Downloaded from KitabYurdu org



Yüklə 1,48 Mb.
səhifə25/64
tarix25.06.2018
ölçüsü1,48 Mb.
#51910
1   ...   21   22   23   24   25   26   27   28   ...   64

98 

 

- O, qatarın sərnişinlərindən biri ola bilərdimi? 



- Düşünmürəm, ser. Məncə, o, stansiyada missis Ketterinqi gözləyirdi. 

Əlbəttə, o, qatarda 

da gedə bilərdi, bilmirəm. - Sanki belə bir ehtimal Meysonu təşvişə 

saldı. 


Belə!  -  Müsyö  Karrej  də  tez  mövzunu  dəyişdi.  -  Yüklərin  arasında 

tumacı  mücrü  də  var  idi,  eləmi?  -  o  soruşdu.  -  Sizin  sahibəniz 

cəvahiratlarını orada saxlayırmış. 

Bəli, ser. 



- Siz onu özünüzlə “Rifə apardınız? 

- Mən? Sahibəmin cəvahiratlarını “Rifə aparmaq? Nə danışırsınız, ser! 

- Meyson dəhşətə gəldi. 

- Deməli, mücrü qatarda qaldı? 

Bəli, ser. 



Sizin sahibənizin yanında cəvahiratları çox 

idimi? 

-  Lap çox, ser, hətta maraqlıdır, məgər o, xarici 



qatarlarda  törədilən  qarətlər  haqqında  eşitməmişdimi?  Bu  ki,  çox 

risklidir. Axı ancaq elə o yaqutlar, sahibəmin mənə dediyi kimi, neçə 

yüz min funt dəyərində idi. 

-  Yaqutlar? Hansı yaqutlar? - Van Aidin bağırdı. 

Meyson ona sarı çevrildi: 

Mən elə düşündüm ki, bu yaxınlarda sizin 



hədiyyə etdiyiniz yaqutlar. 

- İlahi! - Van Aidin qışqırdı. - Sən demək istəyirsən ki, o, onları özüylə 

götürmüşdü? Mən ona demişdim ki, yaqutları bankda qoysun. 

Meyson  ancaq  qulluqçu  olduğunu  və  sahibəsinin  hərəkətlərinə 

cavabdeh olmadığını göstərən jest etdi. 

downloaded from KitabYurdu.org




99 

 

- Rut, yəqin ki, dəli olub, - Van Aidin dərdli- dərdli deyindi. - Onu bu 



cür davranmağa nə vadar edə bilərdi? 

-  Bir dəqiqə! - Müsyö Karrej Meysona müraciət 

etdi. 

-  Güman edirəm  ki,  bu qədər kifayətdir. Qonşu otağa keçin.  Orada 



bizim danışdıqlarımızın 

protokolunu oxuyub təsdiqləyə bilərsiniz. 

Meyson  klerkin  müşayiəti  ilə  otaqdan  çıxdı,  Van  Aidin  isə 

səbirsizliklə məhkəmə icraçısına müraciət etdi: 

- Nə məsələdir? 

Müsyö  Karrej  masanın  siyirtməsini  açdı,  məktubu  çıxardı  və  Van 

Aidinə verdi. 

- Biz bunu madamın çantasından tapmışıq. 

“Chere  ami25,  Sənə  söz  verirəm  ki,  ehtiyatlı  və  tədbirli  olacam, 

baxmayaraq  ki,  bu,  sevən  üçün  çox  çətindir.  Parisdə  qalmaq  ağıllı 

davranış  olmazdı,  amma  İl-de  026  dünyadan  uzaq  bir  məkandır  və 

əmin ola bilərsən ki, oradan heç nə sızmaz. Bu, necə də sənə və sənin 

həssaslığına xas xüsusiyyətdir - üzərində işlədiyim məşhur daş-qaşlar 

barədə  kitaba  maraq  göstərmək!  Sən  mənə  həddən  artıq  böyük  bir 

üstünlük bəxş edirsən: bu tarixi yaqutları görmək və onlara toxunmaq. 

Mən  “Alovun  qəlbi”nə  xüsusi  bir  fəsil  həsr  edəcəyəm.  Məni  özünə 

valeh edən gözəlim! Mən əlimdən gələni edəcəyəm ki, 

qəmli ayrılıq və tənhalıq illəri sənin yaddaşından birdəfəlik silinsin. 

Daima sənin olan Armand.” 

24  Bəzi ölkələrdə ali dövlət vəzifəsi daşıyan adam. 

25 

Əziz dostum! 



26  “Qızıl adalar” (Fransaya məxsus olan və Aralıq dənizində Tulonun 

cənub-şərqində yerləşən adalardan birinin qədim adı). 

downloaded from KitabYurdu.org



100 

 

XV 



FƏSİL Qraf de la Roş 

Van Aidin  məktubu sükut  içərisində  oxudu. Onun sifəti qəzəbli idi. 

Gicgahlarında  damarların  necə  şişdiyi  və  yumruqlarının  necə 

düyünləndiyi aşkar görünürdü. Bir kəlmə demədən məktubu gözlərini 

masaya  dikmiş  müsyö  Karrejə  qaytardı.  Müsyö  Kaunun  baxışları 

tavanda pərvaz edirdi. 

Müsyö  Puaro  öz  paltosunun  qolundan  tozcuqları  çırpırdı.  Ədəb 

xatirinə onlardan heç kim Van 

Aidinə baxmırdı. 

Sükutu  ilk  pozan  müsyö  Karrej  oldu.  Görünür,  müsyö  Karrej 

xoşagəlməz  mövzu  barədə  onu  danışmağa  vadar  edən  xidməti 

vəzifəsini xatırlamışdı. 

Yəqin ki, müsyö, - o, astadan söylədi, - 



məktubu yazan şəxs sizə tanışdır? 

Qorxuram ki, elədir, - Van Aidin ağır-ağır 



nəfəs aldı. 

Eləmi? - müsyö Karrej maraqlandı. 



O, özünü qraf de la Roş adlandıran 

yaramazdır. 

Araya sükut çökdü. Sonra müsyö Puaro qabağa durub, müsyö Karrejin 

masasının üstündəki xətkeşi yerinə qoyaraq milyonçuya dedi: 

-  Müsyö Van Aidin, sizi inandırıram, bu barədə danışmaq bizə xoş 

deyil, amma inanın ki, indi nəyisə gizləmək vaxtı deyil. Baş verənlər 

bizi cinayətin açılması üçün mümkün olan hər şeyi 

etməyə çağırır. Əgər düşünsəniz, mənimlə razılaşarsınız. 

Van Aidin susdu və sonra razılaşaraq başını tərpətdi: 

-  Siz tamamilə haqlısınız, müsyö Puaro! Mənə çox ağırdır, lakin indi 

nəyisə gizləmək vaxtı 

downloaded from KitabYurdu.org



101 

 

deyil. 



Komissar  ürək  rahatlığı  ilə  nəfəs  aldı,  magistrat  isə  uzun  burnunun 

üstündəki pensneni27 düzəldərək stulun kürəkliyinə söykəndi. 

-  Müsyö Van Aidin, bəlkə siz bizə bu centlmen 

haqqında bildiklərinizi danışasınız? 

- Bu, on bir, ya da on iki il əvvəl Parisdə olmuşdu. Mənim qızım səfeh-

səfeh  romantik  xülyalarla  dolu  çox  gənc  bir  qız  idi.  Məndən  gizlin 

olaraq  Qraf  de  la  Roş  ilə  dost  olubmuş.  Yəqin  ki,  onun  barəsində 

eşitmisiniz? 

Komissar və Puaro yekdilliklə başlarını tərpədərək təsdiq etdilər. 

-  O, özünü qraf adlandırır, - Van Aidin dedi, - lakin bu titula hüququ 

olduğuna şübhə edirəm. 

-  Onun  adını  siz  “Almanac  de  Gotba”da28  tapa  bilməzsiniz,  - 

komissar razılaşdı. 

- Mən bunu aydınlaşdırmışdım, - Van Aidin sözünə davam etdi. - O, 

çox qadının həyatında 

faciəvi  rol  oynayan  yaraşıqlı  yaramazdır.  O,  Rutun  başını 

gicəlləndirmişdi,  lakin  mən  tez  onların  əlaqələrinə  son  qoydum.  O 

adam ən adi bir dələduzdur. 

- Siz tamamilə haqlısınız,  -  komissar söylədi.  -  Qraf de la Roşu  biz 

yaxşı  tanıyırıq.  Biz  onu çoxdan  həbs  edərdik,  amma  təəssüf  ki,  bu, 

asan  deyil:  o,  çox  ehtiyatlıdır.  Həmişə  cəmiyyətdə  yüksək  mövqe 

tutan xanımlarla  əlaqədə olur. Onlardan saxta borc qəbzi  vasitəsilə, 

yaxud  da  şantajla  pul  qoparır  və  təbii  ki,  onlar  da  bizə  müraciət 

etmirlər. Bütün  aləmin  gözündə  axmaq görünmək?! Xeyr, buna heç 

biri razı olmaz. Ona görə də o, qadınları əlində saxlaya bilir. 

-  Bəli,  bu  belədir,  -  Van  Aidin  razılaşdı.  -  Yaxşı...  Sizə  də  dediyim 

kimi, mən dərhal 

downloaded from KitabYurdu.org




Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə