Downloaded from KitabYurdu org



Yüklə 1,48 Mb.
səhifə20/64
tarix25.06.2018
ölçüsü1,48 Mb.
#51910
1   ...   16   17   18   19   20   21   22   23   ...   64

78 

 

O, üzünü Puaroya tutdu: 



-  İstərdim  ki,  siz  bələdçinin  ifadəsinə  qulaq  asasınız.  O,  çox 

inandırıcıdır. 

-  Əlbəttə ki, madmazel də dinləmək istərdi. - Puaro təxmin etdi. - Siz 

etiraz etməzsiniz ki, 

cənab komissar? 

- Xeyr, - komissar cavab verdi, amma bununla belə, görünürdü ki, o, 

etiraz  edir.  -  Əlbəttə  ki,  xeyr,  müsyö  Puaro,  bir  halda  ki,  siz  belə 

istəyirsiniz. Siz burada artıq işinizi qurtardınızmı? 

Düşünürəm ki, bəli. A... bircə dəqiqə! 



O, şalın altına baxdı və orada nəsə tapdı, pəncərəyə yaxınlaşdı, sonra 

isə “onu” iki barmağı arasında tutaraq qayıtdı. 

O nədir? - müsyö Kau sual verdi. 



Dörd dənə kürəni saç teli. - O, qətlə yetirilmişə tərəf döndü. - 

Onlar madama 

məxsusdur. 

Nə olsun ki? Məgər bu vacibdir? 



-  Məgər vacib deyil? İstintaqın bu mərhələsində biz nəyin vacib olub-

olmadığını bilmirik, ona 

görə də hər bir detala qarşı diqqətlə yanaşmalıyıq. 

Onlar kupeyə qayıtdılar və tezliklə bələdçi buraya gəldi. 

- Sizin adınız Pyer Mişeldir? - komissar soruşdu. 

- Bəli, müsyö komissar. 

-  Mən  istəyirəm  ki,  bu  centlmenə,  -  o,  Puaronu  göstərdi,  -  mənə 

danışdıqlarınızın hamısını 

təkrar edəsiniz. 

-Yaxşı,  cənab  komissar.  Bu,  biz  Parisdən  ayrıldıqdan  həmən  sonra 

oldu. Mən getdim ki

downloaded from KitabYurdu.org




79 

 

gecə  üçün  yatağı  salım,  düşünmüşdüm  ki,  madam  şam  yeməyini 



vaqon-restoranda edər. Lakin onun kupesində içərisində yemək olan 

səbət var idi. O, mənə söylədi ki, qulluqçunu Parisdə qoymağa məcbur 

olub, buna görə də bir yataq salmaq lazımdır. O, yeməklə dolu səbəti 

qonşu  kupeyə  apardı  və  mən  yatağı  salana  kimi  orada  oldu.  Sonra 

söylədi ki, səhər tez oyanmayacaq və yatmağı xoşlayır. Mən dedim ki, 

hər şey aydındır və o, mənə xeyirli gecələr arzuladı. 

- Siz qonşu kupeyə daxil oldunuzmu? 

- Xeyr, müsyö. 

-  Bu  halda  siz,  çətin  ki,  digər  əşyalar  arasında  tumacı  mücrünü 

görərdiniz? 

- Mən onu görməmişəm, müsyö. 

- Qonşu kupedə adam gizlənə bilərdimi? Bələdçi fikirləşdi: 

- Qapı  yarımaçıq  vəziyyətdə  idi,  -  o,  cavab  verdi.  -  Əgər  adam 

qapının arxasında dayanmış 

olsaydı,  mən  onu  görə  bilməzdim,  lakin,  şübhəsiz  ki,  madam  onu 

görərdi. 

- Doğrudur! - Puaro söylədi. - Siz nəsə əlavə edə 

bilərsiniz? 

-Zənnimcə,  bütün  bildiklərim  budur,  müsyö.  Mən  daha  heç  nə 

xatırlaya bilmirəm. 

Bəs bu gün səhər? - Puaro maraqlandı. 



-  Madamın  mənə  dediyi  kimi,  mən  onu  narahat  etmədim.  Ancaq 

Kanna çatmamışdan öncə mən 

onun  qapısını  döyməyə  cürət  etdim.  Cavab  almadığım  üçün  qapını 

açdım. Mənə elə gəldi ki, ledi yatır. Mən onun çiynindən silkələdim 

ki, oyadım və... 

-  Və nə baş verdiyini gördünüz,  - Puaro onun sözünü kəsdi. -Tres 

downloaded from KitabYurdu.org



80 

 

bien20.  Güman  edirəm  ki,  mən  öyrənmək  istədiklərimin  hamısını 



öyrəndim. 

- Ümidvaram ki, müsyö komissar, - bələdçi cəsarətsiz halda söylədi, - 

mən  pis  heç  nə  etməmişəm.  Dəhşətə  bax,  özü  də  harada?  Mavi 

qatarda! Dəhşətlidir! 

-  Rahat olun, - komissar söylədi, - siz hər şeyi 

düz 


etmisiniz. 

- Bəs siz bunu şirkətə bildirəcəksiniz? 

- Əlbəttə, əlbəttə! Biz bunu dərhal edəcəyik. Bələdçi çıxdı. 

-  Həkim  hesab  edir  ki,  -  komissar  bildirdi,  -  ledi  Liona  çatmazdan 

qabaq  artıq  öldürülmüşdür.  Bəs  qatil  kimdir?  Madmazelin  dediyinə 

görə, ledi söylədiyi kişi ilə hardasa yolda görüşməli idi. Qulluqçunu 

buraxması mənə vacib görünür. Bəlkə kişi Parisdə qatara əyləşib və 

qonşu kupeyə yerləşib? Əgər belədirsə, onda onlar mübahisə etmiş ola 

bilərlər  və  kişi  qəzəblənərək  onu  öldürmüş  ola  bilər.  Bu,  bir 

ehtimaldır. Mənə daha inandırıcı görünən başqa ehtimal da var. 

Qatil - bu qatarla gedən yol soyğunçusudur. İçərisində, çox güman ki, 

ləl-cəvahirat olan 

mücrünü  də  o  oğurlamış  olar.  Ola  bilsin  ki,  qatil  Lionda  qatardan 

düşüb. Biz artıq qatardan kimin düşməsini öyrənməyi xahiş edərək ora 

teleqraf göndərmişik. 

- Ya da o, Nitsaya qədər gəlib, - Puaro burnunun altında mızıldandı. 

-  Ola bilər, - komissar razılaşdı, - lakin bu, çox 

risklidir. 

Puaro bir qədər susduqdan sonra dedi: 

-  Sonuncu halda qatil adi yol quldurudur, eləmi? 

Komissar çiynini çəkdi: 

downloaded from KitabYurdu.org




81 

 

- Hələ ki, məlum deyil. Qulluqçunu axtarıb tapmaq lazımdır. Bəlkə də 



tumacı  mücrü  ondadır.  O  zaman  öldürülənin  dediyi  kişinin  bu  işlə 

əlaqəsi var, onda bu qətl affekt vəziyyətində 

törədilib. Mən özümsə şəxsən düşünürəm ki, bu qətl yol soyğunçusu 

tərəfindən törədilib. Son zamanlar quldurlar tamam həyasızlaşıblar. 

- Bəs siz, madmazel, - Puaro Ketrinə baxdı, - siz gecə heç nə görüb 

eşitmədiniz ki? 

- Heç nə, - Ketrin cavab verdi. 

Puaro komissara müraciət etdi: 

-Zənnimcə, biz madmazeli daha ləngitməyə bilərik, eləmi? 

Komissar başı ilə təsdiq etdi. 

- Xanım bizə öz ünvanını qoyacaqmı? - o, soruşdu. 

Ketrin onlara ledi Templinin ünvanını verdi. Puaro ona yüngül təzim 

etdi. 

- Bizim yenidən görüşməyimizə etiraz etməzsiniz ki, madmazel? - o 



soruşdu.  -  Yoxsa  sizin  o  qədər  dostlarınız  var  ki,  mənə  vaxtınız 

yoxdur? 


- Əksinə, -  Ketrin  cavab verdi,  - mənim boş vaxtım çoxdur, sizi isə 

görməyimə şad olaram. 

- Əla! - Puaro dostyana söylədi. - Bu, “roman policier nous”21 olacaq. 

Bu işi biz birlikdə araşdıracağıq. 

18 Fransada gizli polis idarəsi. 19 Əla! 

20 Çox yaxşı! 

21 Bizim detektiv romanımız. 

XII 


FƏSİL 

“Marqarita” villasında 

- Deməli, siz həqiqətən də hadisənin içində olmusunuz! - ledi Templin 

şövqlə ucadan söylədi. - Əzizim, bu, necə də həyəcanlandırıcıdır. - O, 

downloaded from KitabYurdu.org



Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə