Downloaded from KitabYurdu org



Yüklə 1,48 Mb.
səhifə23/64
tarix25.06.2018
ölçüsü1,48 Mb.
#51910
1   ...   19   20   21   22   23   24   25   26   ...   64

90 

 

və otaqdan çıxdı. 



22 Qledis Kuper (1888-1971) - aktrisa. 23 Dini rütbəsi olmayan kilsə 

xadimi. 


XIII 

FƏSİL 


Van Aidin teleqram alır 

Fevralın on beşi günortadan sonra London üzərinə sarımtıl qatı duman 

çökmüşdü. Rufus Van Aidin hava ilə əlaqədar “Savoy”dakı otağında 

oturub, var gücü ilə işə girişmişdi. Naytonun sevincinin həddi yox idi. 

Son vaxtlar öz sahibinin fikrini işə cəmləməyə vadar etmək Nayton 

üçün  çətin  olmuşdu.  Nə  vaxt  iş  barəsində  ona  xatırladanda  da  Van 

Aidin sərt surətdə onun ağzından vururdu. Lakin indi 

Van Aidin sanki ikiqat qüvvə ilə işə dalmışdı və bu yaxşı məqamdan 

istifadə edərək katibi yeni- yeni kağızları dürtüşdürürdü. O, bunu elə 

hiss  edilmədən,  elə  nəzakətlə  edirdi  ki,  Van  Aidin  heç  başa  da 

düşmürdü. 

İşin qızğın vaxtında Naytonla səhərki söhbətin kiçik bir məqamı Van 

Aidinin ağlına gəldi. 

Ona qulaq asarkən o, Van Aidinə elə də vacib görünməmişdi. Lakin 

indi o, xəyalən dönə-dönə həmin söhbətə qayıdırdı və nəhayət, adətinə 

zidd olaraq, katibindən həmin məsələni təfsilatı ilə danışmasını istədi. 

O,  Naytona  qeyri-şüuri  halda  qulaq  asaraq  və  soxuşdurulmuş 

kağızlara qol çəkərək dedi: 

- Sən mənə başdan danışarsan? 

-  Siz bunu nəzərdə tutursunuz, ser? - Nayton 

şirkətin məruzə kağızını əlinə götürdü. 

Yox,  -  Van  Aidin  cavab  verdi.  -  Sən  gecə  Parisdə  Rutun 



qulluqçusu  ilə  qarşılaşdığını  demişdin.  Bunu  beynimdən  çıxara 

bilmirəm. 

downloaded from KitabYurdu.org



91 

 

Bəlkə sən səhv etmisən? 



-  Səhv etməmişəm, ser. Mən həqiqətən də onu 

gördüm və onunla danışdım. 

- Danış görüm, necə oldu. 

Mən Breymerslə  işimi qurtardım  və  “Rit” otelinə  qayıtdım ki, 



əşyalarımı yığım, yemək yeyim və Şimal vağzalında axşam doqquzda 

çıxan qatara çata bilim. Kontorkanın yanında 

qadını  gördüm  və  həmin  dəqiqə  missis  Ketterinqin  qulluqçusu 

olduğunu anladım. Ona 

yaxınlaşdım və missis Ketterinqin harada qaldığını soruşdum. 

- Hə-hə, - Van Aidin davam etdirdi, - o da cavab verdi ki, Rut Riveruya 

gedib, onu isə orada qoyub ki, növbəti tapşırığı gözləsin. 

- Elədir, ser. 

-  Bu,  çox  qəribədir,  -  Van  Aidin  bildirdi.  -  Çox  qəribədir.  Bəlkə 

qulluqçu qəbahət bir iş tutub? 

-  Onda,  -  Nayton  söylədi,  -  missis  Ketterinq  ona  pulunu  verib, 

İngiltərəyə qayıtmağını 

tapşırardı. Çətin ki, onu “Rit” otelinə göndərərdi. 

Doğru deyirsən, - milyonçu dedi, - elədir. 



Van Aidin daha nə isə demək istədi, lakin özünü saxladı. 

O,  Naytona  bağlanmışdı,  onu  sevir  və  etibar  edirdi,  amma  qızının 

şəxsi həyatını katibi ilə müzakirə edə bilməzdi. Onsuz da Rutun qeyri- 

səmimiliyi  ona  toxunmuşdu,  bu  təsadüfi  məlumat  da  onda  artıq  pis 

hisslər oyatmışdı. 

Rut öz qulluqçusunu nə səbəbə Parisdə qoyub? Bir müddət o, bu suala 

cavab tapmağa çalışdı. 

Rutun  heç  ağlına  da  gəlməzdi  ki,  atasının  katibinin  Parisdə  ilk 

qarşılaşacağı adam onun qulluqçusu olacaqdı. Baxmayaraq ki, adətən, 

downloaded from KitabYurdu.org




92 

 

həmişə belə olur. Bir qayda olaraq, həqiqət məhz bu cür aşkara çıxır. 



Van  Aidinin  beynindən  keçən  sonuncu  cumlə  onu  növbəti 

düşüncələrə təhrik etdi. 

Nə  aşkara  çıxır?  O,  bu  sualı  özünə  verdi  və  cavab  öz-özünə  gəldi: 

Armand de la Roş. 

Qızının bu cür adamla əlaqə qurması Van Aidinə ağır gəlirdi. Düzdür, 

o, Rutu  yaxşı  mühitdə qoymuşdu  -  Van  Aidin  qızının kupe  yoldaşı 

alagözlü qadını xatırladı... 

O, Naytona çox incik tərzdə dedi: 

-  Rut daima planlarını birdən-birə dəyişir. Bəs qulluqçu demədi ki, 

Rut niyə qəflətən fikrini 

dəyişdi? 

-  O dedi ki, ser, missis Ketterinq təsadüfən bir 

nəfər dostu ilə qarşılaşıb. 

- Hə? Kişi, yoxsa qadın? 

- Deyəsən, o, kişini nəzərdə tuturdu. 

Van Aidin başını tərpətdi. Ən pis ehtimalı doğru 

çıxdı.  Milyonçu  ayağa  durdu  və  otaqda  var-gəl  etməyə  başladı  -  o, 

təşviş keçirərkən daima 

belə edirdi. Van Aidin artıq öz hisslərini cilovlaya bilməyib söylədi: 

- Elə şey vardır ki, heç bir kişi bunu etmək qabiliyyətinə malik deyil - 

qadını sözə qulaq asmağa vadar etmək. Qadın kortəbii yaşayır. Hər bir 

alçaq onu ələ ala bilər. Alçaqlar isə, adətən, yaraşıqlı, şirindil olurlar. 

Əgər əlimdə olsaydı... 

Onun sözünü ağzında qoydular: xidmətçi oğlan teleqram gətirmişdi. 

Van  Aidin  onu  açdı  və  onun  rəngi  meyit  kimi  ağappaq  oldu.  O, 

kresloya yıxıldı və əlini yellədi ki, xidmətçi oğlan getsin. 

- Nə olub, ser? 

downloaded from KitabYurdu.org




93 

 

- Rut! - Van Aidin yanıqlı-yanıqlı dedi. 



- Missis Ketterinq? 

-Ölüb! 


-Yol qəzası? 

-  Yox,  çox  güman  ki,  soyğun  olub.  Onlar  onun  öldürüldüyünü 

yazmayıblar, amma mən bilirəm ki, mənim yazıq balamı öldürüblər. 

- İlahi, ser! 

Van Aidin teleqrama işarə etdi: 

- Bunu Nitsadan göndəriblər. Mən ora ilk qatarla getməliyəm. 

Nayton adəti üzrə işgüzar idi. O, saata baxdı: 

- Qatar saat beşdə “Viktoriya”dan çıxır, ser. 

-Yaxşı. Sən, Nayton, mənimlə gedəcəksən. Xidmətçi Arçerə xəbər ver 

və əşyalarını topla. 

Hər şeyə nəzarət et. Mən Kerzon-stritə getmək istəyirəm. 

Qəfildən telefon zəng çaldı və katib dəstəyi götürdü: 

- Bəli? Danışan kimdir? 

O, Van Aidinə müraciət etdi: 

- Mister Qobidir, ser. 

- Qobi? Mən indi onu qəbul edə bilmərəm. Amma dayan. Bizim hələ 

vaxtımız var. De ki, onu bura gətirsinlər. 

Van Aidin güclü insan idi. O, öz dəmir iradəsini bərpa edə bilmişdi. 

O, mister Qobi ilə salamlaşarkən ancaq ən yaxın adamları bilə bilərdi 

ki, ona nəsə olub. 

-  Mənim vaxtım çox azdır, Qobi. Siz mənə vacib 

nəsə xəbər verməkmi istəyirdiniz? 

Mister Qobi boğazını arıtladı: 

-  Mister  Ketterinqin  fəaliyyətini,  ser.  Siz  xahiş  etmişdiniz  ki,  bu 

barədə sizə məlumat bildirim. 

downloaded from KitabYurdu.org




Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə