Downloaded from KitabYurdu org SƏhra çİÇƏYİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə10/69
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#42784
1   ...   6   7   8   9   10   11   12   13   ...   69

məni narahat edir. 
Anam haqqında bildiyim tək budur ki, o, həddən artıq gözəl 
idi.  Bəlkə  də  bu  sözlərim  anasına  heyran  olan  bir  qızın  tipik 
fikirləri  kimi  səslənir,  amma  bu,  həqiqətdir.  Onun  üzü 
Modiqlianinin4  yaratdığı  heykələ  bənzəyirdi,  dərisi  o  qədər 
hamar  və  qara  idi  ki,  sanki  qara  mərmərdən  yonulmuşdu. 
Mamanın dərisi qapqara, dişləri isə göz qamaşdıracaq dərəcədə 
ağ  olduğundan  gecələr  gülərkən  dişləri  gecənin  qaranlığında 
süzürmüş kimi  parlayırdı. Uzun, düz  və yumşaq saçı  var  idi, 
heç  vaxt  darağı olmadığından  saçlarını  həmişə  barmaqlan  ilə 
darayardı.  Anam  incə  və  ucaboydur,  bu,  irsən  onun  bütün 
qızlarma keçib. 
Xasiyyətcə  olduqca  sakit  və  təmkinlidir.  Lakin  söhbət 
etməyə başlayanda inanılmaz dərəcədə məzəli danışar və çox 
gülərdi. Bəzən çox gülməli, bəzən də ədəbsiz lətifələr danışar, 
bəzən  adi  kiçik  zarafatları  ilə  bizi  gülməkdən  öldürərdi.  O, 
üzümə  baxıb  deyərdi:  “Varis,  sənin  gözlərin  niyə  sifətində 
batıb?” Bundan başqa, mənə Avdohol, yəni “balaca ağız” 
deməkdən xoşu gəlirdi. Səbəbsiz yerə mənə baxar və deyərdi: 
“Ey, Avdohol, sənin ağzın niyə belə balacadır?” 
Atam çox yaraşıqlı kişi idi. Bunu özü də çox yaxşı bilirdi! 
Təxminən  altı  fut  hündürlüyündə,  ucaboy,  anq  və  Mamadan 
daha  açıq  dərili,  saçı  şabalıdı,  gözləri  isə  qəhvəyi  idi.  Papa 
yaraşıqlı olduğunu bildiyindən özünü çəkirdi. Həmişə Mamaya 
sataşaraq deyərdi: “Bax dediyimi etməsən, gedib başqa arvad 
alaram ha!” Yaxud da: “Sizin yanınızda ürəyim sıxılır, özümə 
başqa arvad alıram...” Anam da ona sataşardı: “Get, gör nə edə 
bilirsən”. Onlar bir-birilərini, həqiqətən, çox sevirdilər, amma, 
təəssüf ki, bir gün bu zarafatlar gerçək oldu. 
downloaded from KitabYurdu.org


35 
 
Anam  Somalinin  paytaxtı  Moqadişuda  doğulub.  Atam  isə 
köçəri  olub  və  bütün  ömrü  boyu  səhrada  dolaşaraq  yaşayıb. 
Anam  onunla  qarşılaşanda  Papa  o  qədər  yaraşıqlı  olub  ki, 
onunla səhrada köçəri həyatı yaşamaq anamçün xeyli romantik 
səslənib  və  onlar  tezliklə  evlənmək  qərarına  gəliblər.  O  vaxt 
babam artıq sağ olmadığından atam özü nənəmin yanma elçi 
gedib və anamla evlənmək üçün icazə istəyib. Nənəmsə atama: 
“Yox, yox, qətiyyən yox”, anama isə: “O, avaranın biridir!” - 
deyib.  Nənəm  gözəl  qızma  bütün  ömrünü  bu  səhra  adamı  ilə 
dəvə  saxlamağa,  həyatını  vəhşi  təbiətdə  keçirməyə  icazə 
vermək  istəməyib.  Amma  anam  hər  şeyə  rəğmən  on  altı 
yaşında evdən qaçıb və atamla evlənib. 
Onlar ölkənin başqa yerinə gedib və atamın ailəsi ilə birlikdə 
səhrada  yaşayıblar.  O  səhra  ki,  anamçün  bir  yığın  çətinliklər 
yaradıb. Anamın ailəsi zəngin və nüfuzlu ailə olub, anam çətin 
köçəri  həyatının  nə  olduğunu  bilməyib.  Belə  məşəqqətli 
həyatdan  əlavə,  üstəlik  atam  Darud,  anamsa  Haviyə 
tayfasından olublar. Aborigen amerikalılar kimi, somalililər də 
fanatikcəsinə sadiq olduqlan müxtəlif tayfalara bölünürlər. Bu 
tayfa  qüruru  onlar  arasında  tarix  boyunca  müxtəlif 
müharibələrə səbəb olub. 
Darudlar  və  Haviyələr  arasında  düşmənçilik  olduğundan 
atamın ailəsi anamla həmişə çox pis rəftar edib, başqa tayfadan 
olduğuna görə ona qarşı amansız olublar. Anam uzun müddət 
onların  arasında  tək  yaşasa  da,  sonra  uyğunlaşıb.  Evimizdən 
qaçdıqdan və ailəmdən ayrıldıqdan sonra anladım ki, o, 
Darudların arasında tək-tənha yaşamaqla  necə çətin  bir ömür 
sürüb. 
Sonra  anamın  övladları  dünyaya  gəlib,  yaxınlarına  olan 
downloaded from KitabYurdu.org


itirdiyi sevgisini onlarda tapıb. İndi dönüb arxaya baxanda başa 
düşürəm  ki,  on  iki  övladı  dünyaya  gətirməklə  o,  hansı 
çətinliklərdən  keçib.  Xatırlayıram  ki,  anam  hamilə  olanda 
qəfildən  yoxa  çıxar  və  biz  onu  bir  neçə  gün  görməzdik. 
Qayıdanda isə o, qucağında  bir çağa ilə qayıdardı. O, uşağın 
göbəyini  kəsmək  üçün  özü  ilə  iti  bir  şey  götürür,  tək-tənha 
səhraya yollanır, orada da doğurdu. Bir dəfə o gedəndən sonra 
biz su axtarışı ilə alaçığımızı başqa yerə köçürməli olduq. O, 
qucağında  təzə  doğulmuş  körpə  ilə  dörd  gün  bizi  axtarmalı 
olmuşdu. 
Anamın uşaqlar arasında ən çox məni sevdiyini hiss edirdim. 
Onunla bir-birimizi çox yaxşı anlayırdıq və indi də hər gün onu 
fikirləşir,  ona  kömək  edə  biləcəyim  günədək  Allahın  onu 
qoruması  üçün dua  edirəm.  Uşaq  vaxtı  həmişə onun yanında 
olmaq  istəyirdim,  bütün  günü  axşam  evə  qayıtmağı,  onun 
böyründə oturub məni sığallamasını həsrətlə gözləyirdim. 
Anam gözəl səbətlər toxuyurdu. Bu işi yaxşı bacara bilmək 
üçün uzun illər sərf etmək lazım idi. O, mənə süd içmək üçün 
balaca  fincan  toxumağı  öyrətmişdi.  Amma  böyük  şeylər 
toxumağa  nə  qədər  cəhd  etsəm  də,  heç  vaxt  ondakı  kimi 
mükəmməl alınmırdı. Mənim toxuduğum səbətlər səliqəsiz və 
deşik-deşik olurdu. 
Bir gün anamla olmaq həvəsi və təbii uşaq marağım xəlvətcə 
onu  izləməyimə  səbəb  oldu.  Ayda  bir  dəfə  o,  təkcə,  günorta 
vaxtı  alaçıqdan  uzaqlaşırdı.  Ona  deyəndə  ki,  “Elə  bilmək 
istəyirəm ki, sən hər ay belə hara gedirsən, nə edirsən?” cavab 
verərdi  ki,  öz  işinlə  məşğul  ol.  Afrikada  heç  bir  uşağın 
böyüklərin işinə burnunu soxmağa ixtiyarı yoxdur. Adəti üzrə, 
o,  mənə  evdə  oturub  balaca  bacı-qardaşlarıma  baxmağı 
downloaded from KitabYurdu.org


37 
 
tapşırdı. Lakin o, bir az uzaqlaşan kimi gözünə görünməmək 
üçün kolların arxasında gizlənə-gizlənə dalınca getdim. O, hər 
biri  anam  kimi  xeyli  yol  gəlmiş  başqa  beş  qadınla  görüşdü. 
Onlar böyük bir ağacın altında oturdular. Siesta vaxtı, elə bir iş 
olmayan  və  ailə  üzvlərinin  dincəldiyi  zaman  bu  qadınlar 
özlərinə bir balaca vaxt ayıra bilmişdilər. Onlann qara başları 
qarışqa kimi bir yerə toplanmışdı, çırtladılmış qarğıdalı yeyir, 
çay  içirdilər.  Çox  uzaqda  olduğumdan  nədən  danışdıqlarını 
eşidə  bilmirdim.  Yediklərindən  mən  də  yemək  istədiyimdən 
gizləndiyim  yerdən  çıxıb  özümü  göstərməyə  risk  etdim.  Lal- 
dinməz yaxınlaşıb anamın yanında dayandım. 

Sən haradan çıxdın? - üstümə qışqırdı. 

Səni izləyirdim. 

Yaramaz, ədəbsiz qız! - məni danladı. 
Amma o biri qadınların hamısı gülüşdü: 

Oho, balaca qızdakı fərasətə bax. Gəl bura, ay qızım... 
Beləcə, anam bir az yumşaldı və mənə də qarğıdalı verdi. 
Uşaq olarkən mənimçün keçilərimiz və dəvələrimizlə 
yaşadığımız dünyadan qeyri bir dünya anlayışı yox idi. Heç bir 
başqa  ölkəyə  getmədən,  televiziyaya,  yaxud  da  kinoya 
baxmadan, kitab oxumadan dünyam, sadəcə, hər gün ətrafımda 
gördüklərimdən ibarət idi. Şübhəsiz, anamın səhraya başqa bir 
həyat  tərzindən  gəldiyini  də  bilmirdim.  Somali  1960-cı  ildə 
müstəqillik  qazanmazdan  əvvəl  ölkənin  cənub  hissəsi 
İtaliyanın  müstəmləkəsi  olub.  Bunun  nəticəsi  olaraq 
Moqadişunun 
mədəniyyətinə,  memarlığına,  cəmiyyətinə  İtaliyanın  böyük 
təsiri  olub.  Anam  da  italyanca  danışa  bilirdi.  Bəzən  o 
hirslənəndə bizi italyanca yağlı-yağlı söyərdi. 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə