Downloaded from KitabYurdu org



Yüklə 3,38 Mb.

səhifə5/154
tarix15.07.2018
ölçüsü3,38 Mb.
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   154

14 

 

Əslində biz şlyapadan çıxarılan ağ dovşanıq. Onunla bizim aramızda 



yeganə  fərq  odur  ki,  dovşan  bunun  bir  sehrbazlıq  nömrəsində  baş 

verdiyini başa düşmür. Bizsə əksinə. Nəsə sirli-sehrli bir işin bir parçası 

olduğumuzu  hiss  edirik  və  bütün  bunların  necə  baş  verdiyini  bilmək 

istəyirik. 

P.S. Əslində dovşanı kainatla müqayisə etmək daha yaxşı olardı. Biz 

dovşanın kürkündə tüklərin arasında yaşayan mikroskopik varlıqlarıq. 

Filosoflar isə daim çalışırlar ki, bu tüklərin yuxarısına dırmaşsınlar və 

sehrbazın düz gözlərinin içinə baxsınlar. 

Oradasan, Sofi? Davamı olacaq...” 

Sofi  özündən  getmişdi.  Orada  olmaq?!  O,  bu  kağızları  birnəfəsə 

oxumuşdu! 

Kim gətirmişdi bu məktubu? Hilde Moller Knaqa ad günü açıqcası 

göndərən adam ola bilməzdi, çünki o açıqcada həm marka, həm də poçt 

möhürü vardı. Qəhvəyi zərf isə əvvəlki iki ağ məktub kimi Sofinin poçt 

qutusuna qeyri-rəsmi salınmışdı. 

Sofi qolundakı saata baxdı. Üçə on beş dəqiqə qalırdı. Anası işdəydi, 

hələ iki saat, hətta ondan bir az da çox evdə olmayacaqdı. O, sürünə-

sürünə yenidən bağa çıxdı, poçt qutusuna tərəf qaçdı. Yəqin bir məktub 

da gəlib. 

Doğrudan da üzərində öz adı yazılmış daha bir qəhvəyi zərf tapdı. 

Bu  dəfə  Sofi  çevrilib  dörd  bir  yanını  gözdən  keçirdi.  Heç  kəs  gözə 

dəymirdi. Sofi meşənin kənarına yüyürdü, cığır boyu baxdı. Orada da 

heç kəs  yox idi. Birdən ona elə gəldi ki,  meşənin dərinliyindən xəfif 

çaqqıltı eşitdi. Amma tam əmin deyildi. Əmin olsaydı belə, qətiyyətlə 

getməyə köklənmiş bir adamın dalınca düşmək mənasız hərəkət olardı. 

Sofi evə qayıtdı. Pilləkənlə otağına qalxdı, içində qəşəng daşlar olan 

böyük  qənddanı  əlinə  aldı,  daşları  onun  içindən  götürüb  yerə  qoydu, 

qabı  boşaltdı,  iri  zərflərin  ikisini  də  qabın  içinə  qoydu.  Qabı  ikiəlli 

möhkəm tutub bağa tələsdi. Amma 

getməzdən qabaq Şerekan üçün bir az yemək qoyub onu səslədi: “Piş-

piş-piş!” 

Xəlvəti guşəsinə qayıdan kimi ikinci qəhvəyi zərfi açdı, içindən yeni 

downloaded from KitabYurdu.org



15 

 

vərəqləri çəkib çıxardı. Oxudu: 



“Qəribə varlıq 

Bir də salam! Gördüyün kimi, bu qısa fəlsəfə kursu sənin əlinə rahat 

hissələr şəklində gəlir. Burada giriş üçün bir neçə qeyd var. 

Deyəsən bayaq yazmışdım ki, yaxşı filosof olmaq üçün bizə lazım 

olan  heyrətlənmək  qabiliyyətidir.  Yazmamışdımsa,  indi  yazıram: 

YAXŞI  FİLOSOF  OLMAQ  ÜÇÜN  BİZƏ  HEYRƏTLƏNMƏK 

QABİLİYYƏTİ LAZIMDIR. 

Belə bir heyrət uşaqlarda olur. Bu, adi təəccüblənmək deyil. Bir neçə 

ay  ana  bətnində  qalandan  sonra  onlar  tamamilə  ayrı  aləmə  düşürlər. 

Lakin  onlar  böyüdükcə  heyrətlənmək  qabiliyyətləri  azalır.  Niyə  belə 

olur? Bilmirsən? 

Təzə  doğulmuş  körpə  danışa  bilsəydi,  çox  güman  ki,  o,  necə 

fövqəladə bir aləmə düşdüyünü deyərdi. Körpələrin ətrafa 

necə baxdıqlarını və hər şeyə böyük maraqla əl uzatdıqlarını görmüşük. 

Vaxt keçdikcə sözlər öyrəndiyindən, uşaq həmişə it görəndə deyir: 

“ham-ham”.  Uşaq  o  yana  qaçır,  bu  yana  qaçır,  əl-qolunu  oynadır, 

dombalaq aşır... Biz uşaqlardan böyük və ağıllı olduğumuzdan bəzən 

onların coşqusundan özümüzü yorğun hiss edirik. Biganə bir səslə “hə, 

düzdü-düzdü,  bu  ham-  hamdı,  otur  bir  az”,  -  deyirik.  İti  görəndə 

təsirlənmirik, onu əvvəllər də görmüşük. 

İtin,  yaxud  filin,  mamontun  qeyri-adi  görünüşü  dəfələrlə 

təkrarlanmalıdır  ki,  uşaq  onu  daha  hayıl-mayıl  olmadan  qarşılasın. 

Amma uşaq gərəkincə danışmağı və fəlsəfi düşünməyi öyrənməzdən 

çox-çox əvvəl dünya adiləşir. 

Məndən soruşsan, deyərəm ki, buna təəssüflənirəm. 

Məncə,  sən  dünyanı  asanlıqla  qəbul  edən  o  adamlardan  biri  kimi 

olacaqsansa, böyümə, əziz Sofi. 

Buna əmin olmaq üçün indi biz kursa başlamazdan əvvəl fikrən bir 

neçə eksperiment edəcəyik. 

Fərz elə ki, bir gün meşəyə gəzməyə çıxmısan. Qəfildən qarşındakı 

cığırda  balaca  kosmik  gəmi  görürsən.  Balaca  Martin  bu  kosmik 

gəmidən çıxır və başlayır sənə baxmağa. 

downloaded from KitabYurdu.org



16 

 

Nə düşünərdin? Eybi yox, vacib deyil. Amma heç ağlına gəlibmi ki, 



Martin sən özünsən? 

Əlbəttə,  sənin  nə  vaxtsa  yadplanetli  bir  varlıqla  qarşı-  qarşıya 

gələcəyin inandırıcı deyil. Hətta yad planetlərdə həyat olub-olmadığını 

bilmirik. Lakin sən bir gün qəfildən, eynilə belə bir meşə gəzintisində 

özünlə rastlaşa bilərsən. Qəfildən ayaq saxlaya və özünü tam ayrı, yeni 

bir bucaqdan görə bilərsən. Təsəvvür elə ki, fövqəladə varlıq, sehrli bir 

məxluqsan. Səndə elə hissiyyat yaranır ki, ovsunlu bir röyada gəzirsən. 

Mən kiməm? - soruş. Düşün ki, kainatda planetlərin ətrafında süzürsən. 

Bəs  kainat  nədir?  Özünə  bu  gözlə  baxsan,  bayaq  haqqında  söz 

açdığımız sirli Martini anlayacaqsan. Onda sən təkcə kosmosdan olan 

bir varlıq görməyəcəksən. Dərk edəcəksən ki, sən özün də fövqəladə 

bir varlıqsan. 

Fikrimi tutursanmı, Sofi? Gəl, başqa bir fikri eksperiment edək. 

Bir səhər ana, ata, iki-üç yaşlı balaca Tomas mətbəxdə səhər yeməyi 

yeyirlər. 

Bir azdan Ana qalxıb mətbəx çanağının qarşısına keçir, 

Ata isə, bəli, Ata, qalxır, tavanın altında süzməyə başlayır, Tomas isə 

sadəcə  oturub  baxır.  Səncə,  Tomas  nə  deyəcək?  Çox  güman  ki, 

barmağıyla  atasını  göstərib  deyəcək:  “Ata  uçur!”  Tomas  əlbəttə  ki, 

heyrətlənəcək. Zatən o, tez-tez heyrətlənir. Ata gündə elə qəribə şeylər 

edir  ki,  yemək  masasının  üzərində  bu  kiçik  uçma  əhvalatı  da  Tomas 

üçün onlardan biridir. Ata hər gün üzünü qəribə maşınla qırxır, bəzən 

o, dama dırmaşır və antenanı fırladır, yaxud başını maşının altına salır 

və üzü qara- qura vəziyyətdə evə qayıdır. 

İndi  Ananın  növbəsidir.  O,  Tomasın  nəsə  dediyini  eşidib  çevrilir. 

Səncə,  o,  Atanın  biganəliklə  mətbəx  masasının  üzərində  süzməsinə 

necə reaksiya verəcək? 

Hə, o, qorxudan qışqırır və cem şüşəsi əlindən döşəməyə düşür. Ata 

öz stuluna qayıdıb əyləşənə qədər (o, indiyəcən masa etiketini yaxşıca 

öyrənmiş olmalıydı!) hətta Anaya təcili 

yardım  lazım  ola  bilər.  Səncə,  nəyə  görə  Tomas  və  onun  anası  belə 

fərqli reaksiyalar verirlər? 

downloaded from KitabYurdu.org





Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   154


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə