Downloaded from KitabYurdu org SƏhra çİÇƏYİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə43/69
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#42784
1   ...   39   40   41   42   43   44   45   46   ...   69

və öz şəklimi verərəm. Çox vaxtım qalmayıb, amma bir 
neçə günə müvəqqəti pasport ala bilərəm. Nə olar, Merlin! Bu 
fürsəti əldən buraxmaq istəmirəm. 
Saatlarla  dayanmadan  yalvardıqdan,  dil  tökdükdən  sonra 
Mərakeşə  uçmazdan  bir  gün  əvvəl,  axır  ki,  razılaşdı.  Pasport 
üçün  şəkil  çəkdirdim,  sonra  qeydiyyat  şöbəsinə  getdik,  bir 
saatdan sonra artıq mənim Britaniya pasportum var idi. Lakin 
evə qayıdanda o çox narahat idi. 
- Kefini pozma, Merlin. Yaxşı görək, heç nə olmayacaq. Hər 
şeyi taleyin axarına burax. 

Nə tale?! Bu, bütün həyatımı alt-üst edə bilər. 
Həmin axşam biz Merlingilə getdik. Ona Çin 
restoranından evdə yemək üçün nəsə almağı və kasetə baxaraq 
dincəlməyi təklif etdim. Lakin biz Merlingilə çatanda o dedi: 
- Varis, incimə, eləyə bilmərəm. Çox təhlükəlidir. Pasportu 
mənə  ver.  -  Kino  karyeram  haqqında  fantaziyalarım  puç 
olduğundan məyus halda pasportu ona uzatdım. - Sən burada 
gözlə, onu gizlətməliyəm, - deyib yuxarıya, öz otağına qalxdı. 
- Yaxşı,  əgər  buna  görə  özünü  narahat  hiss  edirsənsə,  eybi 
yox, təki rahat ol.Həmin gecə Merlin yatmağa getdikdən sonra 
onun  otağına  girib  hər  yeri  axtarmağa  başladım.  Otaqda 
yüzlərlə kitab var idi. Bilirdim ki, o, pasportu elə bu kitabların 
arasında  gizlədib.  Kitabları  bir-bir  götürüb  arasına  baxaraq 
silkələyirdim.  Aeroporta  gedəcəyim  maşın  səhər  məni 
Merlinin  evindən  götürəcəkdi.  Bacardıqca  sürətli  hərəkət 
etməli  idim.  Birdən  pasport  ayağımın  altına  düşdü.  Onu  tez 
çantama  qoydum  və  yatmağa  getdim.  Səhər  sürücü  gəlib 
qapının  zəngini  çalaraq  hamını  oyatmazdan  qabaq  yerimdən 
qalxıb  aşağı  düşdüm.  Hava  soyuq  idi,  saat  yeddidə  sürücü 
downloaded from KitabYurdu.org


163 
 
gələnədək  soyuqdan  titrəyə-titrəyə  səkidə  gözlədim  və  biz 
Heathrowıo aeroportuna yol aldıq. 
İngiltərədən  çıxmaq  problem  deyildi.  Mərakeşdə  kino 
karyeram  ssenaridə  adlandığı  kimi,  “hovuzun  kənarında 
uzanan gözəl qız” adlı bir neçə kadrdan ibarət oldu. Sonra mən 
başqa  bir  səhnədə  idim.  Biz  Kasablankada  fantastik  bir  evdə 
oturub  çay  içirdik.  Səbəbini  bilmirəm,  amma  bütün  qadınlar 
çılpaq idi. Ceyms Bond damın üstündən uçur, biz isə əllərimizi 
üzümüzə apararaq qışqırırdıq: “Ah, ay Allah!” Şikayətlənməyə 
əsas  yox  idi,  danışmağıma  ehtiyac  duyulmayan  bir  rolda 
çəkildiyimdən oxuya bilmədiyimə görə narahat deyildim. 
Qalan  vaxt  ərzində  isə  biz  evdə  istirahət  edir,  hovuzun 
ətrafında  oturur,  səhərdən  axşamacan  yeyir  və  heç  bir  iş 
görmürdük.  Dumanlı  Londonda  yaşayandan  sonra  günəşi 
görməyimə  elə  sevinmişdim  ki,  demək  olar  ki,  bütün  günü 
günün  altında  dayanırdım.  Kino  heyətiylə  necə  qaynayıb- 
qarışacağımı bilmədiyimdən əksər vaxtlar tək qalırdım. Onlar 
hamısı  çox  yaraşıqlı,  ingiliscə  mükəmməl  danışan,  müxtəlif 
işlərdən  söhbətləşən,  haylı-küylü  adamlar  idi.  Yenidən 
Afrikada  olmaq  məni  həddən  artıq  həyəcanlandırmışdı, 
axşamlar  gəzə-  gəzə  anaların  öz  uşaqlan  üçün  yemək 
hazırladıqlarına  baxırdım.  Onların  dilini  bilmirdim,  lakin  biz 
gülümsəyərək  birimiz  ərəbcə,  digərimiz  ingiliscə  nəsə 
deyirdik. 
Bir gün filmin çəkiliş heyəti toplaşdı və dedi: “Kimsə dəvə 
yanşına getmək istəmir? Gəlin hamımız gedək”. Dayanıb bir az 
yarışa baxdıqdan sonra ərəb çaparlanndan birindən soruşdum 
ki, mən də sürə bilərəmmi. Ərəb və ingilis dillərində bir- 
birimizlə danışmağa çalışırdıq. O dedi ki, yox, heç bir qadına 
downloaded from KitabYurdu.org


dəvə sürməyə icazə verilmir. 
“Mərc edirəm ki, sənə qalib gələ bilərəm. Gəl sənə göstərim. 
Uduzacağından 
qorxduğun 
üçün 
mənimlə  yarışmaq 
istəmirsən?!” Bu sözlərim onu özündən çıxartdı - bu balaca qız 
onu yarışa çağırmışdı - və mənimlə yanşmağa razılaşdı. Xəbər 
çəkiliş heyətinin arasında yayıldı ki, bəs Varis növbəti yanşa - 
qatılacaq.  Hər  kəs  ətrafıma  toplaşmışdı,  bəziləri  məni 
fikrimdən daşındırmağa çalışırdılar. Onlara dedim ki, pullarını 
çıxarıb  hazır saxlasınlar və mənim udacağıma pul  qoysunlar, 
çünki mərakeşli çaparlara dərs verəcəyimə  əmin idim. Yarışa 
başlamaq üçün on ərəb çaparı və mən hazır dayanmışdıq. Yarış 
başladı  və  biz  yerimizdən  götürüldük.  Bu  dəvəyə  vərdişim 
olmadığına görə yarış təhlükəli idi. Dəvənin sürətini artırmaq 
üçün  nə  etməli  olduğumu  bilmirdim.  Dəvələr  təkcə  sürətlə 
irəliyə  doğru  qaçmırlar,  həm  də  yanlara,  yuxarı-aşağı 
tullanırlar. Həyatımı çox böyük təhlükəyə atırdım. Bilirdim ki, 
yıxılsam, dəvələr məni ölənəcən tapdalayacaqlar. 
Yarışı  ikinci  yerdə  bitirdim.  Filmin  çəkiliş  heyəti  heyrətə 
gəlmişdi və mən məşum bir hörmət qazanmışdım, xüsusilə də 
mərcdə  onlara  yaxşı  pul  qazandırdığıma  görə!  Qızlardan  biri 
soruşdu: “Bunu necə öyrənmisən?” “Çox rahat. İnsan dəvənin 
belində  doğulubsa,  onu  sürməyi  də  bacarar”,  -  deyə  cavab 
verdim. 
Amma  qayıdanda  Heathrowda  məndən  dəvə  yarışında 
göstərdiyim  cəsarətdən  daha  artıq  cəsarət  tələb  olunurdu. 
Təyyarədən endikdən sonra gömrük nəzarətindən keçmək üçün 
növbəyə durduq, yavaş-yavaş irəliləyirdik, hər kəs pasportunu 
hazır  tutmuşdu.  Gömrük  rəsmilərinin  hər  dəfə  “Növbəti!” 
sözünü  eşitmək  dözülməz  bir  əzab  verirdi,  bu  addım-addım 
downloaded from KitabYurdu.org


165 
 
həbsə yaxınlaşmaq demək idi. 
Britaniya rəsmiləri İngiltərəyə daxil olmaq istəyənlərə qarşı 
çox  sərtdirlər,  və  əgər  afrikalı,  yaxud  qaradərilisənsə,  onlar 
ikiqat  sərt  olurlar.  Pasportu  son  dərəcə  diqqətlə  yoxlayırlar. 
Özümü  o  qədər  pis  hiss  edirdim  ki,  ürəyim  gedəcəkdi.  Bu 
əzabdan  qurtulmaq  üçün  yıxıldığımı,  döşəmədə  uzanıb 
qaldığımı təsəvvürümə gətirirdim. Dua etməyə başladım: 
“Yarəbbim,  mənə  kömək  ol.  Buradan  xilas  ola  bilsəm,  and 
içirəm, bir də belə axmaq iş görməyəcəyəm”. 
Dizlərim  sözümə  baxsaydı,  demək  olar  ki,  orada  idim. 
Birdən  Cefri  adlı,  heç  xoşum  gəlməyən  model  pasportumu 
əlimdən  dartıb  aldı.  O,  başqalarının  əsəbləri  ilə  oynamağı 
xoşlayan  alçağın  biri  idi,  amma  bu  dəfə  təhlükəli  bir  hədəf 
tapmışdı.  “Oh,  lütfən,  lütfən...”  Onun  əlindən  pasportumu 
almağa  çalışdım,  lakin  o,  məndən  də  ucaboy  olduğu  üçün 
pasportu yuxarıda saxlamışdı. Əlim çatmırdı. 
Onlann  hamısı  adımın  Varis  Dirie  olduğunu  bilir  və  məni 
Varis  deyə  çağırırdılar.  Cefri  pasportu  açdı  və  hamının  eşidə 
biləcəyi bir səslə dedi: “Ay Allah, mənə qulaq asm, mənə qulaq 
asm! Tapın görək onun adı nədir? MERLİN MONRO”. 
“Lütfən, onu mənə ver”, - əsməyə başlamışdım. 
O,  gülməkdən  uğunur,  qaça-qaça  dəstədəki  hər  kəsə 
pasportumu göstərirdi: “Onun adı Merlin Monrodur! Bir buna 
baxın! Bu nədir? Sizcə bu adın arxasında nə durur? İndi bildim 
saçını niyə saraltmısan!” 
Başqa  bir  Merlin  Monronun  da  olduğunu  bilmirdim.  Mən 
yalnız  hovuzda  xilasedici  işləyən  rəfiqəmi  tanıyırdım. 
Bilmirdim  ki,  üstündə  mənim  şəklim  və  məşhur  kino 
ulduzunun  adı  olan  bir  pasport  daşıyıram.  Onda  ən  böyük 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə