Downloaded from KitabYurdu org SƏhra çİÇƏYİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə29/69
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#42784
1   ...   25   26   27   28   29   30   31   32   ...   69

yaxınlaşdıq, giriş üstündə pəncərəsi olan gözəl bir yer idi. İçəri 
keçəndə  divarlann  birində  böyük,  qızılı  çərçivəli,  qarşı 
divardakı kitabları əks etdirən bir güzgü gördüm. 
Məryəm xala foyeyə gələrək məni salamladı. “Xala!” - onu 
görcək qışqırdım. 
Anamdan  bir  az  cavan  görünən  bu  qadın  Qərb  üslubunda 
dəblə geyinmişdi. Laqeydliklə dedi: “Gəl içəri. Qapını bağla”. 
Yolboyu  onun  üstünə  qaçıb  qucaqlayacağımı  fikirləşsəm  də, 
onun  əllərini  sinəsində  çarpazlayıb  etinasızlıqla  dayandığını 
görəndə qapının ağzında donub-qaldım. 
- Əvvəlcə  sənə  ətrafı  göstərmək,  vəzifələrini  izah  etmək 
istəyirəm. 
Artıq enerjimin tükəndiyini hiss etdiyimdən sakit bir tərzdə 
xalama dedim: 
- Oh,  xala,  çox  yorğunam,  bir  az  uzanmaq  istəyirəm.  Olar 
gedim yatım? 

Yaxşı, olar, mənimlə gəl. 
Biz  zaldan  keçib  pilləkənlərlə  yuxarı  qalxdıqca  evin 
çilçıraqlarla, üstündə çoxlu balışlar olan ağ divanla, buxarının 
üstündən asılmış yağlı boya ilə işlənmiş rəsmlərlə necə zövqlə 
bəzədildiyinə  heyranlıqla tamaşa edirdim. Məryəm xala məni 
otağına  apardı  və  yatmaq  üçün  mənə  öz  yatağını  göstərdi. 
Xalamın  taxtı  bizim  bütün  ailəmizin  qaldığı  alaçıq 
böyüklüyündə  idi  və  üstünə  çox  gözəl,  yumşaq  yorğan 
sərilmişdi. Əlimi onun ipək parçasına sürtərək yumşaqlığından 
və zərifliyindən həzz aldım. 

Oyananda evi sənə göstərərəm. 

Məni oyadacaqsan? 
- Yox. Nə vaxt istəsən, onda da oyanarsan. Nə qədər yatmaq 
downloaded from KitabYurdu.org


107 
 
istəyirsən yat. 
Yorğanın  altına  girdim.  Ömrüm  boyu  heç  vaxt  belə 
valehedici rahatlıq hiss etməmişdim. Xalam qapını astaca örtdü 
və  mən  uzun  və  qaranlıq  bir  tunelə  enirəmmiş  kimi  dərin 
yuxuya getdim. 
9. 
QULLUQÇU 
Gözlərimi  açanda  hələ  də  şirin  bir  yuxu  gördüyümü 
fikirləşdim.  Çünki  yaraşıqlı  otaqda  böyük  və  rahat  çarpayıda 
oyananda  gördüklərimin  gerçək  olduğuna  inana  bilmirdim. 
Məryəm  xala  uşaqlarından  biri  ilə  yatmış  olardı,  çünki  mən 
onun  otağında  o  biri  gün  səhərə  qədər  daş  kimi  yuxuya 
getmişdim. Lakin yerimdən qalxanda xəyal dünyam tamamilə 
alt-üst oldu və real həyata qayıtdım. 
Xalamın  otağından  çıxıb  evi  dolaşanda  o  özü  məni  tapdı. 
“Əla.  Deməli,  oyanmısan.  Gəl  mətbəxə  gedək,  nə  edəcəyini 
sənə  göstərim”.  Çaşbaş  halda  onun  arxasınca  mətbəx  dediyi 
otağa  getdim.  Bu,  Moqadişuda  xalamın  evində  gördüyüm 
mətbəxə  qətiyyən  bənzəmirdi.  Mavi  rəngli  hamar  kafel 
vurulmuş  otağın  bütün  divarlan  krem  rəngli  dolablarla 
əhatələnmişdi,  ortada  isə  böyük  bir  soba  var  idi.  Xalam 
siyirmələri  açıb-bağlayaraq  bir-  bir  sayırdı:  “Burada 
qab-qacaqlar,  burada  çəngəl-bıçaq,  burada  dəsmallar...”  Bu 
qadının nə danışdığını başa düşmürdüm, 
saydığı əşyalarla nə edəcəyimi, hətta onların nə olduğunu belə 
bilmirdim.  “Hər  gün  yeddinin  yarısında  dayının  səhər 
yeməyini  verəcəksən,  çünki  o,  səfirliyə  tezdən  gedir.  Onun 
şəkəri  var,  ona  görə  yeməyinə  fikir  vermək  lazımdır.  O, 
səhərlər həmişə bir fincan bitki çayı içir və iki yumurta yeyir. 
Saat yeddidə qəhvəmi otağıma gətirərsən. Sonra uşaqlar üçün 
downloaded from KitabYurdu.org


fəsəli  hazırlamalısan.  Onlar  saat  doqquzda  məktəbdə 
olmalıdırlar,  ona  görə  də  düz  səkkizdə  yeyirlər.  Səhər 
yeməyindən sonra...” 
“Xala,  bu  saydıqlarını  necə  edəcəyəm?  Mənə  kim 
öyrədəcək?  Mən  o  dediyini...  blini  hazırlamağı  bacarmıram. 
Fəsəli necə olur?” - dedim. 
Məryəm  xala  onun  sözünü  kəsdiyimə  görə  əllərini  qapıya 
tərəf  uzadaraq  dərindən  bir  ah  çəkdi.  Qolu  hələ  də  havada 
nəfəsini saxlayıb narazı bir ifadə ilə mənə baxdı. Sonra yavaş- 
yavaş nəfəsini buraxdı, qolunu yanma saldı və onu birinci dəfə 
görəndə etdiyi kimi qollarını sinəsi üstündə çarpazlayıb  dedi: 
“Bütün bunları birinci dəfə özüm edəcəyəm, Varis. Amma sən 
əlimə  diqqətlə  baxmalısan.  Çox  diqqətlə  bax,  qulaq  as  və 
öyrən”. 
Başımı  təsdiq  əlaməti  olaraq  yellədim  və  o,  qaldığı  yerdən 
davam etməyə başladı. 
Bu  minvalla  birinci  həftədən  və  bir  neçə  kiçik  xətalardan 
sonra  üzərimə  düşən  işləri  nizamlı  şəkildə  növbəti  dörd  ildə, 
ilin  üç  yüz  altmış  beş  günü  hər  gün  yerinə  yetirdim.  Vaxt 
anlayışından xəbərsiz olan bir səhra qızı olsam da, tez-tez saata 
baxmağı  və  saatla  yaşamağı  öyrənməli  oldum.  Saat  altıda 
yerimdən  qalxaraq  yeddinin  yarısınadək  dayımın  səhər 
yeməyini hazırlayır, xalamın qəhvəsini yeddidə otağına aparır, 
səkkizdə  uşaqlara  yemək  verirdim.  Sonra  dayımı  səfirliyə 
aparan  sürücü  qayıdıb  uşaqlan  məktəbə  apanrdı.  Uşaqlar 
getdikdən  sonra  mətbəxi  səliqəyə  salır,  xalamın  otağını, 
hamamını təmizləyir, sonra dörd mərtəbənin bütün otaqlarının 
tozunu  alır,  silib  parıldadırdım.  İşimdən  kiminsə  xoşu 
gəlməyəndə  şikayət  də  edərdilər:  “Hamamı  təmizləməyindən 
downloaded from KitabYurdu.org


109 
 
xoşum  gəlmədi.  Gələn  dəfə  yaxşı  təmizlə,  elə  təmizlə  ki,  ağ 
kafellərin üstündə ləkə qalmasın, parıldasın”. 
Sürücüdən  və  aşpazdan  başqa,  evdə  yeganə  qulluqçu  mən 
idim. Xalam deyirdi ki, bizim ev kimi balaca evə bir qulluqçu 
bəsdir. Aşpaz həftənin altı günü işləyirdi, bazar günü isə onun 
istirahət  günü  idi.  Həmin  gün  bişirmək  mənim  boynuma  idi. 
Orada  qaldığım  dörd  il  ərzində  bircə  dəfə  də  olsun  istirahət 
günüm olmayıb. Bir-iki dəfə xalamdan xahiş etsəm də, mənə 
elə sifət göstərdi ki, fikrimdən vaz keçməli oldum. 
Mən ailə ilə birlikdə yemirdim. İmkan olanda ayaqüstü nəsə 
yeyir,  gecəyansı  yatanacan  işləyirdim.  Lakin  ailə  ilə  birlikdə 
yemədiyimə təəssüflənmirdim, çünki fikrimcə aşpazın bişirdiyi 
yeməklər zibil dadı verirdi. O da Somalidən idi, amma başqa 
tayfadan.  O,  mənə  əziyyət  etməyi  xoşlayan  zalım,  tənbəl  və 
lovğa  adam  idi.  Xalam  mətbəxə  girən  kimi  o,  yalandan 
deyinməyə  başlayardı:  “Varis,  bazar  ertəsi  mətbəxə  gələndə 
buranı  təmizləməyə  bir  saat  vaxt  sərf  edirəm,  səliqəli 
saxlamırsan”. Əlbəttə ki, bu, ağ yalan idi. O bilirdi ki, bişirdiyi 
yeməklərlə  xalamı,  dayımı  razı  sala  bilmir,  ona  görə  özünü 
başqa  vasitələrlə  onların  gözündə  yaxşı  göstərməyə  çalışırdı. 
Xalama  deyəndə  ki,  aşpazın  hazırladığı  yeməkdən  yeyə 
bilmirəm,  o  dedi:  “Yaxşı,  onda  özün  nə  istəyirsən  bişir,  ye”. 
Xalam belə deyəndən sonra Moqadişudakı xalam qızı 
Fatimədən  nələrisə  öyrəndiyimə  çox  sevindim.  Sən  demə, 
məndə aşpazlıq istedadı var imiş! Beləcə, cürbəcür pastalar və 
ağlıma  gələn yeməklər  hazırlamağa  başladım.  Ailədən  kimsə 
nəsə  yediyimi  görürdüsə,  dadma  baxmaq  istəyirdi.  Çox 
keçmədi, bazarlıq etməyə gedərkən bu gün nə hazırlanacağını, 
bununçün  nə  lazım  olduğunu  məndən  soruşmağa  başladılar. 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə