Downloaded from KitabYurdu org SƏhra çİÇƏYİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə30/69
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#42784
1   ...   26   27   28   29   30   31   32   33   ...   69

Bütün  bunlar  aşpazın  mənə  olan  münasibətini  daha  da 
pisləşdirirdi. 
Londonda  bir  həftə  qaldıqdan  sonra  anladım  ki, 
qohumluğumuz  xalam  və  onun  ərinin  gözündə  mən 
fikirləşdiyimdən  tamamilə  fərqli  anlamdadır.  Bütün  Afrikada 
zəngin  ailələrin  öz  kasıb  qohumlarının  uşaqlarını  himayəyə 
götürməsi  adət  halını  alıb  və  himayəyə  götürülən  uşaqlar  bu 
xeyirxahlığının əvəzində himayədarları üçün işləyirlər. Bəzən 
qohumlar  onlara  təhsil  verir  və  öz  doğma  uşaqları  kimi 
qayğısına qalırlar. Bəzən isə yox. Açıq-aşkar ümid edirdim ki, 
mən əvvəlki kateqoriyaya düşərəm. Lakin tezliklə öyrəndim ki, 
xalam və onun ərinin ağıllarında səhradan gətirdikləri bu avam 
uşağı inkişaf etdirmək yox, evlərində qulluqçu saxlamaq kimi 
daha vacib fikirləri var. Məhəmməd dayının o qədər işi olurdu 
ki, evdə işlərin necə getdiyinə heç fikir vermirdi. Lakin mənə 
ikinci  ana  olacağına  ümid  etdiyim  xalamın  məni  özünün 
üçüncü  qızı  etmək  fikri  qətiyyən  yox  idi.  Onun  nəzərində, 
sadəcə,  bir  qulluqçu  idim.  Bu fakt  bütün  amansızlığı  ilə  bəlli 
olunca, illah da yorucu və uzun iş günlərindən sonra Londona 
gəlmək  sevincim  tamamilə  yoxa  çıxdı.  Xalam  qoyduğu 
qaydalara  və  tapşırdığı  bütün  işlərə  ciddi  nəzarət  edirdi,  hər 
gün hər şey dəqiqliklə, onun dediyi vaxtda, dediyi kimi yerinə 
yetirilməli  idi,  heç  bir  istisna  ola  bilməzdi.  Bəlkə  də  o, 
vətənimizdən  fərqli  mədəniyyətə  sahib  olan  bu  yad  ölkədə 
müvəffəqiyyət qazanmaq üçün belə sərt olmaq lazım gəldiyini 
fikirləşirdi. Amma, xoşbəxtlikdən, evdə xalam qızı Bəsmanm 
timsalında özümə bir rəfiqə tapmışdım. 
Bəsma xalamın böyük qızı idi və biz eyni yaşda idik. O, elə 
gözəl qız idi ki, bütün oğlanlar arxasınca düşərdilər, o isə heç 
downloaded from KitabYurdu.org


111 
 
fikir də verməzdi. Gündüzlər məktəbə gedir, gecələr isə kitab 
oxuyurdu. Bəsma otağına çəkilər, yatağına uzanar və saatlarla 
oradan çıxmadan oxuyardı. Çox vaxt başı oxuduğu kitaba elə 
qarışardı  ki,  yemək  də  yadından  çıxardı,  bəzən  kimsə 
çağırmasa, otağından çıxmazdı. 
Darıxanda və özümü yalnız hiss edəndə onun otağına gedər, 
çarpayısının küncündə oturub soruşardım: 

Nə oxuyursan? 
O  isə  gözünü  kitabdan  ayırmadan  dodağının  altında 
mızıldanardı: 

Məni tək burax, oxuyuram... 

Səninlə danışa bilmərəm? 
Yenə də gözü kitabda, sanki yuxuda danışırmış kimi: 

Nədən danışmaq istəyirsən? - soruşardı. 

Nə oxuyursan? 

Hmmm... 

Sən nə oxuyursan? O nə haqdadır? 
Nəhayət,  onun  diqqətini  kitabdan  yayındıra  bilirdim.  O, 
kitabı  yerə  qoyar  və  onun  nə  haqda  olduğunu  danışmağa 
başlayardı.  Çox  vaxt  sevgi  romanlan  oxuyurdu.  Çox  vaxt  da 
kulminasiya bir neçə dəfə ayrılıqdan və anlaşılmazlıqdan sonra 
kişi ilə qadının öpüşməsi olurdu. Hekayətləri çox sevdiyimdən 
onun  danışdıqlarından  inanılmaz  zövq  alırdım  və  sehrlənmiş 
kimi oturaraq bütün oxuduğunu gözləri yaşararaq və jestlərlə 
ən  xırda  hissələrinə  kimi  danışmasına  qulaq  asırdım.  Onun 
hekayələrinə  qulaq  asdıqca  mən  də  oxumağı  öyrənmək 
istəyirdim,  çünki  oxuya  bilsəydim,  kiminsə  mənə  hekayət 
danışmasına ehtiyacım qalmazdı. 
Bizimlə  yaşayan  Abdulla  dayım  Londona  universitetdə 
downloaded from KitabYurdu.org


təhsil almaq üçün gəlmişdi. Bir gün o, məndən məktəbə getmək 
istəyib-istəmədiyim  barədə  soruşdu:  “Varis,  bilirsən,  sən 
oxumağı  bacarmalısan.  Həvəsin  varsa,  sənə  kömək  edərəm”. 
O,  mənə  məktəbin  harada  olduğunu,  nə  vaxt  açıldığını  və  ən 
əsası,  pulsuz  olduğunu  dedi.  Məktəbə  getmək  fikri  heç  vaxt 
ağlıma  gəlməmişdi.  Səfir  mənə  cibxərcliyi  kimi  hər  ay  lap 
kiçik məbləğ verirdi və təbii ki, bu pul məktəbə ödəyəcək qədər 
deyildi. Oxumağı öyrənmək həvəsi ilə Məryəm xalanın yanma 
getdim  və  ona  məktəbə  getmək  istədiyimi  dedim.  Mən  də 
xalamın uşaqları kimi ingiliscə oxumağı, yazmağı, danışmağı 
öyrənmək istəyirdim. 
Londonda yaşasaq da, biz evdə Somali dilində danışırdıq və 
mənim  ətraf  aləmlə  heç  bir  əlaqəm  olmadığından  ingiliscə 
cəmi  iki-üç  söz  bilirdim.  Xalam  dedi:  “Yaxşı,  bu  haqda 
fikirləşərəm”.  Lakin  bu  məsələni  əri  ilə  müzakirə  edəndə  o 
icazə vermədi. Xalama tez-tez təsir etməyə çalışırdım, lakin o, 
ərinin  əksinə  getmək  istəmirdi.  Nəhayət,  onlann  icazəsi 
olmadan  oxumaq qərarına  gəldim. Məktəbə həftədə üç dəfə - 
axşam  saat  doqquzdan  on  birə  kimə  gedəcəkdim.  Abdulla 
dayım  birinci  dəfə  gedəcəyim  yeri  mənə  göstərəcəyinə  söz 
vermişdi.  Onda  on  beş  yaşım  olardı  və  ilk  dəfə  idi  ki,  sinif 
otağında  oturmuşdum.  Otaqda  dünyanın  hər  tərəfindən  olan 
müxtəlif  yaşlı  adamlar  var  idi.  Birinci  dəfədən  sonra  evdən 
xəlvətcə  çıxardım,  eyni  yolu  getdiyimiz  qoca  bir  italyan  kişi 
məni özü ilə məktəbə aparar və dərs bitdikdən sonra evə qədər 
ötürərdi.  Öyrənməyə  o  qədər  həvəsli  idim  ki,  müəllimim 
həmişə  deyərdi:  “Varis,  yaxşı  öyrənirsən,  amma  bir  az  yavaş 
ol”.  Məhəmməd  dayı  axşamlar  evdən  xəlvətcə  çıxdığımı 
biləndə  mən  artıq  əlifbanı  öyrənmişdim.  Sözünə  məhəl 
downloaded from KitabYurdu.org


113 
 
qoymamışdım  deyə  mənə  acığı  tutdu  və  getdiyim  heç  bir  ay 
olmamış məni məktəbdən çıxartdı. 
Məktəbə  getməyə  artıq  icazə  verilməməsinə  baxmayaraq, 
xalam  qızının  kitablarını  götürüb  oxumağı  öyrənməyə 
çalışırdım.  Mənə  ailə  ilə  birlikdə  televizora  baxmağa  icazə 
verilmədiyindən qapıdan boylanaraq qulağım vərdiş etsin deyə 
ingilis  dilinə  qulaq  asırdım.  Hər şey  adəti  üzrə  davam  edirdi. 
Bir gün evi təmizləyərkən Məryəm xala məni çağırdı: “Varis, 
yuxarıda işin bitdikdən sonra bura gələrsən. Sənə sözüm var”. 
Yerləri  yığdıqdan  sonra  aşağı  düşdüm  və  zalda  buxarının 
yanında dayanmış xalamın yanma getdim. 

Bəli. 
- Bu  gün  evdən  zəng  vurmuşdular.  Ah...  sənin  kiçik 
qardaşının adı nə idi? 
-Əli? 

Yox, ən kiçiyi, saçı ağ olanı deyirəm. 

Ağsaqqal? Onu deyirsən? 
- Hə. Ağsaqqal və böyük bacın Aman. Çox təəssüf edirəm, 
onların ikisi də vəfat edib. 
Qulaqlarıma  inana  bilmirdim.  Gözlərim  xalamın  üzündə 
donub-qalmışdı. Onun zarafat etdiyini fikirləşirdim. Yaxud 
etdiyim nəyə görəsə hirslənib və belə dəhşətli bir şey deməklə 
məni cəzalandırmaq istəyirdi. Lakin onun üzündə heç bir ifadə 
görmürdüm. O,  düz  deyir, yoxsa niyə  belə söz desin? Amma 
bu,  necə  ola  bilərdi?  Yerimdə  donub-qalmışdım,  hərəkət  edə 
bilmirdim və sonra özümdən asılı olmadan ağ divanın üstündə 
oturdum.  Onlara  nə  olduğunu  da  soruşmadım.  Ola  bilsin, 
xalam mənə o dəhşətli hadisəni izah edirdi, lakin tək eşitdiyim 
şey  qulaqlanmdakı  uğultu  idi.  Keyləşmiş  halda,  zombi  kimi 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə