Downloaded from KitabYurdu org SƏhra çİÇƏYİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə41/69
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#42784
1   ...   37   38   39   40   41   42   43   44   ...   69

dayanıb  köynəyimi  çıxardaraq  əminliklə  kameraya  baxdım. 
Mükəmməl!  O,  şəkli  mənə  göstərəndə  Afrikanı  xatırladım. 
Şəkil  çox  sadə,  ağ-qara  və  gerçək  idi  -  yorucu,  bayağı  və 
pornoqrafik heç nə yox idi. Əvəzində oradan səhranın istisində 
böyüyən xırda döşlü, uşağa oxşayan Varis baxırdı. 
Həmin  axşam  evə  gələndən  sonra  agentlikdən  işə  qəbul 
edildiyimi və növbəti həftə Basa getməli olduğumu bildirən bir 
məktub aldım. Veronika özünün ev nömrəsini də qeyd etmişdi. 
Ona  zəng  vurub  başqa  gəlir  yerim  olmadığından  Basa 
gedənədək  “McDonald’s”dakı  işimi  davam  etdirəcəyimi 
bildirdim. Lakin o, ehtiyacım olarsa, mənə əvvəlcədən pul verə 
biləcəyini dedi. 
O  gündən  sonra  “McDonald’s”a  bir  də  ayağım  dəyməyib. 
Veronika  ilə  danışıb  dəstəyi  asan  kimi  YMCA-nm  içində 
tanıdığım  və  tanımadığım  hər  kəsə  bu  yeni  işim  haqqında 
danışdım. Halvu dedi: 
- Oh, bəsdi! Allah xatirinə, özünü nümayiş etdirməyi qurtar! 
Döşlərini göstərirsən də, elə deyil? 
- Hə, amma min beş yüz funta! 
- Bu fındıq boyda döşlərinə görə? Bunlara görə utanmalısan! 
- O gülürdü. 
- Yox, sən fikirləşdiyin kimi deyil. Həqiqətən də, fərqlidir! 
Burada ədəbsiz heç nə yoxdur... özü də biz Basa gedirik. Orada 
böyük bir hoteldə qalacağıq! 
- Yaxşı,  bu  barədə  daha  heç  nə  eşitmək  istəmirəm.  Allah 
xatirinə, bəsdir binada hamıya dedin, oldumu? 
Yola  düşməzdən  əvvəlki  gecə  səhərin  tez  açılmasını 
arzulayır,  yata  bilmirdim.  Çantamı  yığıb  qapının  ağzına 
qoymuşdum. Hələ də baş verənlərə inana bilmirdim - heç vaxt 
downloaded from KitabYurdu.org


155 
 
heç yerə getməmişdim və bu adamlar mənə gəzməyə getməyim 
üçün pul ödəyirdilər! Terens Donovan məni Viktoriya 
stansiyasına aparacaq limuzin göndərməli idi. Orada bir dəstə 
adam  -  fotoqraflar,  köməkçiləri,  rəssam,  qrimçi,  saç  ustası, 
başqa dörd model və mən - toplaşaraq qatarla Basa gedəcəkdik. 
Qatara  gecikəcəyimdən  narahat  idim  deyə  ən  birinci  mən 
çatmışdım. Məndən sonra gələn isə Naomi Kempbel idi. 
Basa  çatdıq  və  saraya  bənzəyən  “Royalton”  hotelində 
qeydiyyatdan keçdik. Mənə ayrılmış otağı görəndə ağzım açıq 
qaldı.  Orada  olduğumuz  ilk  gecə  Naomi  mənimlə  bir  otaqda 
qalmaq  istədiyini  dedi.  O  təxminən  16-17  yaşlarında  gözəl, 
suyuşirin bir qız idi və tək qalmaqdan qorxduğu üçün mənimlə 
qalmaq  istəmişdi.  Ətrafımda  həmişə  adamların  çox  olmasını 
xoşladığım üçün ona “əlbəttə” dedim. 
- Onlara deməzsən, yaxşı? Bilsələr ki, otaq üçün o qədər pul 
ödəyiblər və mən orada yatmamışam, dəli olarlar. 
- Narahat  olma,  demərəm.  Gəl  mənim  otağımda  qal.  Heç 
kimə bir kəlmə də, Naomi. 
Çəkdiyim  əziyyətlərdən  sonra  özümdən  asılı  olmayaraq, 
ətrafımda olan kiçiklərə analıq edirdim. Əslində, dostlarım da 
mənə Mama deyirdi. 
Səhər işə başlayanda iki qız əvvəlcədən gedəcək, saçlarını və 
qrimlərini  etdirəcəkdilər.  Onlar  çəkilişdə  olduğu  müddət 
ərzində isə digər iki qız hazırlaşacaqdı. Birinci səhər saç ustası 
saçımı düzəldərkən ondan saçımı kəsməsini xahiş etdim. Onda 
model  olmaq  üçün  olduqca  gödək  saçım  var  idi  və  sanki 
“McDonald’s”ın  ətli  suyu  saçıma  hopmuşdu.  Buna  görə  də 
daha dəbli görünüm deyə saçımı kəsdirmək istəyirdim. Stilist, 
demək  olar  ki,  başımda  heç  nə  qalmayanadək,  təxminən  bir 
downloaded from KitabYurdu.org


düyüm  uzunluqda  saç  saxlayaraq  kəsdikcə  kəsdi.  Görənlərin 
hamısı dedi ki, bu, məni çox dəyişdirib. Lakin mən, həqiqətən 
də,  ətrafımdakıları  şoka  salmaq  istəyirdim.  Buna  görə  də 
stilistə dedim: 

Bilirsən, indi nə istəyirəm? Saçımı saraltmaq. 
- Yox, nə danışırsan? Bunu edə bilmərəm. Sən pis, çox pis 
görünərsən! 
Naomi Kempbel gülərək dedi: 
- Varis, bilirsən, bir gün gələcək, sən çox məşhur olacaqsan, 
onda məni unutma, yaxşı? 
Əlbəttə, bunun əksi baş verdi və indi o daha məşhurdur. 
Beləcə,  biz  altı gün  işlədik.  Həqiqətən  də,  inana  bilmirdim 
ki,  bu  işə  görə  bizə  pul  verirlər.  Axşam  işimizi  qurtarandan 
sonra məndən nə edəcəyimi soruşardılar. Mənimsə həmişə bir 
cavabım olardı: bazarlıq edəcəyəm! Onlar mənə maşın ayırar, 
limuzinin sürücüsü məni istədiyim yerdə düşürər və sonra gəlib 
götürərdi.  Çəkilişlər  bitdikdən  sonra  mənim  şəklim  üz  qabığı 
üçün seçildi. Bu isə qürurverici bir şərəf idi və mənə inanılmaz 
şöhrət gətirdi. 
Biz qatarla Londona qayıtdıq. Limuzinin sürücüsü məndən 
hara  gedəcəyimi  soruşdu.  Ona  agentliyə  getmək  istədiyimi 
dedim. Qapıdan içəri girən kimi dedilər ki, tap görək, səni nə 
gözləyir? 
- Burada  başqa  bir  çəkiliş  gedir.  İndi  səni  gözləyirlər. 
Tələsməlisən, elə bu dəqiqə getməlisən. 
Yorğun olduğumdan etiraz etdim: 

Sabah gələrəm. 
- Yox, yox, sabah gec olacaq. Onlar Ceyms Bondun “Living 
Daylights” adlı yeni filmi üçün qız axtarırlar. Çantanı bura qoy, 
downloaded from KitabYurdu.org


157 
 
gedək. Onların harada olduqlarını sənə göstərərik. 
Agentlikdən  bir  nəfər  məni  həmin  yerə  ötürüb  küncdəki 
binanı göstərdi: “Bax o qapını görürsən? Bax oradır”. 
İçəri  keçdim.  Burada  Terens  Donovanm  studiyasında 
olduğundan da çox qız var idi. Onlar əda ilə yeriyir, dayanıb 
gözləyir, oturur, pozalar verir, qeybət edirdilər. 
Köməkçi  yaxınlaşıb  dedi:  “Hər  biriniz  bir  neçə  kəlmə 
deməlisiniz”.  Bu  xəbər  mənimçün  məşum  səsləndi,  lakin  öz- 
özümə artıq peşəkar bir model olduğumu xatırlatdım. Axı mən 
Terens  Donovanm  Pirelli  təqviminə  çəkilmişəm.  Bu, 
mənimçün çətin olmamalıdır. Növbəm çatanda məni studiyaya 
apardılar və işarənin üstündə dayanmağımı istədilər. 
“Əvvəlcədən sizə demək istəyirəm ki, ingiliscə yaxşı danışa 
bilmirəm”, - dərhal dedim. 
Onlar  mənə  bir  kart  uzadaraq  dedilər:  “Narahat  olma, 
sadəcə,  bunu  oxumalısan”.  Ay  Allah!  İndi  nə  edim?  Onlara 
oxuya  da  bilmədiyimi  deyim?  Yox,  bunu  edə  bilmərəm.  Elə 
biləcəkdilər, ələ salıram. 
Əvəzində onlara dedim: “Bağışlayın, mən getməliyəm. İndi 
qayıdıram”. 
Binadan çıxdım. Çantamı götürmək üçün agentliyə getdim. 
Allah  bilir,  çəkilişdəki  adamlar  qayıtmayacağımı  başa 
düşənədək nə qədər gözlədilər. Çantamı agentlikdən götürəndə 
isə mənə hələ  növbə çatmadığını  və çox  gözləməli olacağımı 
dedim. Günorta bir-iki arası olardı. Evə gedib çantamı qoydum, 
saç  ustası  axtarmağa  çıxdım.  Evimin  yaxınlığındakı  salona 
getdim. Oradakı oğlan nə istədiyimi soruşdu. 
-  Saçımı saralt. 
Saç ustası qaşlarını qaldıraraq dedi: 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə