Downloaded from KitabYurdu org SƏhra çİÇƏYİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə35/69
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#42784
1   ...   31   32   33   34   35   36   37   38   ...   69

evimizə aparmaq əvəzinə, viza almağıma kömək edəcək. 
“Yaxşı,  bəs  biz  indi  neyləyək,  Varis?  Səni  burada  qoyub 
gedə  bilmərik!”  Onu  belə  vəziyyətdə  qoyduğum  üçün  rəngi 
bozarmışdı. Növbəti iyirmi dörd saat ərzində ikimizdən birinin 
güzəştə  getməsi  üçün  bir-birimizin  əsəbləri  ilə  oynadıq.  Mən 
təkid  edirdim  ki,  pasportum  itib,  o  isə  təkid  edirdi  ki,  mənə 
kömək edə bilməz. 
Məryəm xalanın isə öz ideyaları var idi: “Səni bir çamadana 
qoyub, ağzını bağlayıb xəlvətcə təyyarəyə keçirərik. Belə şeyi 
həmişə edirlər!” 
Bu,  diqqətimi  çəkdi  və  astaca  dedim:  “Əgər  bunu  etsəniz, 
sizi heç vaxt, heç vaxt bağışlamayacağam. Xala, məni burada 
qoyub gedin. Mənə heç nə olmaz”. 
O, kinayəli tərzdə dedi: “Hə, hə, sənə heç nə olmaz. YOX, 
sənə  çox  şey  ola  bilər...”  Üzünə  baxanda  çox  narahat 
görünürdü,  bəs  görəsən,  mənə  kömək  etmək  üçün  də  narahat 
idimi?  Onun  Londonda  çoxlu  tanışları,  dayımın  səfirlikdə 
yaxşı əlaqələri var idi. Sadəcə, tək bir telefon zəngi ilə xilasımı 
təmin  edə  bilərdilər,  lakin  bir  anlığa  olsa  belə,  yalandan 
hədə-qorxu gəlməklə məni Somaliyə qaytara biləcəklərini hiss 
etsəydilər, bu zəngi etməyəcəkdilər. 
Ertəsi  gün  səhər  dördmərtəbəli  imarət  arı  pətəyinə 
bənzəyirdi,  telefon  zəngləri,  yığılmış  çamadanlar,  ora-bura 
qaçan adamlar... Yuxarı mərtəbədəki otağımda mən də öz ucuz 
çantama  İngiltərədə  qaldığım  müddətdə  topladığım  bir  neçə 
əşyamı  yığdım.  Orada  qaldığım  vaxtda  mənə  verilmiş  köhnə 
geyimlərin  bir  neçəsini  qoca  arvad  paltarına  oxşadığına  görə 
tulladım. Bir yığın zir-zibillə yola çıxmaq nəyə lazım? Hələ də 
köçəri olduğumu unutmamışdım - yüküm yüngül olmalıydı! 
downloaded from KitabYurdu.org


131 
 
Saat  on  birdə  sürücü  çamadanları  maşına  yüklədiyi  vaxt 
hamı  zala  toplaşmışdı.  Bir  neçə  saniyəlik  dörd  il  əvvələ 
qayıtdım və öz gəlişimi xatırladım: o sürücü, o maşın, ağ divan, 
buxarı, birinci dəfə qarşılaşdığım xalam... Qan da ilk dəfə o boz 
səhərdə  görmüşdüm.  O  vaxt  bu  şəhər  mənə  olduqca  qəribə 
görünmüşdü. Sonra xalamla maşının yanma getdik, o, qanıqara 
tərzdə dedi: “İndi anana nə deyəcəyəm?” 
“De  ki,  mən  yaxşıyam.  Tezliklə  onunla  əlaqə 
saxlayacağam”.  O,  başını  buladı  və  maşına  oturdu.  Səkidə 
dayanaraq  hər  kəsə  əl  salladım  və  maşın  gözdən  itənədək 
dalınca baxdım. 
Yalan deməyəcəyəm - çox qorxmuşdum. Onlann getdikləri 
həmin o dəqiqəyədək məni tamamilə tək, ortalıqda qoyub gedə 
biləcəklərini  fikirləşmirdim.  Lakin  Harli  küçəsinin  ortasında 
dayananda  anladım  ki,  həqiqətən,  tək  qalmışam.  Xalama, 
yaxud da onun ərinə qarşı heç bir pis münasibətim yoxdur, hər 
halda,  onlar  ailəm  sayılırlar.  Londona  gətirməklə  mənə  bu 
fürsəti  məhz  onlar  yaradıblar  və  buna  görə  də  həmişə  onlara 
minnətdar olacağam. Gedəndə, çox güman ki, fikirləşiblər: 
“Qalmaq  istəyirdin,  buyur,  qal,  bu  da  sənin  şansın.  Nə 
istəyirsən,  onu  da  et,  işində  ol.  Fikirləşirdik  ki,  bizimlə  evə 
qayıtmalısan, ona görə də sənə kömək etmədik”. Əminəm ki, 
onlar  bir  qızın  İngiltərədə  tək-tənha  və  başsız  qalmasını 
rüsvayçılıq  hesab  edirlər.  Lakin  qərar  mənim  qəranm  idi, 
qalmağı mən seçmişdim və bundan sonrakı taleyimə də özüm 
cavabdeh idim. 
Həyəcanımı boğmağa çalışaraq evə qayıtdım. Giriş qapısını 
örtdüm  və  mətbəxə,  evdə  qalan  yeganə  adamın  -  “köhnə 
dostum” aşpazın yanma getdim. Çatan kimi o: “Hə, bilirsən də, 
downloaded from KitabYurdu.org


bu  gün  evdən  çıxmalısan,  burada  yalnız  mən  qalacağam,  sən 
yox. Sən getməlisən!” - dedi. Və mənə giriş qapısını göstərdi. 
Əlbəttə, dayım evdən çıxandan sonra mənə bir dəqiqə də olsun 
vaxt  vermək  fikri  yox  idi.  Soyuq  üzündəki  lovğa  ifadədən 
görünürdü  ki,  mənə  əmr  etməkdən  xüsusi  zövq  alır.  Qapının 
çərçivəsinə söykənərək hər kəs getdikdən sonra evin necə sakit 
göründüyünü fikirləşirdim. 
- Varis, getməlisən! Evi tərk etməyini istəyirəm, bu dəqiqə! - 
Kişi sanki dayanmadan hürən küçük idi. 
- Of,  yum  ağzını.  Gedirəm,  narahat  olma.  Çantamı 
götürməyə gəlmişəm. 

Cəld ol, götür get. Tələs. Mən... 
Onun  nə  dediyinə  qulaq  asmadan  artıq  pillələri  çıxırdım. 
Sahib getmişdi, təzə səfir gələnəcən qısa müddət ərzində aşpaz 
sahib idi. Bu evdə keçirdiyim xoş və pis günlərimi yada sala- 
sala otaqları dolaşdım. Görəsən, növbəti evim hara olacaqdı? 
Çantamı  çarpayının  üstündən  götürüb  çiynimdən  asdım  və 
pillələrlə enərək giriş qapısına tərəf getdim. Gəldiyim gündən 
fərqli olaraq, bu gün yaz havası kimi çox gözəl hava var idi və 
günəş  bütün  gözəlliyi  ilə  mavi  səmada  şəfəq  saçırdı.  Bağa 
keçdim, daşı qaldırıb pasportu qoyduğum torbanı basdırdığım 
yerdən  çıxartdım.  Pasportumu  əşyalarımı  yığdığım  çantaya 
qoyub  əlimin  torpağını  təmizlədim  və  küçəyə  sarı  döndüm. 
Səki ilə yeridikcə özümü gülümsəməkdən saxlaya bilmirdim - 
nəhayət  ki,  azad  idim.  Cavab  verəcəyim  kimsəm  və  gedəcək 
yerim  olmayan  həyatım  önümdə  idi.  Və  nədənsə  hər  şeyin 
yaxşı olacağını hiss edirdim. 
Dayımgilin  evinin  yaxınlığındakı  Somali  səfirliyi  ilk 
dayandığım  yer  oldu.  Qapını  döydüm.  Cavab  verən  qapıçı 
downloaded from KitabYurdu.org


133 
 
xalamgilin ailəsini yaxşı tanıyırdı, çünki arabir dayımı evdən o 
götürürdü. 
- Salam,  xanım.  Burada  nə  edirsiniz?  Cənab  Fərəh  hələ 
şəhərdədir? 
- Xeyr,  o  gedib.  Mən  Annanı  görməyə  gəlmişəm,  bəlkə 
səfirlikdə mənə iş tapmağa kömək edə bilər. 
O  gülərək  yerinə  qayıtdı,  stulunda  əyləşdi,  əllərini  başının 
arxasında  çarpazladı  və  divara  söykəndi.  Girişdə  dayanıb 
gözlədiyim  vaxt  ərzində  o,  bir  dəfə  də  olsun  yerindən 
tərpənmədi. Bu cür münasibəti məni çaşdırmışdı, axı o, həmişə 
mənimlə nəzakətli rəftar edərdi. Sonra başa düşdüm ki, aşpaz 
kimi,  onun  da  münasibəti  səhər  yola  düşənlərdən  asılı  imiş. 
Dayım getmişdi, mən isə indi heç kim idim. O dərəcədə “heç 
kim”  ki,  hətta  bu  axmaqlar  da  özlərini  məndən qat-qat  üstün 
hesab edirdilər. 
Qapıçı irişə-irişə dedi: 

Anna səni görə bilmək üçün çox məşğuldur. 

Bura bax, mən onu görməliyəm. 
Anna dayımın katibəsi olmuşdu və mənə qarşı çox mehriban 
idi. Xoşbəxtlikdən, səsimi eşitdi və öz otağından çıxaraq nə baş 
verdiyini öyrənməyə gəldi. 

Varis! Sən burada neyləyirsən? 
- Bilirsən,  xalamgillə  Somaliyə  qayıtmadım.  Sadəcə, 
qayıtmaq  istəmədim.  İndi  artıq  o  evdə  də  qalmıram.  Bilmək 
istəyirəm  ki,  məni  işə  götürəcək  bir  adam  tanımırsan...  fərqi 
yoxdur, nə iş olur-olsun. Hər iş görməyə hazıram. 
O, qaşlarını qaldıraraq dedi: 
- Yaxşı, əzizim, bu çox gözlənilməz oldu, belə şeylər üçün 
vaxt lazımdı! Bəs indi harada qalırsan? 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə