Downloaded from KitabYurdu org SƏhra çİÇƏYİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə38/69
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#42784
1   ...   34   35   36   37   38   39   40   41   ...   69

demək olduğunu başa düşmürəm. 
Halvu kartı məndən alıb baxaraq dedi: 
- Bu  o  deməkdir  ki,  kimsə  sənə  paltarlar  geyindirəcək  və 
şəklini çəkəcək. 

Bilirsən, bu işdən çox xoşum gəlir. 

O kimdir? Bu kart səndə haradandır? 
- Onunla  çoxdan  rastlaşmışdım,  amma  etibar  etmədim.  O, 
mənə  bu  kartı  verdi,  sonra  da  arxamca  evə  gəlib  xalamla 
danışdı. Xalam isə onun üstünə qışqırıb qovdu. Amma hələ də 
onun əsl istəyinin nə olduğunu bilmirəm. 

Yaxşı, bəs niyə zəng vurub soruşmursan? 
Eşitdiklərimə inanmayaraq dedim: 
- Əminsən?  Səncə,  zəng  edim?  Bəlkə  sən  gəlib  onunla 
danışasan, görək nə istəyir. Mənim ingilis dilim hələ də yaxşı 
deyil. 

Yaxşı, gedək. 
Lakin  zəng  vurmaq  üçün  cəsarətimi  toplamağım  sabaha 
çəkdi.  Halvu  ilə  küçədəki  telefon  köşkünə  tərəf  getdikcə 
həyəcandan ayaqlarım əsirdi. O, cingilti ilə qəpiyi dəliyə saldı. 
Az  işıqlandırılmış  yerdə  gözünü  qıyaraq  karta  baxdı  və 
nömrəni yığdı. Bir az gözlədikdən sonra: 
- Salam,  Malkolm  Feyrçayldla  danışa  bilərəm?  -  dedi.  - 
Söhbətə bir az giriş verdikdən sonra əsas məsələyə keçdi. - Siz 
dələduz 
deyilsiniz, 
elə 
deyil? 
Rəfiqəmi 
öldürmək 
istəməyəcəksiniz ki?.. Bəli, biz sizin harada yaşadığınızı, sizin 
haqqınızda  heç  bir  şey  bilmirik...  bəli...  -  Halvu  çiyninin 
üstündən baxaraq bir kağız parçasında cızma-qara etdi. 
Astaca soruşdum: 

Nə deyir? 
downloaded from KitabYurdu.org


143 
 
Əli ilə mənə sakit olmağı işarə etdi. 

Oldu, münasibdir... edərik. 
Halvu dəstəyi asaraq dərindən nəfəs aldı. 
- Hə,  dedi  ki,  əgər  mənə  etibar  etmirsinizsə,  ikiniz  də 
studiyama  gəlin  və  harada  işlədiyimi  görün.  İstəməzsinizsə, 
eybi yoxdur, narahat olmayın. 

Gedəcəyik? - Əlimlə ağzımı tutdum... 
- Hə,  əlbəttə.  Onu  sınamaq  lazımdır.  Gedək,  görək  sənin 
arxanca gələn o adam kimdir. 
7 Young Men’s Christian Association - Gənclərin Xristian 
Assossiasiyası. 1844-cü il Londonda əsası qoyulan beynəlxalq 
xeyriyyə təşkilatıdır. Qısa olaraq “Y” deyilir. 
8 Young Women’s Christian Association - Gənc Qadınların 
Xristian Assossiasiyası 
11. 
MODEL 
Ertəsi  gün  Halvu  ilə  Malkolm  Feyrçayldın  studiyasına 
baxmağa getdik. Orada nə görəcəyimi təsəvvür belə etmirdim, 
lakin  qapını  açanda  sanki  başqa  bir  aləmə  düşdüm.  Hər 
tərəfdən  üstündə  gözəl  qadınların  şəkilləri  olan  plakatlar, 
lövhələr  asılmışdı.  “Oh...”  -  gözəl  üzlü  qadınları  seyr  etdikcə 
sakitcə  dedim.  Məhəmməd  dayı  Şahru  xalaya  Londona 
aparmağa  ona  bir  qız  lazım  olduğunu  deyəndə  hiss  etdiyim 
kimi, indi də hiss etdim ki, bu, mənim şansımdır. Bu, mənim 
üçün  inanılmaz  fürsət  idi  -  aid  olduğum  dünya,  görmək 
istədiyim iş məhz bu idi. 
Malkolm qarşımıza çıxıb bizi salamladı. Çay verdi, oturmaq 
üçün yer göstərdi. Sonra Halvuya dedi: “İstəyirəm biləsiniz ki, 
yeganə  niyyətim  onun  şəkillərini  çəkməkdir”.  Barmağı  ilə 
məni göstərərək dedi: “Bu balaca qızı iki ildir izləyirəm, şəkil 
downloaded from KitabYurdu.org


çəkmək mənimçün heç vaxt bu qədər çətin olmamışdı”. 
Ağzım açıq qalmışdı. Diqqətlə ona qulaq asırdım. “Elə bu? 
Sadəcə, şəkillərimi çəkmək istəyirsiniz? Bu cür şəkillərimi?” - 
plakatları göstərək soruşdum. 
“Bəli.  Arxayın  ol.  Elə  bu”,  -  o,  qətiyyətlə  dedi.  Əli  ilə 
burnunun ortasından xəyali bir xətt çəkərək dedi: “Mənə ancaq 
sənin üzünün bu yarısı lazımdı”. Sonra Halvuya sarı çevrilərək: 
“Çünki onun üzünün profildən çox gözəl görünüşü var”, - dedi. 
Fikrə  getdim.  Bu  qədər  vaxtım  hədər  yerə  gedib!  Düz  iki 
ildir ki, o, arxamca gəlir, şəklimi çəkmək istədiyini deməsi isə 
cəmi  ikicə  saniyə  çəkdi.  “Yaxşı,  razıyam”.  Amma  birdən 
əvvəllər kişilərlə tək qalarkən başıma gələnlər yadıma düşdü. 
Bu  dəfə  ehtiyatlı  olmaq  istədim,  əlimi  Halvunun  çiyninə 
qoyaraq:  “O  da  burada  olmalıdır.  Siz  şəklimi  çəkərkən  o  da 
yanımda qalmalıdır”, - dedim. 
O karıxaraq üzümə baxdı və dedi: “Bəli, əlbəttə. O da gələ 
bilər...”  O  qədər  həyəcanlanmışdım  ki,  oturduğum  stuldan 
qalxa bilmirdim. “Sabah yox, o birisi gün saat onda gəlin. Səni 
qrimləmək üçün burada başqa bir nəfər də olacaq”. 
İki  gün  keçmiş  təzədən  studiyaya  qayıtdıq.  Qrimçi  qadın 
məni  stula  otuzduraraq  pambıqdan,  fırçadan,  süngərdən, 
boyalardan, kirşandan istifadə edərək işə başladı. O gah dərimi 
dartır,  gah  da  astaca  toxunurdu.  Onun  nə  etdiyini  qətiyyən 
anlaya bilmirdim, sadəcə, dinməzcə oturub bu qəribə alətlərlə 
etdiyi  qəribə  hərəkətlərə  baxırdım.  Halvu  isə  stulda  oturub 
arxaya  söykənərək  gülümsəyirdi.  Arabir  onun  üzünə  baxır, 
çiyinlərimi çəkir, ya da nəsə mimikalar edirdim. Qrimçi qadın 
isə əmr edirmiş kimi deyirdi: “Tərpənmə!” 
- İndi güzgüyə baxa bilərsən. - O əlinin birini belinə qoyaraq 
downloaded from KitabYurdu.org


145 
 
razılıqla üzümə baxdı. 
Ayağa qalxıb güzgüyə boylandım. Üzümün bir tərəfi zərif, 
qızılı  və  parlaq  kosmetika  ilə  tamamilə  dəyişilmişdi.  O  biri 
tərəfi isə həmişəki, adi Varis idi. 
- İlahi, mənə bir bax! Bəs niyə təkcə bir tərəfini etmisiniz? - 
həyəcanla dedim. 

Çünki o ancaq bir tərəfinin şəklini çəkəcək. 

Eh... 
Sonra  məni  Malkolmun  gözlədiyi  otağa  apardı.  Malkolm 
məni  kətilin  üstündə  oturtdurdu.  Oturduğum  kətili  o  tərəf-bu 
tərəfə  döndərərək  ətrafı  gözdən  keçirirdim.  Yarıqaranlıq  otaq 
ömrümdə  görmədiyim  əşyalarla  dolu  idi:  kameralar,  işıqlar, 
batareya qutuları, ilan kimi sallanmış naqillər... O oturduğum 
kətili kamera qarşısında doxsan dərəcəlik bucaq alınması üçün 
çevirdi. “Yaxşı, Varis, dodaqlarını kip saxla və düz qabağa bax. 
Çənə bir az yuxarı... bax belə, gözəl!” Sonra şıqqıltı eşitdim və 
yerimdən atıldım, ardınca gözqamaşdıran, parlaq işıqlar söndü. 
İşıqlar qəfildən yananda özümü tamam başqa adam hiss etdim, 
sanki  televizorda  gördüyüm,  kameralara  gülümsəyən  məşhur 
kino  ulduzlanndan  biri  idim...  Sonra  o,  kameradan  bir  parça 
kağız götürdü, oturub xeyli ona baxdı. 

Nə edirsən? - soruşdum. 

Vaxtını hesablayıram. 
O, mənə işıqlı tərəfə keçməyi işarə etdi və kağızın üstündəki 
qatı qopardı. Mən kağıza baxdıqca parlaq kağızın üzərində sehr 
kimi tədricən bir qadın görünməyə başladı. Polaroid şəkli mənə 
uzadanda özümü güclə tanıdım. Üzümün bir tərəfi çəkilmişdi. 
Şəkildən  mənə  baxan  qadın  qulluqçu  Varis  yox,  artıq  model 
Varis idi. Məni bu studiyada gördüyüm şəkillərdəki qızlar kimi 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə