Downloaded from KitabYurdu org



Yüklə 1,48 Mb.
səhifə21/64
tarix25.06.2018
ölçüsü1,48 Mb.
#51910
1   ...   17   18   19   20   21   22   23   24   ...   64

82 

 

mavi gözlərini böyüdərək dərindən nəfəs aldı. 



- Əsl qətl! - mister Evans şadyanalıqla söylədi. 

- Çabbinin heç ağlına da gəlməyib, - ledi Templin sözünə davam etdi. 

- O, heç təsəvvür edə bilməyib ki, polis səni nəyə görə saxlayıb. 

Əzizim,  şansa  bax!  Bilirsənmi,  mən  düşünürəm  ki...  hə,  mən  qəti 

düşünürəm ki, bununla nəsə əldə etmək olar. 

Onun gözlərində şöhrət qığılcımları parladı. 

Ketrin narahatlıq duydu. Onlar təzəcə lenç etmişdilər. Onlar, yəni ledi 

Templin - praktisizm təcəssümü; mister Evans - sadəlövh və məğrur; 

Lenoks - tünd rəngli simasında hiyləgər təbəssüm oynayan qız. 

-  İnanılmaz  təsadüfdür!  Sizinlə  getməyi  və  hər  şeyi  öz  gözlərimlə 

görməyi  necə  istərdim.  -  Çabbi  bu  sözləri  tamamilə  uşaqsayağı 

söylədi. 

Ketrin susurdu. Polis ondan sirri qorumağı tələb etməmişdi və əlbəttə 

ki,  nəyə  görə  ləngidildiyinin  səbəbini  dostlarından  da  gizlədə 

bilməzdi, 

amma hadisəni tam təfsilatı ilə danışmaq da istəmirdi. 

- Hə! - ledi Templin öz düşüncəsinə geri qayıtdı. - Bununla nəsə bir 

şey etmək olar. Məsələn, belə bir başlıq altında məqalə yazmaq olar: 

“Qətlə  yetirilmiş  qadınla  mən  necə  söhbətləşdim”,  yaxud  da  buna 

bənzər nəsə. 

-  Cəfəngiyatdır! - Lenoks onun sözünü kəsdi. 

Sən  heç  təsəvvür  edirsənmi,  -  ledi  Templin  müəllimə  tərzində 



sakit səslə sözə başladı, - “qaynar” xəbər üçün nə qədər pul ödəyirlər. 

Ketrin,  əzizim,  əgər  sən  özün  bunu  etmək  istəmirsənsə,  məni  bütün 

xırdalıqlarla tanış et və mən özüm məqalə yazaram. Mister Hevilend 

mənim  köhnə  dostumdur.  Biz  bir-birimizi  yaxşı  başa  düşürük.  O, 

valehedici adamdır, heç 

downloaded from KitabYurdu.org




83 

 

müxbirə oxşamır. Bu fikrim necədir, xoşuna gəldimi, Ketrin? 



-  Mən belə bir iş görməməyi üstün tutardım, - 

Ketrin kəskinliklə söylədi. 

Qonağın bu inadkarlığı ledi Templini ruhdan saldı. O, nəfəsini dərdi 

və yenidən hadisənin təfərrüatları barədə sorğu-suala başladı: 

-  Sən dedin ki, qadın həyəcanlı idi? Maraqlıdır, 

görəsən, kim imiş? Sən onun adını eşitmədinmi? 

-  Onun adını çəkdilər, amma mənim yadımdan 

çıxdı. Mən çox məyus idim. 

-  Başa düşürəm, - mister Evans dedi, - yəqin 

ki, şokda idiniz?! 

Əgər Ketrin, hətta qətlə yetirilmiş qadının adını yadına salsaydı da, 

çətin ki, bunu onlara deyərdi. Ledi Templinin qeyri-sağlam marağı və 

sualları onu qıcıqlandırırdı. “Ağlı başında olan” qız Lenoks isə bunu 

başa  düşdü.  Yuxarı  mərtəbədə  Ketrin  üçün  hazırlanmış  otağa  onu 

apararkən qız dedi: 

- Anama fikir vermə, o, hətta nənəsinin ölümündən belə bir neçə penni 

qazanmağa da razı olar. 

Lenoks aşağı düşəndə anası ilə Çabbinin qonağı müzakirə etdiklərini 

başa düşdü... 

- Ədəblidir, - ledi Templin dedi, - çox ədəblidir. Geyimi də yaxşıdır. 

Əynindəki  o  boz  kostyum  Qledis  Kuperin22  “Misirdəki  palmalar” 

filmindəki kostyumu ilə eyni fasondadır. 

-  Sən onun gözlərinə fikir verdinmi? - mister 

Evans maraqlandı. 

-  Gözlərilə nə işim var, Çabbi? - ledi Templin 

acıqlı dilləndi. - Biz daha vacib əşyaları müzakirə edirik. 

-  Əlbəttə, əlbəttə, - mister Evans razılaşdı və 

downloaded from KitabYurdu.org




84 

 

ilbiz kimi yenidən öz qabığına çəkildi. 



-  Mənə elə gəlir, o, elə də... yolagələnə oxşamır. 

-  Ledi Templin son sözü söyləməmişdən qabaq bir balaca yubandı, 

sanki sözü diqqətlə seçirdi. 

-  O, anadangəlmə ledidir, bu barədə kitablarda 

yazırlar, - Lenoks irişdi. 

-  O,  dardüşüncəlidir,  -  ledi  Templin  deyindi,  -  bu  isə  o  cür  həyat 

tərzi sürmüş adam üçün çox 

adidir. 


-  Şübhə  etmirəm  ki,  sən  onun  dünyagörüşünü  genişləndirməyə 

çalışacaqsan, - Lenoks bildirdi 

Lakin sənin cəhdlərin boşa çıxa bilər. Görmədinmi, o, necə ayıq-



sayıqdır? 

- Hər halda, - ledi Templin özünü sakitləşdirərək dedi, - o, başqalarına 

oxşamır. Adətən, insanlar gözlənilmədən varlananda elə vacib şəxsə 

çevrilirlər ki, onlara yaxın düşmək mümkün olmur. 

-  Sən isə istədiyini ondan asanlıqla ala biləcəksən, - Lenoks dedi. 

- Bir də ki, onun 

necə olmasının əhəmiyyəti yoxdur. Sən ki, onu buraya başqa məqsəd 

üçün çağırmısan. 

-  O, mənim əmiqızımdır. - Ledi Templin qürrəli 

halda söylədi. 

-  Əmiqızı, hə? - Çabbi irəli durdu. - Deməli, 

mən ona sadəcə Ketrin deyə bilərəm? 

-  Onu necə adlandıracağın tamamilə vacib 

deyil, Çabbi, - ledi Templin qeyd etdi. 

-  Yaxşı, mən onu bu cür də adlandıracam, - mister Evans dedi. - Necə 

bilirsən, o, tennis 

downloaded from KitabYurdu.org



85 

 

oynaya bilir? 



-  Əlbəttə, yox, - ledi Templin cavab verdi. - 

Sənə dedim axı, o, kompanyon olub. Kompanyonlar isə nə tennis, nə 

də qolf oynamırlar. Ola bilsin ki, onlar kriket oynaya bilirlər, ancaq 

mənə həmişə elə gəlir ki, kompanyonlar bütün sutka ərzində yumaq 

dolayırlar və itləri gəzintiyə aparırlar. 

-  İlahi! - Çabbi ucadan dedi - Doğrudanmı? 

Lenoks yenidən Ketrinin otağına qalxdı. 

- Sənə kömək edə bilərəm? - o, nəzakət xətrinə soruşdu. 

Etiraz  cavabını  alaraq  çarpayıda  əyləşdi  və  fikirli-fikirli  Ketrinə 

baxdı: 


Sən nəyə görə gəlmisən? - o, nəhayət, 

soruşdu. 

Bizə gəlməyini nəzərdə tuturam. Sən ki, 



tamamilə başqa adamsan. 

- Mən tanışlarımın olmasını istərdim. 

-  Özünü  bilməməzliyə  vurma,  -  Lenoks  həmsöhbətinin  sifətindəki 

təbəssümə  bənzər  təbəssümlə  gülümsədi,  -  nədən  danışdığımı  çox 

yaxşı bilirsən. Sən mənim düşündüyümdən tamam fərqlisən. Elə yaxşı 

geyinmisən ki. - O, 

köksünü ötürdü. - Bu, mənlik deyil. Mən anadangəlmə yöndəmsizəm. 

Çox təəssüf, çünki mən qəşəng pal-paltarları sevirəm. 

-  Mən  də  onları  sevirəm,  amma  bu  yaxın  vaxtlara  kimi  onlardan 

tamam xəbərsiz idim. Bu, sənin xoşuna gəlirmi? 

Onlar birlikdə Ketrinin gətirdiyi paltarlara baxmağa başladılar. 

-  Sən  mənim  xoşuma  gəlirsən,  -  Lenoks  birdən  söylədi.  -  Mən 

istəyirdim ki, anamın felinə uymamaq üçün səni xəbərdar edim, amma 

indi görürəm ki, bu, artıq işdir. Sən səmimi, açıqqəlbli insansan, lakin 

downloaded from KitabYurdu.org



Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə