Downloaded from KitabYurdu org SƏhra çİÇƏYİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə13/69
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#42784
1   ...   9   10   11   12   13   14   15   16   ...   69

“Bal ayı” kimi bir anlayış yoxdur, belə ki, toyun ertəsi gün adi 
iş günüdür, gətirilən hədiyyələr də birgə həyata başlamaq üçün 
onlara lazımdı. 
Toylardan  başqa,  qeyd  etdiyimiz  şənliklər  də  var.  Bunlar 
təqvimə  hansısa  səbəbdən  salınmış  elə-belə  bayramlar  deyil. 
Uzun  müddətdir  həsrətlə  gözlənilən  yağış  insanlara  şənlik 
etməyə  səbəb  verir.  Su  həyatın  cövhəri  olsa  da,  Somalidə  az 
tapılır.  Səhrada  yaşayan  köçərilər  suya  həddən  artıq  böyük 
dəyər  verirlər.  Hər  damlasma  çox  qiymətli  bir  daş  kimi 
yanaşırlar, buna görə mən bu gün də suyu çox sevirəm. Ona, 
sadəcə, baxmaq mənə inanılmaz sevinc bəxş edir. 
Aylarla  sürən  quraqlıqdan  sonra  biz  ümidimizi  itirməyə 
başlayırdıq. Belə quraqlıqlar zamanı hamı bir yerə toplaşır və 
yağış  arzusuyla  Allaha  dualar  edirdi.  Bu  dualar  bəzən  işə 
yarayırdı,  bəzənsə  yox.  Bir  il  yağışlı  mövsüm  olacağı 
gözləndiyi halda, yerə bir damcı da olsun su düşməmişdi. 
Heyvanlarımızın yarısı qırılmışdı, qalanlan da susuzluqdan zəif 
düşmüşdülər. Anam dedi ki, hamımız toplaşıb yağış yağması 
üçün dua edəcəyik. Hamı yığışdı və dua edib, mahnı oxuyaraq, 
rəqs edərək özümüzü şən və xoşbəxt göstərməyə çalışdıq. 
Ertəsi gün hava tutuldu və yağış yağmağa başladı. Ardınca 
həmişə  yağarkən  qeyd  etdiyimiz  əsl  şənlik  başladı.  Həmişə 
yağış yağarkən paltarlarımızı  çıxardaraq yağışın  altına  qaçar, 
suda  oynayar,  aylar  ərzində  ilk  dəfə  çimərdik. Adamlar  bunu 
ənənəvi  rəqslərlə  qeyd  edərdilər:  qadınlar  əl  çala-çala,  həzin 
səsləri  ilə  səhra  gecələrinin  sakitliyində  əks-səda  verərək 
mahnı  oxuyar,  kişilərsə  bacardıqca  hündürə  tullanaraq  rəqs 
edərdilər. Hər kəs yemək gətirərdi və biz təbiətin bu sovqatını 
tərifləyə-tərifləyə krallar kimi yeyərdik. 
downloaded from KitabYurdu.org


47 
 
Yağışdan sonrakı  günlərdə savannalarda  qızılı  güllər çiçək 
açar  və  otlar  yaşıllaşardı.  Heyvanlar  doyunca  yeyər,  su  içər, 
beləcə, bizə də dincəlməyə, təbiətdən zövq almağa şərait 
yaradardılar. Biz yağışdan sonra yaranmış göllərə gedər, orada 
üzər, çimərdik. Təmiz havada quşlar cəh-cəh vurmağa başlayar 
və köçərilərin səhrası cənnətə dönərdi. 
4 Amedeo Modigliani - Məşhur italyan heykəltəraşı, əsəri bu 
vaxta kimi satılan ən bahalı incəsənət nümunəsi hesab edilir. 
5  Xristian dini ayinləri zamanı yandırılan ətirli qətran 
4. 
QIZLIQDAN QADINLIĞA 
Bacım  Amanın sünnət  yaşı çatmışdı.  O,  qapısı  mənə  hələ  də 
bağlı  olan  böyüklərin  aləminə  daxil  olurdu  deyə  bütün  kiçik 
bacılar kimi, mən də ona həsəd aparır və qısqanırdım. Aman 
yeniyetmə  idi,  sünnət  vaxtı  üçün  gecikmişdi,  amma  vaxt 
anlayışı  olmadığından  bunun  elə  bir  fərqi  yox  idi.  Ailəmiz 
ilboyu Afrikada köç etdiyindən bu qədim ayini həyata keçirən 
qaraçı qadını tuta bilmirdik. Atam, axır ki, onu tapdı və böyük 
bacılarım Aman və Halemonu sünnət etmək üçün evə gətirdi. 
Lakin  qaraçı  qadın  alaçığımıza  gələndə  Aman  su  axtarmağa 
getdiyindən o təkcə Halemonu sünnət etdi. Aman ərlik yaşma 
çatdığından  atam  getdikcə  narahat  olmağa  başlamışdı,  o, 
əməlli-başlı  “bərkidilməmiş”  heç  bir  evlilik  ola  bilməzdi. 
Somalidə  belə  bir  xalq  hikməti  var  ki,  qızlar  doğularkən 
qıçlarının arasında lazımsız bir hissə ilə doğulurlar və bu, heç 
nəyə  yaramayan,  murdar  bir  şeydir.  Bu  hissələr  kəsilib 
götürülməlidir - klitor, kiçik dodaqlar və böyük dodaqlann çox 
hissəsi  kəsilir  və  cinsiyyət  orqanının  olduğu  yerdə  tikişdən 
sonra yalnız bir çapıq qalır. Lakin bu kəsmə ayininin detalları 
sirr  olaraq  saxlanılır  və  heç  vaxt  əvvəlcədən  qızlara  izah 
downloaded from KitabYurdu.org


edilmir.  Sadəcə,  bilirsən  ki,  vaxtın  çatanda  olduqca 
əhəmiyyətli bir şey baş verəcək. 
Bunun nəticəsi olaraq Somalidəki bütün qızlar səbirsizliklə 
qızlıqdan qadınlığa keçmə mərasimini gözləyirlər. Əvvəllər bu 
proses  qızlar  cinsi  yetkinlik  yaşlanna  çatanda  baş  verirdi, 
ayinin  müəyyən  mənası  da  var  idi  ki,  qızlar  “məhsuldar” 
olsunlar  və  çoxlu  uşaq  dünyaya gətirə  bilsinlər. Lakin  zaman 
keçdikcə qadın sünnəti azyaşlı qızların da üstündə aparılmağa 
başladı. Çox vaxt da bu, qızların öz istəyi ilə həyata keçirilir. 
Çünki Qərb dünyasında uşaqlar ad günlərini, Yeni il ərəfəsində 
Şaxta  babanın  gəlişini  gözlədikləri  kimi,  Somalidə  də  onlar 
“böyük vaxt”m çatmasını səbirsizliklə gözləyirlər. 
Qaraçı  qadının  Amanı  sünnət  etməyə  gələcəyini  eşidəndə 
mən  də  sünnət  olunmaq  istədim.  Aman  pərəstiş  etdiyim  və 
olduqca  gözəl  böyük  bacım  idi,  o  nə  istəyirdisə,  ona  nə 
olurdusa, mən də eyni şeyi istəyirdim. “Böyük hadisə”dən bir 
gün  əvvəl  anamın  qollarına  sarılaraq  yalvardım:  “Mama, 
ikimizi də eyni vaxtda elətdir. Nə olar, Mama, sabah məni də 
elətdir!” 
Anam  məni  itələyərək:  “Qızcığaz,  sən  sus”,  -  dedi.  Amma 
Aman  qətiyyən  həvəsli  görünmürdü.  Onun  mızıldandığını 
xatırlayıram:  “Ümid  edirəm,  mənim  də  sonum  Halemo  kimi 
olmayacaq”.  Balaca  olduğumdan  onun  nə  demək  istədiyini 
anlamadım,  izah  etməsini  istəyəndə  isə  o,  sadəcə,  mövzunu 
dəyişdi. 
Ertəsi gün səhər tezdən anamla rəfiqəsi Amanı sünnət edən 
qadının yanma apardılar. Getmək üçün yenə də yalvarsam da, 
anam balacalarla evdə qalmağı tapşırdı. Lakin əvvəl işlətdiyim 
gizlənmə üsulundan istifadə edərək kolların arxasında gizlənə- 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə