Dünyada hərənin öz xarakteri, öz dünyası olan çoxlu sayda insan-lar var



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə47/60
tarix18.06.2018
ölçüsü5,01 Kb.
#49479
1   ...   43   44   45   46   47   48   49   50   ...   60

 
154
«Mədəniyyət haqqında» Azərbaycan Respublikasınm qanununun 24-cü maddəsində  də eyni 
fikir bir daha vurğulanır: «Nəşriyyat fəaiiyyəti ilə  məşğul olan təsisatlar buraxdıqları çap 
məhsullarının iki nüsxəsini əvəzsiz оlaraq qanunvericiliklə müəyyən edilmiş qaydada milli obyekt 
statusu almış kitabxanalara göndərməlidirlər». 
Çox təəssüf ki, bu qanuna əməl etmək istəməyən nəşriyyat və mənbələr bir həqiqəti unudurlar 
ki, kitabxanalara etinasızlıq, vətənə  və xalqa etinasızlıqdır. Kitabxanaların cəmiyyətin həyatında 
oynadığı əvəzsiz rolu danmaq ən azı nankorluqdur. 
M.F.Axundov adma Azərbaycan Dövlət Kitabxanasında «Azərbaycan kitabı» adlanan bir şöbə 
fəaliyyət göstərir. Azərbaycanda yeganə kitab arxivi olan bu şöbə ölkə daxilində çap olunan bütün 
ədəbiyyatlardan (rus və Azərbaycan dilində), ölkə xaricində çap olunan Azərbaycan dilində bütün 
çap məhsullarından bir nüsxə toplayır və mühafizə edir. 90-cı illərə  qədər bu şöbə  əsasən 
nəşriyyatların göndərdiyi ilkin nüsxələr hesabına komplektləşdirilirdi. 90-cı illərdə bu prinsip 
tamamilə pozulmuşdu. 
Aşağıdakı rəqəmlərdən bunu daha aydın təsəvvür etmək olar. Əgər 1988-ci ildə bu şöbəyə 1665 
adda  ədəbiyyat qəbul olunmuşdusa, 1994-cü ildə bu rəqəm 168-ə enmişdi. Yalnız 1998-ci il-də 
«Kitabxana işi haqqında» Azərbaycan Respublikasının qanunu qüvvəyə mindikdən sonra bu 
problemin həlli yolları müəyyənləşdi. Mətbuat və  İnformasiya Nazirliyinin bütün nəşriyyatlara 
göndərdiyi məktubdan sonra bir çox nəşriyyatlar öz vəzifə borclarını yerinə yetirməyə  məcbur 
oldular. Amma... Çox təəssüf ki, ammasız danışmaq hələ də çətindir. Elə nəşriyyat və mətbəələr var 
ki, bu qanuna da, məktuba da heç bir əhəmiyyət vermir, dəfələrlə  zəng etməyimizə, xahişimizə 
baxmayaraq hələ  də bu məsələnin  əhəmiyyətini dərk etmək istəmirlər. Müsəlmançılıq  ənənəsinə 
sadiq qalaraq mən bu yazımda onların adını  çəkmirəm, çünki səhviərini düzəldəcəklərinə söz 
veriblər. Əgər söziərinə əməl etməsələr gələcəkdə daha kəskin yazılar yazacağıma əmin edirəm. Pis 
iş  həmişə göz qabağında, diqqət mərkəzində olur. Yaxşı  işi qiymətləndirmək, qeyd etmək də 
vacibdir. Bu məsələyə məsuliyyətlə, diqqətlə yanaşan nəşriyyatların adlarını çəkməyi özümə borc 
bilirəm. «Mütərcim», «Şirvannəşr», «Nağıl evi», «Elm», «Adiloğlu», «Parni iz Baku», «İsmayıl-
nəşr», «Minimaks», «Biznesmenin bülleteni», ADPU-nun nəşriyyatı müntəzəm olaraq öz çap 
məhsullarından kitabxanamıza göndərir. Amma bütün nəşriyyatlara bir kitabxanaçı-mühafizəçi kimi 
iradım var. Kitabxanaçılar bilir ki, kitabxana fondları üçün 4 başlıca təhlükə mənbəyi var. Оnlardan 
biri və birincisi sənədin əsasını təşkil edən materialın keyfiyyətidir. Yəni kitab çapına sərf olunan 
materialların keyfiyyətsizliyi mühafizədə ciddi problemlər yaradır. Kitabın mühafizəsi qayğısına 
kitab çap olunmamışdan əvvəl qalmaq lazımdır. Yaxşı olardı ki, respublikada vaxtaşırı «Ən yaxşı 
kitab çap edən nəşriyyat» adlı müsabiqə keçirilsin və seçilən nəşriyyatlar fəxri fərmanamı, 
mükafatamı layiq görülsün. Bəlkə onda keyfiyyətsiz kitabların sayı azalardı. Nəşriyyatlar təkcə pul 
qazanmaq haqda fikirləşməməlidir. Oxucu zövqünü korlayan, mütaliəyə  həvəsi öldürən bədii və 
elmi cəhətdən səviyyəsiz kitabların çapını məhdudlaşdırmalıdırlar. Hər çap məhsuluna kitab demək 
olmaz. Kitab o vaxt kitab olur ki, oxunur, oxucusunu tapır. Kitab öz oxucusunu ancaq 
kitabxanalarda tapa bilər. Kitab çap edən nəşriyyatlar və kitab çap etdirən müəlliflər birinci öz 
maraqlarını  nəzərə alıb, kitabın kitabxanaya yol tapmasına çalışmalıdırlar. Faktlar göstərir ki, bu 
sahədə müəlliflər daha çox maraqlı  və  fəaldırlar. 2002-ci ildə M.F.Axundov adına Azərbaycan 
Dövlət Kitabxanasına 1129 nüsxə  mətbəə  və  nəşriyyatlardan kitab daxil olubsa, 2198 nüsxə 
müəlliflər tərəfindən hədiyyə olunub. Yeri gəlmişkən mən həmin müəlliflərə kitabxananın 
rəhbərliyi adından təşəkkürümü bildirirəm və digər müəllifləri də bu təşəbbüsə qoşulmağa 
çağırıram. Bir məsələ haqda da fikrimi bildirmək istərdim. Kitabxanamızın 80 faiz oxucusu tələbə-
gənclərdir. Deməli ali və orta ixtisas məktəb dərsliklərinə  tələbat da çoxdur. Bu dərsliklərin 
müəllifləri  əksərən müəllimlərdir və öz vəsaitləri hesabına çap etdirdikləri dərslikləri ali və orta 
ixtisas məktəblərində  tələbələrə satırlar, kitabxanalara vermirlər. Bir-iki ildən sonra bu dərslikləri 
alan tələbələr ali məktəbi qurtarıb gedir və yeni qəbul olan tələbələr həmin dərsliklər üçün üz tutur 
kitabxanaya. Kitabxanalarda isə  təbii ki, rədd cavabı ilə qarşılaşmalı olurlar. Hələ kitabxanaçıya 
irad da tuturlar ki, niyə Dövlət Kitabxanasında bu kitab yoxdur! 


 
155
Bütün bu problemlər təkcə bir kitabxananın problemi deyil, ümumilikdə bütün kitabxanalara 
aiddir. Hələ bölgələrdə  vəziyyət daha acınacaqlıdır. Rayon kitabxanalarının maliyyələşməsi yerli 
İcra hakimiyyəti orqanları  tərəfindən aparılır. Kitabxanalara ayrılan maliyyə  xərcləri siyahısında 
yeni ədəbiyyatın alınması sonuncu «və sair» adlanan qrafada qeyd olunur. Ən vacib və əhəmiyyətli 
bir məsələ beləcə qeyri-ciddi şəkildə  həll olunur. Məncə kitabxanalar tabе olduqları nazirlik 
tərəfindən maliyyələşsə daha yaxşı olar. Kitabxanaların dərdini, problemini öz nazirliyindən yaxşı 
kim bilib, əncam çəkə bilər? Onsuz da Mədəniyyət Naziriiyi M.F.Axundov adına kitabxananın 
mübadilə şöbəsi vasitəsilə yerlərdə kitabxanaları təzə ədəbiyyatla qismən də olsa təmin edir. Ancaq 
bu da problemi kökündən həll edə bilmir. 
Kitabxanaların, əsasən də rayon və uşaq kitabxanalarının təcili həllini gözləyən bir problemi də 
var. Klassiklərin latın qrafikasında  əsərlərinin yoxluğu kitabxanaların fəaliyyətinə köklü şəkildə 
ziyan vurur. Bu bir həqiqətdir ki, yerlərdə  əsas oxucular məktəblilərdir. Dərsliklərdə keçdikləri 
müəlliflərin əsərlərini kitabxanada tapmayan şagirddən nə ummaq olar? Dünyada kitabxanaçı üçün 
də  rədd cavabı verməkdən ağrılı, çətin heç nə yoxdur. Lazımsız, səviyyəsiz yüzlərlə kitab çap 
eləyən nəşriyyatlar arada bir klassiklərə də üz tutsa yaxşı olar. Klassiklərimizi, dünənimizi öyrədə 
bilmədiyimiz övladlarımızdan sabah nəsə ummağa mənəvi haqqımız yoxdur. Özümüzü, öz 
gələcəyimizi düşünməliyik. 
Sonda bütün kitabxanaçıların qəlbini göynədən, ürəyini ağrıdan bir məsələni də vurğulamaq 
istərdim. Həyat yolları, sənət yolları kitabxanadan keçənlər kitabxanaçı  əməyinin nə demək 
olduğunu gözəl bilir. Bəziləri belə güman edir ki, kitabxanada işləmək üçün xüsusi savad və bilik 
lazım deyil. Əksinə, kitabxanaçı digər ixtisas sahiblərindən geniş və əhatəli biliyi ilə seçilməlidirlər. 
Bütün elm sahələri haqda ən azı ümumi biliyə sahib olmayan kitabxanaçı öz müxtəlif ixtisaslı, 
müxtəlif xarakterli oxucularına xidmət edə bilməz. Sadə  və  təmənnasız  əməyinə görə ziyalı 
təbəqəsindən seçilən kitabxanaçılar çox vaxt layiqincə qiymətləndirilmirlər. Fəxri ad, təqaüd, 
mükafat alanlar siyahısında heç bir kitabxanaçının adına rast gəlinmir. 
Bütün ömrünü, həyatını kitabxanaya həsr edən istənilən qədər kitabxanaçılar var. Maaşın 
azlığına, işin çətinliyinə baxmayaraq bu sənətə ömürlərini fəda edən insanlara diqqətsizlik günahdır. 
Kitabsız, kitabxanasız kamil insan həyatını  təsəvvür etmək olmaz. Cəmiyyətin mənəvi saflığı 
keşiyində duranları unutmayaq. Unutmaq, unudulmaq deməkdir. 
 
«Rеspublika» qəzеti, 27 nоyabr 2003-cü il 
 
 
 
KİTABXANAÇI  ƏMƏYİNƏ LAQЕYDLİK GÜNAHDIR 
 
Düz 23 ildir ki, M.F.Axundоv adına Azərbaycan Dövlət Kitabxanasında çalışıram. Sənətimi çоx 
sеvirəm. Mənə görə dünyanın  ən xеyirxah pеşəsi – kitabxanaçı  pеşəsi,  ən təmənnasız  əmək – 
kitabxanaçı əməyidir. Təvazökarlıqdan uzaq оlsa da, mən özümü sözün əsl mənasında kitabxanaçı 
hеsab  еdirəm. Kitablarsız,  оxucularsız həyatını  təsəvvür  еtməyən kitabxanaçı. Lakin sеvdiyim 
sənətə  оlan  еtinasızlıq məni çоx kədərləndirir. Bəzən bütün bunlar, ömrümüzü həsr  еtdiyimiz 
оxuculardan  еşitdiyimiz təhqiramiz sözlər qəlbimizi göynədir,  əməyimizin layiqincə 
qiymətləndirilməməsi məndə ruh düşgünlüyü yaradır. Maaşımızın azlığı bir yana, diqqətin 
minimallığı məni yaman incidir. 
Bu günlərdə bir оxucu hay-küylə içəri girdi: 
- Kimdir burda müdir? 
Sakitcə cavab vеrdim: 
- Mənəm, buyurun еşidirəm sizi. 
Оxucu əsəbi-əsəbi: 
- Əşşi, bеlə də iş оlar, yarım saatdır kitabxanadayam, hələ də istədiyim kitabı ala bilməmişəm. 
Sizin qızlar yəqin оturub laqqırtı vururlar, mən də qızıl kimi vaxtımı itirirəm. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə