Downloaded from KitabYurdu org



Yüklə 1,48 Mb.
səhifə31/64
tarix25.06.2018
ölçüsü1,48 Mb.
#51910
1   ...   27   28   29   30   31   32   33   34   ...   64

122 

 

-  Mən  müsyö  Ketterinqdən  sabah  gəlməsini  xahiş  etdim,  -  müsyö 



Karrej sözünə davam etdi. 

- Düzdür. Bundan bir fayda olacağı  sual  altındadır. Baxmayaraq ki, 

bir neçə şübhə doğuran xırdalıqlar var. - O, burnunun ucunu qaşıyaraq 

susdu. 


- Məhz hansı? - Puaro soruşdu. 

Məsələ burasındadır ki, - müsyö Karrej boğazını arıtladı, - onunla 



birgə gəldiyi 

söylənilən  qadın,  madmazel  Mirellə  ayrı-ayrı  otellərdə  qalırlar.  Bu, 

mənə çox qəribə görünür. 

Bəli, elə  görünür ki,  - müsyö Kau dedi.  -  Sanki  onlar ehtiyatlı 



davranmağa sözləşiblər. 

- Bax, məhz elə bu! - müsyö Karrej təntənə ilə dedi. 

Bəs onlar nədən ehtiyatlı davranmağa 



məcburdurlar? 

Həddən artıq ehtiyatlılıq şübhəlidir, elə 



deyilmi? - Puaro soruşdu. 

- Precisesmeml. 

Biz  müsyö  Ketterinqə  bir  neçə  sual  verə  bilərik,  -  Puaro 



burnunun altında söylədi. 

Müsyö Karrej göstəriş verdi və daima gülərüz olan Derek Ketterinq 

kabinetə daxil oldu. 

-  Sabahınız xeyir, müsyö, - Karrej nəzakətlə 

ona müraciət etdi. 

-  Sabahınız xeyir! - Derek dilləndi. - Siz məni 

çağırımısınız. Nəsə aşkar olundu? 

-Zəhmət olmasa, əyləşin, müsyö. 

Derek  əyləşərək  şlyapasını  çıxardı,  onu  və  əsasını  masanın  üstünə 

downloaded from KitabYurdu.org




123 

 

qoydu. 



- Sizi dinləyirəm, - o, səbirsizliklə dedi. 

-  Hələ ki, yeni heç nə yoxdur, - Karrej ehtiyatla 

söylədi. 

-  Çox maraqlıdır, - Derek soyuq tərzdə bildirdi. 

-  Siz də məni çağırdınız ki, bunu söyləyəsiniz? 

-  Təbii  ki!  Hesab  edirik  ki,  siz  işin  necə  getdiyini  bilməlisiniz,  - 

Karrej nəzakətlə aydınlaşdırdı. 

Hətta irəliləyiş olmasa da belə? 



Bizim sizə bəzi suallarımız var. 

- Sualınızı verin! 

-  Siz əminsiniz ki, qatarda arvadınızı görmədiniz 

və onunla danışmadınız? 

- Mən artıq bu suala cavab vermişəm: Xeyr. 

- Şübhəsiz, sizin belə cavab vermək üçün səbəbiniz var idi. 

Derek şübhə ilə ona baxdı: 

- Mən-onun-qatarda-olduğunu-bilməmişəm. - O, sanki həmsöhbətinin 

ağlına şübhə edirmiş kimi sözləri ayrı-ayrı söylədi. 

Bəli, siz artıq bunu dəmisiniz, -Karrej 



donquldandı. 

Derək qaş-qabağını tökdü: 

- Mən bilmək istəyirəm, siz nəyə işarə edirsiniz. Bilirsinizmi, mən nə 

düşünürəm, müsyö Karrej? 

- Nə düşünürsünüz, müsyö? 

- Düşünürəm  ki,  fransız polisini çox  yüksək qiymətləndiriblər. Mən 

zənn etdim ki, siz yol qarətçilərinə aid nəsə bilirsiniz. Lakin bu, bütün 

sərhədləri keçir. Bu cür hadisə train de Luxe35 kimi bir qatarda baş 

verir, fransız polisi isə tamamilə əlacsızdır. 

downloaded from KitabYurdu.org




124 

 



Biz bu işi araşdırırıq, müsyö, rahat ola 

bilərsiniz. 

Mənim  bildiyimə  görə,  madam  Ketterinq  vəsiyyətnamə 



qoymayıb, - Puaro söhbətə 

qarışdı.  O,  sözlərini  tavana  baxaraq,  ayaqlarını  uzadaraq  və  əllərini 

qarnının üstündə çarpazlayaraq ifadə etdi. 

-  Fikrimcə, xeyr. -Ketterinq söylədi. - Nə olsun 

ki? 



Sizə böyük məbləğdə pul miras qalıb, - 



detektiv izah etdi. 

Puaro  gözlərini  hələ  də  tavana  zilləməsinə  baxmayaraq,  bu  sözləri 

eşidərkən  Derek  Ketterinqin  üzünün  necə  pörtdüyünü  gözdən 

qaçırmadı. 

-  Bununla nə demək istəyirsiniz və siz kimsiniz? 

Puaro ayağını ayağının  üstündən götürdü, gözlərini tavandan çəkdi, 

qəddini düzəltdi və gənc oğlanın düz gözlərinin içinə baxdı. 

-  Mənim adım Erkül Puarodur. - O dedi. - Və yəqin ki, mən dünyanın 

ən  böyük  detektiviyəm.  Deməli,  siz  qatarda  arvadınızı 

görmədiyinizdən 

və onunla danışmadığınızdan tamamilə əminsiniz? 

- Bu suallar nə məna verir? Nədir,  yoxsa fikirləşirsiniz ki,  onu mən 

öldürmüşəm?  -  O,  gözlənilmədən  qəhqəhə  çəkdi.  -  Mən  özümdən 

çıxmamalıyam,  amma  bu,  əsl  cəfəngiyatdır.  Əgər  onu  mən 

öldürmüşəmsə, onda daş-qaşları oğurlamaq nəyimə gərəkdir? 

-  Doğrudan da, - Puaro xəcalətlə dedi. - Mən 

bu barədə fikirləşməmişəm. 

Aydındır ki, söhbət qətldən və soyğundan 



gedir, 

downloaded from KitabYurdu.org




125 

 



Derek  Ketterinq  dedi.  -  Yazıq  Rut,  bütün  bunlara  səbəb 

yaqutlardır. Yəqin ki, cani Rutun  yaqutu özü ilə götürdüyünü bilib, 

buna görə də onu öldürüb. Deyəsən, elə əvvəllər də bu daş- 

qaşlara görə çox adam öldürülüb. 

Puaro birdən canlandı. Onun gözlərində sirli bir yaşıl alov parladı. O, 

hamar tüklü, qarnı tox, hoppanmağa hazırlaşan pişiyə bənzədi. 

-  Daha  bir  sual,  müsyö  Ketterinq.  Mənə  deyin  görüm,  arvadınızı 

sonuncu dəfə nə vaxt görmüsünüz? 

Qoyun fikirləşim. Bu, yəqin ki... hə, hə, üç həftə əvvəl olub. 



Amma qorxuram ki, dəqiq tarixi 

deyə bilməyəm. 

-  Eybi yox, - Puaro soyuq tərzdə dedi. - Mənim 

bilmək istədiklərim bunlar idi. 

Hə, - Derek səbirsizliklə dedi, - mən gedə 



bilərəm? 

O, sual dolu baxışla müsyö Karrejə baxdı. O isə öz növbəsində başını 

bulayan müsyö Puaroya baxdı. 

Bəli, müsyö Ketterinq, - Karrej nəzakətlə 



bildirdi, 

-  Fikrimcə, sizi daha gözlətməyəcəyik. Salamat 

qalın! 



Sağ olun! - Ketterinq qapını çırparaq çıxdı. O, otaqdan çıxan kimi 



Puaro tez soruşdu: 

-  Siz müsyö Ketterinqə yaqutlar barəsində nə 

vaxt demisiniz? 

-  Mən ona, ümumiyyətlə, heç nə deməmişəm, - 

Karrej cavab verdi. - Biz onların barəsində ancaq dünən müsyö Van 

Aidindən öyrəndik. 

downloaded from KitabYurdu.org



Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə