Downloaded from KitabYurdu org



Yüklə 1,48 Mb.
səhifə18/64
tarix25.06.2018
ölçüsü1,48 Mb.
#51910
1   ...   14   15   16   17   18   19   20   21   ...   64

70 

 

həyatına görə qorxu keçirirdi. 



Birdən bələdçi soruşdu: 

-  Madam məni bağışlasın, ancaq onu Nitsada 

qarşılayan adam olacaq? 

-  Yəqin ki, - Ketrin cavab verdi. - Nə olub ki? 

Lakin  o,  anlaşılmayan  nəsə  deyərək  başını  yellədi.  Sonra  qəfildən 

getdi və qatar dayanana kimi də görünmədi. 

Ketrin  platformada  dayanaraq  fikirli  halda  ətrafa  baxırdı.  Qayğısız 

sifət ifadəsi olan bir nəfər gənc ona yaxınlaşdı və tərəddüdlə soruşdu: 

- Miss Qrey? 

Ketrin təsdiq etdi, bu zaman gənc adam təbəssümə qərq olaraq özünü 

ona təqdim etdi: 

- Mən Çabbiyəm, ledi Templinin əri. Yəqin ki, o, mənim barəmdə sizə 

yazıb, amma bəlkə unuda da bilər. Sizin yükünüz haradadır? Bu il mən 

bura  gələndə  öz  əşyalarımı  itirmişdim,  siz  heç  təsəvvürünüzə  gətirə 

bilməzsiniz  ki,  buna  görə  nə  qədər  hay-küy  oldu.  Tipik  fransız 

qalmaqalı. 

Ketrin öz əşyalarını ona göstərdi və onlar getməyə hazırlaşanda çox 

nəzakətli bir səs eşitdilər: 

- İcazənizlə, madam, bir dəqiqə. 

Ketrin geri çevrildi və qarşısında mundirli bir adam gördü. 

- Müəyyən rəsmiyyətə əməl etmək lazımdır, madam, 

- o izah etdi. - Zəhmət olmasa, mənimlə 

gələrdiniz. Polisin göstərişidir. - O, əllərini havada yellədi. - Əlbəttə, 

cəfəngiyatdır, amma nə etməli. 

Mister  Çabbi  bu  monoloqu  tamamilə  başa  düşə  bilmədi,  çünki  o, 

fransızcanı mükəmməl bilmirdi. 

-  Ah,  bu  necə  də  fransızlara  xasdır,  -  o,  pıçıltı  ilə  gileyləndi.  Çabbi 

downloaded from KitabYurdu.org




71 

 

xarici  ölkədə  olarkən  oradakı  yerli  xalqa  əsəbiləşən  britaniyalı 



patriotlardan idi.  -  Həmişə  onların  nəsə  bir kütbeyinlikləri olmalıdır 

da. Heç olmasa onlar əvvəllər stansiyada adam saxlamırdılar. Bu, nəsə 

yenilikdir. Fikrimcə, siz onlarla getməlisiniz... 

Mundirli  adam  onu  qatara  aparanda  Ketrin  çox  təəccübləndi.  Onlar 

kupelərdən birinə daxil 

oldular.  Çox  məğrur  bir  şəxs  -  yəqin  ki,  hökumət  qulluqçusu  idi  - 

Ketrinə təzim etdi və dedi: 

- Üzr istəyirəm, madam, amma bəzi rəsmiyyətçiliyi  yerinə  yetirmək 

lazımdır. Görürəm, madam fransızca danışa bilir. 

-Zənn  edirəm  ki,  anlaşılacaq  dərəcədə  danışa  bilirəm,  -  Ketrin 

fransızca cavab verdi. 

-  Bu,  yaxşı  oldu.  Zəhmət  olmasa,  əyləşin,  madam.  Mən,  polis 

komissarı  müsyö  Kauyam.  -  O,  bunu  xüsusi  məna  ilə  vurğuladı  və 

Ketrin  çalışdı  ki,  özünü  elə  göstərsin  ki,  guya  bu,  onda  lazımi 

təəssüratı yaratdı. 

-  Siz  mənim  pasportumu  görmək  istəyirsiniz?  -  qız  ehtimal  etdi.  - 

Budur. 

-  Təşəkkür  edirəm,  madam,  -  komissar  pasportu  əlinə  aldı  və 



boğazını arıtlayaraq dedi. 

-  Ancaq bizə əslində kiçik bir məlumat lazımdır. 

- Məlumat? 

Komissar təmkinlə başını tərpətdi: 

-  Sizinlə  qatarda  gedən  xanıma  dair.  Dünən  lenç  zamanı  siz  onunla 

söhbət etmisiniz. 

-  Qorxuram,  onun  barəsində  sizə  heç  nə  deyə  bilməyim.  Biz, 

doğrudan da, lenç müddətində 

onunla danışmışıq, lakin mən onunla tanış deyiləm və əvvəllər də heç 

downloaded from KitabYurdu.org




72 

 

vaxt onu görməmişəm. 



-  Bununla belə, siz lençdən sonra onun kupesinə getmisiniz və nə 

barədəsə söhbət 

etmisiniz? - komissar sual verdi. 

- Bəli, - Ketrin cavab verdi. - Bu, düzdür. 

Sanki komissar onun daha çox şey söyləyəcəyini gözləyirdi. O, qıza 

təşviqedici nəzərlə baxdı: 

- Davam edin, madam. 

- Nəyi, müsyö? 

- Nədən söhbət etdiyinizi mənə söyləməyəcəksinizmi? 

-  Söyləyə  bilərəm,  amma  başa  düşə  bilmirəm  ki,  niyə  mən  bunu 

etməliyəm. 

Əsl  ingilislər  kimi  o  da  hövsələdən  çıxmışdı.  Bu  fransız  polisi  çox 

utanmaz idi. 

- Niyə? - komissar ucadan dedi. - Ah, madam, sizi əmin edim ki, çox 

ciddi səbəb var. 

-  Onda, əlbəttə ki, siz onu mənə deyəcəksiniz. 

Komissar fikirli halda çənəsini qaşıdı. 

Madam,  -  o,  nəhayət,  dilləndi.  -  Səbəb  çox  sadədir.  Haqqında 



soruşduğum xanım bu səhər 

öz kupesində ölü tapılıb. 

- Ölü? - Ketrin ah çəkdi. - Ürək tutması? 

-  Xeyr, - komissar yuxulu səslə cavab verdi, - 

o, qətlə yetirilib. 

- Qətlə yetirilib?! 

-  İndi,  madam,  başa  düşürsünüzmü  ki,  bizə  bütün  mümkün 

məlumatlar lazımdır. 

-Axı, onun qulluqçusu... 

downloaded from KitabYurdu.org




73 

 

- Qulluqçusu yoxa çıxıb. 



A... - Ketrin susaraq fikrini cəmləşdirməyə 

çalışdı. 

-  Bələdçi  sizin  ledi  ilə  birgə  kupedə  olduğunuzu  görüb  və  polisə 

bildirib. Bax, buna görə də, madam, biz sizi hansısa bir məlumat 

almaq 


ümidi ilə narahat edirik. 

-  Çox təəssüf, - Ketrin dedi, - amma mən heç 

onun adını da bilmirəm. 

Onun soyadı Ketterinqdir. Biz bunu onun pasportundan və yük 



qeydiyyatından öyrəndik. 

Əgər biz... 

Qapı döyüldü. Müsyö Kau ayağa durdu və qapını araladı. 

-  Nə olub? - o, narazı halda soruşdu. - Məni 

işdən yayındırmayın. 

Qapıda  Ketrinin  dünənki  həmsöhbətinin  yumurtayabənzər  başı 

göründü. 

- Mənim adım Erkül Puarodur, - o, özünü təqdim etdi. 

Doğrudanmı,  -  müsyö  Kau  dili  topuq  vura-  vura  xəbər  aldı,  - 



doğrudanmı, siz həmin Erkül 

Puarosunuz? 

-  Özüdür ki, var. Yadımdadır ki, mən, deyəsən, 

bir dəfə sizinlə Parisdə Sulnedə18 qarşılaşmışam, buna baxmayaraq, 

sizin məni yadınızda saxladığınıza inanmıram. 

-  Nə danışırsınız, müsyö, nə danışırsınız! İçəri 

girin, zəhmət olmasa! Bilirsinizmi... 

-  Bəli, bilirəm! Gəldim ki, görüm kömək lazım 

deyil ki? 

downloaded from KitabYurdu.org




Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə