«Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında»



Yüklə 3,25 Mb.
Pdf görüntüsü
səhifə38/212
tarix29.07.2018
ölçüsü3,25 Mb.
#59510
1   ...   34   35   36   37   38   39   40   41   ...   212

BOYUNDURUQ

117


mu oynadırdım; sol əlimləsə Vivianın paltarının al 

tın da, 


deyəsən, onu ehtirasın son həddinə  qədər aparıb çı xar-

dım. Birdən stulun lap qırağında əyləşən Vivianın di li do-

laş dı, sözünü yarıda kəsdi, qabağa  əyildi, sinəsini sto-

la ya 


xın laş dırdı, başını  aşağı salıb gözlərini yarı qapadı, 

alt do da ğını dişlədi, güclə  eşidiləcək səslə inildədi. Mən 

özü mü o yerə qoymadım, sadəcə, hamı kimi nəzakətli 

bir təəc cüblə ona baxdım. O, bir neçə  dəqiqədən sonra 

özü nə gəldi; mən heyranlıqla fikirləşdim ki, bu qadın necə 

be lə ayaqüstü şiddətli həzz yaşaya, onu, demək olar ki, 

nü may iş etdirə bilir; özü də bütün bunlar bu qədər asan 

və təbii alınır. 

Mən əlimi stolun üstünə qoydum, o, özünü düzəltdi, 

göz lərini açdı, stulda yerini rahatladı və nə baxışları ilə, nə 

də səsi ilə bir daha həyəcanını büruzə vermədi.

– Bağışlayın, – o, özünə  tərəf  əyilmiş  və çox güman, 

ona kömək etmək istəyən xeyirxahlardan birinə dedi, – 

ba ğış layın! Bəzən qaraciyərimdə  dəhşətli ağrılar olur. Bu-

ra da! – o, ikiqat əyilərək əli ilə göstərdi.

– Burada? Bu, mədəaltı  vəzidir! – yanındakı adam 

əmin lik lə dedi.

Onu, adətən, xərçəng xəstələri daha çox ma 

raq lan-

dı rır dılar, amma yavaş-yavaş başqaları da diqqətini çək-

mə yə baş lamışdılar və indi o, müxtəlif xəstəlikləri diaq-

noz laş dı rır, istənilən  əldən düşmüş adama öz işgüzar 

mər hə mə ti ilə yardım etməyə tələsirdi. 

– Siz  artıq öz var-dövlətinizlə necə  rəftar edəcəyinizi 

fi kirləşmisiniz, Vensan? – Balans təbəssümlə soruşdu. 

Mən Loransın bic və maraq dolu baxışlarını öz üzə-

rim də hiss etdim və beş dəqiqə əvvəl onun stolun altına 

boy lanmaq imkanının olmadığına təəssüfləndim…

Mən özüm də Vivianın necə  həzz aldığına tamaşa 

edə-edə taqətdən düşmüşdüm və indi qisas almaq üçün 

içim də əvvəlki coşqunluq yox idi; hər halda, buna cəsarət 

et mək üçün gücsüz idim.

– Necə?... Məgər Lorans sizə heç bir şey deməyib? 

Balans da qonaqları kimi təəccüb dolu baxışlarla göz-

lə rini mənə dikdi.

– Yox?  Gizlətməyin nə  mənası var ki? Mənim müəl lif 

qonorarım bankda Loransın adına rəsmiləşdirilib; həm alı-



FRANSUAZA SAQAN

118


nan pullar, həm də bundan sonra ödəniləcək məb ləğ lər… 

İki miz birlikdə belə qərara gəldik.

– Sən, yəqin ki, bizim ümumi hesab açdığımızı demək 

is təyirsən, – Lorans soyuq halda dəqiqləşdirdi, amma 

mən onun sözünü kəsdim:

– Hə… bütün çekləri artıq imzalamışam, Loransın  əl 

çan tasındadır. Həm də bu qədər uzun müddət onun qay-

ğısı altında yaşadıqdan sonra bir santim be 

lə  mə nim sə-

mə yə haqqım çatardımı? Burada hamı özümüzünküdür, 

siz arvadıma nə qədər borclu olduğumu bilirsiniz, – bunu 

de dik dən sonra həyəcan içərisində qalxıb yerindəcə do-

nub-qalmış Manninin əlini hörmətlə öpdüm.

Amma onun donmuş barmaqları heç qımıldanmadı 

da. Hamı heyrət və təəssüf içində donub-qalmışdı; yə qin, 

fi kirləşirdilər ki, bu naməlum və  məşhur oğlan ağıl dan-

kəm dir.

– Bilirəm, bilirəm… sizə elə gəlir ki, ağını çıxarmışam… 

– mən şuxluqla sözümə davam etdim, – hər halda, söh bət 

milyon dollardan gedir!... Lorans əgər yeddi il müd də tin-

də  məni dəhşətli dərəcədə  ərköyünləşdiribsə belə, yenə 

də bir ay ərzində ona köhnə pulla yeddi milyona başa gəl-

mə mi şəm… Düz demirəm? Gəlin məsələni  şişirtməyək! 

Haq lı yam, əzizim? 

Mən için-için güldüm. Araya sıxıcı bir sükut çök-

müşdü. 


Hər kəs beynində eyni hesablamanı aparsa da, söy-

lə di yim sözlər onlara tərbiyəsizliyin yüksək həddi və 

qor xu lu bir qəribəlik kimi görünmüşdü. Nə vaxtdan bə-

ri ji 


qa lolar öz məşuqəsi, ya da arvadları ilə haqq-he 

sab 


apar ma ğa başlayıblar ki? Bu harada görünmüşdü ki, ji qa-

lo nu yerdə qalan borcları ilə ödənilmiş borcları ara 

sın da 

fərq maraqlandırsın? Burada heç kim mənim əsl məq sə di-



min nə olduğunu ağlına belə gətirə bilməzdi.

– Yox axı, yox! And içirəm…. elə də baha deyil, – mən 

Lo ransın üzünə  məğrur, hətta müdriklik dolu baxışlarla 

ba xa-baxa inadkarlıq edirdim; o, mənim oynadığım səh-

nə yə  səbirlə, üzündə  əzab dolu təbəssümlə tamaşa edir 

və davam gətirirdi.

– Əlbəttə ki yox, – o, üzümə baxmadan pıçıltıyla təs-

diq etdi. 




BOYUNDURUQ

119


Görəsən, o, ümumiyyətlə, bu məsələ haqqında heç fi-

kir lə şir dimi? Yoxsa yalnız Odil bizim Raspay bulvarındakı 

yu va mızda oturaraq həyatımızı idarə edən rəqəmlər üzə-

rin də baş sındırırdı?

– Bu, hələ hamısı deyil! «Leysan!» Axı siz bu mahnını 

«Ley san» filmindən tanıyırsınız… Ümid edirəm ki, onu eşit-

misiniz.

– Əlbəttə ki…. Əlbəttə ki… – akademik qəfildən yu xu-

dan ayıldı və eynəyinin arxasından məni hipnoz eləməyə 

başladı.


– Deməli belə, «Leysan»… mən sizə bir şeyi deyə bi lə-

rəm… bu, yarıbayarı Loransın əsəridir!

Yenidən araya sükut çökdü. Lorans əlini yellədi.

– Yox, – o köksünü ötürdü, – yox! 

Amma mən daha hündürdən danışmağa başladım:

– Necə yəni yox? Mən fortepiano arxasında axtarışda 

idim, gəzişirdim. Yalnız ilk notum var idi, demək olar ki, 

iki akkord: do-re, do-re… Lorans içəri girdi, elə o dəqiqə 

də davamını oxumağa başladı: fa-si-lya-sol-lya-do-re… 

Yox, deyəsən, səhv edirəm: lya-do-fa-re? (Loransın söz-

lə ri nə görə, solfeciodan elə  də başım çıxmırdı…). Yox, o 

ol ma sa, nə «Leysan» olardı, nə filmə  bəstələnmiş musiqi, 

nə də dollarlar!

Balans hələ də inamsızlıq dolu baxışlarla mənə ba xır-

dı; mən sözümü yekunlaşdırdım. 

– Tapın görək Lorans bizim, indi isə onun olan pullara 

gö rə  mənə  nə  hədiyyə etdi? Gözəl bir «Steynvey»! Belə 

bir şeyi ömrüm boyu arzulamışdım. 

Bunu deyib susdum, qalib baxışlarla hamını bir-bir 

süzdüm, yalnız Filiber mənim bu baxışlarıma cavab ver-

di. Sonra dərindən nəfəs alıb vanilli qaymağa gi 

riş dim; 

ondan həmişə xoşum gəlib, indi də Manninin bu nu xa tır-

la ma sından məmnun qalmışdım. Yeyib qur ta ran dan sonra 

mə nim üçün nəzərdə tutulmuş bu xüsusi yemək üçün ona 

min nətdarlıq etdim. Manni necəsə  ləng bir hərəkətlə ba-

şı nı  tərpətdi, sanki, mənim komplimentlərimdən se 

vin-


mə miş, əksinə, dilxor olmuşdu; sonra tələm-tələsik ayağa 

qalx dı və bununla da həddindən artıq uzun sürən sükutun 

po zul masına, qızğın söhbətin başlanmasına işarə vermiş 

ol du. Beləliklə  də, öz desertimdən tam mənada həzz al-

maq mənə nəsib olmadı. 



Yüklə 3,25 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə