Downloaded from KitabYurdu org SƏhra çİÇƏYİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə12/69
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#42784
1   ...   8   9   10   11   12   13   14   15   ...   69

çıxmaz, çox sarsılmışdı... Sonra anladı, “Lənətə gəlsin, onu bu 
balaca  qızcığaz  əlimdən  aldı!”  -  dedi.  Mama  qısqanclıqdan 
ölürdü,  amma  bunu  büruzə  verməmək  üçün  özünü  olduqca 
təmkinli aparmağa çalışırdı. 
Biz atamın təzə arvadının haradan olduğunu, ümumiyyətlə, 
onun haqqında heç nə bilmirdik. Amma o, gəldiyi ilk gündən 
biz  uşaqları  hər  işə  buyururdu.  Sonra  anama  bunu  elə,  onu 
gətir, mənə filan şey bişir kimi göstərişlər verməyə başladı. Hər 
şey elə sürətli baş verirdi ki, bir gün o, bağışlanılmaz bir səhv 
etdi - qardaşım Ağsaqqalı vurdu! 
Bu, baş verən gün biz uşaqlar həmişə yığıldığımız yerdə idik 
(hər  köç  edəndə  alaçığımıza  yaxın  yerdə  özümüzçün 
toplaşmağa  bir  “uşaq  otağı”  -  ağac  tapırdıq).  Ağsaqqalın 
ağladığını eşidəndə bacılarım və qardaşlarımla ağacın altında 
oturmuşduq. Ayağa qalxdım və uzaqdan bizə tərəf gələn 
qardaşımı gördüm. Əyilib onun yanaqlarına axan göz yaşlarını 
sildim  və  “Sənə  nə  olub?  Niyə  ağlayırsan?”  -  soruşdum.  “O, 
məni  vurdu  -  möhkəm  bir  şillə  vurdu”.  Kimin  vurduğunu 
soruşmadım,  çünki  evdə  hələ  heç  kim  ona  bir  çırtma  da 
vurmamışdı.  Nə  anam,  nə  böyük  bacı-qardaşlanm,  hətta  bizi 
həmişə  döyən  atamız  belə  ona  əl  qaldırmazdı.  Onu  vurmağa 
səbəb də yox idi, çünki o, aramızda ən ağıllısı idi, həmişə hər 
şeyi düz edirdi. Qardaşımı vurmaq bardağı daşıran son damla 
oldu, buna dözə bilmədim və o sərsəm qızın dalınca getdim. 

Qardaşımı niyə vurmusan? - ondan soruşdum. 
Sanki kraliçaymış və bütün mal-qaranm sahibi də o imiş 
kimi dikbaşlıqla dedi: 

O, mənim südümü içdi. 
- Sənin  südün?  Südü  alaçığa  mən  qoymuşam,  o  istəyərsə, 
downloaded from KitabYurdu.org


43 
 
susayıbsa, içə bilər. Sən onu vurmamalısan! 
- Oh,  yum  ağzını,  özün  də  açıl  başımdan!  -  əli  ilə  işarə 
edərək üstümə qışqırdı. 
Onun üzünə baxaraq başımı yellədim, on üç yaşım olsa da, 
onun çox böyük səhv etdiyini bilirdim. 
Bacı-qardaşlanm ağacın altında oturub səbirsizliklə Papanın 
arvadı  ilə  aramda  olan  söhbəti  eşitmək  istəyirdilər.  Onlara 
yaxınlaşanda  hamısı  sual  dolu  gözlərini  üzümə  zilləmişdi. 
“Sabah” dedim. Onlar razılaşdılar. 
Ertəsi gün atam bir  neçə günlüyə evdən aynldığından  uğur 
bizimlə idi. Siesta vaxtı heyvanları alaçığa gətirdim, bacımı və 
iki qardaşımı tapdım. “Papanın təzə arvadı üstünlüyü ələ alır, - 
deyə  mən  vəziyyəti  açıqca  izah  etməyə  başladım,  -  onun 
qabağını  almaq  üçün  ona  dərs  verməliyik”.  “Yaxşı,  biz  nə 
etməliyik?” - Əli soruşdu. 
“Görəcəksiniz. Mənimlə gəlin, mənə kömək edin”. Həmişə 
əşyalarımızı  dəvələrin  belinə  şəllədiyimiz  qalın  və  möhkəm 
kəndiri  götürdüm.  Papanın  qorxmuş  arvadını  alaçıqdan 
uzaqlaşdınb  kolluğa  apardıq  və bütün  paltarlarını  soyunmağa 
məcbur etdik. Sonra kəndirin bir ucunu ağaca atıb o biri ucunu 
“arvadcığaz”ın topuğuna bağladım. Biz onun ayaqlarını yerdən 
üzərək kəndiri dartdıqca o qışqırır, bizi lənətləyir, hönkürərək 
ağlayırdı.  Qardaşlanmla  birlikdə  onun  başı  yerdən  təxminən 
səkkiz fut hündürlükdə asılı qalıncayadək kəndiri dartdıq. 
Belədə heç bir vəhşi heyvan onu yeyə bilməzdi. Sonra kəndiri 
düyünlədik  və  onu  orada  qışqıra-qışqıra,  qıvrıla-qıvrıla 
qoyaraq evə qayıtdıq. 
Atam ertəsi gün günorta vaxtı, gözlədiyimizdən bir gün tez 
qayıtdı.  O,  arvadının  harada  olduğunu  soruşanda  hamımız 
downloaded from KitabYurdu.org


çiyinlərimizi  çəkərək  onu  görmədiyimizi  dedik.  Yaxşı  ki, 
arvadı uzağa aparmışdıq, səsini eşidən olmamışdı. Atam “Hm” 
deyə şübhələnərək bizi süzdü. Hava qaralsa da, onun hələ izini- 
tozunu  da  tapa  bilməmişdi.  Papa  bilirdi  ki,  burada  nəsə  var, 
nəsə  pis  bir  şey  baş  verib  və  buna  görə  də  bizi  sorğu-sual 
etməyə  başladı:  “Axırıncı  dəfə  onu  nə  vaxt  görmüsünüz?  Bu 
gün onu görmüsünüz? Bəs dünən necə?” Biz onun dünən gecə 
evə gəlmədiyini dedik, əslində, bu elə həqiqət idi! 
Atam  həyəcanla  onu  hər  yerdə  axtarmağa  başladı,  lakin 
səhərədək  tapmadı.  Atam  onu  tapıb  kəndirdən  açanda  artıq  o 
iki  gün  idi  ki,  ağacdan  başıaşağı  sallandığından  pis  günə 
düşmüşdü. Evə qayıdanda atam olduqca qəzəbli idi: “Bunu kim 
edib?”  Hamımız  susduq  və  bir-birimizə  baxdıq. Sözsüz  ki,  o 
artıq hamısını atama demişdi. “Başda gedən Varis idi. Mənə 
birinci  o  hücum  etdi!”  Atam  mənə  yaxınlaşdı  və  vurmağa 
başladı. Amma uşaqlar onun üstünə atılıb məni onun əlindən 
almağa  çalışdılar.  Bilirdik  ki,  atanı  vurmaq  ədəbsizlikdir, 
amma olanlara daha dözə bilmirdik. 
Həmin gündən Papanın arvadı dəyişib başqa adam oldu. Biz 
ona yaxşı bir dərs verdik, o isə yaxşı şagird olmuşdu! Bəlkə də 
iki  gün  beyninə  qan  gedəndən  sonra  ağlı  özünə  qayıtdı  və  o, 
şirindil və mehriban oldu. O, anamın ayaqlanndan öpər və qul 
kimi onun qulluğunda durardı. “Səninçün nə edə bilərəm? Sənə 
nə gətirim? Yox, yox - mən edərəm, sən otur, dincəl”. 
“Bax belə. Sən lap əvvəldən belə etməli idin, ay səni, balaca 
qancıq.  Bizə  bu  lüzumsuz  qanqaraçılığı  yaşatmamalı  idin”,  - 
mən  belə  fikirləşirdim.  Lakin  köçərilərin  həyatı  həddən  artıq 
çətindi.  O,  anamdan  iyirmi  yaş  cavan  olsa  da,  onun  kimi 
qüvvətli  deyildi.  Nəhayət,  anam  da  başa  düşdü  ki,  bu  balaca 
downloaded from KitabYurdu.org


45 
 
qızdan qorxmağa gərək yoxdur. 
Köçərilərin  həyatı  çətin  olsa  da,  gözəlliklə  doludur  -  həyat 
təbiətlə  o  qədər  əlaqəlidir  ki,  sanki  bir-birilərinin  ayrılmaz 
hissəsidir. Anam mənə təbiətin bir möcüzəsinin adını qoyub. 
Varis  “səhra  gülü”  deməkdir.  Səhra  gülü  lap  az  canlının  sağ 
qala  bildiyi  bəhrəsiz,  münbit  olmayan  səhrada  çiçək  açır. 
Bəzən  bir  il  yağış  yağmır,  amma  yağar-yağmaz  yerin  tozunu 
öldürür və möcüzə kimi bu gül üzə çıxaraq çiçək açır. Çiçəklər 
parlaq sarıya çalan nanncı rəngdə olur, buna görə də san mənim 
ən sevimli rəngimdir. 
Qızlar  ərə  gedəndə  onun  tayfasındakı  qadınlar  səhraya 
yollanar,  bu  güllərdən  yığardılar.  Onu  qurudar,  sonra  suda 
isladaraq  məhlul  şəklinə  salar  və  qızılı  rəng  vermək  üçün 
gəlinin  üzünə  sürtərdilər.  Əlinə  və  ayağına  xınadan  müxtəlif 
naxışlar vurar, gözlərinə isə sürmə çəkərək gəlini daha gözəl və 
cazibədar edirdilər. Bütün bu kosmetikalar müxtəlif bitkilərdən 
və  otlardan  hazırlanır  və  tamamilə  təbiidir.  Sonra  qadınlar 
gəlini  əlvan  rəngli  şərflərlə  -  qırmızı,  çəhrayı,  narıncı,  sarı  - 
bəzəyərdilər.  Ailələrin  çoxu  inanılmaz  dərəcədə  kasıb 
olduğundan,  adətən,  bütün  şərflər  gəlinin  olmur  və  heç  kim 
bundan  utanmır.  O,  sadəcə,  anasının,  bacısının,  ya  da 
rəfiqələrinin  tapa  bildiklərini  geyinərək  qəşəng  görünməyə 
çalışır və özünü bütün somalililərə məxsus bir məğrurluqla 
aparır.  Toy  günü  çatanda  müdhiş  bir  gözəlliklə  bəyi 
salamlamaq üçün üzə çıxır. Kişi bu gözəlliyə layiq olmur! 
Toyda  tayfanın  adamları  onlarçün  hədiyyələr  gətirir.  Yenə 
də  xüsusi  və  yaxşı  nəsə  ala  bilmək  üçün  narahat  olmağına 
dəymir.  Nəyin  varsa,  onu  verirsən  -  bir  kasa,  yatmaq  üçün 
həsir.  Bunlardan  da  yoxdursa,  sadəcə,  ərzaq  gətirə  bilərsən. 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə