Downloaded from KitabYurdu org



Yüklə 1,48 Mb.
səhifə24/64
tarix25.06.2018
ölçüsü1,48 Mb.
#51910
1   ...   20   21   22   23   24   25   26   27   ...   64

94 

 

- Hə, de görüm. 



-  Mister Ketterinq, ser, dünən səhər Londondan 

çıxıb Riveruya gedib. 

-Nə? 

Milyonçunun  səs  tonu  mister  Qobini  təəccübləndirdi.  Bu  ləyaqətli 



centlmen,  hətta  həmsöhbətinə  baxmamaq  adətini  dəyişdi  və  tez  ona 

nəzər saldı. 

-  O, hansı qatarla gedib? - Van Aidin nərildədi. 

- Mavi qatarla, ser. 

Mister  Qobi  yenidən  boğazını  arıtladı  və  buxarının  üstündəki  saata 

baxaraq sözünə davam etdi: 

Madmazel  Mirel  -  “Parfenon”dan  olan  rəqqasə  də  həmin  qatarla 

gedib. 


XIV  FƏSİLAda Meysonun danışdıqları 

-  Mən  sizə,  müsyö,  başsağlığımızı  bildirmək  üçün,  bizim  sizə  qarşı 

olan dərin hörmət və ehtiramımızı bildirmək üçün söz tapa bilmirəm... 

Van Aidinə ünvanlanmış bu sözlər magistrat24 müsyö Karrejə aid idi. 

O,  bu  sözləri  söylədiyi  müddətdə  müsyö  Kau  da  canıyananlıqla 

nidalar  səsləndirirdi.  Van  Aidin  etirazedici  işarə  ilə  başsağlığını, 

hörmət  və  ehtiram  dolu  sözləri  dayandırdı.  Bütün  bunlar  Nitsa 

magistratında baş verirdi. 

Müsyö  Karrej,  müsyö  Kau  və  Van  Aidindən  əlavə  burada  daha  bir 

nəfər də var idi. Həmin kişi söylədi: 

- Müsyö Van Aidin fəaliyyət istəyir, təcili fəaliyyət. 

- O! - komissar dilləndi. - Müsyö Van Aidin, mən sizə bizim dostumuz 

müsyö Erkül  Puaronu təqdim etmədim. Şübhə etmirəm  ki, siz onun 

haqqında eşitmisiniz. O, bir neçə il əvvəl işdən uzaqlaşıb, lakin indi 

də dünyanın ən yaxşı detektivlərindən biridir. 

downloaded from KitabYurdu.org




95 

 

-  Sizinlə tanış olmağıma şadam, müsyö Puaro, 



-  milyonçu  artıq  çoxdandır  ki,  istifadə  etmədiyi  sözləri  qeyri-şüuri 

halda dilinə gətirdi. - Demək, 

siz daha işləmirsiniz? 

- Bəli, müsyö, mən həyatdan zövq alıram, - balaca kişi əllərini geniş 

açdı. 

-  Müsyö Puaro təsadüfən Mavi qatarda olub, - 



komissar izah etdi, - və sağ olsun, bizə istintaqda öz köməyini təklif 

etdi. 


Milyonçu diqqətlə Puaroya baxdı. Və gözlənilmədən dilləndi: 

-  Mən çox varlı adamam, müsyö Puaro. Adətən, belə hesab edilir ki, 

varlı insanlar hamını və hər şeyi pulla ala bilər, lakin bu, belə deyil. 

Mən öz sahəmdə böyük adamam və budur, bir böyük 

adam digər böyük adamdan bir yaxşılıq etməyi xahiş edir. 

Puaro başını mənalı tərzdə yırğalayaraq bu jesti qiymətləndirdi: 

- Gözəl söylədiniz, müsyö Van Aidin. Mən sizin xidmətinizdəyəm. 

Təşəkkür  edirəm!  Siz  istədiyiniz  vaxt  mənə  müraciət  edə 



bilərsiniz. Sizi əmin edirəm ki

mənim minnətdarlığıma bel bağlaya bilərsiniz. İndisə, centlmenlər, iş 

başına. 

-  Mən  təklif  edirəm  ki,  -  müsyö  Karrej  dedi,  -  qulluqçu  Ada 

Meysondan başlayaq. Bildiyimə 

görə, o buradadır, eləmi? 

-  Bəli,  -  Van  Aidin  cavab  verdi,  -  biz  onu  Parisdən  gətirdik.  O, 

sahibəsinin ölümünü eşidib çox kədərləndi, lakin öz əhvalatını kifayət 

qədər inandırıcı qaydada şərh edir. 

- Yaxşı, onda gəlin elə indi onu dinləyək, - müsyö Karrej qərar verdi. 

O, zəngi çaldı və bir dəqiqə sonra Ada Meyson onun qarşısında idi. 

downloaded from KitabYurdu.org




96 

 

O, başdan-ayağa qapqara geyinmişdi, hətta boz rəngli əlcəklərini də 



dəyişməyə macal tapmışdı. 

Qıpqırmızı qızarmış burnunu çəkirdi və Van Aidinin iştirakı ona bir 

qədər cəsarət versə də, təlaşla ətrafı nəzərdən keçirirdi. Müsyö Karrej 

gərginliyi  aradan  götürməyə  çalışaraq  yumşaq  tərzdə  danışırdı, 

tərcüməçi  rolunda  Puaro  iştirak  edərək  ona  kömək  edirdi.  Onun 

güvənli, dostyana səs tonu qulluqçuya sakitləşdirici təsir göstərdi. 

- Sizin adınız Ada Meysondur, eləmi? 

- Məni Ada Beatris kimi xaç suyuna salıblar, ser. 

-  Yaxşı.  Biz  başa  düşürük  ki,  baş  verən  hadisə  sizdə  qorxunc 

təəssüratlar yaradıb... 

-Ah,  bəli,  ser.  Mən  bir  çox  ledinin  yanında  xidmət  göstərmişəm  və 

onların hamısı məndən çox razı qalıblar, lakin heç vaxt ağlıma gətirə 

bilməzdim ki, belə bir iş ola bilər. 

- Təbii ki, - müsyö Karrej təsdiq etdi. 

- Əlbəttə, mən bu cür şeyləri bazar qəzetlərindən oxumuşam, ona görə 

də bilirdim ki, bu xarici qatarlarda... - Onunla danışan məmurun da, 

həmin qatarın məxsus olduğu xalqın dilində danışdığını birdən yadına 

salıb tez susdu. 

-  Gəlin  baş  verən  hadisə  barədə  danışaq,  -  müsyö  Karrej  dedi.  - 

Bildiyimə görə, siz 

Londondan çıxanda Parisdə qalmağınız barədə heç söhbət də olmayıb, 

eləmi? 


-Ah, xeyr, ser, biz birbaşa Nitsaya gəlməli idik. 

Bu vaxta qədər siz öz sahibənizlə xaricdə - 



olmusunuzmu? 

Xeyr, ser. Axı onun yanında cəmi ikicə ay 



işləmişəm. 

downloaded from KitabYurdu.org




97 

 



Necə bilirsiniz, o, Londondan gedəndə 

həyəcanlı idi? 

Görünürdü ki, o, əsəbi və məyus idi, onun 



işinə yaramaq çox çətin idi. 

Müsyö Karrej başı ilə təsdiq etdi. 

İndisə, Meyson, deyin görüm, siz Parisə 



gələndə sahibəniz sizə nə söylədi? 

- Bu, Lion vağzalında baş verib, ser. Mənim sahibəm qatardan düşüb 

bir  qədər  platformada  gəzişməyə  qərar  verdi.  O,  kupedən  dəhlizə 

çıxmışdı ki, həmin an ucadan səsləndi və bir nəfər centlmenlə kupeyə 

geri qayıtdı. 

Öz kupesi ilə mənim kupem arasındakı qapını bağladı və mən orada 

heç nə eşitmədim və görmədim, ta o vaxta qədər ki, sahibəm qapını 

açdı  və  mənə  planını  dəyişdirdiyini  söylədi.  O,  mənə  pul  verdi  və 

göstəriş verdi ki, qatardan düşüm və “Rit” otelinə gedim. O, mənə izah 

etdi ki, onu orada yaxşı tanıyırlar, mənə də orada nömrə verəcəklər. 

Mən  onun  növbəti  göstərişlərini  gözləməli  idim.  Mənim  vaxtım 

qurtarmaq üzrə idi, mən öz əşyalarımı qapıb, qatardan düşməyi ancaq 

çatdırdım. Bütün 

bunlar  dəhşətli  dərəcədə  tələskənlik  və  az  bir  zaman  içərisində  baş 

verdi. 



Bu vaxt ərzində centlmen harada idi? 



- O, sahibəmin kupesində üzü pəncərəyə tərəf- durmuşdu. 

- Siz onu təsvir edə bilərsiniz? 

-  Bilirsiniz,  ser,  mən  onu,  demək  olar  ki,  görmədim.  O,  bütün 

vaxtı kürəyi mənə tərəf dayanmışdı. Hündür qarasaçlı centlmen idi. 

Deyə biləcəyim ancaq bunlardır. Geyimi isə adi idi: tünd göy rəngli 

palto və boz şlyapa. 

downloaded from KitabYurdu.org



Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə