Downloaded from KitabYurdu org SƏhra çİÇƏYİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/69
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#42784
1   2   3   4   5   6   7   8   9   ...   69

21 
 
tələf  olması  təsirli  mənzərə  idi.  Su  tapmaq  üçün  hər  gün 
getdikcə gedirdik, heyvanlar da bizə çatmağa çalışırdı, amma 
çoxu dözə bilmirdi. Onlar taqətdən düşüb yerə yıxılanda adam 
özünü  çox  aciz  hiss  edirdi,  çünki  bunun  son  olduğunu  başa 
düşür, amma heç bir kömək edə bilmirdin. 
Somalidə  heç  kimin  otlaq  sahəsi  yoxdur,  buna  görə  də 
gözüaçıq  olub  keçi  və  qoyunlarım  üçün  yaxşı  otlaq  sahələri 
tapmaq birbaşa məndən asılı idi. Yağışa qarşı olduqca həssas 
idim,  buludlara  baxmaqla,  həmçinin  havanın  qoxusundan 
yağışın yağacağını təxmin edirdim. 
Heyvanlar otlayan zaman onları Afrikanın hər yerində rast 
gəlinən yırtıcılardan qoruyurdum. Kaftarlar gizlicə yaxınlaşır, 
sürüdən  ayrı  düşmüş  çəpişi,  ya  da  quzunu  tuturdular.  Ən 
təhlükəliləri  şirlər  və  vəhşi  itlər  idi,  onlar  bir  sürü,  mənsə 
tamamilə tək idim. 
Səmaya  baxaraq  axşam  düşmədən  evə  qayıtmaq  üçün  nə 
qədər gedə biləcəyimi diqqətlə hesablamağa çalışırdım. Amma 
bəla bunda idi ki, çox vaxt səhv hesablayırdım. Ayağım dolaşa- 
dolaşa qaranlıqda evə doğru gələrkən kaftarlar sürüyə hücum 
edərdilər.  Mən  birini  burada  vuranda  o  birisi  gizlicə  arxamca 
gəlirdi,  mən  birinin  dalınca  qaçanda  digəri  sürüyə  cumurdu. 
Kaftarlar  təqibçi  olduqlarından  yırtıcıların  ən  pisidir,  onlar 
qənimət əldə etməmiş heç vaxt geri çəkilmirdilər. Hər axşam 
evə gəlib çatdıqdan sonra heyvanları ağıla salır, hamısının 
yerində olduğuna əmin olmaq üçün bir neçə dəfə sayırdım. Bir 
axşam sürümü gətirib yenə ağıla saldım və sayanda keçilərdən 
biri  əskik  çıxdı.  Bir  də  saydım.  Sonra  bir  də.  Birdən  ağlıma 
gəldi  ki,  deyəsən,  yoxa  çıxan  Billidir.  Keçilərin  arasına  girib 
onu  bir  də  axtardım.  Və  sonra  ağlaya-ağlaya  anamın  yanma 
downloaded from KitabYurdu.org


qaçdım: “Mama, Billi itib. Neyləyim?” Lakin... əlbəttə ki, artıq 
gec idi, buna görə də mən balaca çəpişimi kaftarların yediyini 
başa düşüb ağladıqda o, başımı sığalladı. 
Başımıza  nə  gəlirsə  gəlsin,  hətta  quraqlıq,  xəstəlik  və 
müharibə dövründə belə mal-qaramız hər şeydən üstün idi və 
onların  qayğısına  qalmaq  hamımızın  vəzifəsi  idi.  Somalidəki 
daimi  siyasi  hərc-mərclik  şəhərlərdə  ölçüyəgəlməz  fəsadlara 
səbəb olurdu, lakin biz hadisələrdən o qədər təcrid olunmuşduq 
ki, adətən, heç  kim bizə  başağnsı  vermirdi.  O vaxt, təxminən 
doqquz  yaşım  olarkən  qonşuluğumuzda  böyük  bir  qoşun 
düşərgə  salmışdı.  Əsgərlərin  rastlarına  çıxan  tək  qızları 
zorladıqları  haqda  söhbətlər  eşidirdik.  O  qızlardan  birini 
tanıyırdım  da...  Onların  Somali  ordusundan,  yoxsa  Marsdan 
gələnlər olmağının fərqi yox idi - onlar bizdən deyildi, onlar 
köçəri deyildilər və biz, nəyin bahasına olursa olsun, onlardan 
kənar durmağa çalışırdıq. 
Bir  səhər  atam  dəvələri  sulamağı  mənə  tapşırdı.  Mən  də 
heyvanları  qabağıma  qatıb  yola  düşdüm.  Tərslikdən,  həmin 
gecə  qoşun  gəlib  yolun  kənarlarında,  göz  işlədikcə  görünən 
çöllükdə çadırlarını qurmuş, maşınlarını saxlamışdı. Bir ağacın 
arxasında  gizlənib  formada  olan  əsgərlərin  ətrafda  necə 
gəzişdiklərinə  tamaşa  etməyə  başladım.  O  qızın  başına 
gələnləri xatırlayıb çox qorxdum, yanımda mənə həyan olacaq 
heç  kim  olmadığından  onlar  keflərinə  düşən  hər  şeyi  edə 
bilərdilər.  İlk  baxışdan  onlara,  formalanna,  maşınlarına, 
silahlarına nifrət etdim. Hətta bilmirdim ki, onlar nə edirlər, tək 
bildiyim  şey  bu  idi  ki,  onlar  Somalini  qorumaq  üçün 
buradadırlar,  amma  yenə  də  onları  qətiyyən  görmək 
istəmirdim.  Hər  şeyə  rəğmən  dəvələri  sulamaq  lazım  idi. 
downloaded from KitabYurdu.org


23 
 
Qoşunun  düşərgə  saldığı  yoldan  başqa  bildiyim  yeganə  yol 
olduqca uzaq və dəvələrlə getmək üçün dolanbac idi, ona görə 
də  dəvələri  düşərgənin içi ilə ötürdüm və onlar ümid  etdiyim 
kimi əsgərlərin arası ilə birbaş suya tərəf getdilər. Mənsə təlaş 
içərisində düşərgənin ətrafındakı kollann, 
ağaclann dalında gizlənə-gizlənə dəvələrin su içdiyi yerə tərəf 
keçdim. Hava qaralmağa başlayanda yenə də eyni  üsulla evə 
sağ-salamat qayıtdıq. 
Hər axşam qürub çağı evə qayıdanda sürünü ağıla salırdım 
və  yenə  sağım  başlayırdı.  Dəvələrin  boyunlarından  taxta 
zınqırovlar asırdıq. Bu zınqırovların səsi alaqaranlıqda sağım 
başlayan  vaxtı  köçərilər  üçün,  həqiqətən  də,  əsl  musiqi  olur. 
Zınqırovların səsi hava qaralandan sonra evini axtaranlar üçün 
həmişə  mayak  rolunu  oynayır.  Göyün  üzü  qaralıb  ən  parlaq 
ulduz  görünəndə  bu,  görməli  olduğumuz  işlərdən  birinə  işarə 
idi - qoyunları ağıla salmaq vaxtıdır. Başqa xalqlar onu sevgi 
planeti  Venera  kimi  tanıyırlar,  bizsə  ona  maqal  hidhid,  yəni 
“quzuların gizlədilməsi” deyirik. 
Həmişə  bu  vaxtlar  artıq  yuxum  tökülürdü,  çünki  günəş 
çıxandan bəri işlədiyimə görə gözlərimi heç çür açıq saxlaya 
bilmirdim. Alaqaranlıqda yuxulu gəzdiyimdən keçilər mənimlə 
toqquşurdu.  Bir  də  görürdün  oturub  onları  sağdığım  yerdə 
mürgüləməyə başlayırdım. Atam məni bu vəziyyətdə tutsaydı, 
işlər korlanardı. Atamı çox sevirəm, amma o, hərdən çox əzazil 
ola bilərdi. İş başında yuxulayan görsəydi, məni yaxşıca döyər 
və  əmin  olmağa  çalışardı  ki,  işimi  can-başla  görür  və 
heyvanlara  lazımi  diqqət  ayırıram.  Axşam  işlərimizi  görüb 
qurtardıqdan  sonra  dəvə  südü  ilə  şam  edərdik.  Sonra 
topladığımız  budaqlardan  tonqal  qalayar,  yatanadək  onun 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə