Downloaded from KitabYurdu org



Yüklə 1,48 Mb.
səhifə13/64
tarix25.06.2018
ölçüsü1,48 Mb.
#51910
1   ...   9   10   11   12   13   14   15   16   ...   64

50 

 

cleair12  və  robe  de  soiree,  «Soupir  d’automne»13.  Marsel  qızım, 



crepe de Chin14 parçadan tikilmiş küsdüm çiçəyi rəngdə olan kiçik 

bluzu ver. 

Bu, çox gözəl səhər idi. Marsel, Kolotilda, Virciniya 

diribaş və güləyən qızlar səssizcə Ketrinin 



ətrafında  o  baş,  bu  başa  gedib-gəlirdilər.  Hersoginya  yaxınlıqda 

dayanaraq kiçik dəftərçəyə qeydlər edirdi. 

Əla  seçimdir,  madmazel.  Madmazelin  əla  zövqü  var.  Bəli, 



həqiqətən də, əgər madmazel 

hazırkı qışı Riveruda keçirmək istəyirsə, onda o, bu kostyumdan başqa 

hansısa bir geyimdə bundan daha gözəl görünə bilməz. 

-  İcazə verin, bu ziyafət donuna bir daha baxım. 

-  Ketrin söylədi. - Buna, çəhrayı xaradan olana. 

Virciniya səssiz fırlana-fırlana gəldi. 

- Qəşəng! - Ketrin boz və mavi naxışlarla işlənmiş bahalı xaranın 

büküşlərini sığallayaraq 

söylədi. - Bu necə adlanır? 

- “Soupir d'automne”, bəli, bəli, bu don məhz elə madmazel üçündür. 

Bu  sözlər  nəsə  Ketrini  qüssələndirdi,  mağazadan  çıxarkən  də  o,  bu 

sözləri  xatırladı:  “Soupir  d'automne,  bəli,  bəli,  bu  don  məhz  elə 

madmazel  üçündür”.  Payız.  Həqiqətən  də,  bu,  onun  payızı  idi.  O, 

baharı  və  yayı  görməmişdi  və  artıq  bir  daha  heç  bir  zaman  da 

görməyəcəkdi. 

Nələrsə geriyə dönmədən çıxıb getmişdi. Sent- Meri-Middə keçirilən 

illər müddətində həyat ondan yan ötüb keçmişdi, nəyisə itirmişdi... 

- Mən səfehəm, - Ketrin düşündü, - Mən səfehəm. İstədiyim nədir? Üç 

ay əvvəl mən indikindən daha xoşbəxt idim. 

O,  çantasından  məktubu  çıxardı  -  səhər  ledi  Templindən  aldığı 

downloaded from KitabYurdu.org



51 

 

məktubu.  Ketrin  düşüncəsiz  qadın  deyildi.  Hər  kəsin  başa  düşəcəyi 



kimi,  o  da  məktubdakı  mətnaltı  mənanı  yaxşı  başa  düşmüşdü, 

uzunmüddətli  sükutdan  sonra  ledi  Templinin  gözlənilmədən  onu 

xatırlamasının  səbəbini də  anlayırdı.  Əlbəttə  ki,  öz  kefi  üçün  deyil, 

mənafeyi üçün. 

-  Yaxşı,  niyə  də  olmasın?  Gedəcəyəm,  -  Ketrin  qərar  verdi.  O, 

Pikadilliyə düşdü və Kuk agentliyinə daxil oldu. Klerkin söhbət etdiyi 

kişi  də  Riveruya  gedirdi.  O,  fikirləşdi:  hamı  Riveruya  gedir.  Çox 

gözəl, həyatında ilk dəfə o da hamının edəcəyini edəcəkdi. 

Kişi kənarlaşdı və Ketrin onun yerində dayandı. Qız klerklə danışırdı, 

lakin fikri başqa yerdə idi. 

Bayaqkı  kişinin  üzü  ona  çox  tanış  gəlirdi.  Onu  harada  görmüşdü? 

Birdən xatırladı. Bu səhər “Savoy”da, nömrəsinin qarşısında o, həmin 

kişi  ilə  toqquşmuşdu.  Qəribədir,  eyni  adamla  bir  gündə  iki  dəfə 

qarşılaşırdı. 

Anlaşılmaz  bir  duyğu  içərisində  başını  çiyninin  üstündən  çevirib 

geriyə baxdı. Kişi qapının ağzında dayanaraq ona baxırdı. 

Onun  bədənindən  soyuq  dalğa  keçdi.  O,  faciənin  nəfəsini  hiss 

etdirdi... 

Sonra  bu  hissləri  başından  qovaraq  diqqətlə  klerkə  qulaq  asmağa 

başladı. 

Sadəlövlük. 



10 

Çox ingilissayağı. 

11 

Qəşəng ingilis qızı. 



12 

Boz kostyum. 

13  “Payızın nəfəsi” (ziyafət paltarı). 14 Krepdeşin (parça növü). 

IX 


FƏSİL 

Rədd edilmiş təklif 

downloaded from KitabYurdu.org



52 

 

Derek  çox  nadir  hallarda  özündən  çıxardı.  Daima  ovqatının  yaxşı 



olması  onun  əsas  xüsusiyyətlərindən  biri  idi  və  bu  da  Derekə  çətin 

vəziyyətə düşdüyü zamanlarda dəfələrlə öz faydasını vermişdi. Hətta 

Mirelin  yanından  çıxanda  da  onun  hirsi  tez  soyudu  və  yenidən 

sakitliyini  bərpa  edə  bildi.  Bu,  onun  üçün  zəruri  idi.  Çünki  hazırkı 

vəziyyət  əvvəllər  düşdüyü  vəziyyətlərdən  daha  çıxılmaz  idi  və  bu 

vəziyyətdən necə çıxacağını bilmirdi. 

O,  dərin  fikrə  dalaraq  qaşqabağını  tökmüş  halda  yolla  gedirdi. 

Beynində müxtəlif variantları götür- qoy edirdi. Ümumiyyətlə, Derek 

göründüyündən çox ağıllı idi. İndi onun ağlına bir neçə variant gəlirdi, 

xüsusən də biri daha cəlbedici görünürdü. Bir anlığına o, bunu etmək 

istəmədi,  lakin  vəziyyətin  ümidsizliyi  seçimin  ümidsizliyinə  diktə 

edirdi.  Derek  Ketterinq  və  Rufus  Van  Aidin  arasındakı  müharibə 

ancaq bir nəticə ilə bitə bilərdi... 

Derek pulu və pulun qüdrətini lənətləyərək Pikadilli ilə Sent-Ceymz-

strit boyunca addımlayaraq meydana sarı irəlilədi. Cənab Tomas Kuk 

və  oğlanlarının  nəqliyyat  agentliyinin  yanından  keçərkən  onun 

addımları öz-özünə yavaşıdı, lakin gərgin düşüncələr içərisində 

yoluna davam etdi. Beynində gəldiyi qəfil qərarın nəticəsində o, ora 

daxil olmağa qərar verdi. 

Derek başını yellədi və qəflətən geri elə döndü ki, özünü bir az öncə 

getdiyi  istiqamətdə  irəliləyən  piyadaya  çırpdı.  Bu  dəfə  o,  Kukun 

bürosuna daxil oldu. Ofis boş idi və o, dərhal klerkə yaxınlaşdı. 

- Mən gələn həftə Nitsaya getmək istərdim, bu mümkündürmü? 

- Hansı tarixdə, ser? 

- On dördü. Ən rahat qatar hansıdır? 

-Təbii ki, Mavi qatardır. Siz həmin qatara Kalada minə bilərsiniz. 

Derek başı ilə təsdiq etdi. O, bütün bunları onsuz da çox gözəl bilirdi. 

downloaded from KitabYurdu.org




53 

 

-  On dördü, - klerk burnunun altında mızıldandı, - çox yaxın vaxtdır. 



Mavi qatar, demək olar ki, 

həmişə dolu olur. 

-  Baxın, bəlkə boş yer qalıb, əgər qalmayıbsa... 

- O, sözünü bitirməyərək müəmma ilə gülümsədi. 

Klerk bir neçə dəqiqəliyinə yox oldu, lakin tezliklə qayıtdı. 

-  Hər şey qaydasındadır, ser. Üç boş yer qalıb. Onlardan birini sizin 

adınıza qeyd edim. Sizin 

adınız? 


-  Peyvett, - Derek söylədi. O, Cermen-stritdəki mənzilinin ünvanını 

verdi. Klerk başı ilə razılığını 

bildirdi,  Derekə  uğurlu  yol  arzuladı  və  növbəti  müştəriyə  müraciət 

etdi. 


-  Mən ayın on dördü Nitsaya getmək istərdim. 

Əgər mümkündürsə, Mavi qatarla. 

Derek cəld ətrafa boylandı. 

Necə  də  qəribə  təsadüfdür!  O,  Mirelə  söylədiyi  sözlərini  xatırladı: 

“Ala gözlü ledinin xəyalı. Mən bir daha onu görməyəcəyəm”. 

Ancaq Derek onu yenidən gördü, bundan başqa, o da onun kimi Mavi 

qatarda  Nitsaya  getməyə  hazırlaşırdı,  həm  də  onunla  eyni  gündə. 

Onun bədənini titrəmə bürüdü. Bəzən Derek mövhumatçıya çevrilirdi. 

O, yarızarafatla 

demişdi  ki,  bu  qadın  ona  bədbəxtlik  gətirə  bilər.  Bəs  bu  birdən 

həqiqətə  dönsə  necə?  Qapının  ağzında  ayaq  saxladı  və  dönüb  ona 

baxdı. Yaddaşı onu yanıltmamışdı. Bu, o idi. 

Bu qadın - ledi idi, sözün əsl mənasında ledi. Çox da gənc olmayan, 

gözəl  olmayan.  Lakin  bu  qadında  nəsə  var  idi.  Bir  də  ala  gözləri.... 

Heç nəyi onlardan gizlətmək mümkün olmayan ala gözləri. O, küçəyə 

downloaded from KitabYurdu.org




Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə