Downloaded from KitabYurdu org



Yüklə 1,48 Mb.
səhifə15/64
tarix25.06.2018
ölçüsü1,48 Mb.
#51910
1   ...   11   12   13   14   15   16   17   18   ...   64

58 

 



Elə bildim doğrudan da getmək qərarına 

gəlmisən. 

- Bəs sən bundan məmnun olardın? 

- Əlbəttə, - o, səmimi cavab verdi. 

-  Bunu eşitməyimə şadam, - Van Aidin bildirdi. 

-  Əslində, biz elə də uzun müddətə ayrılmırıq, 

ata, 

-  Rut sözünə davam etdi, - axı sən bir aydan 



sonra gələcəksən, deyilmi? 

-Ah!  Hərdən  elə  istəyirəm  ki,  Hartli-stritdən  birinin  yanına  gedib 

mənə təmiz havanın və günəşin vacib olduğunu söyləməyə onu vadar 

edim və mən də təcili dincəlməyə yollanım. 

Belə tənbəl olma! - Rut dedi. - Bir aydan sonra ora indikindən 



də yaxşı olacaq. Bir də ki, 

sənin Londonda xeyli təxirəsalınmaz işlərin var... 

Hə, bilirəm, - Van Aidin köksünü ötürdü. - İndisə, yaxşı olar ki, 



qatara minəsən, Rut. 

Vaqonun hansıdır? 

Rut  Ketterinq  dalğın  halda  qatarı  gözdən  keçirdi.  Pulmanov 

qatarlarından  birinin  qapısı  önündə  başdan-ayağacan  qara  geyinmiş 

bir nəfər arıq qadın - Rutun qulluqçusu dayanmışdı. O, geri çəkilərək 

sahibəsinə yol verdi. 

- Sizin sakvoyajı15 oturacağın altına qoymuşam ki, madam, bəlkə sizə 

paltar lazım gəldi. Şalı götürüm, yoxsa onlar sizə lazımdır? 

Xeyr, xeyr, lazım deyil, onları götür və öz 



yerinə get, Meyson. 

Van Aidin qızı ilə birgə vaqona daxil oldu. O, öz yerini tapdı və Van 

Aidin qəzet və jurnal yığınını kiçik masanın üstünə qoydu. 

downloaded from KitabYurdu.org




59 

 

Qarşı  tərəfdəki  oturacaqda  sərnişin  əyləşmişdi.  Amerikalı  həmin 



sərnişinə  diqqətlə  nəzər  saldı.  Bu,  səliqəli  yol  kostyumu  geyinmiş 

heyrətamiz  alagözlü  qadın  idi.  Van  Aidin  bir  müddət  də  Rut  ilə, 

adətən, vağzalda öz yaxınını yola salan adamın danışdığı kimi söhbət 

etdi. 


Nəhayət, fit səsi eşidildi və Van Aidin saatına baxdı. 

- Mən getməliyəm,  əzizim. Hələlik. Narahat olma. Mən bütün işləri 

öz yoluna qoyacam. 

- Ah, ata! 

Van Aidin birdən geri çevrildi. O, sanki Rutun səsində əsla ona xas 

olmayan bir intonasiya  duydu, bu, ümidsizlik harayına bənzədi.  Və 

bu, atanı təlaşa saldı. Qız özünü qeyri-iradi  olaraq ona sarı atsa da, 

lakin tez özünü ələ aldı. 

- Bir aydan sonra görüşənədək, - Rut şən halda sağollaşdı. 

İki dəqiqədən sonra qatar yerindən tərpəndi. 

Rut tərpənmədən yerində əyləşmişdi. O, dodaqlarını çeynəyir, göz 

yaşlarını  güclə  saxlayırdı.  Qəflətən  dəhşətli  yalqızlıq  hissi  duydu. 

Onun  içini  birdən-birə  dəli  bir  arzu  bürüdü:  nə  qədər  ki,  gec  deyil, 

vaqondan özünü yerə atmaq və geri qayıtmaq. Daima sakit və özündən 

əmin olan Rut ömründə ilk dəfə özünü 

bu cür -  küləklə  sovrulan  yarpaq tək hiss etdi. Əgər atası  bilsəydi... 

Görəsən, ona nə deyərdi? 

Bu,  əsl  ağılsızlıqdır!  Həyatında  ilk  dəfə  Rut  hisslərinə  bu  cür  əsir 

düşüb, səfeh və ehtiyatsız hərəkət etdi. Van Aidinin əsl qızı kimi Rut 

öz hərəkətlərinin nə qədər səhv olduğunu anlayır və özünü müqəssir 

bilirdi.  Lakin  digər  cəhətdən də  o, atasına oxşamışdı  -  öz istədiyinə 

nail olmaq kimi möhkəm bir iradəyə malik idi və qərar qəbul edərkən 

heç bir əngəldən çəkinməzdi. Rut beşikdə ikən tərsliyi və öz bildiyini 

downloaded from KitabYurdu.org




60 

 

tutmaq cəhəti ilə fərqlənirdi, verilən tərbiyə isə bu cəhətlərini daha da 



təkmilləşdirmişdi.  Bəli,  indi  hər  şey  risk  altına  atılmışdı.  İndi  o, 

sonacan getməli idi. 

O,  başını  qaldırdı  və  onun  baxışları  əks  tərəfdəki  oturacaqda 

əyləşmiş qadının baxışları ilə qarşılaşdı. Birdən ona elə gəldi ki, yol 

yoldaşı onun fikirlərini oxuyur. O, qadının ala gözlərində özünə qarşı 

anlayış və dərdinə şərik olmaq kimi bir duyğu hiss etdi. 

Lakin bu, bir anlıq ötəri təəssürat idi. Hər iki qadının sifəti yenidən 

nəzakətli sakit ifadə aldı. Missis Ketterinq əlinə jurnal aldı, Ketrin isə 

üzünü  pəncərəyə  çevirib,  geridə  qalan  darıxdırıcı  küçələrə  və 

şəhərətrafı evlərə baxdı. 

Fikrini jurnala yönəltmək Rut üçün çətin idi. O, özünü nə qədər böyük 

təhlükələrə atdığını xəyalən ağlına gətirdi və öz-özünə peşman oldu. 

O, necə də yelbeyin olub! Bütün soyuqqanlı 

adamlar kimi, o, öz üzərində nəzarəti tamamilə itirmişdi. Gecdir... 

Məgər artıq çoxmu gecdir? Kaş kimləsə danışıb ondan məsləhət ala 

biləydi!  Əvvəllər  heç  vaxt  onun  buna  ehtiyacı  olmamışdı,  hər  bir 

məsələ üçün onun öz şəxsi rəyi var idi, amma indi... 

Ona nə olub? Vahimə. Bəli, belədir, onu vahimə basır. Ömründə ilk 

dəfədir ki, o - Rut Ketterinq tamamilə vahimə içərisindəydi, az qala 

dəli olacaqdı. 

Rut  gözünün  ucuyla  qonşusuna  nəzər  saldı.  Əgər  onun  tanışları 

arasında belə sakit və ürəyəyatan birisi olsaydı, onunla məsləhətləşə 

bilərdi. Ona indi məhz belə adam lazım idi. Ancaq öz problemlərini 

yad bir yol yoldaşına bildirmək... Rut öz-özünə güldü. O, yenidən 

jurnala baxmağa başladı. Özünü  ələ  almaq lazımdır. Nəhayətdə, bu 

qərarı özü vermişdi. O, öz azad iradəsi ilə hərəkət edir. Bunda qəbahət 

nə var ki? O, öz-özünə dedi: “Mən niyə xoşbəxt ola bilmərəm axı?” 

downloaded from KitabYurdu.org




61 

 

Duvra  kimi  olan  məsafə  bir  göz  qırpımında  ötdü.  Rut  dəniz 



yırğalanmasını  yaxşı  keçirirdi,  lakin  soyuğu  sevmirdi,  ona  görə  də 

özünə ayrıca kayuta sifariş etdi... 

Baxmayaraq  ki,  Rut  heç  vaxt  bunu  qəbul  etmirdi,  ancaq  bəzən  o, 

mövhumatçıya  çevrilirdi  və  təsadüflərə  əhəmiyyət  verən  insanlar 

kateqoriyasına  aid  idi.  Kalaya  çataraq  Mavi  qatarda  qulluqçusu  ilə 

ikinəfərlik kupedə yerləşən Rut vaqon-restorana getdi. 

Pulmanov  vaqonunda  qonşusu  olan  həmin  qadınla  birgə  bir  masa 

arxasına  düşməsi  Rutu  təəccübləndirdi.  Hər  iki  qadın  bir-birinə 

mehriban gülümsədi. 

- Təsadüfə bir bax! - missis Ketterinq dedi. 

- Elədir, - Ketrin cavab verdi. 

Ofisiant onların qarşısında beynəlxalq nəqliyyat şirkətlərinin yüksək 

dəyərləndirdiyi cəldliklə peyda oldu və onların masasına iki qab şorba 

qoydu. Şorbanı zərif omlet əvəz edənə qədər qadınlar artıq dostyana 

söhbətə başlamışdılar. 

- İlahi, günəşli bir yerdə olmağı elə istərdim, - Rut köksünü ötürdü. 

- Əminəm ki, bu, qeyri-adi bir duyğudur. 

- Siz Riverunu yaxşı tanıyırsınız? 

-Xeyr, bu, mənim ilk səfərimdir. -Təəccüblüdür. 

- Sizsə, yəqin ki, ora hər il gedirsiniz? 

-  Demək olar ki, hə. Yanvar və fevral aylarında 

London dözülməzdir. 

-  Mənsə kənddə yaşamışam. Bu aylar orada da ürəkaçan keçmir. Hər 

yer başdan-başa palçıq 

olur. 

- Bəs indi nəyə görə getməyə qərar verdiniz? 



- Pul, - Ketrin cavab verdi. - On il ərzində mənim pulum ancaq rahat 

downloaded from KitabYurdu.org




Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə