Downloaded from KitabYurdu org SƏhra çİÇƏYİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə23/69
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#42784
1   ...   19   20   21   22   23   24   25   26   ...   69

Aman da mənə Moqadişuya necə gəlib çıxdığını, ərini necə 
tapdığını danışdı. Onun əri xoşxasiyyət, sakit və zəhmətkeş bir 
adam  idi.  Bacım  səkkizaylıq  hamilə  idi  və  birinci  uşağını 
gözləyirdi.  Lakin  ayağa  qalxanda  bu  yaxınlarda  ana  olacaq 
qadına oxşamırdı. Altı futdan da hündür boyu olan bacım uzun 
afrikan  paltarında  heç  hamiləyə  oxşamır  və  zərif  görünürdü. 
Onun  çox  gözəl  göründüyünü  hələ  də  xatırlayıram  və  ümid 
edirdim ki, hamilə olanda mən də onun kimi gözəl olacağam. 
Biz bir az söhbət etdikdən sonra bayaqdan beynimdən keçən 
sualı  verdim:  “Aman,  evə  qayıtmaq  istəmirəm  -  sizdə  qala 
bilərəm?” 
“Deməli,  sən  də  qaçdın  və  bütün  işləri  Mamanın  öhdəsinə 
buraxdın...”  -  o,  kefsiz  halda  dedi.  Amma  istədiyim  qədər 
onlarda qalmağıma razılaşdı. Onun daxması iki balaca otaqdan 
ibarət idi, birində mən, o birində əri ilə bacım yatırdı. Ərini az- 
az  görürdük,  o,  səhər  erkən  işə  gedir,  günorta  yeməyinə 
qayıdır, bir az dincəlir, sonra işə qayıdır və bir də gecə gəlirdi. 
Evdə olanda da o qədər az danışırdı ki, onun haqqında, demək 
olar  ki,  heç  nə  xatırlamıram  -  hətta  adını,  nə  işlə  məşğul 
olduğunu belə... 
Amanın çox qəşəng bir qızı dünyaya gəldi. Mən ona uşağa 
baxmaqda  kömək  edirdim.  Həmçinin  evi  təmizləyir,  çirkli 
paltarları aparıb çöldə yuyur, qurumaq üçün sərirdim. 
Bazara  gedir,  bazarlıq  edir,  satıcılarla  sövdələşməyin 
sirlərini  öyrənirdim.  Yerlilərin  mimikaları  ilə  satıcılara 
yaxınlaşaraq  dərhal  soruşurdum:  “Neçəyədir?”  Eyni  ssenari, 
demək olar ki, hər gün təkrarlanırdı: satıcı qadın qabağıma biri 
böyük,  ikisi  balaca  olmaqla  üç  pomidor  qoyub  mənə  üç 
dəvənin qiymətini (təbii ki, mənim fikrimcə!) oxuyurdu. 
downloaded from KitabYurdu.org


83 
 
Əlimi yellədərək bezikmiş bir tərzdə deyirdim: 

Oy, çox bahadır... 

Yaxşı, gəl, gəl, nə qədər verə bilərsən? 

İki əlli. 

Oy, yox, yox! O qədər də yox... 
Bu vaxt özümü gedirmiş kimi göstərir və bir gözüm əvvəlki 
satıcıda,  həvəslə  başqa  satıcılarla  danışırdım.  Sonra  geri 
qayıdırdım,  ikimizdən  birimiz  yorulanadək  sövdələşir  və 
nəhayət, razılığa gəlirdik. 
Bacım  anamdan  narahat  olduğunu  deyirdi.  Bu  narahatlıq 
mən də qaçıb gəldikdən sonra bir az da artmışdı: “Mama bütün 
işi təkbaşına görür...” Həmişə söhbət o yerə gəlib çatanda elə 
danışırdı  ki,  sanki  vəziyyətin  belə  olmağının  bütün  günahı 
məndədir.  Anamla  bağlı  dediklərini  başa  düşürdüm,  amma 
Aman  özünün  də  qaçdığını  heç  vaxt  xatırlatmırdı.  Onunla 
keçirdiyim  uşaqlıq  illərimi  xatırlayırdım.  Görüşmədiyimiz 
təxminən bu beş ildə çox şey dəyişmişdi, amma Amançün hər 
şey  əvvəlki  kimi  idi.  Onun  nəzərində  mən  hələ  də  o  vaxtkı 
balaca,  səfeh  uşaq  idim,  o  isə  həmişə,  həmişə  ən  ağıllı  və  ən 
böyük  idi.  Mənə  aydın  oldu  ki,  bir-birimizə  zahirən  çox 
oxşasaq da, əslində, xasiyyətimiz tamamilə fərqli idi. Onun bu 
yersiz  ağalığı  məni  getdikcə  daha  çox  qıcıqlandırırdı.  Papa 
məni o qocaya ərə vermək istəyəndə başqa bir həyat arzusuyla 
qaçmışdım.  Yemək  bişirmək,  paltar  yumaq,  uşaq  saxlamaq  - 
evdə  kiçik  bacı-qardaşıma  da  mən  baxırdım  -  arzuladığım 
həyatda yox idi. 
Beləcə, bir gün Amangilin evindən çıxaraq qismətimdə məni 
daha nələr gözlədiyini axtarmağa getdim. Bunu onunla 
müzakirə  etməmişdim,  ona  gedəcəyimi  belə  deməmişdim. 
downloaded from KitabYurdu.org


Sadəcə,  bir  səhər  oyanıb  evdən  çıxdım  və  bir  daha  geri 
qayıtmadım.  O  vaxt  bu  gedişimdən  razı  qalmışdım,  amma 
bilmirdim ki, onu bir daha görə bilməyəcəyəm. 
7. 
MOQADIŞU 
Amangildə yaşadığım vaxt ərzində məni Moqadişuda yaşayan 
başqa  qohumlarımızgilə  aparmışdı.  Ömrümdə  birinci  dəfə 
anamın  ailəsindən  olan  adamlarla  görüşə  bilmişdim.  Anam 
paytaxtda anası, dörd qardaşı və dörd bacısı ilə yaşamışdı. 
Moqadişuda  yaşayanda  nənəmlə  görüşdüyümə  görə  çox 
məmnunam. İndi onun təxminən doxsan yaşı var, amma mən 
görəndə  yetmiş  yaşlarında  olardı.  Nənəm  əsl  Mamadır.  O, 
güclü  iradə  və  xarakterə  malik  dişbatmaz  bir  qadındır.  Əlləri 
neçə illərin əziyyətini çəkdiyindən timsah dərisinə oxşayırdı. 
Nənəm  ərəb  ölkələrinin  birində  doğulmuşdu,  lakin  hansı 
ölkə  olduğunu  dəqiq  bilmirəm.  Mömin  müsəlman  idi,  üzünü 
Məkkəyə  tutaraq  gündə  beş  dəfə  namaz  qılardı  və  evdən 
çıxanda  başdan-ayağa  qara  çarşaba  bürünərdi.  Arabir  onunla 
zarafat edərdim: “Nənə, yaxşısan? Lazım olan tərəfə getdiyinə 
əminsən? Çarşabın arxasından necə görürsən?” 
Onun acığı tutardı: “Ah, gəl, gəl görüm. Hər şeyi lap yaxşı 
görürəm”. 
Gülə-gülə deyərdim: “Yaxşı, bəs nəfəs ala bilirsən?!” 
Nənəmgildə  qaldığım  günlərdə  başa  düşdüm  ki,  Mama  öz 
gücünü  haradan  alıbmış.  Babam  neçə  illər əvvəl  vəfat  etmiş, 
nənəmsə evin və uşaqlann qayğısını çəkməklə bütün işləri özü 
tək  görmüşdü.  Onlara  gedəndə  məni  o  ki  var  yorardı.  Səhər 
yerimizdən qalxan kimi o artıq getməyə hazır olardı. O dəqiqə 
deyərdi: “Tez ol, Varis. Gedək”. 
Nənəm  bazardan  bir  xeyli  uzaqda  yaşayırdı.  Biz  hər  gün 
downloaded from KitabYurdu.org


85 
 
bazarlıq  etməyə  gedərdik.  Nənəmə  deyərdim:  “Nənə,  gəl 
avtobusla gedək, çox istidi. Bazar da piyada getməkçün xeyli 
uzaqdır”. 
“Nə?! Avtobus?! Gəl, gəl, gəl gedək. Sənin kimi cavan qız 
avtobusla  getmək istəyir?! Niyə şikayətlənirsən? Axır vaxtlar 
yaman  tənbəl  olmusan.  İndinin  uşaqları  hamısı  belədir, 
bilmirəm sizə nə olub. Sənin yaşında olanda mən millərlə yolu 
piyada gedərdim... Ay qız, mənimlə gəlirsən, ya yox?” Beləcə, 
yola düşürdük. Bir az da uzunçuluq etsəydim, o, mənsiz 
gedəcəkdi.  Evə  qayıdanda  arxasınca  torbalan  darta-darta 
çətinliklə gələrdim. 
Mən  Moqadişudan  çıxandan  sonra  xalalanmdan  biri 
özündən sonra doqquz yetim qoyub vəfat edib. Nənəm onun da 
uşaqlanna öz balaları kimi baxıb. O əsl Mamadır və nə etmək 
lazım idisə, onu da edirdi. 
Nənəmgildə  olanda  dayılarımdan  biri,  Voldab  dayı  ilə 
görüşmüşdüm. Bir gün bazardan qayıdanda onu o biri dayım 
uşaqlanmdan  biri  qucağında  divanda  oturan  gördüm.  Onu 
əvvəllər  heç  vaxt  görməsəm  də,  anama  çox  oxşadığından 
özümü 
saxlamadan 
üstünə 
qaçdım.  Anamçün  çox 
darıxdığımdan  onu  xatırladan  hər  şeyə  qarşı  inanılmaz 
dərəcədə həssas olmuşdum. Onun üstünə qaçdım, mən də sanki 
aynada  bir  az  fərqli  görünən  adamlar  kimi  anama 
oxşadığımdan  bu  həm  qəribə,  həm  də  gözəl  idi.  O,  evdən 
qaçdığımı  və  Moqadişuda  qaldığımı  eşitmişdi.  Ona 
yaxınlaşanda  dedi:  “Bu,  zənn  etdiyim  adamdır?”  Həmin  gün 
evdən çıxandan bəri ilk dəfə doyunca gülmüşdüm. Voldab dayı 
anama  təkcə  zahirən  oxşamırdı,  anam  kimi  onda  da  güclü 
yumor hissi var idi. Bu bacı-qardaş, çox güman ki, 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə