Downloaded from KitabYurdu org SƏhra çİÇƏYİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə39/69
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#42784
1   ...   35   36   37   38   39   40   41   42   ...   69

məftunedici gözələ çevirmişdilər. 
Bir  həftə  sonra  Malkolm  mənə  bitirdiyi  işi  göstərdi.  O, 
diapozitivləri  işıqlı  çərçivəyə  salmışdı.  Şəkillər  çox  xoşuma 
gəldi. Ondan şəklimi bir də çəkməsini xahiş edəndə o, bunun 
çox baha olduğunu və imkanı çatmadığını dedi. Lakin çəkdiyi 
şəkilləri mənimçün çap etdirə biləcəkdi. 
Malkolm bu hadisədən bir neçə ay sonra qaldığım yerə zəng 
vurub dedi: 
- Qulaq as, əgər, həqiqətən də, modelliklə maraqlanırsansa, 
səninlə görüşmək istəyən adamlar var. Modellik agentlərindən 
biri  sənin  şəklini  mənim  albomumda  görüb  və  indi  səninlə 
əlaqə  yaratmaq  istəyirlər.  İstəyirsənsə,  onların  firması  ilə 
müqavilə bağla. Onlar sənə iş taparlar. 
- Yaxşı... amma məni ora gərək siz aparasınız. Bilirsiniz də, 
harasa tək gedəndə özümü rahat hiss etmirəm. Məni onlara siz 
təqdim edə bilərsiniz? 

Yox, bunu edə bilmərəm, amma ünvanı verərəm. 
“Kroford’s”  modellik  agentliyindəki  vacib  görüşümə 
getmək  üçün  özümə  diqqətlə  paltar  seçdim.  Yay,  üstəlik  çox 
isti  olduğundan  üçkünc  yaxalıqlı,  qoluqısa  qırmızı  don 
geyindim. Donum nə uzun, nə də qısa idi, dizimdən bir az aşağı 
idi! 
Beləcə,  ucuz  qırmızı  donumu  və  ağ  idman  ayaqqabılarımı 
geyinib  özümdən  razı  halda  agentliyə  getdim.  Budur,  mən 
gəlirəm! Əslində, olduqca idbar görünürdüm. İndi o vaxtlarımı 
yadıma  salanda  utansam  da,  onda  ən  gözəl  paltarımı 
geyindiyim  üçün  pis  göründüyüm  ağlıma  belə  gəlmirdi.  Ora 
getmək üçün təzə paltar almağa, sadəcə, pulum yox idi. 
Qəbul  şöbəsinə  yaxınlaşanda  katibə  üstümdə  şəklimin 
downloaded from KitabYurdu.org


147 
 
olub-olmadığını soruşdu, mən isə olduğunu dedim. Sonra məni 
Veronika adlı zərif və klassik geyimli gözəl bir xanıma təqdim 
etdi.  Veronika  məni  öz  otağına  apardı  və  başı  ilə  onunla 
üzbəüzdə oturmaq üçün yer göstərdi. 

Neçə yaşın var, Varis? 
- Mən cavanam! - bu, ağlıma gələn ilk cavab idi, - həqiqətən, 
cavanam.Gözümdəki qırışları göstərdi. 

Mən bu qırışlarla doğulmuşam. 
O gülümsədi və cavablarımı qeyd etməyə başladı. 

Yaxşı. Harada yaşayırsan? 

Y-da yaşayıram. 
-  O nə deməkdi? - deyə qaşlarını çatdı, - harada yaşayırsan? 

YMCA-da yaşayıram. 

İşləyirsən? 

Bəli. 

Harada işləyirsən? 

“McDonald’s”da. 

Oldu... Modellik haqqında nəsə bilirsən? 

Bəli. 

Nə bilirsən? Çox şey bilirsən? 
-  Yox. Sadəcə, model olmaq istəyirəm - bu cümləni təkrar- 
təkrar vurğuladım. 

Başa düşdüm. Albomun var? 

Xeyr. 

Ailə üzvlərindən burada kimsə var? 

Xeyr. 
-  Ailən haradadır? 
-  Afrikada. 
-  Özün də oralısan? 
downloaded from KitabYurdu.org


-  Hə, Somalidən. 
-  Deməli, ailəndən burada heç kim yoxdur. 
-  Bəli, ailəmdən heç kim burada yaşamır. 
-  Anlaşıldı.  Elə  bu  dəqiqə  seçimlər  gedir  və  sən  də  orada 
olmalısan. 
Onu  başa  düşmək  üçün,  həqiqətən  də,  əziyyət  çəkirdim. 
Sonuncu  cümləsi  ilə  nə  demək  istədiyini  anlamadım,  karıxıb 
qaldım. 
-  Üzr istəyirəm, sizi başa düşmədim. 
O “seçimlər” sözünü aramla tələffüz etdi. 
-  Seçimlər nə deməkdir? 
-  Müsahibədir.  İş  üçün  müraciət  edənlərdən  müsahibə 
götürürlər. Başa düşdün? Aydın oldu? 
-  Bəli,  bəli,  -  yalan  deyirdim.  Onun  nə  dediyini  yenə  başa 
düşməmişdim.  Mənə  ünvanı  verdi  və  dərhal  ora  getməyimi 
tapşırdı. 
- Onlara  zəng  vurub  deyəcəyəm  ki,  sən  yoldasan.  Taksiyə 
verməyə pulun var? 

Yox, mən piyada gedərəm. 
- Yox,  yox,  ora  çox  uzaqdır.  Çox  uzaqdır.  Taksi  ilə 
getməlisən.  Oldu?  Götür  bu  on  funtu.  Qurtaranda  mənə  zəng 
edərsən. Yaxşı? 
Taksi  ilə  şəhərin  küçələrindən  keçdikcə  mən  bütünlüklə 
eyforiya  vəziyyətində  idim.  Oh,  oh,  oh,  artıq  istəyimə 
çatacağam.  Model  olacağam.  Sonra  yadıma  düşdü  ki,  o 
qadından  əsas  məsələni  soruşmağı  unutmuşam.  İşimin  nə 
olacağını bilmirdim. Eh, eybi yoxdur. Hər şey əla olacaq, çünki 
mən son dərəcə gözəl bir qancığam! 
Deyilən  ünvana  çatıb  fotoqraf  studiyasına  girdim.  Qapını 
downloaded from KitabYurdu.org


149 
 
açanda gördüm ki, otaq qıçları boyunlarına çatan qadınlarla - 
peşəkar  modellərlə  doludur.  Onlar  şikarlarını  öldürməyə 
hazırlaşan  dişi  aslanlar  kimi  əda  ilə  yeriyir,  özlərindən  razı 
halda  güzgüyə  baxır,  əyilərək  saçlarını  darayıb  həcm  verir, 
qıçlarına  tünd  görünməsi  üçün  krem  çəkirdilər.  Bir  az  da 
qabağa gedib yaxınlığımdakı bir qızdan soruşdum: 

Mmm, iş nədir? 

“Pirelli” təqvimi. 
- Mmm, demək, “Pirelli” təqvimi. Təşəkkür edirəm. - Başa 
düşübmüş kimi başımı yellədim. 
Prulli  təqvimi  nə  olan  şeydir?  Gərginlikdən  sakit  otura 
bilmirdim,  gah  qıçlanmı  bir-birinin  üstünə  aşırır,  gah  da 
yerimdə  qurcalanırdım.  Bu  vaxt  köməkçi  mənə  yaxınlaşdı  və 
dedi 
ki, 
növbəti 
mənəm. 
Bunu  eşidəndə  yerimdə 
donub-qaldım. Yanımda oturan qıza san çevrilib dedim: “Sən 
get, mən rəfiqəmi gözləyirəm”. Hər dəfə köməkçi yaxınlaşanda 
bu  hərəkəti  təkrar  edirdim.  Nəhayət,  hamı  getdi,  otaq  tamam 
boşaldı. 
Köməkçi  qadın  bu  dəfə  də  yaxınlaşıb  yorğun  halda  divara 
söykənərək  dedi:  “Gəl.  İndi  gedə  bilərsən”.  Gözlərimi  onun 
üzünə  zilləyib  fikirləşdim:  “Bəsdir,  Varis.  Bu  işi  görmək 
istəyirsən, yoxsa yox? Bəsdir, dur ayağa, getdik...” 
Qadının  arxasınca  studiyaya  getdim.  Başını  kameraya 
yapışdırmış kişi qışqıraraq əli ilə göstərdi: 

Orada dayan. İşarənin üstündə. 

İşarə? 

Hə, işarənin üstündə dur. 

Oh, yaxşı, dayandım. 

Oldu. Yuxarını soyun. 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə