Downloaded from KitabYurdu org



Yüklə 1,48 Mb.
səhifə10/64
tarix25.06.2018
ölçüsü1,48 Mb.
#51910
1   ...   6   7   8   9   10   11   12   13   ...   64

38 

 

söhbət boş sözlərdir. Buna görə də onlar eyham vururlar ki, məsələni 



məxfi həll etsinlər. Amma, mənim əzizim, sizi yoldan çıxartmalarına 

icazə  verməyin.  Beyninizə  yerləşdirməyin  ki,  guya  öz  haqqınızı 

onlarla bölüşmək sizin borcunuzdur, çox nazikqəlbli də olmayın. 

- Qorxuram, bu, mənə aid deyil, - Ketrin söylədi. 

- Bu adamlar missis Harfildin uzaq qohumlarıdırlar, onlar bir dəfə də 

olsun nə ona 

baş çəkmədilər, nə də məktub yazmadılar. 

Siz həssas qadınsınız,  - həkim dedi.  - Heç kim bilməsə  də mən 



bilirəm ki, son on il sizin 

üçün  asan  keçməyib.  Siz  qoca  ledinin  həyatına  rəng  qatdınız  və  bu 

səbəbə də kiçik mükafat qazandınız. 

Ketrin dalğın halda gülümsədi: 

- Hə... Bəs o nə qədərdir, həkim? 

- Fikrimcə, ildə təxminən beş minə yaxın. 

Mən də belə düşünürdüm, - Ketrin başı ilə 



tərpətdi. 

- İndisə bunu oxuyun. 

O, uzun mavi zərfdəki məktubu ona uzatdı. Onu oxuyaraq həkim get-

gedə daha da 

təəccüblənirdi. 

-  İnanılmazdır, - O, burnunun altında söylədi. - 

İnanılmazdır!.. O, Mortauldun ən böyük payçılarından biri idi. Hələ 

qırx il əvvəl o, ildə səkkiz-on min xərcləyə bilərdi. Amma bildiyimə 

görə, o, heç vaxt dörd mindən artıq xərcləməyib. 

O, daima qənaətcil idi. Onun hər pennini saymasına mən hər zaman 

təəccüblənmişəm.  Bununla  belə,  bu,  öz  bəhrəsini  verdi.  Əzizim,  siz 

çox varlı qadın olmusunuz. 

downloaded from KitabYurdu.org



39 

 

Ketrin Qrey başı ilə təsdiq etdi. 



-  Bəli, - o, laqeydliklə razılaşdı, sanki kənardan 

izləyən bir şəxs idi. 

- Lap yaxşı. - Həkim Harrison artıq getməyə hazırlaşırdı. - Sizi təbrik 

edirəm. Həmin axmaq məktub barəsində də unudun getsin. - O, missis 

Harfildin məktubuna işarə etdi. 

-  Əslində, o, axmaq məktub deyil, - miss Qrey sakit halda etirazını 

bildirdi. - Onun yazdıqlarını 

mən çox təbii qarşılayıram. 

Siz məni təəccübləndirirsiniz. - Həkim dedi. 



- Niyə? 

- Çünki bəzi halları təbii qəbul edirsiniz. Ketrin Qrey güldü. 

Həkim  Harrison  yemək  zamanı  arvadına  bu  böyük  xəbəri  çatdırdı. 

Arvadı çox sevindi. 

-  Missis  Harfild  pulları  ilə  davranışına  görə  aləm  iş  görüb.  Ancaq 

onları Ketrin Qreyə qoyduğuna 

görə çox şadam. O qız mələkdir. 

Mən mələkləri başqa  cür təsəvvür edirəm,  - həkim etiraz etdi.  - 



Ketrin Qrey mələk olması 

üçün çox insanidir. 

-  O  qız  yumor  hissinə  malik  mələkdir,  -  arvadı  ona  göz  vurdu.  - 

Mənə elə gəlir, sən onun gözəl 

olduğunu heç görmürsən. 

- Ketrin Qrey? - Həkim həqiqətən də təəccüblənmişdi. - Onun, sadəcə, 

çox gözəl gözləri var, vəssalam. 

-  Ax, bu kişilər, - arvadı uca səslə söylədi.  - Siz lap köstəbək kimi 

korsunuz. Ketrin gözəl olmaq 

üçün hər şeyə malikdir. Ona, sadəcə, lazım olan ancaq gözəl geyimdir, 

downloaded from KitabYurdu.org



40 

 

vəssalam. 



- Geyim? Onun geyiminin nəyi pisdir ki? O, daima yaxşı görünür. 

Missis Harrison ərinə mənalı nəzər saldı. 

- Sən onu bir dəvət etsənə, Poli, - həkim təklif etdi. 

- Elə mən də bunu etmək fikrindəyəm. 

-  Əzizim,  -  missis  Harrison  Ketrin  Qreyin  əlini  sıxaraq  söylədi,  - 

kənddəki hamı kimi mən də çox şadam. 

-  Sizin  məni  dəvət  etməniz  necə  də  xoşdur!  Elə  mən  də  Conni 

haqqında sizdən soruşmaq istəyirdim. 

- Conni haqqında? Onda qulaq as, deməli... 

Conni  missis  Harrisonun  kiçik  oğlu  idi.  O,  Conninin  adenoidi  və 

tonzilliti  barədə  uzun- uzadı  hekayə danışmağa  başladı.  Ketrin  ürək 

yanğısı ilə qulaq asırdı. 

Vərdişlər çətin ölür. Qulaq asmaq - bax, son on il ərzində onun əsas 

məşğuliyyəti  yalnız  bu  idi.  “Əzizim,  yadıma  düşmür,  mən 

Portsmutdakı ziyafət barəsində sənə danışmışammı? Lord Çarlz məni 

dəvət edəndə?” 

Ketrin də çox mülayim və sakit cavab verərdi: “Bəlkə də danışmısınız, 

miss Harfild, amma mən 

unutmuşam. Yenidən danışa bilərdinizmi?” 

Qoca  ledi  də  bitmək  bilməyən  hekayəsinə  başlayırdı:  əvvəl 

danışdıqlarına yeni əlavələr edərək, səhvlərini düzəldərək, xırdalıqları 

xatırlayaraq...  Ketrinsə  qeyri-iradi  lazımi  sözləri  yerinə  qoya-qoya 

şüurunun  bir  qismi  ilə  qulaq  asır,  digər  qismi  ilə  də  öz  xəyallarını 

düşünürdü. 

İndi də eynən bu cür missis Harrisona qulaq asırdı. 

Bir saat yarımdan sonra missis Harrison qəflətən öz sözünü kəsdi. 

- Bu nədir belə, bayaqdan elə hey özüm barədə danışıram, - o, ucadan 

downloaded from KitabYurdu.org




41 

 

söylədi. - Axı mən sizin planlarınızdan danışmaq istəyirdim. 



- Mən nə edəcəyimi hələ bilmirəm. 

- Əzizim, ancaq ümidvaram, siz burada qalmaq niyyətində deyilsiniz? 

Ketrin bu sözlərlə müşayiət olunan dəhşət ifadəsinə güldü: 

-  Mənə elə gəlir ki, səyahət etmək istəyərəm. 

Siz bilirsiniz axı, mən hələ heç yerdə olmamışam. 

- Əlbəttə. Yəqin ki, son illər siz çox darıxmısınız? 

-  Bilmirəm, - Ketrin cavab verdi. - Mənim boş 

vaxtım çox olurdu. 

O, həmsöhbətinin inamsız baxışını sezib sözünə davam etdi: 

-Yəqin  bu,  inandırıcı  səslənmir.  Əlbəttə,  fiziki  cəhətdən  boş  vaxtım 

çox olmurdu... 

- Təbii ki, - missis Harrison Ketrinin heç vaxt hətta istirahət gününün 

olmadığını xatırlayıb onunla razılaşdı. 

-  Lakin  fiziki  asudə  olmayan  zaman  adama  çoxlu  ruh  azadlığı, 

düşünmək azadlığı verilir. 

Mənsə ruh azadlığını daha üstün tuturam. 

-  Bu, mənə anlaşılmazdır, - missis Harrison 

başını 


yırğaladı. 

- Amma mənim yerimə olsaydınız siz də başa düşərdiniz. Lakin mən 

hiss  edirəm  ki,  dəyişiklik  vacibdir.  İstəyirəm  ki,  nəsə  baş  versin. 

Ancaq mənimlə  deyil, bunu nəzərdə  tutmuram.  Amma çox istərdim 

ki,  hansısa hadisənin  içində olum, lap sadəcə, müşahidəçi  qismində 

olsa belə. 

Özünüz də bilirsiniz də, Sent-Meri-Middə heç nə baş vermir. 

-  Doğrudur, - missis Harrison təəssüflə etiraf 

etdi. 

downloaded from KitabYurdu.org




Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə