Dünyada hərənin öz xarakteri, öz dünyası olan çoxlu sayda insan-lar var



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə43/60
tarix18.06.2018
ölçüsü5,01 Kb.
#49479
1   ...   39   40   41   42   43   44   45   46   ...   60

 
144
Mən iştirak etdiyim konfrans və müzakirə olunan məsələlər haqda həmkarlarımı 
məlumatlandırmağı özümə borc bildiyim üçün bu məqaləni yazdım. Həmkarlarıma onu da demək 
istəyirəm ki, konfransın materialları Avrasiya Assambleyasının xəbərlərində çap olunacaq. 
Ümidvaram ki, bu gün kitabxanasına və həyatına həsəd apardığımız ölkələrin səviyyəsinə biz də 
yüksələcəyik. Bunu biz özümüz etməliyik. Öz potensial imkanlarımızı, bilik və  təcrübəmizi 
toplayaraq irəliləməliyik. 
Yaxşı mütəxəssis olmaq yaxşı vətəndaş olmaq deməkdir. Gəlin yaxşı vətəndaş olaq. 
 
«Mədəniyyət» qəzеti, 2 fеvral 2002-ci il 
 


 
145
QARABAĞIN İŞĞAL ОLUNMUŞ ƏRAZİLƏRİNDƏ  
QALAN ABİDƏLƏRİMİZ 
 
Dünyanın görkəmli alimləri Azərbaycanı  təbii muzey adlandırmışlar. Bu muzeyin ən 
unikal mərkəzi Qarabağdır. Kür və Araz çaylarının bərəkətli aralığında yerləşən Qarabağın 
tarixi kökləri çox qədimlərə gedib çıxır. Elmi dəlil və əsaslarla deyə bilərik ki, insanlığın ilk 
vətənlərindən biri də Qarabağdır. Məhz burada, Azıx mağarasında insan həyatının və 
fəaliyyətinin qədim izləri aşkara çıxarılmışdır. Azıxda 350-400 min il əvvəl yaşamış insan 
çənəsinin bir hissəsi tapılmışdır. Qarabağ öz gözəlliyi, yeraltı, yerüstü sərvətləri ilə zaman-
zaman yadellilərin diqqətini cəlb etmiş, bu gözəl diyar qanlı hərb meydanına çevrilmişdir. Ac 
qurdlar süfrəsində yağlı tikə olan Qarabağ bütün əsrlərdə didilmiş, əzilmiş, amma sınmamış, 
öz  əzəməti, vüqarı ilə düşmənlərə meydan oxumuşdur. Böyük imperiyaların çirkin 
siyasətlərinin qurbanı olan füsunkar Qarabağ artıq 15 ildir ki, düşmən tapdağındadır. 
Azərbaycanın təbii konservatoriyası adlandırılan,  əfsanəvi gözəlliyə malik Şuşa, qədim 
muğam musiqimizin beşiyi Ağdam, şəfalı İstisuyu, qızıl yataqları ilə məşhur Kəlbəcər, zaman-
zaman düşmən gülləsinə sinəsini sipər etmiş  qəhrəman Laçın, çiçəklər diyarı  Cəbrayıl, 
qüdrətdən səngərli Qubadlı, Zəngilan, əsrin ən böyük faciəsini yaşamış, qan içində boğulmuş 
Xocalı bu gün ən ağrılı günlərini yaşayır. Öz təbii gözəlliyi, təmiz iqlimi ilə Qafqazın yaraşığı 
olan Qarabağ  həm də müalicə ocağıdır. Təbii iqlim şəraitinə görə mütəxəssislər  Şuşa 
kurortunun iqlimini Abastumanı və Kislovodskdan, hətta dünyanın məşhur İsveçrə kurortu 
Davosdan üstün hesab edirlər. 
 Qarabağın,  Şuşanın füsunkar gözəlliyi vaxtilə Azərbaycanda olmuş böyük rus şairi 
M.Lermontovun, məşhur fransız ədibi A.Dümanın, istedadlı rus rəssamı Vereşaginin, lirika ustası 
S.Yeseninin də diqqətini cəlb etmişdir. V.Vereşagin Şuşanın gözəlliyini tablolarda vermiş, səyyah 
və tarixçi Potto Şuşanın təsvirinə belə başlamışdır: «Sıldırım dağlar və qayalar arasında yerləşən 
Şuşa qalası buludlara qədər yüksəlmişdir». S.Yesenin isə fıkrini bir cümlə ilə ifadə etmişdir: «Kim 
oxumursa, o, şuşalı deyil». Bəli,  Şuşa dünya mədəniyyətinə çox nadir incilər bəxş etmiş bir 
diyardır. Dünya korifeyləri siyahısına adını yazmış Üzeyir Hacıbəyov, Bülbül, Rəşid Behbudov 
məhz  şuşalı idilər.  Şuşa bütövlükdə  mədəniyyətimizin, musiqimizin beşiyidir. Təkcə XIX əsrdə 
balaca bir şəhər olan Şuşada 95 şair, 22 musiqiçi, 38 xanəndə-müğənni, 16 rəssam, 5 astronom, 18 
arxitektor, 16 həkim yetişmişdi. Bütün Şərqdə  əsrin  ən böyük universal-elmi ensiklopedik biliyə 
malik alimi Mirmöhsün Nəvvab da şuşalı idi. Şuşa həm də milli memarlıq abidələrinin ən çox və ən 
yaxşı qorunub saxlandığı bir məkan idi. Abidələr məskəni  Şuşa təsadüfi deyil ki, 1977-ci ildə 
Azərbaycan hökuməti tərəfindən tarix-memarlıq qoruğu elan olunub. Şuşa şəhəri bütünlükdə dünya 
əhəmiyyətli tarix-mədəniyyət abidəsidir. 
Əfsuslar olsun ki, 1988-ci ildən Ermənistan Respublikasının Azərbaycana hərbi təcavüzü 
nəticəsində ərazimizin 20 faizi ilə bərabər qiymətli mədəni sərvətlərimizi də itirdik. Bir milyondan 
artıq soydaşımız öz yurd-yuvalarından qaçqın düşmüşdür. Qədim Azərbaycan torpaqları olan indiki 
Ermənistan ərazisində artıq maddi mədəniyyət nümunələrimiz qalmamışdır. Təsadüf üzündən məhv 
edilməmiş abidələr isə İran və ya türkmən mədəniyyəti abidələri kimi təqdim olunur. Hamıya yaxşı 
məlumdur ki, indiki Ermənistan erməni etnosunun vətəni deyildir. Tarix göstərir ki, erməni tayfaları 
Ermənistandan çox uzaqlarda yaşamışdır. XIX əsrin erməni tədqiqatçıları belə hesab ediriər ki, 
ermənilər qaraçılardan, daha dəqiq «qəddar ürəkli» - ayk (xayk) adlandırılan köçəri tayfadan əmələ 
gəliblər. Bəzi Avropa tarixçilərinin dediklərinə görə, onların ilk vətəni balkanlar olub ki, onlar 
xristianlığı da məhz orada qəbul ediblər. Tarix boyu təcavüzkar və hiyləgər ermənilər özlərini 
məzlum xalq kimi qələmə verərək dünyanın diqqətini çəkmək istəyiblər. Lakin həqiqəti gizlətmək, 
pərdələmək o qədər də asan deyil. Ermənilərin təcavüzkarlığı bir çox alimlərin, o cümlədən 
Strabonun da diqqətindən yayınmamışdır, O, əvvəllər kiçik bir ölkə olan Ermənistanın işğalçı 
müharibələr hesabına böyüdüyü faktını elmi dəlillərlə öz əsərlərində qeyd etmişdir. Ermənilər işğal 
etdikləri ərazilərdə bir qayda olaraq o xalqın mədəniyyət abidələrini ya yox edir, ya da «qazıntılar» 
apararaq  əsil yazıları  dəyişir və erməniləşdirir. Bu haqda məşhur gürcü şairi  İlya Çavçavadze də 


 
146
yazmışdı: «Ermənilər tərəfindən gürcü kilsələrində gürcü yazılarının pozulması, tikinti daşlarının 
çıxarılıb əvəzinə erməni yazıları olan daşların qoyulması haqda sübut olunmuş bir çox faktlar var». 
Məşhur rus tarixçi-alimi V.Veliçkonun kitabında da ermənilərin gürcü və alban abidələrində əsil 
yazıların pozulması və dəyişdirilərək mənimsənilməsi faktları verilir. Beləliklə, o yazır ki, erməni 
himayədarları Ermənistanın yeni tarixini yazmaq və kiçik xalqını yüksəltmək üçün öz tarixi 
nailiyyətlərini  şişirdərək yüksəklərə qaldırıb, qonşu xalqların daha zəngin tarixinə kölgə salmaq 
istəyirlər. 
Köhnə tarix bu gün də təkrar olunur. Təkcə Şuşa şəhərindəki 199 memarlıq abidəsindən çoxu, o 
cümlədən Yuxarı  və  Aşağı Gövhər Ağa məscidləri, Saatlı  məscidi, böyük Azərbaycan  şairi 
M.P.Vaqifin türbəsi, XVIII-XIX əsrlərə aid yaşayış evləri və s. abidələr dağıdılmışdır. 1992-ci ilin 
may ayında işğal olunmuş  Şuşa  şəhərinə ermənilər köçürülmüş  və tarixi keçmişimizin 
erməniləşməsi davam etdirilir. İşğala qədər bu şəhərin  əhalisinin 95 faizini azərbaycanlılar təşkil 
edirdi. Tunc dövrünə aid Xocalı-Gədəbəy arxeoloji mədəniyyətinin ən xarakterik arealı olan Xocalı 
şəhərində ermənilər sovet ordusunun 366-cı alayı ilə birgə misli görünməmiş vəhşiliklər törətmişlər. 
Bir gecənin içində şəhər yerlə-yeksan edilərək xəritədən silinmişdir. 
Yaxın və Orta Şərqin  ən qədim insan məskənlərindən biri olan Azıx və Tağlar mağaraları, 
Aluen məbədi, Qandzasar monastırı, Qaraköpək, Üzərliktəpə  və s. abidələr hərbi məqsədlər üçün 
istifadə edilir. Xocalıda kurqan düzü, Ağdam, Ağdərə, Fizuli və Cəbrayıl rayonlarındakı kurqanlar 
talan edilmişdir. Şübhəsiz ki, zəbt edilmiş muzey fondlarından və qanunsuz arxeoloji qazıntılardan 
əldə edilmiş materiallar gələcəkdə Azərbaycan tarixinə  və  mədəniyyətinə qarşı çevriləcək. Son 
illərdə Avropanın və Amerikanın auksionlarında, antikvar mağazalarında erməni adı ilə satılan 
Azərbaycan mənşəli xalça və xalça məmulatlarının sayı artmışdır. Başqa xalqların mədəniyyətləri 
bazasında özlərinə tarix yaradan ermənilər tərəfindən təqribi hesablamalara görə 300 minə yaxın 
xalça qarət olunmuşdur. Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan 
ərazisində 547 memarlıq abidəsi, o cümlədən 5 dünya, 393 ölkə və 149 yerli əhəmiyyətli memarlıq 
abidəsi, 205 arxeoloji abidə, 927 kitabxana, 808 klub müəssisəsi, 85 musiqi məktəbi, 12 monument, 
22 muzey, 4 şəkil qalereyası, 10 mədəniyyət və istirahət bağı, 4 dövlət teatrı və 2 konsert müəssisəsi 
dağıdılmış, yandırılmış və ya qarət edilmişdir. 
Ümumdünya  əhəmiyyətinə malik 40 minə yaxın qiymətli və nadir XI-XIX əsrlərin muzey 
əşyası, dünya əhəmiyyətli Kəlbəcər tarix diyarşünaslıq muzeyi, nadir eksponatlara malik Şuşa 
şəhəri, Qarabağın tarixi muzeyləri, dünyada ikinci olan Ağdam çörək muzeyi, Zəngilandakı daş 
heykəllər muzeyi erməni vəhşiləri tərəfindən yerlə-yeksan olunmuşdur. 
Erməni təcavüzkarları tərəfindən işğal edilmiş ərazilərdəki  muzeylərdən  Azərbaycan xalqının 
tarixi və  mədəniyyəti ilə bağlı qiymətli  əşyalar, rəsm və heykəltəraşlıq  əsərləri, dünya şöhrətli 
Azərbaycan xalçaları, dekorativ-tətbiqi sənət nümunələri, əlyazmalar, arxiv sənədləri, Azərbaycanın 
görkəmli şəxsiyyətlərinin xatirə əşyaları və digər qiymətli materiallar qarət edilmişdir. 
Şuşa  şəhərində dünya şöhrətli Üzeyir Hacıbəyovun, Bülbülün, Natəvanın ev muzeyləri qarət 
olunmuş, bununla kifayətlənməyən ermənilər hər üç korifeyin heykəllərini gülləbaran etmişlər. 
Ümumilikdə, işğal olunmuş  ərazilərə  dəyən zərər 6 milyard 71 milyon ABŞ dolları 
həcmindədir. Mənəvi zərərin məbləğini isə hazırda mövcud olan heç bir ölçü cihazi təyin etmək 
iqtidarında deyil. 
Ermənilər bununla kifayətlənməyərək milli musiqimizə, mətbəximizə  də sahib çıxmağa 
başlayıblar. Çünki erməni azğınlığının qarşısı vaxtında alınmayıb. Dağlıq Qarabağ  ətrafında olan 
münaqişə haqqında Avropa Şurasının 1416 saylı  bəyannaməsində Azərbaycanın  Şuşa  şəhəri də 
daxil olmaqla 20 faiz ərazisinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı, separatçı qüvvələrin 
hələ  də bu regionu nəzarət altında saxladığı faktı  təsdiq olunub. Hər bir xalqın tarixi irsi 
bəşəriyyətin nailiyyətidir və bu irsi qorumaq bəşəriyyətin ali vəzifəsidir. Bu məqsədlə bir sıra 
beynəlxalq hüquqi aktlar, konvensiyalar qəbul olunmuşdur. 
«Silahlı münaqişə baş verdikdə  mədəni dəyərlərin qorunması haqqında» 1954-cü il Haaqa 
Konvensiyası, «Arxeoloji abidələrin mühafızəsi haqqında» - 1992-ci il Avropa Konvensiyası, 
«Mədəni dəyərlərin qanunsuz оlaraq ölkəyə  gətirilməsi, ölkədən çıxarılması  və mülkiyyət 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə