Downloaded from KitabYurdu org


partııyorunuzun sizi dəlilik həddinə çatdıran ifadələrini də



Yüklə 2,12 Mb.
Pdf görüntüsü
səhifə57/64
tarix26.05.2023
ölçüsü2,12 Mb.
#113139
1   ...   53   54   55   56   57   58   59   60   ...   64

partııyorunuzun sizi dəlilik həddinə çatdıran ifadələrini də 
buna uyğun olaraq tərcümə edə biləcəyinizə ümid edirəm. 
Siz hətta, istəsəniz, kişinizlə birlikdə oturub, belə bir 
lüğətin tərtib edilməsində köıııək etməsini xahiş edə 
bilərsiniz. Və əlbəttə, sizə bir şərtlə kömək etməyə razı 
olacağından heç də təəccüblənməyin: siz lüğətin adını 
"Kişi-qadın" lüğəti adlandırmalısınız. 
İfadə 
Tərcümə 
"Bu barədə indi danışmaq istəyirəm”. 
"Hisslərimi anlamaq üçün mənə vaxt lazımdır, o dəqiqə 
cavab versəm, qorxuram ki, səhv edəm. 
Emosiyalarımı ifadə etmək üçün 
mən sənin kimi uyğun sözləri tez seçə bilmirəm”. 
"Sakitləş, sən həddindən artıq əsəbiləşməyə başlayırsan”. 
"Bilirəm ki, sənə kömək etməliyəm, ancaq necə 
Downloaded from KitabYurdu.org


336 
edəcəyimi bilmirəm. Mən sənin üçün, sənin acın üçün 
məsuliyyət daşıdığımı hiss edirəm, ancaq sənə necə kömək 
etməyin yolunu bilmirəm”. 
“Hə, bax, mən beləyəm (belə birisiyəm). Bütün kişilər 
özlərini belə aparırlar”. 
“İçimdə Nəsə baş verdiyindən qorxuram. Məgər mən 
dəyişə bilərəm?!. Bəzən hərəkətlərimi anlamıram ”. 
İfadə 
Tərcümə 
Axı mən “bağışla” dedini. Axı bundan sonra məndəıı nə 
istəyirsən? 
“Məni bağışlamayacağıııdaıı qorxuram. Xətrinə dəydiyim 
üçün özümü axmaq kimi hiss 
edirəm, məııim haqsız olduğumu gördüyün üçün 
heysiyyətimə toxundun”. 
"Əzizim, mənə sabah erkən qalxmaq lazımdır - necə 
düşünürsən? 
(yataqda sevişməyə başlayanda) 
"Mən tez seksual ilişgi yaşamaq istəyirəm, ancaq bu xahişi 
birbaşa desəm, qorxuram ki, məni axmaq hesab edəsən”. 
Niyə hər şeyi sən sanki bütün bunlarda təkcə mən 
günahkaram kimi təqdim edirsən? 
Məgər sən heç vaxt səhv etmirsən?” 
"Haqlı olmağımı etiraf etməkdən zəliləm gedir. Bu 
məsələni sənin 
Downloaded from KitabYurdu.org


337 
kimi cəld lıəll edə bilmədiyimə görə özümə 
hirslənirəm”. 
Bu başlıqda münasibətlərin qurulmasına aid çoxlu 
maraqlı və faydalı informasiyalar tapa biləcəyinizə ümid 
edirəm. Bu bilgilərin sizin ikinci özünüz olması üçün 
onları dəfələrlə oxumanız lazımdır. Bilgilərinizi sevdiyiniz 
kişi ilə bölüşməyinizi xahiş edirəm. Onu anladığınızı hiss 
edəcək və qarşılıqlı münasibətlərinizin daha da yaxşı 
olması üçün onun üzərində birgə işləməyə başlayacaq. 
8. Sevdiyiniz kişinin sizə açılmasına necə 
kömək etməli 
"Dostumun emosional baxımdan qapalı olduğunu 
bilirəm. O, sevgiyə inanmır, keçmişdə ağır psixoloji 
sarsıntı keçirib. O, özünü bu cəfəngiyatla maraqlanmayan 
birisi kimi göstərir, onun sözləri ilə desək, onunla bu 
hisslər barədə danışmağa çalışdığını zaman, məni daha çox 
acılaıııaq istəyir. Ancaq sevgimin onun dəyişməsinə 
kömək edəcəyini bilirəm. Onu əvvəllər mənim sevdiyim 
qədər heç kim sevməyib. Əgər onu güclü sevərəmsə, onun 
açılacağını bilirəm”. Buna oxşar fantaziyaların reallığa 
çevrilməsini sizə çox söyləmək istərdim. Bu fəsildə bunları 
yazmağı çox istərdim: "Əgər siz kişinizi kifayət qədər çox 
sevərsinizsə, o mütləq sizə açılacaqdır". Ancaq 
bacarmıram, çünki bu doğru deyil. Dəqiq bilirəm. Özüm 
sınaqdan keçirmişəm və bunun işləmədiyindən əmiııəm. 
Downloaded from KitabYurdu.org


338 
Bu heç də sevginizin mənasız olması demək deyil, - 
əlbəttə, deyil. Bəzən kişi bir az açılır, ancaq qarşılıqlı 
münasibətlərin sağlam olması üçün bu kifayət etmir. 
Bəzən o, büsbütün açılır, ancaq həmin vaxta kimi siz o 
qədər əsəbilik və yorğunluq keçirirsiniz ki, onun 
məhəbbətini qəbul etmək lıalmda olmursunuz. Bəzən bu 
məsələdən əl çəkirsiniz və qəfildən məhəbbət atmosferini 
yaratmaq üçün sərf etdiyiniz səy nəticə verir və o sizə açılır 
- ancaq olduqca gec olur, çünki siz artıq getmiş olursunuz. 
Nə olur olsun, siz də həmişə mənim keçirdiyim hissləri 
keçirəcəksiniz: sizi əzəcəklər, sizə xəyanət edəcəklər, hər 
şey ümidsizdir. Və belə olduqda düşünərdim: əgər onu 
daha çox sevsəydim, bəlkə də hər şey başqa cür olardı. Və 
siz ürəyi qırılmış halda qalırsınız. Bu, sevgisini kişiyə 
bildirən və onun tərəfindən rədd edilən qadınlarla baş 
verir. 
Kişiyə açılmasına kömək edəcək bir yol var: bunu 
yalnız o özü istəməlidir. 
Sevginiz kişinin həyatında dəyişiklik edə bilər - ona 
kömək edə, həvəsləndirə, rahat psixoloji atmosfer yarada 
bilərsiniz - emosiyaların daxili aləminə yolıı daha da 
asanlaşdırmaq üçün əlinizdən gələni edə bilərsiniz. O özü 
açılmağı arzu etməlidir. Yalnız onda partnyoranuza kömək 
edə bilərsiniz. Ona kömək etməklə, onım əvəzinə etmək 
arasında böyük fərq var. 
Downloaded from KitabYurdu.org


339 
Kişinizə ürəyini açmaqda kömək etməyinizi bəyan 
etməklə, doğrusunu etiraf edək ki, biz, sadəcə, onu açıb 
göstərməyə çalışırıq, kişi isə '■qapını” örtülü saxlayır. 
Üçüncü fəsildə artıq qeyd etdiyimiz kimi, biz emosional 
boşluğu doldururuq, hər şeyi və ya demək olar ki, hər şeyi 
edirik, yalqız “avar çəkməli” oluruq. Mənəvi cəhətdən 
açılmaq üçün sizin köməyinizə, həqiqətən, ehtiyacı olan və 
ehtiyacı olmayan kişilər arasındakı fərqi anlamaq çox 
vacibdir. 
Məşuqunuz ürəyindən keçəni demək 
istəyirmi? 
Ayrılmaq ərəfəsində olan gənc cütlük yanıma gəldi. 
Bütün səylərinə baxmayaraq, qadın partnyorunun onun 
istədiyi kimi emosional cəhətdən açılmaqdan imtina 
etməsindən şikayətləndi. Münaqişənin məğzini izah 
etməyi kişidən xahiş edəndə, o dedi: “Ondan məni 
dəyişdirməyi xahiş etməmişəm!” 
Qadınların etdikləri ən böyük səhvlərdən biri 
Yüklə 2,12 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə