Dünyada hərənin öz xarakteri, öz dünyası olan çoxlu sayda insan-lar var



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə42/60
tarix18.06.2018
ölçüsü5,01 Kb.
#49479
1   ...   38   39   40   41   42   43   44   45   ...   60

 
142
tariximizdə əbədiləşmiş Anatoli Banişevski, unudulmaz tarzən Bəhram Mansurov, azadlıq mücahidi 
Əbülfəz Elçibəy və müasirimiz, ancaq dəyərini lazımınca anlamadığımız, qiymətini layiqincə 
vermədiyimiz muğam fədaisi Alim Qasımov bu kitabda xalqa olduğu kimi, yəni bizim 
təsəvvürümüzə belə gətirmədiyimiz həqiqi ştrixlərlə, çalarla çatdırılır. 
Böyük həcmli bu kitab, əks etdirdiyi insan taleləri ilə 10 qat artıq böyüyür. Kitabın qurtarmasını 
istəmirsən və qurtaranda hələ doymadığını hiss edirsən. Bəlkə  də illərdən bəri ruhumuzun belə 
kitablara aclığıdır buna səbəb. 
İndi kitab oxumağa meylin azlığından gileylənirik. Bəlkə də oxucu marağına səbəb olan, oxucu 
tələbini ödəyən kitabların azlığıdır bu meyli yaradan. Mən kitabxanaçıyam və bilirəm ki, maraqlı 
kitabların oxucusu həmişə var. Kitab ilk əvvəl müəllifin özü üçün yazılır, sonra oxunduqca 
özününkülükdən çıxaraq, xalqın malına çevrilir. Rəfael Hüseynovun «Millətin zərrəsi» kitabı 
kitabxanaya daxil olandan bircə gün də  rəfdə qalmayıb. Oxucular növbəyə düzülüblər. Bu, bir 
tərəfdən müəllifin xoşbəxtliyidirsə, digər tərəfdən biz kitabxanaçıların xoşbəxtliyidir. Oxucu 
yanında utanmırıq, fondumuzda belə gözəl kitablar olduğu üçün fəxr edirik. 
«Azərbaycan XXI əsr» qəzеti 
 
 
YAXŞI MÜTƏXƏSSİS HƏM DƏ YAXŞI VƏTƏNDAŞDIR 
 
Hər bir xalqın, dövlətin xüsusi qoruduğu milli-mədəni sərvətlərdən biri və  bəlkə  də 
birincisi kitabxana fondları  və arxivlərdir. Dünənimizi bu günə  gətirmiş, bu günümüzü 
sabaha aparacaq mədəni-mənəvi dəyərlərimizi qoruyub saxlayan kitabxana fondlarının 
mühafizəsi hamımızın müqəddəs vətəndaşlıq borcudur. Lakin bu vacib məsələyə lazımi 
səviyyədə fikir verilmir. 
Mən tam məsuliyyət və iftixarla demək istəyirəm ki, kitabxanaçılar cəmiyyətə ən azı həkimlər, 
müəllimlər qədər lazım olan mütəxəssislərdir.  Əgər həkimlər cəmiyyətin fiziki sağlamlığına, 
müəllimlər  şüurun, idrakın, elmi təfəkkürün, dünyagörüşün formalaşmasına xidmət edirlərsə, 
kilabxanaçılar cəmiyyətin mənəvi saflığını qoruyur və inkişaf etdirirlər. Kilabxanaçılar xalqın 
həyatında, tarixində əvəzsiz, qiymətsiz rolu olan bir xəzinədardılar. Bu sənəti qorumaq, onu gələcək 
nəslə itkisiz çatdırmaq çox şərəfli və məsuliyyətli bir vəzifədir. Dünyanın bütün ölkələrində bütün 
xalqlar üçün bu önəmli və dövlət  əhəmiyyətli bir məsələdir. 2001-ci il noyabrın 20-dən 23-dək 
Moskva  şəhərində «Kitabxana fondlarının mühafizəsi və  əlaqəlı  əməkdaşlıq» mövzusunda 
keçirilmiş beynəlxalq elmi-praktik konfrans bu fikri bir daha təsdiqlədi. 
Konfransın təşkilatçıları Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi, Avrasiya Kilabxana 
Assambleyası, Rusiya Kitabxanaçılıq Assosiasiyası, Rusiya Dövlət Kitabxanası, Rusiya Milli 
Kitabxanası  və M.I.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kilabxanası idi. 
Konfransa 22 ölkədən 95 nümayəndə  gəlmişdi. Uzaq və yaxın xarici dövlətlərdən, Rusiyanın 
müxtəlif bölgələrindən gəlmiş nümayəndələr arasında Azərbaycan kitabxanaçılarını  mən təmsil 
edirdim. Yeri gəlmişkən, bu mühüm və mötəbər məclisdə  iştirak etmək üçün bizə  dəstək olmuş 
Azərbaycan Mədəniyyət Nazirliyinə  və Açıq Cəmiyyət  İnstitutuna bütün kitabxanaçılar adından 
dərin təşəkkürümü bildirirəm.  
Yüksək texnika, güclü kompüter əsrində yaşadığımıız hamıya məlumdur və bu dövrün, zamanın 
tələblərinə cavab verə biləcək texniki savad və biliyimizin kifayət qədər olmadığı da məlum 
həqiqətdir.  İnsan dünyanı  dərk edən andan son anadək həmişə öyrənməyə, daha çox məlumat 
almağa can atır. Bu günə  qədər öyrəndiyimiz, aldığımız məlumatların daşıyıcıları kitab, qəzet, 
jurnal və başqa çap məhsulları idi. Müasir dövrün tələbi ilə bu məlumat daşıyıcılarının 
dəyişdirilməsi və genişlənməsi prosesi başlanmışdır. 
Oxucuların tələblərinə müasir səviyyədə cavab vermək, öz milli-mənəvi dəyərlərimizi  əks 
etdirən məlumatlarla dünya arenasına çıxmaq və kitabxana fondlarının mühafizəsini təmin etmək 
baxımından bu proses çox əhəmiyyətlidir. Ölkənin tarixini, ictimai-siyasi həyatını, milli-mədəni 
dəyərlərini  əks etdirən məlumatların müasir daşıyıcılara, maqnit və optik disklərə köçürülməsi 


 
143
böyük diqqət, qayğı və maddi vəsait tələb edən bir prosеsdir. Bu işi yüksək keyfiyyətlə, beynəlxalq 
standartlara uyğun şəkildə aparmaq üçün uzun illərin təcrübəsinə malik olan ölkə kitabxanaları ilə 
əlaqə saxlamaq, fikir və  təcrübə mübadilələri aparmaq çox vacibdir. Sözu gedən konfransın  əsas 
vəzifələrindən biri də  məhz bu əlaqələrin yaradılması  və inkişaf etdirilməsi idi. Amerikalı, 
ingiltərəli, almaniyalı, polşalı, sloveniyalı, rusiyalı həmkarlarımız konfransda öz iş təcrübələrindən 
danışdılar, və  əməkdaşlıq üçün həmişə hazır olduqlarını bildirdilər. Bu işdə bütün dünya 
kitabxanaçılarının marağı və düşüncələrinin üst-üstə düşduyü aydın idi. 
Ədəbiyyatın müasir daşıyıcılara keçirilməsi işinin mükəmməl və yüksək keyfiyyətlə aparılması 
üçün mühüm şərtlərdən biri də onların fiziki və mənəvi cəhətdən sağlam və bütöv olmasıdır. Əks 
halda, müvəffəqiyyətli əməliyyatdan söhbət bеlə gedə bilməz. Bu sahədə ciddi problemlər hər yerdə 
mövcuddur. Konfransdakı çıxışların dеmək olar ki, əksəriyyəti bu problemlər və onların həlli yolu 
haqda idi. Həmin problеmin yeganə  həlli ehtiyacı olan ədəbiyyatın bərpasıdır. Bu işi həyata 
keçirmək üçün lazımi vəsait və mütəxəssislərlə  təmin olunmuş  bərpaetmə  və çürüməkdən 
mühafizəetmə mərkəzləri yaradılmalıdır. Məncə, ən ümdə şərt bu mərkəzlərdə mütəxəssis kadrların 
olmasıdır. Çox təəssüf ki, belə bir ixtisas var, mütəxəssis isə yox dərəcəsindədir. Ancaq bu 
problemin də həlli yolları var. Artıq moskvalı həmkarlarımız bu problemi çox müvəffəqiyyətlə həll 
ediblər. Xarici ölkələrdə təcrübə keçmiş mütəxəssislərlə və texniki vəsaitlə təmin olunmuş bu cür 
mərkəzlər fəaliyyət göstərir. 
Biz Rusiya Dövlət Kitabxanasının və M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici 
Ədəbiyyat Kitabxanasının nəzdində fəaliyyət göstərən mərkəzlərdə iş prosesləri ilə tanış olduq. Bu 
iş prosesləri yüksək səviyyədə  təşkil edilmişdir. Belə bir mərkəzin bizdə  də yaranmasını bütün 
qəlbimlə arzuladım. 
Onu da deyim ki, bu mərkəzlərdə kurslar fəaliyyət göstərir və arzu edənlər bu kurslarda 
konservator, restavrator ixtisaslarına yiyələnə bilərlər. Bizim respublikamızda da belə 
mütəxəssislərin olması labüddür və  səlahiyyətli orqanların bu haqda düşünəcəklərinə  əminəm. 
İtirmək üzrə olduğumuz bir çox qiymətli və nadir kitabların taleyini düşünmək, onlara yeni həyat 
vermək vətən, xalq qarşısında vətəndaşlıq borcunu ləyaqətlə ödəmək deməkdir. Bu özü bir 
xoşbəxtlikdir və bu xoşbəxtliyi itirmək olmaz. 
Bir kitabxanaçı kimi məni duşündürən və konfransda xüsusi vurğulanan bir məsələ haqda da bir 
neçə kəlmə demək istəyirəm. Hamıya məlumdur ki, kitabxana fоndları üçün təhlükə yaradan ilkin 
amillərdən biri kitab çapına sərf olunan materialların keyfiyyətsizliyidir. Çox təəssüf ki, indi 
kitabların çoxu keyfiyyətsiz matеrialda başdansovdu çap olunur. Əsasən də kağız və kardоnun 
tərkibində turşunun faizi
 
çox olanda kitablar bioloji və kimyəvi dağıntıya məruz qalır. Bunun 
qarşısını almaq üçün nəşriyyat işində kilabxanaçı rəyini nəzərə almaq, onların fikri ilə hеsablaşmaq 
lazımdır. Koreyalı  həmkarlarımız öz çıxışında qeyd eldi ki, bunun qarşısını almaq məqsədi ilə 
onların ölkəsində 2001-ci ildə  nəşriyyatlar arasında konkurs keçirilmişdir. Keyfiyyətli kağız və 
turşusuz kardonlarda kitab çap edən nəşriyyatları üzə çıxarmaq və fərqləndirmək üçün keçirilmiş bu 
konkurs öz müsbət nəticələrini verir. Əslində respublikada Milli Mühafizə  Mərkəzi fəaliyyət 
göstərməlidir və bu Mərkəz bir çox səlahiyyətlərə,  еləcə  də  nəşriyyat işində materialların 
keyfiyyətinə  nəzarət etmək səlahiyyətinə malik olmalıdır. Rusiya Federasiyasının Elmlər 
Akademiyasının Kitabxanası 1989-cu ildən Amerika Birləşmiş Ştatlarının Konqres kitabxanası ilə 
müqavilə bağlayaraq turşusuz kardon almışdır. 
Kitabların bir qismi oxucular tərəfindən mexaniki zərbə alaraq dağılır. Bir çox oxucuların 
kitabxana və kitabxanadan istifadə qaydaları haqda məlumatı olmur. Ona görə də bir çox ölkələrdə 
kitabxana işi haqda xüsusi kurs keçməyən oxucular kitabxanaya qəbul olunmur. Kitabxanaya gələn 
oxucuların 80%-ni tələbələr təşkil edir. Məncə, bütün ali və orta ixtisas məktəblərinin ilk kursunda 
bu haqda tələbələrə  məlumat verilməlidir. Bu həm kitabxanaçıların işini yüngülləşdirər, həm də 
kitablar çox zərər çəkməz. Zənnimcə bu mümkünsüz problem deyil. Əgər kitabxanalar kurs 
keçməmiş  tələbələri qəbul etməsələr Təhsil Nazirliyi bu problemi həll etmək məcburiyyətində 
qalacaq. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə