Downloaded from KitabYurdu org SƏhra çİÇƏYİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə36/69
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#42784
1   ...   32   33   34   35   36   37   38   39   ...   69


Bilmirəm. Buna görə narahat olma. 
- Yaxşı,  səni  tapa  biləcəyim  bir  telefon  nömrəsi  verə 
bilərsən? 
- Yox, çünki hələ harada qalacağımı bilmirəm. Bu gecə ucuz 
bir  hotel  tapacağam.  -  Bilirdim  ki,  qaldığı  mənzil  darısqal 
olmasaydı, məni öz yanında saxlayardı.  - Amma bir də gəlib 
nömrəmi deyə bilərəm, sən də nəsə tapsan, mənə deyərsən. 
- Oldu,  Varis.  Bax  özündən  muğayat  ol.  Əminsən  ki, 
bacaracaqsan? 
- Hə, bacararam. - Gözümün küncü ilə dayanmadan axmaq 
kimi  irişən  qapıçıya  baxdım.  -  Yaxşı,  təşəkkür  edirəm. 
Görüşərik. 
Bir az rahatlaşıb oradan çıxdım və bazarlıq etmək qəranna 
gəldim.  İş  tapanadək  topladığım  cüzi  pulla  dolanmalı  idim. 
Lakin şəhərdə yaşayan qadın kimi əhvalımı düzəldəcək təzə bir 
paltar almalı idim. Səfirlikdən çıxıb Oksford Sörksdə yerləşən 
univermaqlara  tərəf  getdim.  Ora  birinci  dəfə  Londona  təzə 
gələndə  Bəsma  ilə  getmişdik.  Məryəm  xala  qış  paltanm 
olmadığından  bizi  ora  bir-iki  paltar  almağa  göndərmişdi. 
Təyyarədə  geyindiyim  uzun  don  və  bir  tay  dəri  səndəlimdən 
başqa, heç nəyim yox idi. 
Selfricdə  paltarlar  asılmış  asılqanların  arasında  dolaşdıqca 
adamı  valeh  edən  cürbəcür  paltarlar  görürdüm.  Orada 
istədiyim  qədər  dayanıb  bütün  paltarları,  bütün  rəngləri, 
ölçüləri, dəbləri istədiyim qədər geyinib yoxlamaq fikri ağlımı 
başımdan alırdı. Ömrümdə ilk dəfə öz həyatına nəzarət etmək 
hissi  məstedici  idi  -  heç  kim  üstümə  qışqıraraq  keçiləri 
sağmağı,  uşaqları  yedizdirməyi,  çay  qoymağı,  döşəməni 
silməyi, tualet təmizləməyi tapşırmırdı. 
downloaded from KitabYurdu.org


135 
 
Növbəti bir neçə saat ərzində iki satıcı köməkçisinin yardımı 
ilə paltarları geyinib yoxlamağa başladım. Zəif ingilis dilimlə 
və  işarələrlə  nisbətən  uzun,  daha  rəngli,  daha  dar,  daha  qısa, 
daha  parlaq  paltarlar  istədiyimi  başa  salmağa  çalışırdım.  Bu 
uzun sürən geyim marafonumun sonunda paltarları yoxladığım 
otağın  qapısının  qarşısında  çoxlu  paltar  qalaqlanmışdı.  Satıcı 
köməkçilərindən  biri  gülümsəyərək  dedi:  “Yaxşı,  bu 
paltarlardan hansına qərar verdin?” 
Seçim  çoxluğu  qərar  verməkdə  çətinlik  yaradırdı.  Bəlkə 
sonra  girəcəyim  univermaqda  daha  yaxşısını  tapa  biləcəyimi 
fikirləşirdim. Qiymətli funt-sterlinqlərimi xərcləməzdən əvvəl 
başqa paltar tapmağa qərar verdim və gülümsəyərək: “Bu gün 
heç nə almayacağam, təşəkkür edirəm”, - dedim. Yazıq işçilər 
mənə  inamsızcasına  baxaraq  bir-birilərinə  ağız  büzdülər. 
Onların yanından keçib yoluma düzəldim: Oksford Sörksdəki 
dükanların hamısını gəzəcəkdim. 
Bir  neçə  dükana  girib-çıxsam  da,  hələ  də  heç  nə 
almamışdım. Lakin həmişə olduğu kimi ən xoşuma gələn şeyi 
geyinib özümə baxmaq idi. Bir dükandan çıxıb o birinə girəndə 
yaz  havasını  xatırladan  gündüzün  getdikcə  qış  axşamı  ilə 
əvəzləndiyini  görür  və  hələ  də  axşamı  harada  keçirəcəyimi 
bilmirdim.  Bunu  fikirləşə-fikirləşə  növbəti  dükana  girdim  və 
orada ucaboylu, cəlbedici bir afrikalı qadının yun köynəklərin 
endirim  cədvəlinə  baxdığını  gördüm,  somaliliyə  oxşayırdı. 
Ona  göz  qoydum  və  onunla  necə  danışacağımı  fikirləşdim. 
Sviterlərdən  birini  götürüb  gülümsəyərək  Somali  dilində 
dedim:  “Birini  almaq  istəyirəm,  amma  qərar  verə  bilmirəm. 
İnan, bu gün o qədər paltar geyinib yoxlamışam ki...” 
Beləcə,  söhbətə  başladıq.  Qadının  adı  Halvu  idi.  Çox 
downloaded from KitabYurdu.org


mehriban və gülərüz idi. 

Harada yaşayırsan, Varis? Nə işlə məşğulsan? 
- Oh,  sənə  gülməli  gələcək.  Əminəm  ki,  dəli  olduğumu 
deyəcəksən,  amma  mən  heç  yerdə  yaşamıram.  Ailəm  bu  gün 
məni  qoyub  getdiyi  üçün  yaşamağa  yerim  yoxdur.  Onlar 
Somaliyə qayıtdılar. 
Qadının  gözlərindəki  şəfqət  hissini  gördüm  və  sonralar 
öyrəndim ki, onun da həyatında çox çətinliyi olub. 

Somaliyə qayıtmaq istəmədin, hə? 
Bunu  demədən  də  hər  ikimiz  bilirdik  ki,  ailələrimizdən  və 
evimizdən  hansı  səbəbdən  ayrı  düşmüşük.  Orada  hansı 
imkanlarımız var idi ki? Dəvə müqabilində satılmaqmı? 
Hansısa  bir  kişinin  mülkiyyəti  olmaqmı?  Hər  gün  yalnız  sağ 
qala bilmək üçün mübarizə aparmaqmı? 
- Yox, burada da heç nəyim yoxdur. Dayım səfir idi, amma 
bu  gün  o  getdi,  yerinə  başqa  adam  gələcək.  Beləcə,  bu  səhər 
məni evdən çıxartdılar, indi hara getdiyimi özüm də bilmirəm. 
- Güldüm. 
O,  məni  sakitləşdirmək  üçün  əlini  havada  yellədi.  Sanki 
bununla bütün problemləri birdəfəyə yox edə bilərdi. 
- Bax  mən  bu  yaxınlıqdakı  YMCA7-da  yaşayıram. 
Yaşadığım  yer  elə  də  geniş  deyil,  amma  bu  gecəni  qala 
bilərsən. Bircə otağım var. Amma nəsə bişirmək istəsən, başqa 
mərtəbəyə getməlisən. 

Ooohh, əla olardı. Məni aparmaq istədiyinə əminsən? 
- Bəli, əminəm. Gedək. Küçədə qalmayacaqsan ki? 
Biz  onun  qaldığı  yerə  getdik.  YMCA  qırmızı  kərpicdən 
tikilmiş  müasir  bina  idi  və  çox  hissəsi  tələbələr  tərəfindən 
tutulmuşdu. Onun otağında təkadamlıq çarpayı, bir kitab dolabı 
downloaded from KitabYurdu.org


137 
 
və böyük televizor var idi. Əlimlə televizoru göstərərək: “Baxa 
bilərəm?” 
- soruşdum. 
Qadın  mənə  elə  baxdı  ki,  sanki  yad  planetdən  gəlmişəm. 
“Bəli,  əlbəttə.  Yandır  bax.”  Televizorun  düz  qabağında 
oturdum və acgözlüklə baxmağa başladım. Dörd ildən sonra ilk 
dəfə idi televizora belə rahat baxırdım və heç kim məni otağa 
girmiş  oğru  pişik  kimi  qovmurdu.  O,  maraqla  soruşdu: 
“Xalangildə heç vaxt televizora baxmamısan?” 
“Zarafat  edirsən?  Hərdən  xəlvətcə  baxmağa  çalışardım, 
amma həmişə yaxalanırdım”, - dedim. Xalamın acıqlı səsini və 
çırtma  çalmağını  yamsıladım:  “Varis,  yenə  televizora 
baxırsan? Get, işinlə məşğul ol. Səni bura televizora baxmağa 
gətirməmişik”. 
Londondakı  əsl  həyat  dərsini  Halvunun  müəllimliyi  ilə 
öyrənməyə başladım və biz yaxın dost olduq. Küçədə qaldığım 
o  ilk  gecədə  onun  otağına  pənah  gətirdim,  səhəri  gün  də, 
sonrakı gün də... Sonra da təklif etdi ki, niyə burada özünə bir 
otaq tutmayasan. 
- Birincisi,  bunun  üçün  pulum  yoxdu,  həm  də  məktəbə 
getməliyəm, bu isə o deməkdir ki, işləməyə vaxtım olmayacaq. 
-  Utana-utana  ondan  soruşdum:  -  Sən  oxumağı,  yazmağı 
bacarırsan? 

Bəli. 

Bəs ingiliscə danışmağı necə? 

Bəli. 
- Amma  mən  bunlann  heç  birini  bacarmıram.  Deməli, 
öyrənməliyəm.  Bu,  qarşıma  qoyduğum  ən  böyük  məqsəddir. 
Yenidən işləməyə başlasam, buna vaxtım olmayacaq. 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə