Downloaded from KitabYurdu org



Yüklə 1,48 Mb.
səhifə28/64
tarix25.06.2018
ölçüsü1,48 Mb.
#51910
1   ...   24   25   26   27   28   29   30   31   ...   64

110 

 

arvadının ölümündən nəsə qazanacaqmı? 



- O, iki milyon alacaq. 

- Dollar? 

-  Funt.  Rut  ərə  gedəndə  mən  o  pulu  onun  adına  keçirdim.  O, 

vəsiyyətnamə qoymayıb, onların uşaqları da olmayıb, ona görə də pul 

onun ərinə qalır. 

- Boşanmağa hazırlaşdığı ərinə, - Puaro burnunun altında dedi. - Ah, 

hə, precissememl30. 

Komissar dərhal ona baxdı: 

-  Siz demək istəyirsiniz ki... - o, sözə başlamaq 

istədi. 


-  Mən heç nə demək istəmirəm, - Puaro onun 

sözünü yarımçıq kəsdi. - Mən faktları təsdiqləyirəm. 

Van  Aidin  getdikcə  artan  maraqla  ona  baxdı.  Balaca  adam  ayağa 

qalxdı. 


-  Fikirləşmirəm  ki,  mən  sizə  daha  nəyə  görəsə  faydalı  olam,  - 

deyərək o, müsyö Karrejə yüngül 

təzim etdi. 

-  Ümidvaram 

ki, 

məni 


istintaqın 

gedişi 


ilə 

bağlı 


məlumatlandıracaqsınız. Bu, sizin tərəfinizdən 

böyük lütfkarlıq olardı. 

- Hə, əlbəttə ki. 

Van Aidin də ayağa durdu. 

- Mən daha sizə lazım deyiləm ki? 

-Xeyr,  müsyö,  biz  hazırda  işlə  bağlı  lazım  olan  məlumatları  əldə 

etdik... 

-  Onda mən bir qədər müsyö Puaro ilə gəzişim

əgər, əlbəttə ki, o, narazı deyilsə. 

downloaded from KitabYurdu.org




111 

 

-  Məmnun olaram, müsyö, - Puaro təzim etdi. 



Van Aidin ilk öncə Puaroya çəkmək üçün böyük siqar təklif etdi. O, 

isə  bundan  imtina  edərək  öz  siqaretini  yandırdı.  Sonra  amerikalı 

siqarını yandıraraq çəkdi. Güclü xarakterə malik olan Van Aidin artıq 

gündəlik  həyatında  olduğu  kimi,  özünü  normal  hiss  etməyə 

başlamışdı.  Onlar  bir  müddət  susaraq  addımladılar,  sonra  milyonçu 

dilləndi: 

- Mənim bildiyimə görə, siz artıq işdən kənarlaşmısınız, müsyö Puaro, 

eləmi? 


- Bu, düzdür, müsyö, mən həyatdan həzz alıram. 

-Amma bununla belə, bu cinayət işinin araşdırılmasında polisə kömək 

edirsiniz? 

- Müsyö, əgər həkim yol ilə gedərkən bədbəxt hadisə baş verirsə və 

ya yaxınlığında adam qan içində ölüb gedirsə, onda o deyəcəkmi ki, 

“mən işdən azad olmuşam və gəzintimi də davam etdirəcəyəm”. Əgər 

mən Nitsada olsaydım və  polis  mənə  kömək üçün müraciət  etsəydi, 

ola bilsin, bəlkə də imtina edərdim. Lakin bu cinayətin açılmasını le 

bon Dieu özü mənim çiynimə qoyub. 

-  Çünki  siz  cinayət  yerində  olmusunuz,  -  Van  Aidin  fikirli-fikirli 

söylədi. - Siz özünüz kupeni baxışdan keçirmisiniz, eləmi? 

Puaro başını tərpətdi. 

- Və orada tapdığınız sizi, şübhəsiz ki, düşündürməyə vadar etdi? 

- Ola bilər, - Puaro cavab verdi. 

-  Ümid  edirəm  ki,  mənim  nəyə  işarə  etdiyimi  siz  başa  düşürsünüz. 

Mənə elə gəlir ki, hamı qraf de la Roşun əksinədir, amma mən axmaq 

deyiləm. Mən bütün vaxt sizi izlədim və başa düşdüm ki, bu versiya 

ilə razılaşmamağa sizin tutarlı səbəbiniz var. 

Puaro çiyinlərini çəkdi: 

downloaded from KitabYurdu.org




112 

 

- Mən yanıla bilərəm. 



-  İndi mən sizdən xahiş etmək istədiyim yaxşılığa gəlib çatdıq. 

Siz öz düşüncələrinizi 

mənimlə bölüşə bilərsinizmi? 

- Şəxsən sizə? 

- Mən məhz bunu nəzərdə tuturam. 

Puaro bir qədər susdu və sonradan dilləndi: 

- Siz nə istədiyinizi bilirsinizmi? 

Fikrimcə, hə, - Van Aidin cavab verdi. 



- Çox yaxşı, - Puaro söylədi. - Mən bunu qəbul edirəm, amma bu halda 

mən  haqlı  olaraq  suallarıma  düzgün  cavablar  alacağıma  ümid 

bəsləyirəm. 

-Təbii. Bu mənə aydındır. 

Puaronun  səs  tonu  dəyişdi.  O,  qəflətən  kəskin  və  işgüzar  adama 

çevrildi: 

-  Sual boşanma ilə bağlıdır. - o dedi. - Qızınıza 

boşanmağı siz məsləhət bilmisiniz? 

-Bəli. 

- Nə vaxt? 



-  Təxminən on gün əvvəl. Ərindən şikayət etdiyi 

məktubu alanda mən ona izah etdim ki, ayrılmaq yeganə çıxış yoludur. 

- O, məhz nədən şikayətlənirdi? 

- Bu, bayaq danışdığımız məşhur xanımla bağlıdır - Mirellə. 

Rəqqasə.  Hm!  Madam  Ketterinq  də  bu  münasibətə  qarşı 



çıxırdı? O, ərinə sadiq idi? 

-  Belə deməzdim, - Van Aidin qısa fasilədən 

sonra cavab verdi. 

-  Siz hesab edirsiniz ki, əslində əzab çəkən 

downloaded from KitabYurdu.org



113 

 

onun qəlbi deyil, heysiyyəti idi? 



- Bəli, zənnimcə, məhz belə idi. 

Özü də ki, ilk başdan da xoşbəxt nikah 



olmayıb? 

Derek  Ketterinq  düzələn  deyil,  -  Van  Aidin  dedi.  -  O,  heç  bir 



qadını xoşbəxt etməyə qadir 

deyil. 


-  İngilislərin dediyi kimi, “bekara oğlandır”? 

Amerikalı başı ilə təsdiq etdi. 

-Tres bien! Deməli, siz madama boşanmağı məsləhət gördünüz, o da 

razılaşdı, siz öz vəkillərinizlə məsləhətləşdiniz. Müsyö Ketterinq bu 

barədə nə vaxt xəbər tutdu? 

Mən özüm onu çağırdım və nə etmək 



niyyətində olduğumu izah etdim. 

Bəs o nə dedi? - Puaro maraqlandı. 



Van Aidinin üzü tutqunlaşdı. 

- O, özünü çox ədəbsiz apardı. 

-  Sualıma görə məni bağışlayın, müsyö, o, qraf 

de la Roşun adını çəkdi? 

-  Adını çəkmədi, - milyonçu kədərli səslə cavab 

verdi, lakin eyhamla başa saldı ki, o, bəzi məsələlərdən agahdır. 

-  Öyrənə  bilərəmmi,  hazırkı  halda  mister  Ketterinqin  maliyyə 

vəziyyəti necədir? 

- Haradan bilim? - milyonçu çaşbaşlıq içərisində cavab verdi. 

-  Ehtimal edirəm ki, hər şeydən öncə siz bunu 

aydınlaşdırmalı idiniz. 

-Yaxşı,  siz  haqlısınız.  Mən  aydınlaşdırdım  ki,  Ketterinqin  vəziyyəti 

çox pisdir. 

downloaded from KitabYurdu.org




Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə