Downloaded from KitabYurdu org



Yüklə 1,48 Mb.
səhifə7/64
tarix25.06.2018
ölçüsü1,48 Mb.
#51910
1   2   3   4   5   6   7   8   9   10   ...   64

26 

 

-  O, mənim üçün bir neçə dəfə faydalı iş görüb, 



-  milyoner dedi. - Hə, indisə, Nayton, işləməyə 

hazıram. 

Növbəti bir neçə saatı onlar işlə məşğul oldular. 

Saat birin yarısı telefon zəng çaldı: mister Ketterinq gəlmişdi. Nayton 

sual dolu nəzərlə Van Aidinə baxdı. 

Zəhmət olmasa, mister Ketterinqə deyin 



gəlsin. 

Katib  kağızları  kənara  qoydu,  qapıya  tərəf  getdi  və  qapıda  Dereklə 

toqquşdu. Derek kənara çəkilərək katibə yol verdi. 

Sabahınız xeyir, ser. Eşitdim məni görmək 



arzusundasınız. 

Tənbəl  səs  və  səs  tonundakı  yüngül  istehza  Van  Aidinin  qəlbində 

köhnə xatirələri canlandırdı. Xeyr, bunlara baxmayaraq, Derekdə bir 

lətiflik  vardı.  Milyoner  diqqətlə  ona  baxdı.  Derek  Ketterinqin  otuz 

dörd yaşı vardı. Yaxşı boy- buxunu, tünd dərili nazik üzü var idi. 

Gəl, - Van Aidin onu dəvət etdi. - Əyləş. 



Ketterinq  çevik  hərəkətlə  kresloda  əyləşdi.  O,  üzündə  təmkinli 

təəccüb ifadəsilə qayınatasına baxırdı. 

- Çoxdandır ki, sizi görmürəm, ser, - nəhayət, dilləndi, - deyəsən, iki 

ilə yaxındır. Rutu görmüsünüz? 

- Dünən axşam, - Van Aidin cavab verdi. 

- Pis görünmür, elə deyilmi? - kürəkəni qayğısızcasına maraqlandı. 

-  Zənn  edirəm  ki,  bu  haqda  sən  fikir  söyləmək  imkanına  malik 

olmamalısan, - milyoner soyuq 

səslə cavab verdi. 

Derekin qaşları dartıldı: 

- Bəzən biz təsadüfən eyni gecə klublarında qarşılaşırıq, - o, saf qəlblə 

downloaded from KitabYurdu.org




27 

 

söylədi. 



-  Mən içkixanalar barədə danışmaq niyyətində deyiləm, - Van Aidin 

söylədi. - Ruta səninlə 

ayrılmasını məsləhət gördüm. 

Derek tərpənmədi. 

-  İşə bir bax! - o dedi. - Siqaret çəksəm, olar? 

O, siqareti yandırdı, ağzından havaya duman topası buraxdı və sakit 

halda maraqlandı: 

- Bəs Rut nə deyir? 

- Rut mənim məsləhətimə qulaq asmağı üstün tutur. 

- Doğrudanmı? 

-  Deyə biləcəyin bütün sözlər ancaq bundan 

ibarətdir? - Van Aidin partladı. 

Ketterinq siqaretin külünü buxarıya silkələdi. 

-  Düşünürəm, - o, sözləri çətinliklə seçirdi, - başa düşürsünüz ki, o, 

böyük səhvə yol verir. 

-  Sənin baxışınla baxsaq, şübhəsiz, elədir, - 

Van Aidin pərt halda söylədi. 

Şəxsiyyətə  keçmək  lazım  deyil.  İndi  mən  özüm  haqda 



düşünmürəm. Mən Rut barəsində 

düşünürəm. Bilirsiniz ki, mənim yazıq valideynim uzun yaşamayacaq, 

bütün  həkimlər  də  bunu  təsdiq  ediblər.  Yaxşı  olar  ki,  mən  lord 

Lekonberi  olana  qədər  Rut  gözləsin,  axı  o,  elə  buna  görə  mənə  ərə 

gəlib. 



Mən sənin ədəbsizliyinə dözmək fikrində 



deyiləm! 

- Van Aidin bağırdı. 

Derek Ketterinq yerindən belə tərpənmədən onun üzünə gülümsədi. 

downloaded from KitabYurdu.org




28 

 

- Sizinlə  razıyam. Bu, artıq dəbdən düşüb. Bu  gün titulların  heç bir 



mənası yoxdur. Bununla belə, Lekonberi çox gözəl ata-baba qəsridir, 

bir də ki, biz İngiltərənin qədim ailələrindənik. Rut 

isə  onun  deyil,  başqa  bir  qadının  mənim  tituluma  sahibləndiyini 

biləndə çox kədərlənəcək. 

- Cavan oğlan, mən zarafat etmirəm, - Van Aidin söylədi. 

- Elə mən də. Mən çətin vəziyyətdəyəm və əgər Rut məndən ayrılarsa, 

mən borc zindanına düşəcəyəm. O, on il gözləyib, bir qədər də niyə 

gözləməsin ki? Mən ləyaqət sözü verirəm, qoca son aylarını yaşayır 

və  Rutun  da  mənə  ərə  gəlməsinin  əsl  səbəbi  olan  o  titulu  əldə  edə 

bilməməsi adama ağır gələr. 

-  Sən,  doğrudan  da,  elə  düşünürsən  ki,  qızım  sənin  tituluna  və 

vəziyyətinə görə sənə ərə gedib? 

Bəs siz elə bilirdiniz ki, böyük məhəbbətinə 



görə? 

Derek Ketterinq güldü, lakin gülüşü qətiyyən 



səmimi 

deyildi. 

-  Xatirimdədir ki, - Van Aidin sakit söylədi, - on 

il əvvəl sən başqa cür danışırdın. 

-  Doğrudan? Amma ola bilər. Rut çox qəşəng idi və o mənə mələyi, 

yaxud da kilsə taxçalarında 

duran simaları xatırladırdı. Mən isə, gülməli səslənsə də, məni sevən 

arvadımla  yeni  həyata  başlamaq,  ailə  qurmaq,  qədim  ingilis 

sülaləsinin ən yüksək ənənələrinə uyğun yaşamağı xəyal edirdim. 

Və o yenidən güldü, bu dəfə isə daha da məyus tərzdə. 

-Amma siz, yəqin ki, mənə inanmırsınız? 

Sənin Rutla onun puluna görə evləndiyinə şübhə etmirəm, - Van 



downloaded from KitabYurdu.org


29 

 

Aidin əminliklə söylədi. 



- Yəqin onun məni sevdiyinə görə ərə gəldiyinə də şübhəniz yoxdur? 

- Derek rişxəndlə söylədi. 

- Əlbəttə. 

Derek  Ketterinq  bir  neçə  saniyə  ona  baxdı,  sonra  razılıqla  başını 

tərpətdi. 

Görürəm,  siz  buna  inanırsınız,  necə  ki,  bir  zamanlar  mən 



inandığım kimi. Lakin sizi əmin 

edim ki, əziz qayınatam, çox qısa zaman ərzində mənim yanıldığım 

aşkara çıxdı. 

Bilmirəm, sən nəyi nəzərdə tutursan, heç bilmək də istəmirəm. 



Sən Ruta əməlli-başlı 

əziyyət çəkdirmisən. 

-  Bəli,  -  Derek  laqeydliklə  razılaşdı.  -  Amma  o,  lap  çaxmaq  daşı 

kimidir. O, sizin qızınızdır. 

Zahirdən quzudur, amma daxildənsə çaxmaq daşı. Siz ağır adamsınız, 

amma  Rut,  sizi  inandırım  ki,  daha  da  ağırdır.  Siz  heç  olmaya  bir 

məxluqu  özünüzdən  daha  çox  sevirsiniz.  Rut  isə  heç  vaxt  heç  kimi 

sevməyib, sevməyəcək də. 

-  Kifayətdir, - Van Aidin onun sözünü kəsdi. - Mən səni buraya hansı 

niyyətdə olduğumu 

bildirmək  üçün  çağırdım.  Mənim  qızımın  arxasında  dayandığımı 

bildiyin kimi, onu da bil ki, qızım daha çox xoşbəxtliyə layiqdir. 

Ketterinq buxarıya yaxınlaşaraq siqareti tulladı. O danışanda səsi çox 

sakit idi. 

- Nəyi nəzərdə tutursunuz? 

Nəzərimdə  tuturam  ki,  -  Van  Aidin  cavab  verdi,  -  bu  işi 



şişirtməyə cəhd etməyə dəyməz. 

downloaded from KitabYurdu.org




Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə