Downloaded from KitabYurdu org



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə11/154
tarix15.07.2018
ölçüsü3,61 Mb.
#56096
növüYazı
1   ...   7   8   9   10   11   12   13   14   ...   154

32 

 

görəndə  də  inanmırdı.  O,  hesab  edirdi  ki,  hisslərimiz  bizə  dünyanın 



yanlış  mənzərəsini  verir,  o  mənzərə  bizim  ağlımızın  süzgəcindən 

keçmir,  əqli  məlumatlara  uyğun  gəlmir.  Hər  cür  duyğu,  qavrayış 

yanılmalarını ortaya çıxarmağı bir filosof kimi öz vəzifəsi hesab edirdi. 

İnsan ağlına belə möhkəm inam rasionalizm adlanır. Rasionalist elə 

bir adamdır ki, dünya haqda biliyimizin başlıca mənbəyinin insan ağlı 

olduğuna inanır. 

Hər şey hərəkətdədir 

Heraklit (e.ə. 540-480) Parmenidin çağdaşı idi. O, Kiçik Asiyadakı 

Efesdə  dünyaya  gəlmişdi.  Hesab  edirdi  ki,  daimi  dəyişiklik,  yaxud 

hərəkət, axın əslində təbiətin ən əsas xüsusiyyətidir. Bu yerdə biz deyə 

bilərik ki, Parmeniddən fərqli olaraq, Heraklit duyduqlarına daha çox 

inanırdı. 

Heraklit deyirdi: “Hər şey hərəkətdədir”. Hər şey daimi axındadır, 

heç  nə  yerində  durmur.  Buna  görə  də  “biz  axar  suya  iki  dəfə  girə 

bilmərik”.  Mən  çaya  ayağımı  ikinci  dəfə  salanda  nə  mən,  nə  də  çay 

həminki deyil. 

Heraklit dünyanı əksini göstərmək yoluyla tanıdırdı. Əgər heç vaxt 

xəstələnməsək,  sağlam  olmağın  ləzzətini  biləmmərik.  Ac  qalmasaq, 

toxluğun  zövqü  olmaz.  Heç  vaxt  heç  bir  müharibə  olmasaydı,  sülhü 

qiymətləndirə  bilməzdik.  Və  əgər  qış  olmasaydı,  heç  vaxt  baharı 

görəzdik. 

Heraklit inanırdı ki, həm pisin, həm də yaxşının dünyadakı nizamda 

mühüm yeri var. Əksliklərin bu daimi yerdəyişməsi 

olmasaydı, dünyanın mövcudluğuna son qoyulardı. 

O, deyirdi:  “Tanrı gündüz və  gecə, qış  və  yay,  müharibə  və  sülh, 

aclıq  və  toxluqdur”.  O,  “tanrı”  sözünü  işlətsə  də,  bunu  sözün 

mifologiyadakı  mənasında  demirdi.  Heraklitə  görə,  Tanrı  -  elə  bir 

şeydir ki, bütün dünya onun ağuşundadır. Əslində, Tanrı təbiətin daimi 

çevrilmələri, dəyişiklikləri və təzadlarında daha aydın şəkildə görünür. 

“Tanrı”  termininin  yerinə  Heraktlit  daha  çox  yunan  sözü  olan  və 

səbəb  mənasını  verən  “Loqos”dan  istifadə  edirdi.  Heraklitə  görə,  biz 

insanlar heç də həmişə bənzər düşünməsək, yaxud zəka dərəcələrimiz 

downloaded from KitabYurdu.org



33 

 

üst-üstə  düşməsə  də,  təbiətdə  bütün  baş  verənləri  idarə  edən  bir  növ 



“universal  zəka”  olmalıdır.  Bu  “universal  zəka”,  yaxud  “universal 

qanun” bizim hamımız üçün ümumi olan bir şeydir, hamımızı o idarə 

edir. Amma hər halda bir çox insanlar öz fərdi zəkalarıyla yaşayırlar. 

Ümumilikdə,  o,  insanların  rolunu  kiçik  sayırdı.  “Bir  çoxlarının 

mövqeyi uşaq oyuncağı kimidir”, - deyirdi. 

Beləliklə,  Heraklit  təbiətdəki  daimi  hərəkətin  və  əksliklərin 

mərkəzində vahid varlıq görürdü. Hər şeyin əsası olan bu 

mənbəni o, Tanrı və ya Loqos adlandırırdı. 

Dörd ünsür 

Bir  tərəfdən  baxanda,  Parmenid  və  Heraklit  bir-birlərinə  tam 

müxalif olublar. Parmenidin ağlı ona deyirdi ki, heç nə dəyişə bilməz. 

Heraklitin duyğu üzvləri ona eyni dərəcədə deyirdilər ki, təbiət daimi 

dəyişiklik  vəziyyətindədir.  Hansı  haqlı  idi?  Biz  ağlımıza,  ya 

duyğularımıza güvənməliyik? 

Parmenid və Heraklit bir məsələ haqda fərqli cür düşünürdülər: 

Parmenid deyirdi: heç nə dəyişə bilməz və 

buradan çıxır ki, bizim hiss üzvlərimizə etibar etmək olmaz. 

Heraklit isə deyirdi: 

hər şey dəyişir (“hər şey axır”) və 

bizim hiss üzvlərimiz etibarlıdır. 

Bir-birilə qətiyyən razı olmayan iki filosof! Görəsən, kim haqlıdır? 

Filosofların  özlərini  saldığı  bu  çıxmazdan  çıxış  yolu  göstərmək 

Siciliyadan  olan  Empedoklun  (e.490-e.ə.430)  üzərinə  düşdü.  Onun 

fikrincə,  Heraklit  və  Parmenid  hər  ikisi  öz  mühakimələrinin  birində 

haqlıdırlar, o birində yanılırlar. 

Empedokl  bildirdi  ki,  onların  fikir  ayrılığının  əsas  səbəbi  odur  ki, 

hər  iki  filosof  yalnız  bir  elementin  varlığını  fərz  edib.  Əgər  belə 

olsaydı, ağlımızın bizə dediyi ilə “gözümüzlə gördüyümüz” arasında 

körpüsüz uçurum olardı. 

Aydındır  ki,  su  balığa  və  ya  kəpənəyə  çevrilə  bilməz.  Əslində  su 

dəyişilə bilməz.  Saf su elə su olaraq da qalır. Ona görə də  Parmenid 

“heç nə dəyişmir” mühakiməsində haqlı idi. 

downloaded from KitabYurdu.org



34 

 

Lakin  eyni  zamanda  Empedokl  Heraklitlə  razı  idi  ki,  biz 



hisslərimizin  şahidliyinə  inanmalıyıq.  Biz  gördüyümüzə  inanmalıyıq, 

gördüyümüzsə odur ki, təbiət dəyişəndir. 

Empedokl  bunları  yekunlaşdıraraq  deyirdi  ki,  rədd  edilməli  olan, 

vahid ilkin substansiya ideyasıdır. Ayrılıqda nə su, nə də hava qızılgül 

koluna  və  ya  kəpənəyə  çevrilə  bilməz.  Təbiətin  əsası  bir  ünsür  ola 

bilməz. 


Empedokl  təbiətin  bütünlüklə  dörd  ünsürdən  ibarət  olduğuna 

inanırdı və o ünsürləri “köklər” adlandırırdı. 

Bütün  təbii  proseslər  bu  dörd  ünsürün  birləşməsi  və  ayrılması 

nəticəsində əmələ gəlir. Bütün şeylər torpağın, havanın, odun və suyun 

müxtəlif nisbətlərdə birləşməsidir. Hər hansı bir çiçək solub quruyanda, 

yaxud heyvan öləndə dörd ünsür yenidən ayrılır. Biz adi gözlə də bu 

dəyişikliyi görə bilərik. Lakin torpaq, hava, od və su hissəsi olduqları, 

birləşib  əmələ  gətirdikləri  tərkiblər  tərəfindən  korlanmadan  əbədi 

qalırlar. Ona görə də “hər şey dəyişir” demək düzgün deyil. Əslində, 

heç nə dəyişmir, sadəcə dörd ünsür birləşir və yalnız yenidən birləşmək 

üçün ayrılır. 

Bunu rəsm çəkməklə müqayisə etmək olar. Əgər rəssamın yalnız bir 

- qırmızı rəngi olsa, o, məsələn, yaşıl ağacları çəkə bilməz. Amma onun 

sarı,  qırmızı,  mavi  və  qara  rəngləri  olsa,  onları  müxtəlif  nisbətlərdə 

qarışdırmaqla yüzlərlə cürbəcür rəng yarada bilər. 

Eyni  şeyi  mətbəxdə  də  görə  bilərik.  Yalnız  unum  varsa,  sehrbaz 

olmalıyam ki, şirinçörək bişirə bilim. Amma yumurta, 

un, süd və şəkər tozu varımdırsa, onda cürbəcür peçenyelər, çörəklər, 

tortlar bişirə bilərəm. 

Empedoklun  məhz  torpaq,  hava,  od  və  suyu  təbiətin  “kökləri” 

qismində seçməsi təsadüfi deyil. Ona qədər başqa filosoflar göstərməyə 

çalışıblar ki, ilkin substansiya ya sudur, ya havadır, ya da oddur. Fales 

və  Anaksimen  fiziki  dünyanın  əsası  kimi  suyu  və  havanı 

vurğulayırdılar.  Yunanlar  odun  da  əhəmiyyətli  olduğuna  inanırdılar. 

Onlar  məsələn,  Günəşin  bütün  canlı  aləm  üçün  vacib  olduğunu 

müşahidə etmişdilər, onlar bilirdilər ki, heyvanların da, insanların da 

downloaded from KitabYurdu.org



Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə