Dünyada hərənin öz xarakteri, öz dünyası olan çoxlu sayda insan-lar var



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə45/60
tarix18.06.2018
ölçüsü5,01 Kb.
#49479
1   ...   41   42   43   44   45   46   47   48   ...   60

 
149
Uzun illərdən bəri  ədəbiyyat aləmində sanballı  və  dəyərli mətbuat orqanı kimi tanınan 
«Azərbaycan» kimi bir jurnalda ən çətin və məsuliyyətli bir bölmə olan tənqid bölməsinə rəhbərlik 
edən  Əsəd müəllimə  tənqidçiyə hava, su kimi lazım olan təmkin, dözüm və  səbr arzulayıram. 
Ədəbiyyat cəbhəsi kimi qələmi iti və kəsərli olsun. 
«Azərbaycan XXI əsr» qəzеti, 8-14 mart 2002-ci il 
 
 


 
150
ÖZ DÜNYASINA QOVUŞAN İNSAN 
 
Deyirlər ölüm qaşla göz arasındadır. Bu deyim inandırıcı görünməsə də həqiqətdir. Bəzən deyə-
gülə ayrıldığın sapsağlam bir insanın bir neçə saatdan sonra ölüm xəbərini eşidəndə inanmırsan. 
İnanmadığımız belə həqiqətlər qəlbimizdə ağrılı iz buraxır, ömrümüzə təsəllisiz kədər gətirir. Çünki 
bilirik ki, bu nə  əvvəlincidir, nə  də axırıncı.  İtiririk yaxınlarımızı, doğmalarımızı. Bu itkilərin 
ağrıları ilə yaşamağa, işləməyə, yeni itkilərə hazır olmağa çalışırıq. Amma nə qədər hazır olsaq da, 
bu itkilərdən sarsılrıq. Sevdiyimiz, hər gün ünsiyyətdə olduğumuz insanın birdən-birə yoxluğuna 
inanmaq, bununla barışmaq çox çətin olur və uzun müddət barışa bilmirik. Uzun müddət barışa 
bilməyəcəyimiz, siması gözümüzdən, səsi qulaqlarımızdan getməyəcək bir insanın itkisi ilə 
göynəyə-göynəyə yazıram bu sətirləri. Azərbaycan kitabxana ictimaiyyətinə adı çox gözəl tanış 
olan, xoş üzlü, xoş simalı Fikrət Talıbov qəfıl dünyasını dəyişdi. Bütün rayonların kitabxanaçıları 
bu adı və simanı uzun müddət unutmayacaq, xatirələrində əzizləyəcəklər. Onların hər birisi Fikrət 
müəllimlə bilavasitə ünsiyyətdə olub, onun insanpərvərliyinin, əməksevərliyinin şahidi olub. 
 Fikrət müəllim  əmək fəaliyyətinə M.F.Axundov adına Azərbaycan Dövlət Kitabxanasında 
başlamışdır. Bir müddət Azərbaycan Mədəniyyət Nazirliyində kitabxana işi üzrə baş inspektor 
vəzifəsində çalışmış, rayon kitabxanalarının işinin qurulmasında, düzgün fəaliyyətində əhəmiyyətli 
rol oynamışdır. 1989-cu ildən isə doğma kollektivinə qayıtmış, «Ehtiyat mübadilə»  şöbəsinə 
rəhbərlik etmişdir. Respublikada kitab mübadiləsi sahəsində Fikrət müəllimin xüsusi xidmətləri 
olduğunu bütün kitabxanaçılar təsdiq edə bilər. Son illərdə başqa ölkə kitabxanaları ilə pozulmuş 
əlaqələrin bərpası sahəsində və respublika kitabxanalarının lazımi xarici ədəbiyyatla təmin olunması 
sahəsində Fikrət müəllim  əvəzsiz xidmət göstərmişdir Son illər Rusiya Federasiyasının 
kitabxanaları ilə müntəzəm  əlaqələrimizə, aparılan kitab mübadilələrinə görə Fikrət müəllimə 
minnətdarıq. Mən həmişə Fikrət müəllimin işgüzarlığına,  əməksevərliyinə heyran olmuşam. 
Yaşının çoxluğu, ürəyinin xəstəliyi onun işinə, fəaliyyətinə mane ola bilmirdi. Fikrət müəllimlə  son  
söhbətim məndə  qəribə  və unudulmaz duyğular oyadıb. Nədənsə dalğın  idi və dalğınlığına 
baxmayaraq zarafatından qalmadı.  Ərkyana: - Qız niyə kefsizsən, çox fikirləşmə, yüz fikir bir 
borcu ödəməz. Dünya belə  gəlib, belə gedəcək. Bu dünya deyəsən bizlik deyil - dedi. Sonra 
əzbərdən bir şer söylədi və əlavə etdi ki, bu şeri kitabxanaçı yazıb, çünki bu dünyada kitabxanaçı 
hamıdan çox əzab çəkir. Şerin adı belə idi: «Dünya mənim dünyam deyil». Sanki Fikrət müəllim bu 
dünya ilə  cəmi bir neçə saat sonra vidalaşacağını  və  əbədi dünyasına qovuşacağını hiss etmişdi. 
İnsan qəribə xislətli məxluqdur. Sanki çox şeyi  əvvəlcədən duyur, ürəyinə olacaq olaylardan 
damlalar damır.  May ayınm 4-də  Fikrət müəllim 70 yaşını  tamamlayacaqdı. Bu yaş həddi özünün 
sözü olmasın ahıllıqdan qocalığa keçid idi. Keçə bilmədi bu keçidi. Amansız  əcəl yol vermədi. 
Ömürlə ölüm arasında hər an yol yoldaşımız olan əcəl hərəni bir məqamda haqlayır. Fikrət 
müəllimi də gözəl bir yaz günündə haqladı və haqq dünyasına yola saldı. Bütün kitabxanaçılar və 
doğma kollektivi adından Fikrət müəllimin əzizlərinə, doğmalarına dərin hüznlə başsağlığı verir və 
ona haqq dünyasında əbədi rahatlıq, sonsuz rəhmətlər diləyirəm. 
«Mədəniyyət» qəzеti, 4 may 2002-ci il 
 
 
 
 
 
 
MƏDƏNİYYƏTİMİZİN İNKİŞAFINA ƏNGƏL ОLANLAR 
 
Taleyi mətbuatla birbaşa bağlı insan cəmiyyətdə  nələr baş verdiyini, nəyin düz, nəyin  əyri 
olduğunu daha yaxşı görür və ayırd edir. Çünki peşəsilə  əlaqədar bütün mətbu orqanlarını istər-
istəməz izləməli olur və oxuduqlarının nə  dərəcədə  həqiqət olduğunu araşdırmaq istəyir. Allaha 
şükür, indiki mətbuat da az qala hər bir evin məişət işlərinə də müdaxilə edir. Bir jurnalist kimi öz 


 
151
həmkarlarıma çоx böyük hörmətim və həm də iradım var. Bəzən jurnalist fikir yürütdüyü məsələ 
haqda heç bir əsaslı  məlumata, bilgiyə malik olmadığını öz yazısı ilə açıq-aşkar bildirir. Tənqid 
yaxşı  şeydir. Tənqid olmayan yerdə inkişafdan, tərəqqidən danışmağa dəyməz. Ancaq qərəzçilik
mənafebazlıq bağışlanmazdır. Ələlxüsus cəmiyyətin güzgüsü sayılan mətbuat işçiləri üçün. 
Son yaxtlar Mədəniyyət Nazirliyinin ünvanına yazılan yanlış, qərəzli yazıları oxuduqca təəssüf 
və təəccüb hissi keçirməyə bilmirəm. Təəssüf edirəm ki, yaxşıların vaxtında qədrini bilmirik, yerli-
yersiz atmacalarla, söz-söhbətlə qanını qaraldıb, ömrünü baltalayırıq. Rəhmətlik  şairimiz Cabir 
Novruz demiş, sağlığında qiymət verə bilmədiklərimızə sonradan heykəl də qoysaq, faydasızdır. 
Bəyəm yaxşının qədrini pisi görəndən sonra bilmək lazımdır? 
Təəccüblənirəm ona görə ki, axı  Mədəniyyət Nazirliyinin gördüyü işlər göz qabağındadır. Bu 
nazirliyin gördüyü işlərə başqa nazirliklər həsəd apara bilər. Mən bu işləri sadalamaq fıkrində 
deyiləm. Bu işlər haqda hər gün televiziyalar, mətbuat orqanları  məlumat verir. Hətta qərəzli 
yazıların içində də bu işlər haqda məlumatlar tapmaq olar. Amma bir deyim də var ki, «görülən iş 
haqda çоx danışılar». Doğrudan da belədir. inkişaf olan, çox işlər görülən sahədə söz-söhbət də çox 
olar. Bu cür yazıların olmasında təbii bir qanunauyğunluq da var. Amma hərdən o qədər insafsızlıq 
edirlər ki, dillənməyə bilmirsən. Mədəniyyət Nazirliyinin bütün ömrü yollarda, yad ölkələrdə, 
ailədən, doğmalardan uzaqlarda, gərgin iş  şəraitində keçən rəhbərlərinin özəl həyatı, sağlamlığı, 
şəxsi qayğıları ilə məşğul olmağa vaxt və imkan tapmadıqlarını bilən varmı? 
Müharibə gedən bir ölkədə mədəniyyətin inkişafı ən kəsərli silahdır. Bəzən siyasətçilərin kəsərli 
dilinin anlada bilmədiyini mədəniyyətin zərif dili çox gözəl anladır. Azərbaycan dərdlərini, Qarabağ 
həqiqətlərini bütün dünyaya çatdıranlardan bəlkə də birincilər mədəniyyəlçilərdir. Heç olmasa, bu 
ağır zamanda vətəndaşlıq hissimiz şəxsi hisslərimizdən yüksəkdə dura bilsin, mədəniyyətimizin 
inkişafına mane olmayaq. Və bir də, bir sözü deyib, bir işi görəndə, keçmişə nəzər salaq, ulularımızı 
xatırlayaq. Azərbaycan incəsənətini, musiqisini göylərin yeddinci qatına qaldırmış, vətənə minlərin, 
milyonların verə biləcəyindən qat-qat artıq xeyir vermiş, əbədi şöhrət gətirmiş dahi Bülbülümüzün 
ruhuna hörmət edək. Bizlərə  əmanət etdiyi öyladına Bülbül saflığı ilə yanaşaq, insafla danışaq, 
ədalətli olaq. Xaricdə kifayət qədər düşmənlərimiz varsa, niyə özümüz-özümüzə düşmən olmalıyıq 
axı? 
Bizim ən böyük bəlalarımızdan biri də Azərbaycanın tarixində silinməz izlər qoymuş görkərmli 
şəxsiyyətlərimizin arasında uzun müddət davam edən şəxsi intriqalar, incikliklərdir. Məncə, burda 
da lap qədimdən bu günə  qədər mahir bir düşmən  əli gözə-görünməyən tor qurur, bu saf qəlbli, 
dərin dünyagörüşə, ancaq uşaq sadəlövhlüyünə malik insanları bir-birinə qarşı qoyur. Birlikdə 
xarüqələr yarada bilən insanları ayırmaqla, Azərbaycanı da parçalayır, gücdən salırlar. 
İndi çox tez-tez işlədilən bir ifadə məni Qarabağ dərdi kimi yandırıb yaxır. Polad Bülbüloğlunun 
Rəşid Behbudova qısqanclıq etdiyinə ölsəm də inanmaram. Ömrü boyu yaxşılıqlar, xeyirxahlıqlar 
edən, istedadları üzə çıxarıb məhəbbətlə yetişdirən dahi Bülbülün ocağından köz götürən bir oğul 
belə  xırda hisslərlə yaşaya bilməz. Vaxtilə Bülbülün kiçik qardaş  qədər sevdiyi, köməkliklər 
göstərdiyi Rəşid Behbudov kimi bir sənətkarı ancaq sevə və fəxr edə bilər. Bu cılız hissləri bayağı 
kəlmələrə çevirənlər heç olmasa, əsir  Şuşamıza, yaralı Qarabağımıza hörmət qoysunlar. Hər iki 
sənətkarı bağlayan ən incə və möhkəm tellərdən biri də bu müqəddəs torpaqdır. 
Qarabağ boyda dərdi olan, qızı-gəlini erməni  əsirliyində  işgəncə  çəkən bir millətin belə dedi-
qodu, xırda qeybətlərlə məşğul olması ən azı cinayətdir. 
 
«Еksprеss» qəzеti, 4 mart 2003-cü il
 
 
 
 
PAYIN ÇОX ОLSUN, FLОRA XANIM 
 
Dünyanın məsuliyyətli və  şərəfli peşələrindən sayılan jurnalistika çox təəssüf ki, bu gün öz 
acınacaqlı dövrünü yaşayır. İndi bu sənət ən asan və yüngül sənət hesab olunur. Cümlə qurub yazı 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə