Downloaded from KitabYurdu org



Yüklə 1,48 Mb.
səhifə12/64
tarix25.06.2018
ölçüsü1,48 Mb.
#51910
1   ...   8   9   10   11   12   13   14   15   ...   64

46 

 



Belə deyil, əzizim, - ledi Templin dedi. - Həmin bu qız, Ketrin 

Qrey mənim əmim qızıdır. 

Mənim yeganə əmim qızı. İnanılmazdır! 

A-ha... - Lenoks uzada-uzada söylədi. 



Və mən çox təəccüblənirəm.. - anası sözə başladı - Ki, mirası 

bizə  qoymayıblar,  -  Lenoks  cümləni  anasının  heç  vaxt  anlaya 

bilmədiyi bir 

təbəssümlə yekunlaşdırdı. 

Ay, əzizim! - anası tənə ilə dedi. - Təəccüb edirəm ki, - ledi 



Templin qaşlarını ifadəli şəkildə 

dartdı,  -  doğrudanmı...  Ah,  sabahın  xeyir,  Çabbi,  əzizim,  tennis 

oynamağa gedirsən? Nə gözəl! 

Bu  sözlərin  ünvanlandığı  Çabbi  əda  ilə  gülümsədi,  həvəsləndirici 

tərzdə söylədi: - “Bu şaftalı rəngli paltarda sən çox gözəl görünürsən”, 

- və ayaqlarını oynada-oynada pilləkənlə düşməyə başladı. 

-  Bahalı  əşya,  -  ledi Templin uzaqlaşan  ərinə baxaraq qeyd etdi.  - 

Dayan, nədən danışırdım? 

Ah, hə, təəccüblənirəm ki... 

Allah xətrinə, eyni sözü təkrarlamaqdan əl 



çək. 

-Yaxşı, əzizim! Güman edirəm ki, əziz Ketrini bura dəvət etsəm, əla 

olar.  Təbii  ki,  o,  heç  vaxt  cəmiyyət  arasına  çıxmayıb  və  əgər  kübar 

cəmiyyət arasına öz yaxın adamı vasitəsilə çıxarsa, bu, onun üçün çox 

yaxşı olar. Bu, həm onun üçün, həm də bizim üçün çox yaxşı olar. 

-  Bəs ondan hansı məbləğdə pul qoparmağa 

ümid 

bağlayırsan? 



Anası məzəmmətlə ona baxdı və burnunun altında söylədi: 

downloaded from KitabYurdu.org




47 

 

- Əlbəttə, biz razılığa gələ bilərik. Yoxsa ki, həm onu, həm də o birini 



nəzərə alsaq... Müharibə, sənin yazıq atan... 

-  İndi də Çabbi, - Lenoks dedi. - Bahalı əşya! 

-  Yadımda qaldığı qədər o, yaxşı qız idi, - ledi Templin öz fikirləri 

barədə düşünməyə davam 

edərək söylədi. - Sakit, heç vaxt heç nəyə burnunu soxmayan, o qədər 

də gözəl olmayan, kişilərin dalınca düşməyən bir qız idi. 

- Deməli, Çabbini heç bir təhlükə gözləmir? - Lenoks xəbər aldı. 

Ledi Templin hirslə ona baxdı: 

-  Çabbi  heç  vaxt...  -  O,  sözə  başlamışdı  ki,  Lenoks  onun  sözünü 

yarımçıq kəsdi. 

-  Əlbəttə,  -  o, təsdiq  etdi, -  mən heç düşünmürəm  ki,  o, belə  iş 

görər. O, kimin yağlı 

çörəyini yediyini çox gözəl bilir. 

- Əzizim, sən həmişə elə qəribə fikirlər yürüdürsən ki... 

Təəssüf edirəm, - Lenoks bildirdi. 



- Mən elə indicə əziz Ketrinə məktub  yazacam. Həm də Ecvorsdakı 

keçmiş gözəl günlərimizi xatırladacam. 

Ledi Templin evə girdi. Onun gözləri qətiyyətlə - alovlanırdı. 

Missis Semuel Harfilddən fərqli olaraq, o, məktubu asanlıqla yazırdı. 

Dayanmadan dörd səhifə yazdı və məktubunu bir daha oxuyaraq, hər 

şeyin qaydasında olduğu qənaətinə gəldi. 

Ketrin  məktubu  Londona  çatdığı  gün  səhər-  səhər  aldı.  Mətnaltı 

mənanı oxuya bilməsi elə də vacib deyildi. O, məktubunu çantasına 

qoydu və missis Harfildin vəkilinin yanına yollandı. 

Vəkilin  kontoru  köhnə  dəbli  Linkoln  İnn  Fildsdə  yerləşirdi.  Ketrin 

mavi gözlü, yaşlı, nəzakətli cənabın qarşısında durdu. 

Onlar iyirmi dəqiqə müddətində missis Harfildin vəsiyyətnaməsini və 

downloaded from KitabYurdu.org



48 

 

onunla bağlı məsələləri 



müzakirə  etdilər.  Sonra  Ketrin  missis  Semuelin  məktubunu  vəkilə 

verdi. 


- Mən qərar verdim ki, bunu sizə göstərsəm daha yaxşı olar, - o, dedi. 

- Baxmayaraq ki, bu, əlbəttə, çox axmaqlıqdır. 

Vəkil məktubu istehzalı təbəssümlə oxudu: 

- Bu, çox alçaq bir davranışdır, miss Qrey! Bu insanların malikanəyə 

və pullara hüquqlarının çatmadığını söyləmək gərəksizdir, əgər onlar 

birdən  məhkəməyə  müraciət  etməyi  düşünsələr,  heç  bir  məhkəmə 

onların ərizələrinə baxmayacaq. 

- Mən də belə düşünürəm. 

-  İnsan  təbiəti  həmişə  müdrik  olmur.  Mən  missis  Semuel  Harfildin 

yerinə olsaydım, sizin 

rəhminizə sığınardım. 

-  Elə bu haqda sizdən bir xahiş etmək istərdim. 

İstərdim ki, müəyyən məbləğ bu insanlara çatsın. 

- Vəsiyyətnamədə sizə belə məcburiyyət yoxdur... 

- Bilirəm. 

-  Bir  də  ki,  onlar  bunu  əks  mənada  qəbul  edə  bilərlər.  Onlar,  çox 

ehtimal  ki,  elə  qərar  verəcəklər  ki,  guya  siz  məhkəmədən  qorxaraq 

onları pulla satın almaq istəyirsiniz. 

Ketrin başını yellədi: 

-  Bilirəm ki, siz haqlısınız. Ancaq bununla belə

mən bunu etmək istəyirəm. 

- Onlar sizdən pulu aldıqdan sonra yenə də, yenə də pul qoparmağa 

çalışacaqlar. 

- Qoy olsun, - Ketrin söylədi. - Əgər belə istəyirlərsə, qoy olsun. Hərə 

öz  bacardığı  kimi  əylənir.  Onsuz  da  onlar  missis  Harfildin  yeganə 

downloaded from KitabYurdu.org




49 

 

qohumları  idilər.  Baxmayaraq  ki,  sağlığında  missis  Harfildə  onlar 



yazıq qohum kimi münasibət göstərir və heç bir diqqət yetirmirdilər, 

bununla belə, onların, ümumiyyətlə, heç nə almamaları haqsızlıqdır. 

Vəkil tamamilə bunun əleyhinə olsa da, o, təkid etməkdə davam etdi. 

Sonra  London  küçələri  ilə  irəliləyərkən  məmnunluq  içərisində 

düşündü ki, indi pulu rahatlıqla xərcləyə və istədiyi hər şeyi edə bilər. 

Onun ilk işi məşhur modelyerə baş çəkmək oldu. Qədd-qamətli yaşlı 

fransız qadın - 

daha çox yuxudan doymamış hersoginyaya oxşayırdı - onu qarşıladı 

və Ketrin müəyyən qədər nalvateƏ ilə söylədi: 

-  Mən  sizdən  mənimlə  məşğul  olmağınızı  xahiş  edərdim.  Bütün 

həyatım  boyu  kasıb  olmuşam  və  paltar  barədə  heç  bir  anlayışım 

yoxdur, indi isə mənim çoxlu pulum var və mən hazırkı vəziyyətimə 

münasib görünmək istəyirəm. 

Fransız qadın valeh olmuşdu. Modelyerin coşqun yaradıcı təbiəti var 

idi və bu parlaq coşqunluq həmin səhər, məhz parlaq qabarıq gözəllik 

anlayışına  tam  uyğun  olan  modelləri  əldə  etmək  niyyətində  olan 

argentinalı  “ət  kraliçasının”  erkən  gəlişi  ilə  tutqunlaşmışdı.  Fransız 

qadın diqqətlə Ketrinə nəzər yetirərək, onu iti baxışlarla başdan-ayağa 

süzdü. 



Bəli,  bəli,  bu,  əla  iş  olacaq.  Madmazel  çox  yaxşı  bədən 



quruluşuna malikdir, sadə cizgilər 

sizin  üçün  ən  yaxşısıdır.  O,  tres  anglaiselO.  Mən  belə  söylədikdə 

bəzilərinin xətrinə dəyir, lakin sizin xətrinizə dəyməz, madmazel. Une 

belle anglaisell - bundan zərif üslub yoxdur. 

Yuxudan  doymamış  hersoginyadan  əsər-əlamət  qalmadı.  O,  tez 

göstərişlər verməyə başladı: 

-  Kolotilda,  Virciniya,  cəld  olun,  mənim  balalarım,  tailleur  glris 

downloaded from KitabYurdu.org




Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə