll etməyə yardım göstərən Harold Viler adlı bir 
hüquqşünas var, bəlkə onunla danışasan? 
Harold  Vilerin  ofisinə  getdim,  lakin  o,  məndən  bu  işin 
qarşılığında  ağlasığmaz  bir  məbləğ  -  iki  min  funt-sterlinq 
istədi.  Fikirləşdim  ki,  pasportum  olsa,  səyahət  edə,  işləyə 
biləcəyəm  və  bu  məbləği  bir  neçə  saata  qazanacağam! 
Mümkün  olan  bütün  yerlərdən  pul  toplamağa  başladım  və 
nəhayət ki, iki min funt düzəldə bildim. Lakin onun fırıldaqçı 
çıxacağından ehtiyatlanıb üzümün suyunu töküb borc aldığım 
bu qədər pulu ona verməyə əlim gəlmirdi. 
İkinci  dəfə  görüşmək  üçün  vaxt  təyin  edəndə  pulu  evdə 
qoydum və Merlinin də fikrini bilmək üçün ondan mənimlə 
getməsini xahiş etdim. Zəngi çaldım. Vilerin katibəsi bizi içəri 
dəvət  etdi.  Vilerlə  görüşdüyüm  vaxt  ərzində  Merlin  girişdə 
gözlədi. 
Harold Vilerlə açıq danışdım: 
- Mənə  düzünü  deyin,  alacağım  bu  pasport  iki  min  funta 
dəyəcəkmi?  İstədiyim  yerə  qanuni  şəkildə  gedib-gələ 
biləcəyəmmi?  Axmaq  bir  yerdə  həbs  edilmək,  ya  da 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə