Downloaded from KitabYurdu org



Yüklə 1,48 Mb.
səhifə30/64
tarix25.06.2018
ölçüsü1,48 Mb.
#51910
1   ...   26   27   28   29   30   31   32   33   ...   64

118 

 

siz hansı səbəbdən görmək istəmişsiniz? 



-  Zəhmət olmasa, əyləşin, müsyö qraf, - müsyö 

Karrej nəzakətlə təklif etdi. - Biz madam Ketterinqin ölüm hadisəsini 

araşdırırıq. 

-  Madam Ketterinqin ölümü? Başa düşmürəm. 

Siz... mənim bildiyimə görə, ledi ilə yaxın 



münasibətdəsiniz, müsyö qraf? 

- Bəli, nə olsun ki? 

Gözünə monoklunu taxaraq qraf soyuq nəzərlə otağı gözdən keçirdi. 

Sonda baxışları ona açıq- aşkar sadəlövh fəxarətlə baxan - bu hal qrafa 

həzz  verdi  -  Puaronun  üzərində  dayandı.  Müsyö  Karrej  stulun 

kürəkliyinə söykəndi və astadan öskürdü: 

Müsyö qraf, siz, yəqin bilirsiniz ki, madam 



Ketterinq öldürülüb. 

- Öldürülüb? Mon Dieu, dəhşət! 

Təəccüb  və  təəssüf  təqlidi  çox  gözəl  ifa  edilirdi,  o  qədər  gözəl  ki, 

tamamilə təbii çıxırdı. 

-  Madam Ketterinq Parislə Lion arasında iplə boğulmuşdur, - müsyö 

Karrej sözünə davam 

etdi, - daş-qaşları isə oğurlanıb. 

Bu,  qanunsuzluqdur!  -  Qraf  əsəbi  səslə  qışqırdı.  -  Polis 



quldurlara qarşı nəsə bir ölçü 

götürməlidir. Bugünkü gün heç kim özünü təhlükəsiz hiss edə bilmir. 

-  Madamın əl çantasında, - müsyö Karrej ona 

məhəl qoymadan davam etdi, - sizin məktubunuzu tapdıq. Görünür, o, 

sizinlə görüşməyə hazırlaşırmış? 

Qraf çiyinlərini çəkdi və əllərini yellədi: 

Gizlətməyin mənası yoxdur! - O, birbaşa 



downloaded from KitabYurdu.org


119 

 

söylədi. 



Biz hamımız kişiyik. Öz aramızda qalsın, 

belədir ki, var. 

-  Siz  onunla  Parisdə  görüşmüsünüz  və  sonra  birlikdə  yola  davam 

etmisiniz, elə deyilmi? - 

müsyö Karrej xəbər aldı. 

- Biz belə danışmışdıq, lakin madam fikrini dəyişdirdi. Mən onu adada 

gözləməli idim. 

-  Siz ayın on dördü axşamı onu Parisdə qarşıla- 

madınızmı? 

-  Mən həmin günün səhəri Nitsaya çatdım. Ona 

görə də sizin dediyiniz mümkün deyil. 

-  Əlbəttə, əlbəttə, - müsyö Karrej razılaşdı. Və siz, yəqin ki, on dördü 

tarixində axşam və gecə 

nə etdiyinizi bizə deyə bilərsiniz? 

Qraf bir qədər fikirləşdi: 

-  Mən  Monte-Karlodakı  “Kafe  de  Pari”də  şam  etmişəm.  Sonra  Le 

Sportinqə yollandım. Bir 

neçə min frank uddum. - O, çiyinlərini çəkdi. - Evə, deyəsən, gecə saat 

birdə gəldim. 

-  Bağışlayın, müsyö, bəs evə necə qayıtdınız? 

Şəxsi ikinəfərlik maşınım ilə. 



- Yanınızda kimsə var idi? 

- Heç kim. 

- Sizin söylədiklərinizi təsdiq edən kimisə göstərə bilərsinizmi? 

-  Əlbəttə! Həmin gecə məni dostlarımın çoxu 

görüb. 

- Siz evə  qayıdanda sizi  qulluqçunuz gördümü?  - Mənim öz açarım 



downloaded from KitabYurdu.org


120 

 

var. 



Təbii ki, - Müsyö Karrej dedi. 

O, yenidən zəngi çaldı. Qapı açıldı və kuryer içəri daxil oldu. 

- Qulluqçu Ada Meysonu gətirin, - müsyö Karrej göstəriş verdi. 

- Yaxşı, müsyö. 

Ada Meyson içəri gətirildi. 

Zəhmət olmasa, madmazel, baxın, görün Parisdə sizin xanımınızın 



kupesində olan 

centlmen bu kişi deyildi ki? 

Qadın uzun müddət diqqətlə, Puaronun da diqqət yetirdiyi kimi, onun 

baxışları altında özünü narahat hiss edən qrafa baxdı. 

Əmin  olduğumu  deyə  bilmərəm,  müsyö,  -  nəhayət,  qadın 



dilləndi. - Bəlkə odur, bəlkə də o 

deyil.  Sizə  demişdim  axı,  mən  onu  ancaq  arxadan  gördüm.  Amma 

bununla belə, mənə elə gəlir ki, bu, odur. 

-Ancaq siz əmin deyilsiniz? 

Xeyr... - Ada Meysonun dili topuq vurdu. - X- x-eyr, əmin deyiləm. 

Siz bu centlmeni Kerzon-stritdə 



görmüsünüzmü? 

Ada başını yellədi. 

Kerzon-stritə gələn hər kəsi görmək imkanım olmurdu, - o izah etdi. 

Yaxşı, gedə bilərsiniz, - müsyö Karrej 



məyusluqla dedi. 

Bir dəqiqə! - Puaro söhbətə qarışdı. - 



Madmazelə bir sual verə bilərəm? 

Əlbəttə, müsyö Puaro, buyurun. 



Puaro qulluqçuya müraciət etdi: 

Biletlərə nə oldu? 



downloaded from KitabYurdu.org


121 

 



Biletlərəmi, ser? 

-  Bəli, Londondan Nitsaya olan biletlərə. Onlar 

sizdəydi, yoxsa xanımınızda? 

-  Londondan olan biletlər xanımımdaydı. Qalan 

biletlərsə məndəydi. 

- Onlar hanı? 

- Mən onları fransız qatarının bələdçisinə verdim, ser. O dedi ki, qayda 

belədir. Ümid edirəm ki, mən düzgün davranmışam, ser? 

-Tamamilə  düzgün,  tamamilə  düzgün.  Mən,  sadəcə,  bütün  detalları 

dəqiqləşdirirəm. 

Müsyö  Kau  və  müsyö  Karrej  anlaşılmaz  halda  ona  baxdılar.  Ada 

Meyson daha iki dəqiqə 

durdu, sonra müsyö Karrej ona başı ilə işarə etdi və o, otaqdan çıxdı. 

Puaro kağız parçasına nəsə qaralayıb müsyö Karrejə ötürdü. O, kağız 

parçasında yazılanları oxudu və qaşları yuxarı - dartıldı. 

-  Hə,  centlmenlər,  -  qraf  əsəbi  halda  söylədi.  -  Mən  sizə  hələ  də 

lazımammı? 

- Hal-hazırda, xeyr. - Müsyö Karrej qəsdən nəzakətli tərzdə danışırdı. 

-  Hələlik  sizin  hadisədə  rolunuz  aydındır.  Təbii  ki,  madamın 

məktubunu əldə edərək biz sizi buraya çağırmaya bilməzdik. 

Qraf ayağa qalxdı, qapının ağzında qoyduğu əsasını götürdü və ədəblə 

təzim edərək çıxıb getdi. 

- Deməli, belə, - müsyö Karrej dedi. - Siz tamamilə haqlı idiniz, müsyö 

Puaro!  Bizim  ondan  şübhələndiyimizi  onun  bilməməsi  daha  yaxşı 

olar. Mənim adamlarımdan ikisi gecə və gündüz onu izləyəcək və biz, 

təbii  ki,  onun  alibisini  yoxlayacağıq.  Mənə  elə  gəlir  ki,  o,  elə  də 

etibarlı adam deyil. 

- Ola bilər, - Puaro fikirli halda dedi. 

downloaded from KitabYurdu.org



Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə