Dünyada hərənin öz xarakteri, öz dünyası olan çoxlu sayda insan-lar var



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə34/60
tarix18.06.2018
ölçüsü5,01 Kb.
#49479
1   ...   30   31   32   33   34   35   36   37   ...   60

 
121
Böyük Türk dünyasının məşhur simalarından оlan Atatürkün bir dеyimi var: «İnsanın şəxsiyyəti 
öz sərvəti оlmalıdır». Bеlə sərvət sahibləri özləri də yaratdıqları ilə bərabər mənsub оlduqları xalqın 
əvəzsiz sərvətidir. Hüsеynbala müəllimin həm  еlmi, həm bədii, həm də publisistik yazılarını 
оxuduqca, bu əsərlərin kamil bir şəxsiyyət qələmindən çıxdığını  dərhal hiss еdirsən. Bu əsərlərin 
axarına düşən sоnacan çıxa bilmir. Həzin, incə hisslərlə, gözəl duyğularla  şirələnmiş, cilalanmış 
sözlər, ifadələr ahənrüba kimi səni özünə çəkir, mənalar düşüncələrə qərq еdir. Yanan, alоvlanan bir 
ürəyin işığında müqəddəs bir yоlun yоlçusuna çеvrilirsən. Bu yоl Qarabağa gеdir, ulu xalqın tarixi 
köklərinə, xоşbəxt gələcəyinə gеdir. Bu yоla yоlçu оlan hər kəs, yоl göstərən qədər xоşbəxt оlur
məmnun qalır. Bu yоla mayak оlan ürəyə möhkəmlik, dözüm və daha çоx yоlçu arzulayıram. 
«Qarabağ» qəzеti, 29 оktyabr - 11 nоyabr, 2005-ci il  


 
122
BİR YAZIÇI HAQQINDA 
 
Dünyada hərənin öz xarakteri, öz dünyası olan çoxlu sayda insanlar var. Bu insan selinin içində 
öz yolu, öz axarı olan könül adamları, duyğulu insanlar seçilir. Seçilənlər  əsasən yaradıcı 
insanlardır. Onlar ancaq yaxşıları, yaxşılıqları görür və ömürləri boyu xeyirxahlıq edirlər. Bu bir 
həqiqətdir ki, fəlakətlər, müharibələr, münaqişələr məngənəsində boğulan dünyamızı «ruhi» 
mədəniyyət, gözəl ideyalar, insani duyğular xilas edəcək. Bu mədəniyyəti, ideyaları, duyğuları isə 
insanların yaratdığı əsərlər tərbiyə edə bilər. Hər yazılan əsər bir müəllimdir. Çox təəssüf olsun ki, 
müasir dövrdə  ədəbiyyatın rolunu lazımınca qiymətləndirmirlər.  Əsl insanın tərbiyəsində 
ədəbiyyatın, incəsənətin rolu misilsizdir. Azərbaycan xalqı zaman-zaman dünya mədəniyyətinə, 
ədəbiyyatına layiqli töhfələr verib və bu gün də verməkdədir. Azərbaycanın çoxlu sayda istedadlı 
yazarları var. Onlardan biri də hamımızın yaxşı tanıdığı müasirimiz, yazıçı-dramaturq, fılologiya 
elmləri doktoru, professor 
Aqşin Babayevdir. 
 Məşhur rus yazıçısı N.V.Qoqol deyib: «Yazıçının yalnız bir müəllimi var, o da oxucudur.» Mən 
də demək istəyirəm ki, yazıçının  əsərinin dəyərini bilən,  əhəmiyyətindən xəbərdar olan, onun 
taleyində müəyyən rolu olan isə kitabxanaçıdır. Yazıçının əsərlərini təbliğ edən, sevdirən və həm də 
nə dərəcədə qiymətli olduğunu bilən kitabxanaçıdır. Oxucu sorğusu, oxucu marağı əsərin dəyərini 
ölçən meyardır. Mən Aqşin müəllim haqda adi bir oxucu, sadə bir kitabxanaçı sözü demək 
istəyirəm. Çünki ixtiyarım və iqtidarım ancaq buna çatır. 
Hər şeydən öncə Aqşin müəllim ölkənin ictimai həyatında, xalqın mədəni yüksəlişində xüsusi 
rolu olan dəyərli bir şəxsiyyətdir. Onun yaşadığı illər ərzində fəaliyyət dairəsinə nəzər salan hər kəs  
bunu deyə bilər. Həmişə mühüm işlərdə, məsul vəzifələrdə çalışmış Aqşin müəllim yaradıcılıqdan 
bir an belə uzaqlaşmamış,  ədəbiyyatımıza dəyərli  əsərlər bəxş etmişdir. 29 ədəbi və elmi əsər 
müəllifinin dramaturgiya, jurnalistika sahəsində qazandığı  uğurlar «Qızıl qələm», «Həsən bəy 
Zərdabi», «Ustad», «Humay», «Araz» Ali ədəbi mükafatlarda öz əksini tapmışdır. Yazıçının  ən 
böyük uğuru,  ən ali mükafatı isə oxucu marağı, oxucu məhəbbətidir.  Əsər yazmaq çox çətin və 
məsuliyyətli işdir. Onu xalqın malı etmək ikiqat məsuliyyətdir.  Əgər yazılan  əsər oxunmursa, o, 
əsər deyil. Oxunan, qəlbə, ruha təsir edən  əsl sənət nümunəsidir. Bədii  əsəri yazdıran fikir və 
duyğudur. Ağıllı fikirlə, gözəl duyğuların qovuşağından yaranan əsərlər həmişə oxunub və oxunur. 
Aqşin müəllimin qələmindən çıxan bütün yazı nümunələri oxucu ruhunu oxşayır, düşündürür, qəlbə 
təsir edir. Onun ən böyük və ən gözəl məziyyəti odur ki, sırf Azərbaycan həyatını, xüsusiyyətini
məişətini əks etdirir. Onun əsərlərində yad ştrixlər, kənar təsirlər yoxdur. Bu əsərləri oxuyan hər kəs 
orada özünü, öz ailəsini, yaxınlarını tapır. 
Mən Aqşin müəllimi şəxsən tanımasam da, çox yaxşı tanıdığımı zənn edirəm. Onu əsərlərindən 
tanıyıram. Lap kiçik bir hekayədə də onun obrazını görmək olar. Vətənini sevən, xalqına xoş günlər 
arzulayan, bütün qanıyla, canıyla torpağına bağlı olan bir azərbaycanlı, əsl vətəndaş siması boylanır 
onun əsərlərindən. 
Hər bir əsərin baş qəhrəmanı müəllifin arzusudur. Aqşin müəllimin arzusu xeyirxahlıq, insani 
hisslər, gözəl duyğular, saf məhəbbət, həqiqi səmimiyyətdir. Yazıçı-alim bütün türk dünyasının 
sonu bilinməyən dəryası, sirli-sehrli poeziya dünyası olan Nazim Hikmət yaradıcılığının 
araşdırıcısıdır. Belə bir dəryaya baş vurmaq, belə bir dünyaya güzgü tutmaq çox böyük hünərdir və 
o bu işin də öhdəsindən ləyaqətlə  gəlmişdir. Dünyanın bir çox yerlərində, Türkiyədə,  İranda, 
Gürcüstanda, Moldovada, Belarusda, Ukraynada və başqa ölkələrdə oxucular Aqşin müəllimin 
əsərlərini öz dillərində oxumaq imkanı qazanmışlar, «Kişilər az yaşadı» kitabı Moskvada, «Nazim 
Hikmət və yaşamı»  əsəri Berlində çap olunmuşdur. Onun «Yaralar», «Kim nə deyər», «Olmuş 
əhvalat», «Oğul» pyesləri, «Bir parça həyat», «Nekroloq», «Dəvətnamə» və «Mükafat» telefilmləri 
Azərbaycan oxucusuna və tamaşaçısına çox yaxşı tanışdır. Türkiyənin Nazim Hikmət Kültür və 
Sənət Vəqfindəki Məsləhət  Şurasının fəxri üzvü olan Aqşin Babayev Azərbaycan 
ensiklopediyasında türk ədəbiyyatına aid əksər oçerklərin müəllifidir. Hərtərəfli yaradıcılıq 
imkanına malik olması onu tərcümə sahəsində  də  qələmini sınamağa sövq etmiş,  İtalyan 


 
123
dramaturqu Terensinin «Qardaşlar», türk dramaturqu Haldun Tanerin «Keşanlı  Əli dastanı» 
pyeslərini, Əziz Nesinin hekayələr kitabını uğurla dilimizə çevirmişdir. 
Əmək fəaliyyətinə adi qəzet jurnalisti kimi başlamış Aqşin müəllimin Azərbaycanın mətbuat 
tarixində xüsusi yeri və rolu var. Müxtəlif illərdə Jurnalistlər İttifaqı Bakı şöbəsinin məsul katibi, 
1977-82-ci illərdə isə Jurnalistlər Birliyinin katibi olmuşdur. Respublikanın  Əməkdar jurnalisti 
adına layiq görülmüş Aqşin müəllim 32 il Dövlət Televiziya və Radio Verilişləri Komitəsində 
uğurlu fəaliyyət göstərmiş, 15 i1 Azərbaycan radiosuna və Xarici verilişlərə  rəhbərlik etmişdir. 
1972-1975-ci illərdə Türkiyədə  işləmiş, 10 il «Moskou Nyus» qəzetinin Azərbaycan üzrə xüsusi 
müxbiri olmuşdur. Hazırda Milli Məclis Aparatı Mətbuat xidməti şöbəsinin müdiridir. 
Məsuliyyətli və  səmərəli həyat, yaradıcılıq yolu keçmiş Aqşin müəllim başlıcası oxucular 
tərəfindən sevilən, oxunan yazıçıdır. Elə kitablar var ki, kitab rəflərində yatıb qalır, illərlə yada 
düşmür, toz basır. Aqşin müəllimin kitabları isə oxunmaqdan, əldən-ələ  gəzməkdən korlanır. Bu, 
müəllifin xoşbəxtliyidir. Xoşbəxt müəllifə uğurlu taleli, bol-bol oxuculu çoxlu sayda əsərlər və uzun 
ömür, can sağlığı arzulayıram. Yeni əsərlərlə görüşənədək. 
 
«Kəlam» jurnalı, №01 (21) fеvral, 2005-ci il  
  
 
 
ƏSRİ QABAQLAYAN BƏSTƏKAR 
 
Bəzən insan içində, ətrafında bir boşluq, mənasızlıq hiss edir və dünya öz rəngarəngliyini 
itirərək adiləşir, bəsitləşir. Bu boşluqlar, adiliklər içində əriyib yox olacağından qorxan insan 
bir möcüzəyəmi, yaxud möcüzəyəbənzər bir hadisəyəmi, tapıntıyamı güclü ehtiyac hiss edir. 
Əgər bu ehtiyacı vaxtında ödənməsə, bu tapıntını tapa bilməsə, kim bilir nələr ola bilər. 
Əlbəttə, zahirən heç bir dəyişiklik hiss olunmasa da, içəridə  nələrinsə  qırılıb töküldüyünü, 
tükəndiyini aydınca duyuruq və beləcə insan ömrü qısalır, qısalır... 
Belə ovqatla kökləndiyim günlərin birində adi təsadüf nəticəsində bir qadınla tanış oldum. Sadə 
görkəmli, qəlbinin işığından çöhrəsinə nur düşmüş bu qadının şirin söhbəti qəlbimə xoş bir istilik 
gətirdi. İlk diqqətimi çəkən onun böyük şəxsiyyət N.Nərimanov haqqında söhbəti oldu. Heç demə 
N.Nərimanovun həyat yoldaşı yeni tanışımın bibisi imiş. N.Nərimanov Gülsüm xanımla evlənəndə 
atasız-anasız qalmış kiçik bacı-qardaşlarını da öz himayəsinə götürərək onlara atalıq edir. Yeni 
tanışımın atası Mir Aslanı  oğulluğa götürərək öz soyadını da ona verir. Azərbaycan repressiya 
burulğanında boğulan vaxt haqsız zərbələrdən qorunmaq üçün Mir Aslan öz soyadına qayıdaraq 
Əliyev olur. Amma ata-oğul münasibətini heç vaxt itirmir. N.Nərimanovun arxivini də məhz Mir 
Aslan qoruyub saxlayıb. Cülyetta xanım danışır ki, o vaxt balaca qız idim. N.Nərimanova aid 
sənədləri kəmər kimi mənim belimə bağlayıb göndərdilər atamın çox yaxın dostu olan Arif 
Dadaşzadənin evinə. Bir müddət sənədlər orda qaldı. Sonra Arif müəllimə pantürkist damğası vurub 
ev dustağı edəndə də ordan o sənədləri yenə mənim vasitəmlə çıxardılar. Gülsüm xanım rəhmətə 
gedəndə  hər  şeyi atama vəsiyyət etmişdi, atam da o sənədləri muzeylərə bağışladı. O böyük 
şəxsiyyətin varisi atam oldu və indi də N.Nərimanov adı bu ocaqda, 
bu ailədə böyük hörmət və ehtiramla anılır. 
 Cülyetta  xanıma qulaq asdıqca divardakı bir şəkildən diqqətimi çəkə bilmirdim. Söhbət ara 
verəndə bu kişinin kimliyi ilə maraqlandım və bu sualım Cülyetta xanımı çox kövrəltdi. O gözünün 
yaşını silib: Bu mənim həyat yoldaşımdır, il yarımdır rəhmətə gedib - deyəndə, düzü əvvəlcə 
sualıma görə peşiman oldum. Amma söhbətimiz davam edəndə və mən bu insanın kimliyini biləndə 
peşimançılıq hissim yoxa çıxdı. Və  həm də söhbətimizin mövzusu da, səmti də  dəyişdi. Vəfalı 
ömür-gün yoldaşı  Məmməd Quliyev haqqında məhəbbətlə  və  həm də  qəlb göynədən yanğıyla 
danışırdı: 
-  Mən Məmmədlə evlənəndə Konservatoriyanın bəstəkarlıq  şöbəsinin üçüncü kursunda 
Q.Qarayevin sinfində oxuyurdu. Çox istedadlı idi və Konservatoriyanı  əla qiymətlərlə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə