Downloaded from KitabYurdu org SƏhra çİÇƏYİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə40/69
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#42784
1   ...   36   37   38   39   40   41   42   43   ...   69

Fikirləşdim  ki,  sözsüz,  mən  düz  eşitmədim,  sanki  indicə 
qusacağammış kimi ürəyim bulandı. 

Yuxarımı, yəni köynəyimi? 
O,  başını  pərdənin  arxasından  çıxararaq  təəccüblə  üzümə 
baxdı və kinayəylə dedi: 

Hə, köynəyini soyun, niyə burada olduğunu bilmirsən? 

Axı büsqalterim yoxdur?! 

Bizə də elə bu lazımdır, döşlərini çəkəcəyik. 
-YOX! 
Bu nə zibildir düşdüm! Döşlərimi göstərməliyəm?! Bundan 
əlavə, əynimdə köynək yox, tək bir qırmızı don idi. Bu axmaq 
özünü nə hesab edir, onun qarşısında soyunub təkcə tuman və 
idman ayaqqabılarında dayanmağımı istəyir? 
-  Yox? Bu seçimlərə qatılmaq üçün o birilər yalvarır, sənsə 
deyirsən yox? 
- Yox, yox. Üzr istəyirəm. Səhv... səhv etmişəm, - deyərək 
həyəcan  içində  qapıya  tərəf  yönəldim.  Döşəməyə  səpələnmiş 
Polaroid  şəkillərin  üstündən  keçərkən  onlara  baxmaq  üçün 
əyildim. 
Heyrətdən fotoqrafın ağzı açıq qalmışdı. O, bir neçə saniyə 
mənə  baxdı  və  arxaya  çevrilib  dedi:  “Ay  Allah,  bu  nə  işdir! 
Terens, burada balaca bir problem var”. 
Tündsaçlı, sallaq buxaqlı, möhkəmbədənli bir kişi içəri girib 
maraqla  mənə  zilləndi.  O  gülümsəyərək:  “Bəli,  nə  problem 
var?” - soruşdu. 
Ayağa  qalxdım  və  gözlərimdən  yaş  axa-axa:  “Yox,  bu, 
mənim edə biləcəyim iş deyil. Soyunmaq istəmirəm”, - deyib 
barmağımla  şəkildəki  çılpaq  qadını  göstərdim.  Həmin  vaxt, 
həqiqətən  də,  məyus  olmuşdum.  Böyük  həyəcanım,  model 
downloaded from KitabYurdu.org


151 
 
olmaq  arzum  puç  olmuşdu.  Elə  ilk  iş  təklifindəcə  məndən 
soyunmağı istəmişdilər! Sonra əsəblərimi cilovlaya bilmədim 
və onları Somali dilində söyməyə başladım: 
- Murdarlar! Əclaflar! Alçaqlar! Donuzlar! Bu lənətə gəlmiş 
işiniz mənə lazım deyil! 

Sən nə danışırsan? Bura bax, işim başımdan aşır... 
Qapını çırpıb qaçırdım. Evə gələnəcən yolboyu ağlayaraq 
öz-özümlə  danışırdım,  elə  əvvəldən  bilirdim  ki,  bu  model 
biznesi çirkin və iyrəncdir... 
Həmin  axşam  qəm  dəryasına  bataraq  çarpayımda 
uzanmışdım.  Otaq  yoldaşım  dedi  ki,  Varis,  səni  telefona 
çağınrlar. 
Model agentliyindən Veronika idi. 
- Sənsən?!  Səninlə  danışmaq  belə  istəmirəm.  Sizi  utan, 
utan... - “Utanmazlar” demək istəyirdim, lakin heç cür tələffüz 
edə  bilmədim.  -  Çox  dəhşətli  idi.  Çox  iyrənc  idi.  Soyunmaq 
istəmirəm. Sizinlə əlaqə qurmaq istəmirəm! 
- Yaxşı,  Varis,  sakitləş.  Heç  bilirsən  bu  gün  gördüyün 
fotoqraf kim idi? 

Xeyr. 

Bəs Terens Donovanın kim olduğunu necə, bilirsənmi? 
-Yox. 

Yaxşı, sənin ingiliscə danışan rəfiqən var? 

Bəli. 
- İngiliscə  danışan  hər  kəs  bu  adamın  kim  olduğunu  bilir. 
Dəstəyi qoyandan sonra onlardan soruşarsan. O, kral ailəsinin 
şəkillərini  çəkir,  şahzadə  Diananm  və  bütün  başqa  məşhur 
modellərin... Amma hər şeyə rəğmən o, yenə də səni görmək və 
şəklini çəkmək istəyir. 
downloaded from KitabYurdu.org


- O,  mənim  soyunmağımı  istədi.  Bunu  mənə  əvvəldən 
deməmişdiniz! 
- Bilirəm,  biz  tələsirdik.  Sadəcə,  fikirləşdim  ki,  bu  işə  çox 
yaxşı  uyğun  gəlirsən.  Ona  izah  etdim  ki,  ingilis  dilini  zəif 
bilirsən və belə şeylər sizin mədəniyyətinizə ziddir. Lakin bu, 
“Pirelli”  təqvimidir,  bundan  sonra  çox  iş  olacaq.  Nə  vaxtsa 
moda jurnalları almısan, məsələn, “Vogue” və ya “Elle?” 
- Yox,  onları  almaq  üçün  pulum yoxdur,  həmişə köşklərdə 
baxıram və qaytarıb yerinə qoyuram. 
- Anlaşıldı. Hər halda, görmüsən. Bax sənin işin elə olacaq. 
Terens  Donovan  ən  yaxşı  fotoqrafdır,  model  olmaq 
istəyirsənsə,  bunu  etməlisən.  Bundan  sonra  istədiyin  qədər 
qazanacaq, nə istəsən, onu edəcəksən. 

Köynəyimi soyunmayacağam! 

Varis, harada işləyirdin? - Köks ötürdü. 

McDonald’sda. 

Nə qədər maaş alırsan? 
Ona məbləği dedim. 

Bax o, sənə bir günə min beş yüz funt verəcək. 

Hamısını mənə verəcəklər? Mənim olacaq? 
-  Bəli,  hələ  səfərə  də  çıxacaqsan.  İş  Basdadır.  Bilmirəm 
orada  olmusan,  ya  yox,  çox  gözəl  yerdir.  Orada  Royaltonda 
qalacaqsan,  -  dedi,  sanki  bunun  nə  demək  olduğunu  başa 
düşürdüm. - İndi de görüm, bu işi etmək istəyirsən, ya yox? 
O, 
məni 
inandıra  bilmişdi.  Dediyi  qədər  pul 
qazanacaqdımsa, tezliklə anama kömək edə bilərdim. 

Yaxşı, oldu! Onun yanma nə vaxt gələ bilərəm? 

Sabah səhər uyğundurmu? 
-  Təkcə  köynəyimi  soyunacağam,  vəssalam?  Bilmək 
downloaded from KitabYurdu.org


153 
 
istəyirəm ki, min beş yüz funtun müqabilində o kişi ilə yatmalı 
olmayacağam ki? 

Yox, yox! Səni aldatmırıq. Elə bir şey yoxdur. 
- Ya da... o, məndən qıçlarımı aralamağı, buna oxşar şeylər 
istəməyəcək ki? Əgər olacaqsa, mənə indidən de! 
- Sadəcə,  köynəyini  soyunacaqsan.  Yadından  çıxartma,  o, 
sabah  polaroidlə  çəkəcək  və  sonra  səni  işə  götürüb- 
götürmədiyini deyəcək. Çalış ağıllı olasan... 
Ertəsi  gün  ora  çatanda  Terens  Donovan  mənə  baxaraq 
gülməyə başladı: “Oh, sənsən. Gəl bura. Adm nədir?” O artıq 
mənimlə səbirlə danışırdı. Terens əsl ata idi və başa düşmüşdü 
ki, mən, sadəcə, çox qorxmuş və köməyə ehtiyacı olan uşağam. 
O,  çay  gətirdi  və  öz  işlərini  mənə  göstərdi.  Bu  fotoqraf 
dünyanın ən gözəl qadınlarının şəkillərini çəkmişdi. “Sənə bir 
neçə şəkil də göstərəcəyəm. Mənimlə gəl”. O, məni dolablar və 
siyirmələrlə  dolu  olan  bir  otağa  apardı.  Masanın  üstündə  bir 
jurnal var idi. O, səhifələri çevirdikcə hər səhifədə bir-birindən 
gözəl  və  cazibədar  qadınların  şəkillərini  görürdüm.  “Bunları 
görürsən?  Bu  keçənilki  Pirelli  təqvimidir.  Bunu  hər  il 
hazırlayıram. Amma bu il bir az fərqli olacaq - yalnız Afrika 
qadınları...  Bəzi  şəkillərdə  paltarlı  olacaqsan,  bəzilərində  isə 
yox”.  O,  hər  şeyi,  bütün  prosesləri  mənə  xırdalıqları  ilə  izah 
etdiyindən özümü 
rahat  hiss  etməyə  başladım  və  onun  əclaf  və  kələkbaz  adam 
olmadığına  inandım.  “Bu  gün  polaroidlə  şəkillər  çəkəcəyik. 
Hazırsan?” 
Veronika  nə  qədər  qazanacağımı  deyəndə  artıq  hazır  idim, 
indi  isə  həm  də  rahatlanmışdım.  “Bəli,  hazıram”,  -  dedim. 
Həmin  vaxtdan  sonra  əsl  peşəkar  oldum.  İşarənin  üstündə 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə