Downloaded from KitabYurdu org SƏhra çİÇƏYİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə42/69
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#42784
1   ...   38   39   40   41   42   43   44   45   ...   69

- Eləmək  olar,  amma  bunun  üçün  xeyli  vaxt  lazımdır.  Biz 
saat səkkizə kimi işləyirik. 
-  Deməli, saat səkkizə kimə vaxtımız var! 
- Bəli,  amma  sizdən  öncə  əvvəlcədən  təyin  olunmuş 
müştərilərimiz var. 
Razılaşıncayadək onu dilə tutdum. O, saçıma peroksid vurdu 
və onu dilə tutduğuma görə dərhal da təəssüfləndim. Saçım elə 
qısa idi ki, kimyəvi maddələr başımı yandırmağa 
başladı,  sanki  başımın  dərisinin  hissə-hissə  soyulduğunu  hiss 
edirdim. Axır ki, saçımı yudu. Narıncı rəng alındığından bunu 
yenidən  etməli  oldu,  çünki  rəngin  açılması  üçün  peroksid 
başımda  çox  qalmalı  idi.  İkinci  dəfə  də  yaxşı  alınmadı  və 
nəhayət, üçüncü dəfə sarışın oldum. 
Bu rəng çox xoşuma gəldi, lakin evə qayıdarkən məni yolda 
görən  uşaqlar  analarının  əlindən  bərk-bərk  yapışaraq 
ağlayırdılar:  “Ana,  ana,  o  nədi  elə?  O  kişidir,  yoxsa  arvad?” 
Fikirləşdim ki, bəlkə səhv etmişəm?! Uşaqlar məndən qorxur! 
Amma  evə  çatanda  buna  əhəmiyyət  verməyin  mənasız 
olduğunu  anladım.  Çünki  saçımı  uşaqları  razı  salmaq  üçün 
saraltmamışdım.  Sarışın  saçın  mənə  yaraşıb-yaraşmadığını 
yoxlamaq istəyirdim və fikirləşirdim ki, çox gözəl görünürəm. 
Evə  çatanda  məni  agentlikdən  ard-arda  göndərilmiş 
məktublar  gözləyirdi.  Haradasan?  Çəkilişdə  hamı  səni 
gözləyir.  Qayıdırsan?  Onlar  hələ  də  səni  görmək  istəyirlər. 
Hələ  də  gözləyirlər...  Agentlik  artıq  bağlı  olduğundan 
Veronikaya  zəng  vurdum.  “Varis,  haradasan?  Elə  biliblər 
tualetə getmisən. Mənə 
söz  ver  ki,  sabah  gələcəksən”.  Sabah  səhər  ora  getmək  üçün 
məni yola gətirdi. 
downloaded from KitabYurdu.org


159 
 
Əlbəttə, Veronikaya deməyi unutduğum bir şeyi onlar dərhal 
sezdilər: dünən adi, qara qadın idim, bu gün isə sarışın Somali 
qadını olmuşdum. Bütün heyət heyrət içində mənə baxırdı. 
-  Ooo! İnanılmazdır! Bunu dünən gecə etmisən? 
-  Bəli. 
-  Oy, çox gözəldir. Bir də dəyişmə, oldumu? 
- İnanın, o əzabları belə tezliklə bir də yaşamaq istəmərəm. 
Artıq sarışınam. 
Dünən qaldığımız yerdən davam etdik. 
-  İngilis dilinə görə narahatsan? Problem budur? 
- Bəli. - Hələ də oxuya bilmədiyimi etiraf etməyə utanırdım. 
- Yaxşı,  orada  dayan,  sağa  bax,  sola  bax.  Adını,  haradan 
olduğunu, hansı agentliklə işlədiyini de, vəssalam. - Bunu edə 
bilərdim. 
Oradan  çıxdıqdan  sonra  ağlıma  gəldi  ki,  agentliyə  gedib 
saçımın  yeni  rəngini  onlara  göstərmək  maraqlı  olar.  Cin 
başlarına vurdu: 

Bu nədir, saçma neynəmisən? 

Çox qəşəngdir, elə deyilmi? 
- Oh,  ay  Allah,  yox,  qətiyyən  qəşəng  deyil!  Biz  artıq 
səninçün  sifariş  qəbul  edə  bilmərik.  Varis,  görünüşündə 
hansısa 
bir 
dəyişiklik 
etməzdən 
əvvəl 
bizimlə 
məsləhətləşməlisən.  Müştəri  bilməlidir  ki,  necə  görünüşlü 
adamla işləyəcək. O artıq təkcə sənin saçın deyil. İstədiyini edə 
bilməzsən. 
Lakin  çəkilişdəki  adamlar  saçımı  bəyənmişdilər  və  məni 
“Bond  qızı”  kimi  işə  götürmüşdülər.  Həmin  gündən  sonra 
agentlikdə qara bədənli, sanşın saçlı olduğum üçün mənə ləqəb 
qoymuşdular: Ginneslg 
downloaded from KitabYurdu.org


Kino  karyerama  başlayacağım  üçün  həddindən  çox 
sevinirdim. Lakin bir gün agentliyə getdim və Veronika mənə 
dedi: 
- Sənə  əla  bir  xəbərim  var.  “Living  Daylights”  filmi 
Mərakeşdə çəkiləcək. 
Yerimdə donub-qaldım. 
- Bilirsən,  çox  heyif  ki,  sənə  demək  istəmədiyim,  amma 
deməli  olduğum  bir  şey  var.  Yadındadır,  məni  işə  götürəndə 
pasportum olduğunu soruşmuşdunuz? Düzdür, pasportum var, 
amma  vizam  yoxdur.  Deməli,  İngiltərədən  çıxsam,  bir  də 
qayıda bilməyəcəyəm. 
- Varis, mənə yalan demisən! Modelin sənədləri qaydasında 
olmalıdır, yoxsa biz səni işçi kimi saxlaya bilmərik. Sən daim 
səfərlərdə  olacaqsan.  Ay  Allah,  indi  kinoya  çəkilə 
bilməyəcəksən. Biz müqaviləni ləğv etməliyik. 

Yox, yox, bunu etməyin. Mən bir şey fikirləşərəm. 
Veronika inamsızcasına üzümə baxdı və qərarı öz 
ixtiyarıma  buraxdı.  Növbəti  bir  neçə  gün  ərzində  otağımda 
qalıb  fikirləşdim,  fikirləşdim,  amma  ağlıma  heç  nə  gəlmədi. 
Bütün tanışlarında məsləhətləşdim. Yeganə çıxış yolu kiməsə 
ərə getmək idi. Belə bir adam isə yox idi. Çıxılmaz vəziyyətə 
düşmüşdüm.  Tək  ona  görə  yox  ki  bütün  varlığımla 
bağlandığım 
karyeram  qəfildən  alt-üst  olacaqdı,  həm  də  Veronikaya yalan 
deməklə agentliyin də nüfuzuna xələl gətirmişdim. 
Bir  axşam  bu  dilemma  ağlımda  aşağıya,  hovuza  getdim. 
Londonda  doğulan  və  hovuzda  xilasedici  işləyən  qaradərili 
rəfiqəm  Merlin  orada  idi.  Suyu  çox  sevdiyimdən  orada 
yaşayandan bəri tez-tez hovuzun yanında gəlib oturar, saatlarla 
downloaded from KitabYurdu.org


161 
 
dinməzcə  tamaşa  edərdim.  Nəhayət,  bir  gün  Merlin  mənə 
yaxınlaşıb niyə heç vaxt suya girmədiyimi soruşdu. Dedim ki, 
üzməyi bacarmıram. “Yaxşı, mən sənə öyrədərəm”, - o dedi. 
Hovuzun  dərin  tərəfinə  keçdim.  Dərindən  nəfəs  aldım  və 
suya  baş  vurdum.  Fikirləşirdim  ki,  o,  xilasedici  olduğundan 
məni xilas edəcək. Nə olsa yaxşıdır? Suyun altında balıq kimi 
düz  hovuzun  o  biri  başına  kimi  üzdüm  və  gülə-gülə  suyun 
üzünə çıxdım. 

İnana bilmirəm, mən bacardım! 
Merlin acıqlı idi: 

Bəs niyə deyirsən ki, bacarmıram? 

Ömrümdə heç vaxt üzməmişdim. 
Bu  hadisədən  sonra  biz  yaxın  dost  olduq.  O,  anası  ilə 
birlikdə  şəhərin  başqa  hissəsində  yaşayırdı.  Bəzən  işdən  gec 
çıxanda  yorğun  olduğu  üçün  evə  getmir  və  mənim  yanımda 
qalırdı. 
Merlin ürəyiaçıq və mehriban qız idi. Həmin axşam dərdimi 
dağıtmaq  üçün hovuzda  üzərkən  ağlıma  bir  şey  gəldi.  Suyun 
üstündə dayanıb tövşüyə-tövşüyə Merlinə dedim: 

Merlin, mənə sənin pasportun lazımdır. 

Nə? Nə danışırsan? 
Vəziyyəti ona danışdım. 
- Varis,  sən  ağlını  itirmisən!  Bilirsən  nə  olar?  Onlar  səni 
ölkədən  deportasiya  edərlər,  məni  isə  türməyə  salarlar.  Niyə 
belə  bir  riskə  getməliyəm?  Ceyms  Bond  filminə  çəkilməyin 
üçün? Yox, mümkün deyil. 
- Oh, yaxşı görək, Merlin. Çox maraqlı, macəralı olacaq, risk 
etməyinə dəyir. Biz pasport qeydiyyat şöbəsinə gedərik, sənin 
adından müraciət edərəm, sənin imzana oxşayan imza çəkərəm 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə