Downloaded from KitabYurdu org



Yüklə 1,48 Mb.
səhifə19/64
tarix25.06.2018
ölçüsü1,48 Mb.
#51910
1   ...   15   16   17   18   19   20   21   22   ...   64

74 

 

-  Lütf  etmiş  olarsınız,  -  komissar  cavab  verdi.  -  İcazə  verin,  sizə 



təqdim  edim,  müsyö  Puaro,  -  o,  Ketrinin  pasportuna  nəzər  saldı,  - 

madam, ee..., madmazel Qrey. 

Puaro Ketrinə gülümsədi: 

- Sözlərimin belə tezliklə çin olması qəribə deyilmi? - o bildirdi. 

-  Madmazel,  təəssüf  ki,  bizə  elə  də  çox  məlumat  verə  bilmir,  - 

komissar bildirdi. 

-  Mən artıq izah etdim ki, - Ketrin söylədi, - o 

bədbəxt ledi mənim tanışım deyildi. 

-  Amma  o,  sizinlə  söhbət  edib,  elə  deyilmi?  -  Puaro  mülayimliklə 

söylədi. - Yəqin ki, onun 

barəsində müəyyən təəssüratınız yaranıb? 

- Bəli, - Ketrin fikirli halda cavab verdi. - Deyəsən, yaranıb. 

- Hə, madmazel, - komissar sözə qarışdı, - bizə bu barədə danışın. 

Ketrin onların dünənki söhbətini təfsilatı ilə danışdı. O, hiss edirdi ki

həmsöhbəti olan qadını satır, lakin “qətl” kəlməsi hər şeyi dəyişdirirdi. 

Və o, mərhumla söhbətini mümkün qədər dəqiqliklə, sözbəsöz onlara 

danışdı. 

-  Maraqlıdır! - komissar Puaroya müraciət etdi. 

-  Müsyö Puaro, həqiqətən də maraqlı deyilmi? Yoxsa bunun qətllə 

heç bir əlaqəsi yoxdur... - O, 

öz cümləsini sona qədər söyləmədi. 

- Bəlkə bu intihardır? - Ketrin ehtimalını söylədi. 

-  Xeyr, - komissar cavab verdi. - İntihar deyil. 

O, iplə boğulub. 

- İlahi! - Ketrinin bədəni əsdi. 

Müsyö Kau əlini sakitləşdirici tərzdə yuxarı qaldırdı. 

- Bəli, bəli, bütün bunlar çox xoşagəlməzdir. Yəqin ki, bizim qatillər 

downloaded from KitabYurdu.org




75 

 

sizinkilərdən daha qəddardırlar. 



- Bu, dəhşətdir! 

-  Hə,  hə,  -  komissar  mehribancasına  söylədi.  -  Siz  çox  cəsarətli 

qadınsınız, madmazel. Sizi 

görən  kimi  mən  öz-özümə  dedim:  “Bu  madmazel  ürəkli  adamdır”. 

Ona görə də mən sizdən bir şey xahiş etmək istəyirəm, çox 

xoşagəlməz işdir, lakin sizi inandırım ki, bu, mütləqdir. 

Ketrin  karıxmış  halda  ona  baxdı.  O,  sanki  özünü  qoruyurmuş  kimi 

əlini qaldırdı. 

- Mən sizdən mənimlə qonşu kupeyə getməyi xahiş edirəm. 

Bu, vacibdir? - Ketrin astadan soruşdu. 



Kimsə onu tanımalıdır, - komissar cavab verdi. - Qulluqçu yoxa 

çıxıb... - O, mənalı 

tərzdə boğazını arıtladı. 

-  Siz onunla ünsiyyətdə olan yeganə adamsınız. 

-  Nə etməli, - Ketrin sakit halda söylədi. - Əgər 

vacibdirsə... 

O, ayağa durdu. Puaro təsdiqləyici halda başını tərpətdi: 

Madmazel çox həssasdır, - dedi. - Mən də 



gələ bilərəm, müsyö Kau? 

- Əlbəttə, əziz müsyö Puaro. 

Onlar  dəhlizə  çıxdılar  və  komissar  qonşu  kupenin  qapısını  açdı. 

Pəncərənin  pərdələri  yarıya  kimi  qaldırılmışdı.  Qətlə  yetirilmiş  üzü 

divara sarı elə təbii halda uzadılmışdı kı, elə bil yatırdı. Müsyö Kau 

onu ehtiyatla kürəyi üstə çevirdi və Ketrin əlini sıxaraq ucadan içini 

çəkdi. Sifəti tanınmaz hala salınmışdı. Puaro cəld soruşdu: 

Bu nə vaxt edilib, ölümündən əvvəl, yoxsa 



sonra? 

downloaded from KitabYurdu.org




76 

 



Həkimlər söylədilər ki, sonra, - müsyö Kau 

cavab 


verdi. 

-  Qəribədir!  -  Puaro  qaşlarını  çatdı  və  Ketrinə  tərəf  çevrildi.  - 

Qətiyyətli  olun,  madmazel,  ona diqqətlə  baxın.  Əminsinizmi ki,  bu, 

dünən sizin danışdığınız qadındır? 

Ketrinin əsəbi möhkəm idi. O, özünü qətlə yetirilmiş qadına diqqətlə 

baxmağa məcbur etdi. Sonra irəliyə doğru əyilərək bədbəxt qadının 

əlinə toxundu. 

-  Mən tamamilə əminəm, - nəhayət, o bildirdi. - 

Üzünü tanımaq mümkün deyil, lakin bədən quruluşu, boyu, saçların 

rəngi  adamda  şübhə  qoymur.  Bir  də  ki,  mən  bunu  tanıdım.  -  O, 

mərhumun biləyindəki kiçik xalı göstərdi. 

-  Onunla söhbət edərkən mən onu görmüşdüm. 

- Bon19, - Puaro söylədi. - Siz çox diqqətlisiniz, madmazel. Belə halda 

meyitin identifikasiyası məsələsi həll olundu; lakin bütün bunlar çox 

qəribədir. - O, çaşqınlıqla qətlə yetirilmişin üzünü göstərdi. 

Müsyö Kau çiyinlərini çəkdi: 

- Ola bilsin ki, qatil çox qəzəblənibmiş, - o, ehtimal etdi. 

- Əgər qadın belə sakit uzanmasaydı, söylədiyiniz mümkün olardı, - 

Puaro  düşündü.  -  Lakin  onu  boğan  şəxs  arxadan  yaxınlaşıb  və 

qurbanını  gözlənilmədən  yaxalayıb.  Boğuq  inilti,  xırıltı,  vəssalam, 

başqa  heç  nə  eşidilməyib,  sonradansa  sifətə  vurulmuş  bu  qorxunc 

zərbə. Nə səbəbə? Qatil ümid edib ki,  əgər meyitin üzünü tanınmaz 

hala salarsa, onda onu 

tanımazlarını? Yaxud da, o, bu qadına elə çox nifrət edirmiş ki, artıq 

ölmüş  olmasına  baxmayaraq,  ona  zərbə  vurmaqdan  özünü  saxlaya 

bilməyibmi? 

downloaded from KitabYurdu.org



77 

 

Ketrin diksindi və Puaro müqəssircəsinə ona baxdı: 



- Siz mənim halınızı xarab etməyimə yol verməməlisiniz, madmazel. 

- O, mülayimliklə söylədi. - Bütün bunlara siz adət etməmisiniz və bu, 

sizin  üçün  dəhşətlidir.  Mənim  üçünsə,  təəssüf  ki,  adi  məsələlərdir. 

Xahiş edirəm, bircə dəqiqə də gözləyin. 

Puaro  qətlə  yetirilmişin  paltarını  diqqətlə  nəzərdən  keçirdi  -  rəfin 

kənarına  mərhumun  səliqə  ilə  qoyulmuş  paltarı,  asılqandan  asılmış 

ağır xəz palto və tora atılmış qırmızı lak şlyapa. 

Sonra Puaro Ketrinin qulluqçunun əyləşdiyini gördüyü qonşu kupeyə 

keçdi. Oturacaqda üç, yaxud da dörd şal, şlyapa qutusu, sakvoyaj var 

idi. Qəfildən o, Ketrindən soruşdu: 

-  Siz  dünən  burada  olmusunuz.  Sizcə,  burada  nəsə  dəyişiklik 

olubmu, bəlkə nəsə yoxa çıxıb? 

Ketrin hər iki kupeyə diqqətlə baxdı. 

-  Bəli!  Açıq  rəngli  tumacdan  düzəldilmiş  mücrü  yoxa  çıxıb.  Onun 

üzərində “R.V.K.” inisialı var 

idi. O, 


cəvahiratları  saxlamaq  üçün  bir  mücrü  ola  bilərdi.  Mən  onu 

qulluqçunun dizləri üstə görmüşdüm. 

- Eləmi? - Puaro dedi. 

- Axı, yəqin ki... - Ketrin sözə başladı. - Mən... mənim belə işlərdən 

başım çıxmır, amma çox ehtimal ki... göründüyü kimi, qulluqçu da, 

mücrü də yoxa çıxıb, elə deyilmi? 

-  Siz demək istəyirsiniz ki, qulluqçu mücrünü 

oğurlayıb? - komissar soruşdu. - Xeyr, madmazel, bu ola bilməz, buna 

qarşı çox ciddi bir dəlil var. 

- Hansı? 

- Qulluqçu Parisdə qalıb. 

downloaded from KitabYurdu.org




Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə