Downloaded from KitabYurdu org



Yüklə 1,48 Mb.
səhifə22/64
tarix25.06.2018
ölçüsü1,48 Mb.
#51910
1   ...   18   19   20   21   22   23   24   25   ...   64

86 

 

axmaq deyilsən. Lənət şeytana, yenə nə var? 



Ledi Templinin səsi holldan eşidildi: 

- Lenoks! Derek zəng vurmuşdu. Bu gün nahara bizə gəlmək istəyir. 

Yaxşı? Sən nəsə bir hoqqa çıxarmayacaqsan ki? 

Lenoks anasının yanına getdi, sonra isə Ketrinin yanına qayıtdı. Onun 

sifəti azca qızarmış və ciddiləşmişdi. 

-  Şadam ki, köhnə dostum Derek gələcək. O, 

sizin xoşunuza gələcək. 

- Derek kimdir? 

- Lord Lekonberinin oğlu. Varlı amerikalı ilə evlidir. Qadınlar onun 

üçün dəli olurlar. 

- Niyə? 

-  Hər şey sadədir: o, yaraşıqlı və gəzəyəndir. 

Hər bir qadın ona görə ağlını itirir. 

- Bəs sən? 

Hərdənbir, amma bəzən də düşünürəm ki, dyaçoka23 ərə getsəm 



yaxşı olar, kənddə 

yaşayar  və  dirrik  becərərəm.  -  O,  bir  qədər  fikrə  getdi  və 

təsdiqləyirmiş  kimi  başını  tərpətdi.  -  Ən  yaxşısı  irland  dyaçokudur, 

İrlandiyada mən həm də ov ovlaya bilərəm. 

Bir müddət susaraq yenidən yarımçıq qalmış mövzuya qayıtdı. 

Derekdə  qəribə  nəsə  var.  Onun  ailəsində  çoxlu  ipləmə 



qumarbazlar olub. Keçmişdə onlar 

arvadlarını  müflis  etmiş,  malikanələrini  uduzmuş,  həyatlarını 

təhlükəyə atırlarmış. Derekdən əla yolkəsən quldur olardı. Yaxşı, mən 

getdim. 


Otaqda  tək  qalan  Ketrin  fikrə  getdi.  O,  ancaq  indi  başa  düşdü  ki, 

düşdüyü yeni mühitdən necə yorulub, bunlar onu necə qıcıqlandırır. 

downloaded from KitabYurdu.org



87 

 

Qatarda baş verənlər, polislə danışıq, yeni dostlarının sorğu-sualları 



onda xoşagəlməz təəssürat oyatmışdı. Onun Ruta yazığı gəlirdi, lakin 

o  da  onun  xoşuna  gəlməmişdi,  xudbinlik  onun  təbiətinin  əsas 

xüsusiyyəti  idi,  Ketrin  isə  bunu  qəbul  etmirdi.  Bununla  belə, 

başqalarının sevincini və kədərini bölüşməyə adət etmiş Ketrinin Ruta 

ürəyinin  yanmaması  qeyri-  mümkün  idi.  Ketrin  onunla  söhbətini 

yadına salaraq, Rutun nəsə bir qərar qəbul etdiyini başa düşdü, lakin 

hansı?  Hansı  qərar  olursa-  olsun  ölüm  bunu  mənasızlaşdırmışdı. 

Qəribədir! Hansısa bir oğru və qatil Rut üçün o dərəcədə vacib olan 

bir səfəri yarımçıq qoydu... Ketrin 

qəflətən  polisə  söyləməyi  unutduğu  bir  xırdalığı  xatırladı.  Bəlkə  də 

bu,  tamamilə  gərəksiz  idi.  O,  Rutun  kupesinə  girən  bir  kişini 

gördüyünü yadına saldı. 

Amma axı o, səhv edə bilərdi! Həmin qapı qonşu kupenin qapısı ola 

bilərdi, bir də ki, o kişi qətiyyən cinayətkara oxşamırdı. 

Həmin  iki  görüşdən  sonra  -  “Savoy”da  və  nəqliyyat  agentliyindəki 

görüşlərdən sonra Ketrin onu yaxşı xatırlayırdı. Bəli, əlbəttə, o yanılır. 

O,  qətlə  yetirilmiş  qadının  kupesinə  girmirdi.  Yaxşı  ki,  bu  barədə 

polisə heç nə deməyib, bu, ona zərər verə bilərdi. 

Ketrin eyvana çıxdı. Küsdüm ağacının budaqları arasından o, Aralıq 

dənizinin mavi sularına baxdı. Nə olmasından asılı olmayaraq, yaxşı 

ki, 

bura gəlmişdi. Burada olmaq, Sent-Meri-Middə olmaqdan daha yaxşı 



idi. 

Axşam o, “Soupir d'automne” donunu geyindi və güzgüdə öz əksinə 

gülümsəyərək,  ömründə  ilk  dəfə  özündə  qeyri-adi  parlaqlıq  duya-

duya aşağı endi. 

Ledi Templinin qonaqlarının çoxu artıq yığışmışdı və otaq onun bütün 

downloaded from KitabYurdu.org




88 

 

qonaqlıqlarında olduğu kimi səs-küylü idi. Çabbi ona yaxınlaşdı, ona 



kokteyl uzatdı və qızın qolunu öz qoluna saldı. 

Sonuncu qonaq otağa daxil olanda ledi Templin ucadan dedi: 

- Oho, Derek, nəhayət ki! İndi biz nəsə yeyə bilərik. Mən çox acam. 

Ketrin  otağın  o  biri  başına  baxdı  və  səksəndi.  Deməli,  onun  adı 

Derekdir! Qız hiss etdi ki, təəccüblənməyib. O bilirdi ki, artıq üç dəfə 

gördüyü adamla tez, yaxud da gec, nə vaxtsa qarşılaşacaq. Hə, yəqin 

ki,  o  da  Ketrini  tanıdı,  çünki  bir  anlığına  ledi  Templinin  suallarına 

cavab verməkdən yayındı və sonra söhbəti davam etdirməyə özünü 

güclə məcbur etdi. Ledi Templinlə danışdıqdan sonra ondan aralandı. 

Adama elə gəldi ki, o, utanaraq sıxılır. 

Hamı  masaya  tərəf  getdi  və  Ketrin  gördü  ki,  onu  Dereklə  yanaşı 

əyləşdiriblər.  Derek  dərhal  üzünü  ona  tutub,  valehedici  təbəssümlə 

söylədi: 

-  Bilirdim  ki,  tezliklə  sizinlə  rastlaşacam,  lakin  bunun  burada  baş 

verəcəyini heç təxmin 

etməzdim. Biz artıq qarşılaşmışıq. Birinci dəfə “Savoy”da, ikinci dəfə 

Kukun agentliyində. Allah üçlüyü sevir. Bircə deməyin ki, siz məni 

görməmisiniz  və  ya  diqqət  yetirməmisiniz.  Görürəm  ki,  məni 

tanıdınız. 

-  Bəli, tanıdım, - Ketrin cavab verdi. - Lakin biz 

iki deyil, üç dəfə qarşılaşmışıq. Bu gün dördüncüdür. Mən sizi Mavi 

qatarda da görmüşəm. 

-  Mavi  qatarda?  -  Derekin  davranışında  nəsə  dəyişiklik  oldu, 

baxmayaraq  ki,  Ketrin  bunun  nə  olduğunu  anlaya  bilmədi.  Sanki 

qəfildən Derekə zərbə ilişdirdilər. Sonra o, qayğısızlıqla dedi: 

-  Bu gün səhər orada gedən söz-söhbət nə idi? 

Kimsə ölmüşdü, eləmi? 

downloaded from KitabYurdu.org




89 

 



Bəli, - Ketrin astadan söylədi. - Kimsə 

ölmüşdü. 

-  Qatarda  ölmək  lazım  deyil,  -  Derek  güldü.  -  İnanıram  ki,  qatarın 

gecikməsini bu hadisənin ayağına yazacaqlar. 

Mister Ketterinq? - Derekin qarşısında əyləşmiş amerikalı kök 



qadın irəli durub 

xarakterik aksentlə danışmağa başladı. - Mister Ketterinq, deyəsən, siz 

məni  yadınızdan  çıxarmısınız,  mənə  elə  gəlir  ki,  siz  çox  yaxşı 

oğlansınız... 

Derek ona nəsə cavab verdi, Ketrinsə heyrət içərisində mat qalmışdı. 

Ketterinq! Həmin soyad! İndi qız o adı xatırladı. Qəribə təsadüfə bax! 

Dünən gecə gördüyü 

adam öz arvadının kupesinə girən kişi imiş. 

O, arvadını sağ-salamat qoyub çıxıb indi isə masa arxasında, hətta nə 

baş verdiyindən xəbərsiz halda əyləşib. Şübhə ola bilməzdi. O, heç nə 

bilmir. 

Qulluqçu Derekə sarı əyilərək ona kağız parçası verdi və qulağına nə 

isə pıçıldadı. Ledi Templindən üzr istəyərək Derek kağızı açdı. Orada 

yazılanlar onu təəccübləndirdi. O, baxışlarını qaldırdı. 

-  İnanılmazdır,  Rozali,  ancaq  qorxuram  ki,  mən  sizi  tərk  etməli 

olacam.  Polis  rəisi dərhal  məni  görmək istəyir. Heç bilmirəm,  onun 

nəyinə lazımam! 

-  Sizin günahlarınız sizi tapıb, - Lenoks zarafat 

etdi. 

-  Görünür, - Derek razılaşdı. - Çox güman ki, 



səfeh bir anlaşılmazlıqdır, lakin mən getməliyəm. Bu qoca niyə imkan 

vermir ki, yeməyimi yeyim? Görünür, çox ciddi bir səbəb onu mənə 

belə əzab verməyə vadar edir. - O güldü, masanın arxasından durdu 

downloaded from KitabYurdu.org




Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə