152
yazmağı bacaran hər kəs özünü jurnalist hesab edir. Hal-hazırda «jurnalistəm» deyən, qəzet
redaktorları içərisində hansı sənət sahibini desən taparsan.
Hətta heç bir təhsili olmayan, orta
məktəb skamyasından təzəcə duranları da bu sırada görmək olar. Bu sənətin belə ucuzlaşmasına
baxmayaraq, bu gün də Azərbaycan jurnalistikasında sayılıb-seçilən, sənətinin kamil bilicisi olan,
öz səsi, sözü ilə minlərin içində tanınan jurnalistlərimiz də var. Belə jurnalistlərdən biri-öz yazı
üslubu ilə heç kəsə bənzəməyən Flora Xəlilzadədir. Hərdən deyirlər ki, filankəsin gözəl qələmi var.
Məncə, bu deyim özünü o qədər də doğrultmur. «Filankəsin gözəl ürəyi, dərin hissiyyatı var»
deyilsə daha doğru olar. Çünki o qələmi işə salan ürəkdir. Hər hansı bir məqaləni, kitabı oxuyarkən
sətrin arasından sanki müəllifin siması, ürəyi boylanır. Bu sima, ürək oxucunu özünə əbədi bağlaya
da bilər və ya əksinə. Flora xanımın ürəyi, qəlbi, duyğuları o qədər səmimi, isti və cəlbedicidir ki,
ondan qopmaq o qədər də asan olmur. Hiss edirsən ki, o ürəkdən bağlanmadığı, qəlbən sevmədiyi
mövzularda yazmır. Onun bütün
sözləri ürəyindən su içir, qəlbində incələnir, dərin ağlı, zəkası ilə
mirvaritək sapa düzülür. Flora xanımın ən başlıca məziyyəti odur ki, oxucu ilə səmimi ünsiyyət
yarada bilir və bu ülfətin ömrü uzun olur.
Flora xanımın yenicə oxuyub başa çatdirdığım «Məmməd Araza məktub» kitabında da böyük
şairə sоnsuz məhəbbətlə döyünən bir ürək gördüm. Həm də hünərli bir ürək. Məncə Məmməd Arazı
sevməyən, onun şerlərini su kimi içib, hava kimi ciyərlərinə çəkməyən insan yoxdur. Amma onun
haqqında yazmaq hər kəsin hünəri deyil. Hər bir xalqın ədəbiyyatı оnun ruhunun, ürəyinin işığını,
nurunu zamandan-zamana aparan ən gözəl vasitədir. M.Araz pоеziyası da məhz Azərbaycan
xalqının ruhunu, ürəyini əks etdirən poeziyadır. Bu boyda ürəyi, ruhu əks etdirən poeziya haqqında
söz
demək də, elə o boyda ürək tələb edir. Mənə elə gəlir ki, Flora xanıma bu kitabı yazdıran,
ürəyinə güc gələn məhəbbətidir. Vətənə, xalqa, ədəbiyyata məhəbbəti. Çünki Məmməd Araz başdan
ayağa vətəndir, xalqdır, əsil ədəbiyyatdır. Kitabda müəllifin müxtəlif illərdə M.Araza həsr etdiyi
məqalələr toplanmışdır.
Hiss olunur ki, məqalələrin ilkin formasına toxunulmamışdır. Bu çox
gözəldir, çünki hər zamanın öz sözü var və onu dəyişdirmək o zamana, o zamanın özəlliklərinə
xəyanət olardı. Bu bir kitablıq məqalələr M.Arazın həyatını, obrazını oxucuya dönə-dönə tanıtdırır,
sevdirir. Hiss olunur ki, Flora xanım M.Araz poeziyasının dilini çox gözəl bilir, çoxlarından yaxşı
anlayır və bizə də anladır. Kitabın «Ömrün illəri» adlanan sonuncu bölümündə şairin həyatı,
yaradıcılığı ilə bağlı əlamətdar hadisələr öz tarixi, təfərrüatı ilə verilmişdir. Bu da M.Araz
tədqiqatçılarının çox gözəl yardımçısı olacaq. «Məmməd Araza məktublar» bölməsindəki şerlərdən
Flora xanımın yeni bir məziyyətini aşkar edə bildik. Onun daxilində həssas, zərif bir şair ürəyi
döyündüyünü çoxdan hiss etmişdik. M.Arazın yubileyinə ərmağan edilmiş bu kitab bütün M.Araz
sevənlərə gözəl töhfədir. El arasında belə məqamlarda dеyirlər ki, payın çox olsun, Allah ürəyinə
görə vеrsin.
«Yaddaş» qəzеti, 17 aprеl 2004-cü il, № 7-8 (11)
TЕATRŞÜNASLIĞA LAYİQLİ TÖHFƏ
Hər dəfə yeni bir kitab işıq üzü görəndə müəlliflə bərabər, kitabxanaçı da sevinir. Ona
görə ki, milli mənəvi sərvətimizin üzərinə bir inci də əlavə olunur. Uzun illərin təcrübəsinə
əsasən deyə bilərəm ki, oxucular əsasən doğma ana dilində dərslik, elmi-tədqiqat, elmi-
məlumat ədəbiyyatının azlığından şikayətlənirlər. Bugünkü çap məhsullarının bolluğunda da
bu problem tam həllini tapa bilməyib. Kitabxanaçı kitabxanaya daxil olan ədəbiyyatla ilkin
tanışlıqdan onun oxucu marağına təsirini təyin edə bilir və kitabla oxucu arasında körpü olur.
Ədalət Vəliyevin kitabxanamıza yeni daxil olmuş «Azərbaycan milli teatr prosesinin çağdaş
təşkilatlanma problemləri» adlı monoqrafiyası ilə tanışlığın ilkin təəssüratı da məhz müsbət
oldu.
153
Müharibə şəraitində yaşayan ölkəmiz üçün mədəniyyətin inkişafı çox vacibdir. Çünki
mədəniyyətin inkişafı müharibə ilə mübarizənin ən yaxşı vasitələrindən biridir. Milli
mədəniyyətimizin ən təsirli və aparıcı qollarından biri isə teatrdır. Teatr insanların şüuruna, qəlbinə
birbaşa nüfuz edə bilən vasitədir. Onun inkişafı, tərəqqisi cəmiyyətin inkişafı, tərəqqisi deməkdir.
Bunun
üçün o sahənin biliciləri, aparıcı mütəxəssisləri daim düşünməli, bilik və bacarıqlarını sərf
etməlidirlər. Məşhur bir fılosofun dediyi kimi: «Bütün insanlar özlərinə aid olan işdə
təcrübəlidirlər». Ədalət Vəliyevin yazdığı bu monoqrafıya onun bu sahədə bişmiş, püxtələşmiş,
bütün incəliklərinə bələd bir mütəxəssis olduğunu sübut edir. Kitabın oxucuları əsərin uzun və
gərgin əməyin məhsulu olduğunu dərhal anlayacaqlar. Teatr ictimaiyyətinə, gənc mütəxəssislərə bu
kitab öz işlərini günün tələbləri səviyyəsində qurmaqda, bazar iqtisadiyyatının, keçid dövrünün
çətinliklərini dəf etməkdə və inkişaf etmiş ölkələrin nəzəriyyə və təcrübəsindən
səmərəli istifadə
etməkdə gözəl bələdçi ola bilər.
Bəzən milli xüsusiyyətləri nəzərə almadan, kor-koranə surətdə yad ölkələrin mədəniyyətlərini
qədim və ulu mədəniyyətimizə calaq edərək, bayağı, eybəcər nəticələr əldə edir, çox vaxt bununla
fəxr də edirlər. Unudurlar ki, mədəniyyətdə milliliyi qorumaq vətəni, xalqı qorumaq deməkdir.
Ədalət Vəliyev öz tədqiqat əsərində başqa ölkələrin mədəniyyətləri ilə qarşıhqlı əməkdaşlıq
yolunun mümkün variantlarını açıqlayır və teatr xadimlərini bu düzgün yola səsləyir. Bu kitab
haqqında
yəqin ki, teatrşünas alimlərimiz öz rəylərini bildirəcəklər. Bir kitabxanaçı kimi teatrla
məşğul olan, milli teatrımızm tarixi, bu günü və sabahı ilə maraqlanan oxucuları bu kitabdan
faydalanmağa çağırıram. Qətiyyətlə demək olar ki, kitab teatr işi sahəsində yeni və mükəmməl bir
əsərdir. Yenilik insanlarm həmişə can atdığı, maraqla qarşıladığı bir hadisədir. Bu kitabın teatr
ictimaiyyəti və oxucular arasında layiqli körpü olacağına əminik.
«Xalq qəzеti», 12 mart 2004-cü il
KİTABA, KİTABXANAYA ЕTİNASIZLIQ GƏLƏCƏYİMİZƏ ЕTİNASIZLIQDIR
Zaman keçdikcə, dövran dəyişdikcə insanlar da, onların zövqü, tələbatı da dəyişir. Dəyişməyən
isə öyrənmək, daha çox məlumat almaq istəyidir. Yaşadığımız əsr informasiya əsri adlanır və
deməli insanların məlumatlanmaq istəyi hər zamankından daha artıqdır. İnsanların daimi və artan
tələbatını ödəyə biləcək ən qədim və dəqiq məlumat mənbəyi isə kitabdır. Kitab bir nəslin digərinə
mənəvi vəsiyyəti, hər bir xalqın mənəviyyatını,
mədəniyyətini, tarixini, məişətini əks etdirən,
əsrdən-əsrə, nəsildən-nəslə öt'ürən ən gözəl vasitədir. Bəzən bircə səhifəlik bir yazı, hətta bircə
cümlə, söz də bütöv bir xalqın tarixi taleyini, milli müqəddəratını həll etməkdə əhəmiyyətli rol
oynaya bilər. Milli-mənəvi sərvətimiz sayılan kitabları toplayan, təbliğ edən, oxucu istifadəsini
təmin edən kitabxanalardır. Çox təəssüf ki, son illərin ictimai-siyasi hadisələri kitabxanaların da
həyatında dəyişikliklər və problemlər yaradıb. Ən əsas və başlıca problem isə kitabxanaların yeni
ədəbiyyatla təmin oluna bilməməsidir. Əslində Azərbaycan Respublikasının «Kitabxana işi
haqqında» 611-IQ saylı 29 dekabr 1998-ci il tarixli qanununun 15-ci
maddəsinə əməl olunsa, belə
bir problem yaranmaz. Sözü gedən qanunun bu maddəsində deyilir: «Milli kitabxana,
qanunvericilik və müvafiq İcra hakimiyyəti orqanlarının kitabxanaları, respublika əhəmiyyətli elmi-
sahəvi kitabxanalar və Bakı Dövlət Universitetinin kitabxanası müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyənləşdirilmiş qaydada ölkədə nəşr edilən çap məhsullarının məcburi nüsxələrini
almaq hüququna malikdir.
Dövlət və qeyri-dövlət nəşriyyatları, nəşriyyat fəaliyyəti ilə məşğul olan poliqrafiya
müəssisələri və digər hüquqi şəxslər tərəfindən buraxılan çap məhsullarından Milli Kitabxanaya
4 pulsuz məcburi nüsxə, qanunvericilik və müvafiq icra hakimiyyəti orqanlarının kitabxanalarına,
respublika əhəmiyyətli elmi-sahəvi kitabxanalara, Azərbaycan Elmlər Akademiyasının Mərkəzi
Elmi Kitabxanasına və Bakı Dövlət Universitetinin kitabxanasına profilinə uyğun olaraq 2 pulsuz
məcburi nüsxə, Azərbaycan Respublikasında nəşr olunan bütün qəzet və jurnal redaksiyaları isə 2
pulsuz məcburi nüsxə göndərməlidirlər».