Downloaded from KitabYurdu org



Yüklə 1,48 Mb.
səhifə17/64
tarix25.06.2018
ölçüsü1,48 Mb.
#51910
1   ...   13   14   15   16   17   18   19   20   ...   64

66 

 

Nəhayət,  qatar  Lion  stansiyasında  dayananda  Ketrin  platformaya 



çıxdı və bir qədər gəzişməyə başladı. 

Qatarın bürkülü havasından sonra soyuq hava adamı gümrahlaşdırırdı. 

O, su samuru xəzi geymiş tanışının yemək məsələsini həll etdiyini 

görüb gülümsədi; vaqon-restoranın pəncərəsindən onun qulluqçusuna 

yemək səbəti verirdilər. 

Qatar  yerindən  tərpəndi  və  nahar  barədə  xəbər  verən  zəng  səsləndi. 

Ketrin  ürək  rahatlığı  ilə  vaqon-restorana  getdi.  Onun  növbəti  masa 

yoldaşı  eşmə  bığlı  və  yumurtavari  başını  bir  qədər  yana  əymiş, 

xariciyə bənzəyən alçaq boylu bir adam idi. 

Ketrin özü ilə kitab götürmüşdü, lakin onu oxumağa başladığı zaman 

gördü ki, kişi bir qədər qayğılı baxışlarla ona baxır. 

- Görürəm,  madmazel,  roman  polincier17  oxuyursunuz.  Bu  cür 

kitablar xoşunuza gəlirmi? 

Onlar məni əyləndirir, - Ketrin etiraf etdi. 



Kiçik adam anlayışla başını tərpətdi: 

-  Mənə  söyləyiblər  ki,  bunlar  son  zamanlar  çox  populyardır. 

Maraqlıdır, niyə, madmazel? Mən bütün həyatı boyu insan təbiətini 

öyrənən bir 

şəxs kimi bu sualı verirəm. Nəyə görə? 

Ketrin daha da çox təəccübləndi: 

- Yəqin ona görə ki, onlar illüziya yaradırlar, sanki adam doğrudan da 

sərgüzəştlə dolu bir həyatı yaşayır, - o, fikrini söylədi. 

-  Bəli, bəli, sözünüzdə həqiqət var. - O, kədərlə 

başını tərpədərək təsdiq etdi. 

-  Əlbəttə,  hamı  bilir  ki,  əslində  belə  şeylər  olmur,  -  Ketrin  sözünə 

davam etdi. Lakin həmsöhbəti 

tez qızın sözünü kəsdi: 

downloaded from KitabYurdu.org




67 

 



Bəzən, madmazel! Bəzən! Bunlar sizinlə danışan şəxsin - mənim 

başıma gəlib! 

Qız ona maraq dolu nəzərlə baxdı: 

Kim bilir, bəlkə nə vaxtsa siz də bu cür halla 



qarşılaşdınız. Bu, təsadüf işidir. 

Çətin ki! Heç vaxt mənim başıma bu cür 



hadisələr 

gəlməyib. 

O irəli durdu: 

- Bəs siz istərdiniz ki, olsun? 

Sual qızı qorxutdu və o diksindi. 

Ola bilsin ki, bu, fantaziyadır, - balaca adam çəngəli yalayaraq 



dedi, - amma mənə elə gəlir 

ki, siz maraqlı hadisələr arzusundasınız. Eh 

bien, madmazel, bütün həyatım boyu mən bir şeyi öyrənmişəm: hər 

kəs istədiyini tapır. Kim bilir? - O, üz-gözünü məzəli şəkildə turşutdu. 

- Ola bilsin, siz istədiyinizdən də böyüyünü aldınız. 

- Bu, peyğəmbərlikdirmi? - Ketrin şən halda xəbər aldı. 

Balaca adam başını yellədi. 

-  Mən  peyğəmbər  deyiləm,  -  həmsöhbəti  əminliklə  cavab  verdi.  - 

Düzdür, mənim heç vaxt yanılmaq adətim yoxdur, ancaq bu cəhətimlə 

qürrələnmək istəməzdim. Gecəniz xeyrə qalsın, madmazel, sizə şirin 

yuxular arzulayıram. 

Ketrin balaca adamın ona söylədiklərinə təəccüblənərək öz kupesinə 

getdi. Tanışının qapısı açıq olan kupesinin yanından keçəndə Ketrin 

bələdçinin  yatağı  saldığını  gördü.  Su  samuru  xəzi  geyinmiş  ledi  isə 

üzü pəncərəyə sarı dayanmışdı. 

Ketrinin gördüyü kimi, ikinci kupe isə boş idi, oturacağın üstündə isə 

downloaded from KitabYurdu.org



68 

 

döşək, şal və yataq mələfəsi dururdu. 



Qulluqçu yox idi. 

Ketrin gəlib gördü ki, öz yatağı artıq hazırdır. 

Saat onun yarısı idi. Çox yorulduğu üçün o, dərhal yatağına uzandı və 

işığı söndürdü. 

Ketrin qəflətən yuxudan oyandı. O, yatağa uzandığı vaxtdan bəri nə 

qədər müddət 

keçdiyini bilmədi. Saata baxıb gördü ki, saat dayanıb. Dəqiqəbədəqiqə 

artan  həyəcan  onu  bürüdü.  O,  ayağa  durdu,  xalatını  çiyninə  atıb 

dəhlizə  çıxdı.  Qatar  sanki  yuxuya  qərq  olmuşdu.  Ketrin  pəncərəni 

açdı. Sərin gecə havasını sinəsinə çəkib, qorxunc hisslərini qovmağa 

və özünü sakitləşdirməyə çalışaraq bir neçə dəqiqəliyinə pəncərənin 

yanında oturdu. 

Sonra vaqonun qurtaracağına getməyə və bələdçidən saatı öyrənməyə 

qərar verdi. Lakin bələdçi yerində yox idi. Ketrin nəfəsini dərib, o biri 

vaqona  yollandı.  Uzun  yarımqaranlıq  dəhlizdə  o,  bir  kişini  görüb 

təəccübləndi.  Kişi  su  samuru  xəzindən  manto  geyinmiş  ledinin 

kupesinin qapısı ağzında əlini qapının dəstəyinə qoyaraq dayanmışdı. 

Qız  fikirləşdi  ki,  qaranlıqda  səhv  salır,  yəqin  ki,  bu,  kişinin  öz 

kupesidir. Bir 

müddət kişi kürəyi Ketrinə tərəf dayandı, lakin sonra səssiz çevrildi 

və  Ketrin  bu anda onun üzünü gördü. Qız təəccüblə  daha  əvvəllər  - 

“Savoy” otelində və Kuk agentliyində gördüyü kişiyə baxdı. O, qapını 

açdı və kupesinə daxil oldu. 

Ketrin düşündü ki, bu, su samuru xəzi geyinmiş ledinin dediyi həmin 

adamdır - ledinin görüşməli olduğu kişi. 

Sonra  Ketrin  öz-özünə  fikirləşdi  ki,  yəqin  çox  fantaziya  qurur.  Çox 

ehtimal ki, o kişi kupeni səhv salıb. 

downloaded from KitabYurdu.org




69 

 

15 Yol çantası. 16 Dəri. 



17 Detektiv roman. 

XI  FƏSİL Qətl 

Ertəsi  gün  parlaq  günəş  şüası  Ketrini  yuxudan  oyatdı.  O,  səhər 

yeməyini  yeməyə  erkən  getdi, lakin dünənki  tanışlarından heç kimə 

rast  gəlmədi.  Kupeyə  qayıtdıqda  bələdçi  -  melanxolik  siması  olan 

uzun bığlı və qara saçlı kişi onun yatağını yığışdırırdı. 

-  Madam,  bəxtiniz  gətirdi,  -  o,  qeyd  etdi.  -  Günəş  şəfəq  saçır. 

Sərnişinlər yuxudan 

durarkən pəncərədə buludlu səhər görəndə məyus olurlar. 

- Yəqin mən də məyus olardım, - Ketrin dilləndi. 

- Biz çox gecikirik, madam, - bələdçi getməmişdən qabaq xəbərdarlıq 

etdi. - Nitsaya yaxınlaşanda mən sizə xəbər verəcəyəm. 

Ketrin  başını  tərpətdi.  Pəncərənin  qarşısında  oturaraq  görünən 

mənzərəni  seyr  etdi.  Palmalar,  mavi  dəniz,  açıq-sarı  rəngli  küsdüm 

çiçəkləri - bütün bunlar on dörd il yalnız cansıxıcı ingilis qışı görmüş 

qadın üçün yeni idi. 

Qatar Kanna çatıb dayananda Ketrin perronda gəzişməyə çıxdı. Onu 

xəz paltolu ledi maraqlandırırdı və o, həmin ledinin pəncərəsinə 

baxdı. Pərdələr hələ də bağlı idi - qatarda pərdələri bağlı olan yeganə 

pəncərə  həmin  pəncərə  idi.  Ketrin  təəccübləndi.  Qatara  qayıdarkən 

tanışının kupesinə yaxınlaşdı və qapının bağlı olduğunu gördü. Xəz 

paltolu ledi qətiyyən səhər tezdən yuxudan oyananlardan deyildi. 

Tezliklə  ona bələdçi  yaxınlaşdı  və  bildirdi  ki, bir neçə  dəqiqə  sonra 

Nitsaya  çatacaqlar.  Ketrin  ona  bəxşiş  verdi,  bələdçi  təşəkkür  etdi, 

lakin getmədi. O, nəsə qəribə görünürdü. Ketrin fikirləşdi ki, ya bəxşiş 

kifayət  qədər  deyil,  ya  da  daha  vacib  nə  isə  bələdçini  narahat  edir. 

Həqiqətən  də  o,  təlaş  içərisində  idi,  gözləri  döyükürdü,  sanki  öz 

downloaded from KitabYurdu.org




Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə