Downloaded from KitabYurdu org



Yüklə 1,48 Mb.
səhifə11/64
tarix25.06.2018
ölçüsü1,48 Mb.
#51910
1   ...   7   8   9   10   11   12   13   14   ...   64

42 

 

-  Öncə  mən  Londona  gedəcəyəm.  Onsuz  da  vəkilləri  görməliyəm. 



Sonra yəqin ki, xaricə 

yollanaram. 

-Əla! 

-Amma, əlbəttə ki, hər şeydən əvvəl... -Nə? 



- Paltar almalıyam. 

- Elə məhz bunu mən bu səhər Artura demişəm, - missis Harrison şən 

səslə ucadan 

bildirdi.  -  Bilirsiniz,  Ketrin,  əgər  istəsəniz  siz  çox  gözəl  qız  ola 

bilərsiniz. 

Miss Qrey astadan güldü: 

-  Düşünmürəm  ki,  məndən  gözəl  qız  çıxar,  -  o,  səmimi  söylədi.  - 

Ancaq münasib paltarlar 

həqiqətən də mənə gərəkdir. Deyəsən, özüm haqqında çox danışdım. 

Missis Harrison diqqətlə ona baxdı. 

-  Yəqin ki, bu, sizin üçün çox qeyri-adi haldır, - 

o, nəzakətlə bildirdi. 

Səfərə  çıxmazdan  əvvəl  Ketrin  qoca  miss  Vaynerlə  sağollaşmağa 

getdi. Miss Vayner missis Harfilddən iki yaş böyük idi və rəfiqəsindən 

çox yaşadığına görə özü ilə fəxr edirdi. 

Siz heç təsəvvürünüzə də gətirməzdiniz ki, mən Ceyn Harfilddən 



çox yaşayacam, elə 

deyilmi? - O, məğrurluqla dedi. - Axı biz bir 

məktəbdə oxumuşuq. Bax, indi o yoxdur, mənsə hələ də yaşayıram. 

Kimin ağlına gələrdi? 

- Siz daima şam zamanı qara çörək yeyirsiniz, 

elə deyilmi? - Ketrin mexaniki olaraq söylədi. 

Bunu hələ də yadda saxlamağın qəribədir, əzizim. Hə, əgər Ceyn 



downloaded from KitabYurdu.org


43 

 

də hər axşam qara 



çörəklə birgə şam etsəydi, hələ də sağ olardı. 

Qoca  ledi  qalibcəsinə  başını  yelləyərək  susdu,  sonra  birdən  nəyisə 

xatırladı. 

Eşitmişəm, sənə çoxlu pul qalıb? Əla, çox 



yaxşı. Onları qoru. Sən əylənmək üçün Londona 

getmək istəyirsən? Düşünmürəm ki, sən ərə 

gedəcəksən.  Sən  elələrindən  deyilsən,  əzizim.  Sən  kişiləri  başdan 

çıxaranlardan deyilsən. 

Neçə yaşın var? 

- Otuz üç. 

-  Nə etməli, - miss Vayner fikirli halda söylədi. - Bu, o qədər də pis 

deyil. Əlbəttə, sən gəncliyin 

füsunkarlığını artıq itirmisən. 

-  Qorxuram, haqlısınız, - Ketrin hazırcavablıqla 

razılaşdı. 

- Sən çox yaxşı qızsan. - Miss Vayner nəvazişlə söylədi. - Əminəm, 

kişilərin əksəriyyəti arvadı olaraq sənin kimisini deyil, yüngül qızları 

seçərək  səhv  edirlər.  Tanrının  əmrini  və  tərbiyəni  unudaraq  ancaq 

ayaqlarını nümayiş etdirənlərlə evlənirlər. Xudahafiz, 

mənim əzizim. Ümidvaram ki, vaxtını gözəl keçirəcəksən, lakin həyat 

çox nadir hallarda bizim xəyal etdiyimizlə üst-üstə düşür. 

Miss Vaynerin onu uğurlayarkən söylədiyi bu sözlərə qulaq asdıqdan 

sonra  Ketrin  səfərə  hazırlıq  görməyə  getdi.  Kəndin  az  qala  yarısı 

stansiyaya  gəlmişdi,  o  cümlədən  də,  göz  yaşlarını  gizlədə  bilməyən 

qulluqçu Alisa. 

-  Daha  onun  kimiləri  yoxdur,  -  qatar  yerindən  tərpənəndə  Alisa 

söylədi.  - Yadımdadır ki, mənim Çarlim  qızı  ilə  Deridən qayıdanda 

downloaded from KitabYurdu.org




44 

 

mənə qarşı miss Qreydən xeyirxah heç kim olmamışdı. O, zibilləri və 



tozları gördüyü zaman daima başa düşürdü ki, mən işlərin hamısını 

birdən görə bilmərəm. Lakin onun üçün mən hər 

şeyi edərdim. Mən onu əsl ledi adlandırıram, bax belə! 

Ketrin Sent-Meri-Midi belə tərk etdi. 

VIII 

FƏSİL Daha bir məktub 



- İşə bir bax! -  Ledi Templin “Deyli meyl” qəzetini kənara qoyaraq 

gözlərini Aralıq dənizinin mavi sularına dikdi. 

Başının  üstündə  dalğalanan  qızılı  küsdüm  ağacının  çiçəklənmiş 

budaqları  füsunkar  bir  şəklin  çox  gözəl  çərçivəsini  təşkil  edirdi: 

yüngül  ev  paltarında  qızılı  saçlı  və  mavi  gözlü  ledi.  Düzdür,  qızılı 

saçlarda  da  çəhrayımtıl-bəyaz  dəridə  olduğu  kimi,  nəsə  bir  sünilik 

vardı, lakin 

mavi gözlər təbii idi və ledi Templin qırx dörd yaşında hələ də gözəl 

və  füsunkar  olaraq  qalırdı.  Düzdür,  bu  anda  o,  necə  göründüyünün 

qeydinə qalmırdı. O, daha ciddi məsələ barədə fikrə getmişdi. 

Ledi  Templini  Riveruda  çox  yaxşı  tanıyırdılar,  onun  “Marqarita” 

villasındakı  qonaqlıqları  da  məşhur  idi.  Ledi  Templin  geniş  həyat 

təcrübəsinə malik qadın idi: birinci dəfə o, təsadüfi evlənmişdi və bu 

barədə  xatırlamağı  sevmirdi;  ikinci  əri  ağıllı  idi  və  tərifəlayiq 

işgüzarlıqla  ömrünü  başa  vurmuşdu,  dul  arvadına  pis  qazanc 

gətirməyən  düymə  fabrikini  miras  qoymuşdu;  növbəti  əri  Vikont 

Templin  idi,  o,  Rozalini  həmişə  arzuladığı  mühitə  təqdim  etmişdi. 

Dördüncü dəfə Rozalin ərə gedərkən öz 

titulunu qoruyub saxladı. Bu dəfə o, sadəcə, həzz xətrinə ərə getmişdi. 

Qüsursuz  ədalara  malik,  idmana  sevgisi  olan  və  daima  sülhsevər 

iyirmi yeddi yaşlı gənc mister Çarlz Evansla evlənmişdi. Onunsa pulu 

yox idi. 

downloaded from KitabYurdu.org



45 

 

Ümumi  götürəndə  ledi  Templin  öz  həyatından  məmnun  idi,  lakin 



vaxtaşırı onun maliyyə problemləri  yaranırdı. Düymə fabrikantı dul 

arvadına  olduqca  yaxşı  var-dövlət  qoymuşdu.  Ancaq  ledi  Templin 

təkrarlamağı  xoşladığı  kimi,  “həm  onu,  həm  də  o  birini...”  (“o”  - 

müharibə zamanı səhmlərin dəyərinin aşağı düşməsi, “o biri” isə - lord 

Templinin  bədxərcliyi  idi)  nəzərə  alsaq  belə,  yenə  də  yaxşı  təmin 

olunmuş vəziyyətdə yaşayırdı. O, firavan yaşayırdı. Lakin 

sadəcə  firavan  yaşamaq  -  bu,  Rozali  Templinin  temperamenti  ilə 

ayaqlaşmırdı. 

Beləliklə,  bu  yanvar  səhərində  xəbərlər  bölməsinə  nəzər  salarkən, 

kiçik bir xəbərə gözlərini zillədiyi zaman onun mavi gözləri böyüdü 

və  onun  dodaqlarından  “İşə  bir  bax!”  nidası  qopdu.  Bu  an  eyvanda 

olan yeganə adam onun qızı Lenoks Templin idi. Lenoks kimi qızının 

olması  ledi  Templin  üçün  başdan-ayağa  cəza  idi.  Heç  bir  mərifətə 

sahib deyildi, öz yaşından yaşlı görünürdü və çox pis yumor hissi ilə 

fərqlənirdi. 

- Əzizim, - ledi Templin ucadan söylədi, - bu, əladır! 

- Nəyi deyirsən? 

Ledi Templin “Deyli meyl”ə işarə etdi və onun marağına səbəb olan 

bölməni barmağıyla göstərdi. 

Lenoks laqeydliklə oxudu və qəzeti geri qaytardı. 

- Nə olsun ki? - o soruşdu. - Bu cür hadisələr az qala hər gün baş verir. 

Darıxdırıcı  qocalar  həmişə  kənddə  ölürlər  və  milyonlarla  var- 

dövlətlərini öz bədbəxt kompanyonlarına miras qoyurlar. 

- Hə,  əzizim, bilirəm,  -  anası  cavab verdi.  -  Düşünmürəm  ki,  sərvət 

yazdıqları  qədər  böyükdür,  qəzetdə  yazılanlar  həmişə  dəqiq  olmur. 

Amma yazdıqlarının hətta yarısına bərabər olsa belə... 

- Yaxşı da! - Lenoks ucadan söylədi. - Bizə ki miras qoymayıblar. 

downloaded from KitabYurdu.org




Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə