Downloaded from KitabYurdu org



Yüklə 1,48 Mb.
səhifə14/64
tarix25.06.2018
ölçüsü1,48 Mb.
#51910
1   ...   10   11   12   13   14   15   16   17   ...   64

54 

 

çıxarkən anladı ki, bu alagözlü yad qadından qorxur. Bu duyğuda nəhs 



nə isə var idi. 

Derek evə qayıdaraq qulluqçunu çağırdı: 

- Bu çeki götür, Payvett Pikadillidəki agentliyə get. Orada sənin adına 

yazılmış bilet var. Onun pulunu ödə və qayıt. 

- Oldu, ser. 

Payvett getdi. 

Derek yazı masasının arxasına əyləşdi və korrespondensiyaları bir-bir 

gözdən  keçirməyə  başladı.  Yeni  heç  nə  yox  idi.  Hesablar.  Böyük, 

xırda və ödəmə tələb edən hesablar. Onları hələ ki, nəzakətli tərzdə 

yazmışdılar.  Lakin  Derek  bilirdi  ki,  əgər...  əgər  bir  xəbər  hamıya 

yayılsa, tezliklə onların tərzi dəyişiləcək. 

Derek kefsiz halda dəri üzlüklü iri kresloya əyləşdi. O, başa düşürdü 

ki,  tələyə  düşüb.  Buradan  çıxmaq  üçün  görünən  yollar  isə  elə  də 

ümidverici deyil. 

Payvett əlində biletlə içəri daxil oldu və təmkinlə boğazını arıtladı: 

- Bir centlmen sizi görmək istəyir, ser, mayor Nayton. 

- Nayton? 

Derek yerində dikəldi. Qəflətən onu həyəcan bürüdü. Astadan, demək 

olar ki, eşidilmədən dedi: 

- Nayton! Maraqlıdır, o hara, bura hara? 

- Onu dəvət edə bilərəm, ser? 

Derek başı ilə razılığını bildirdi. 

- Sizi görməyimə çox şadam, - Derek Naytonu açıq qəlblə salamladı. 

Nayton gərgin idi və Derekin diqqətli nəzərləri həmin an bunu gördü. 

Katibin boynundakı tapşırıq ona əməlli-başlı ağırlıq edirdi. Derekin 

salamlamasına o, demək olar ki, qeyri-iradi cavab verdi. 

- Hə, - Derek söylədi, - mənim hörmətli qayınatamın məndən istədiyi 

downloaded from KitabYurdu.org




55 

 

nədir? Siz ki, onun tapşırığı ilə gəlmisiniz, elə deyilmi? 



Nayton gülümsəmədi: 

-  Bəli,  -  o,  təşviş  içərisində  dedi,  -  mən...  mən  mister  Van  Aidinin 

başqasını seçməsini üstün 

tutardım. 

Derekin yuxarı dartılmış qaşları təəccübünü ifadə etdi: 

-  Nədir,  məgər  hər  şey  çoxmu  pisdir?  Eybi  yox,  sizi  inandırım  ki, 

mən o qədər də həssas adam 

deyiləm, Nayton. Söyləyin görək. 

Nayton boğazını arıtladı: 

- Van Aidin məni təklifini sizə bildirmək üçün göndərib. 

-Təklif? Bax, bu artıq maraqlıdır. 

- Davam edə bilərəmmi? 

-  Buyurun.  Mənə  fikir  verməyin.  Mən  təəccüblənmişəm.  Mənə  elə 

gəlir  ki,  mənim  sevimli  qayınatamın  hirsi  səhərdən  bəri  bir  qədər 

soyuyub.  Bu  isə  maliyyə  Napoleonu  adlandırılan  belə  güclü  insana 

yaraşan deyil. Demək, o, ilk öncə düşündüyü mövqeyinin o qədər də 

möhkəm olmadığını başa düşüb. 

Nayton heç bir emosiya göstərmədən bu sakit, istehzalı səsi dinlədi. 

O, Derekin sözünü bitirməsini gözlədi və sonra sakit halda dedi: 

Mən onun təklifini daha münasib dildə 



çatdırmağa çalışıram. 

- Davam edin. 

Nayton  Derekdən  yan  tərəfə  baxırdı.  O,  soyuq  və  işgüzar  səslə 

danışırdı. 

-  Hər  şey  çox  sadədir.  Bildiyiniz  kimi,  missis  Ketterinq  boşanma 

ərizəsi verməyə hazırlaşır. Əgər hər şey sakit başa çatsa, siz bu məsələ 

həll olan gün yüz min alacaqsınız. 

downloaded from KitabYurdu.org




56 

 

Siqaret çəkməyə hazırlaşan Derek mat qaldı. 



Yüz min! - o, tez təkrar etdi. - Dollar? 

- Funt. 

İki dəqiqəliyinə otağa dərin sükut çökdü. Ketterinq götür-qoy edirdi. 

Yüz min funt. Bu o 

deməkdir ki, Mirel öz qayğısız həyatına davam edə bilər. 

Bu  o  deməkdir  ki,  Van  Aidin  nəsə  bilir.  Van  Aidin  boş-boşuna  pul 

kisəsinin ağzını açan adam deyil. 

Bəs əgər mən imtina etsəm? - o, soyuq, 



rişxəndli lütfkarlıqla soruşdu. 

-  Sizi  əmin  edirəm,  -  Nayton  ifadəli  jest  etdi,  -  bu  tapşırığı  yerinə 

yetirmək mənim heç ürəyimcə deyil. 

-Yaxşı,  kefinizi  pozmayın,  bu,  sizin  günahınız  deyil.  Hə,  belə,  bəs 

mənim sualıma siz nə cavab verirsiniz? 

Əgər siz bu təklifi rədd etsəniz, - Nayton cavab verdi, - mister 



Van Aidin sizə növbəti 

təklifini çatdırmağımı istədi: o, sizi müflis edəcək. Vəssalam. 

Ketterinq qaşlarını qaldırdı, lakin zahiri sakitliyini qorudu: 

- Nə  etməli,  bunu  edə  biləcəyinə  şübhəm  yoxdur.  Milyonların 

üstündə oturan amerikalı ilə 

çəkişmək  mənlik  deyil.  Yüz  min!  Əgər  insan  rüşvət  götürməyə 

qadirdirsə, burada düşünüləcək bir şey yoxdur. Bəs mən desəm ki, iki 

yüz minə razılaşaram, onda necə? 

-  Mən sizin cavabınızı mister Van Aidinə çatdırmalıyam, - Nayton 

təmkinlə cavab verdi. - 

Demək sizin cavabınız budur? 

Xeyr!  -  Derek  dedi.  -  Əlbəttə,  bu  daha  əyləncəlidir,  lakin 



cavabım bu deyil. Gedib 

downloaded from KitabYurdu.org




57 

 

qayınatama deyin ki, o da, onun bütün var- dövləti də cəhənnəm olsun. 



Aydındır? 

-Tamamilə.  -  Nayton  ayağa  durdu.  -  Mən...  mən...  icazə  verin  sizə 

etiraf  edim,  mister  Ketterinq:  şadam  ki,  siz  məhz  bu  cür  cavab 

verdiniz. 

Derek susdu. Nayton otaqdan çıxandan sonra o, öz düşüncələrinə qərq 

olaraq  yerindən  tərpənmədi.  Sonra  qəribə  bir  təbəssüm  onun 

dodaqlarına toxundu: 

- Nə etmək olar, -pıçıltı ilə dedi. 

FƏSİL Mavi qatarda 



-Ata! 

Missis Ketterinq özünü atasına tərəf atdı. 

Bu  səhər  onun  əsəbləri  gərilmişdi.  Atası  gözlənilmədən  zərif  su 

samuru  xəzindən  uzun  manto  geyinmiş  və  başına  qırmızı  kiçik  lak 

şlyapa  qoymuş  Rutun  qarşısına  çıxanda  o,  “Viktoriya”  vağzalının 

adamlarla qaynaşan platforması ilə fikrə dalmış halda gedirdi. 

- Sənə nə olub, Rut, bu nə qaçaqaçdır? 

-  Səni  görəcəyimi  gözləmirdim.  Dünən  gecə  sən  mənimlə 

xudahafizləşmişdin və dedin ki, bu gün səhər sənin iclasın var! 

-  Elədir,  amma  sən  bütün  iclaslardan  dəyərlisən.  Gəldim  ki, 

uzunmüddətli ayrılıqdan öncə səni bir daha görüm. 

-  Bu,  sənin  tərəfindən  çox  xoş  əməldir,  ata.  İstərdim  ki,  sən  də 

mənimlə gedəsən. 

- Birdən razılaşsam necə? 

Bu  sözlər  zarafatla  söylənmişdi.  Lakin  qızının  yanaqlarının 

qızardığını  görəndə  o,  təəccübləndi.  Bir  anlığına  ona  elə  gəldi  ki, 

qızının baxışlarında qorxu əmələ gəldi. 

Qız inamsız və əsəbi halda güldü: 

downloaded from KitabYurdu.org



Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə