Dünyada hərənin öz xarakteri, öz dünyası olan çoxlu sayda insan-lar var



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə51/60
tarix18.06.2018
ölçüsü5,01 Kb.
#49479
1   ...   47   48   49   50   51   52   53   54   ...   60

 
163
əvvəl deyil, 5-10 il əvvəl itirdiyimiz soydaşlarımıza və  ən başlıcası, hər  şeydən qiymətli 
torpaqlarımıza beləcə yana biləydik. 
Elə problemiər də var ki, ümumi xarakter daşıyır və hər iki ölkədə eyni səviyyədədir. Məcburi 
nüsxələrin qeyri-tamlığı belə problemlərdəndir. Bizdə olduğu kimi, onlarda da məcburi nüsxələrin 
komplektləşdirilməsi 70, 75%-i təşkil edir. Bütün bunlara nəzarət etmək isə çox çətindir. 
Fondların köhnə, öz aktuallığını itirmiş  ədəbiyyatdan təmizlənməsi məsələsi də rusiyalı 
həmkarlarımız tərəfindən peşəkarcasına həll olunmuşdur. Rusiyanın 7 bölğəsində Repozitar Mərkəz 
yaradılıb. Gec-gec soruşulan, az istifadə olunan, lakin əhəmiyyətli hesab olunan ədəbiyyat seçilir və 
bu mərkəzlərdə toplanaraq, istifadəsi təmin olunur. 
Mütəxəssis kadrların hazırlığı, ixtisasının artırılması  məsələsi də ön plandadır. Kitabxanaçılıq 
fakültəsi hər il 25 nəfər məzun buraxır və onların da əksəriyyəti qeyri-sahələrdə işləməyə gedirlər. 
Kitabxanalarda isə başqa ixtisas sahibləri işləməli olur. Onların isə ixtisas təhsilinə ehtiyacı 
olduğunu nəzərə alıb, ixtisasartırma kursları fəaliyyət göstərirlər. Həm də kitabxanalarda da dövrün 
tələbi ilə yeni-yeni ixtisaslar yaranır. Məsələn, referent-analitik, kitabxanaçı-biblioqraf-pedaqoq, 
texnoloq-biblioqraf, biblioqraf-menecer kimi ixtisaslara yiyələnmək üçün mütləq oxumaq lazımdır. 
«Mədəniyyət» qəzеti, 7 may 2005-ci il №16 (379) 
 
 
 
ÖZ HÜQUQUMUZU ÖZÜMÜZ QОRUYAQ 
 
Dünyada yəqin ki, müharibəyə  ən çox nifrət edən, müharibə sözündən  ən çox dəhşətə  gələn 
məxluq qadındır. Çünki bütün müharibələrdə ən çox itirən də qadındır. Qadın ata itirir, qardaş itirir, 
oğul itirir muharibədə. Bəlkə, bu itkilərin göynəyidir müharibəyə sonsuz nifrəti yaradan, sülhə 
yana-yana səsləyən bəşəriyyəti. Qadın müharibədən kənarda qala bilmir. Döyüşəni də, 
döyüşməyəni də müharibə adlı «səhnədə» əsas, aparıcı rol oynayır. Kişilər döyüşən qadınlara baxıb 
daha da döyüşkən, mübariz olurlar. Döyüşməyən qadınlar da döyüşə yola saldıqları  ərlərin, 
oğulların ürəyində əzm, güc yaradan varlıq kimi ön cəbhədə vuruşurlar. 
Qadın üçün müharibə xoşbəxtlik, səadət sarayını uçuran, insan ömrünün ən xoş anlarını udan, 
qana susayan, qan qusan əjdahadır. Bu əjdahaya can verən, qol-qanad verən insanlardır və bu 
insanlara qarşı üsyan edir, onları insafa, ədalətə, insanlığa çağırır qadınlar. Sülhün, əmin-amanlığın 
bərqərar olması üçün qadın bütün həyatını verər. Təki əzizləri, doğmaları xoşbəxt yaşasın. 
Ana ürəyinin ağrılarını, 
İçini qovuran yanğılarını 
Dəqiq ölçə bilən, 
Göstərə bilən 
bir cihaz ixtira 
olunsa əgər, 
Bəlkə də son qoyar 
Bu qana bəşər. 
Çox təəssüf ki, 10 ildən yuxarıdır ki, Azərbaycan qadını müharibə dəhşətini yaşayır, müharibə 
yaralarını, ağrılarını daşıyır. Atəşkəs güllə səslərini, kütləvi qırğınları dayandırıbsa da, müharibəni, 
onun od-alovunu söndürməyib. Müharibə anaların ürəyində, qəlbində  qırğınlar törədir, qanlar 
axıdır. Vətən həsrətinə, yurd itkisinə dözməyib dünyadan vaxtsız köçən insanlar müharibə 
qurbanları deyilmi? Didərginlik, qaçqınlıq möhnətindən erkən qocalan, qəddi əyilən cavanlar, yetim 
dərdindən beli bükülən gəlinlər, ailə qurmaq, ana olmaq səadətindən məhrum olan qızlar müharibə 
qurbanları deyilmi? Kim deyir ki, qurtarıb müharibə, kəsilib qan? Çoxlarının bu müharibədən 
xəbəri yoxdur, bu qanı görmür. Çünki mərkəzlərdə müharibədən xəbər verən, mübarizəyə səsləyən, 
vətənpərvərlik hissini coşduran təbliğat qənaətbəxş  səviyyədə deyildir. Nə yaxşı ki, president 
seçkiləri ərəfəsində televiziya kanalları bu mövzuya ötəri, müvəqqəti də olsa toxunurdular, seçkilər 
qurtardı, sanki müharibə də «qurtardı». Küçələrdə, metrolarda, televiziya və radioda nəyin istəsən 


 
164
reklamını görə bilərsən. Təkcə anası ölmüş  Vətəndən, tapdaq altında inləyən Qarabağdan başqa. 
Hər kəs sayəsində böyük sərvət tоpladığı malını reklam elətdirir, onun üçün pul xərcləyir. Bəzi 
televiziya kanalları şit, bayağı verilişləri, əttökən reklamları ilə mənəviyyatımıza ziyan vurur. Sonra 
xalqın mənəviyyatına vurulan ziyanı düzəltmək çox çətin olur, bəzən də mümkünsüz olur. 
Dünyada insan haqlarını qoruyan, hüquqlarını müdafiə edən gözəl-gözəl qanunlar mövcuddur. 
Bu qanunların keşiyində duran təşkilatlar da çoxdur. Belə qanunlar, belə təşkilatlar artır. Hər kəs öz 
hüququnu bilib onun keşiyində dayana bilsə qanunu pozanlar qarşısında gücsüz olmazlar. 
 
«Yaddaş» qəzеti, 8 may 2004-cü il №9 (12) 
 
 
GƏRƏK DÜNYA SÜLH DЕSİN! 
 
Uzun  əsrlər boyu bəşəriyyətin  ən parlaq ağıl, zəka sahibləri sülh fəlsəfəsini işləyib 
əsaslandırmağa can atsalar da, bəşəriyyətin sülh haqqında arzusu əlçatmaz ucalıq, fəth 
edilməmiş zirvə,  şirin bir röya olaraq qalmışdır. Bu röya gerçəkləşməsə dünyanın sabahına 
ümid get-gedə azalır.  İllər,  əsrlər ötdükcə müharibələrin vurduğu ziyanlar artır.  Əgər XIX 
əsrdə müharibə nəticəsində hər 1000 nəfərdən 15-i həlak olurdusa, XX əsrdə həlak olanların 
sayı 90-a çatırdı. XXI əsr də ürəkaçan nəticələr vəd etmir. Qəribə, təəccüblü bir təzad 
qarşısında mat qalırsan. Bəşəriyyətin bir əli qurub yaradır, bir əli isə vurub-dağıdır. Bu 
qurub-yaradanla vurub-dağıdan əllərin mübarizəsi isə bitib tükənmir. Məğlub kimdir, qalib 
kim? Anlamaq çətindir. 
Dünyanın bu təzadlarla dolu vaxtında «dünyanı gözəllik xilas edəcək» ifadəsinə inanmaq və 
razılaşmaq çox çətindir. Bu qanlı çaxnaşmalarda, siyasi intriqalarda ilk növbədə  məhv olan elə 
gözəllikdir. Gözəlliklər diyarı Azərbaycanın cənnət Qarabağının başına gətirilənlər bunu bir daha 
təsdiq edir. Xalqların  əsrlər boyu yaratdıqları milli-mənəvi sərvətləri bircə anda yox edən, xalqın 
tarixini yaşadan tarix-mədəniyyət abidələrini, təbii sərvətlərini dağıdan müharibələr hələ ki, cövlan 
edir, onun qabağını alacaq qüvvə isə görünmür. 
Hər dəfə ulu keçmişimizdən soraq verən, tariximizi, mənəviyyatımızı əks etdirən abidələrimizin 
aqibətini düşünəndə,  İncəsənət Muzeyinin həyətində dahi Üzeyir bəyin, Bülbülün, Natəvanın 
güllələnmiş heykəllərini görəndə özümü alçalmış, təhqir olunmuş hiss edirəm. Ağır bir hiss qəlbimi 
əzir, qürurumu sındırır. Bu heykəllərə atılan güllə bütöv Azərbaycan xalqına atılmış, bir xalqın 
ürəyini dəlib keçmiş güllədir. Dünyada hüququ tapdalanmış, heysiyyəti alçaldılmış tək Azərbaycan 
xalqı deyil, bir çox xalqlar var ki, illərdir öz hüququnu müdafiə edib, azad, rahat həyata qovuşa 
bilmir. Hər zamanın, dövrün müharibəyə, sülhə öz yanaşma metodu olub və  təəssüf ki, bu 
metodların heç biri özünü doğrultmayıb. Bizim zamanımız isə tamam başqa bir yanaşma metodu 
tələb edir. Dünyanı yalnız bu gün humanist, insanpərvər ideyalar və onların həyata keçirilməsi xilas 
edə bilər. Bugünkü reallıq bəşəriyyətin birdəfəlik məhv olmaq təhlükəsini diqtə edir. Yox olmamaq 
naminə  əbədi və dönməz sülhə nail olmaq bəşəriyyətin ilkin vəzifəsidir. Bunun üçün birinci 
növbədə ürəkləri və beyinləri sülhə hazırlamaq lazımdır. Bu hazırlıq prosesində qadınlar başlıca rоl 
oynamalıdır. 
Müasir dövrün müharibəyə qarşı  ən gözəl üsulu sülh mədəniyyətini dünya miqyasında 
formalaşdırmaq və inkişaf etdirməkdir. Müharibə  mədəniyyəti insanlar tərəfindən düşünülərək 
tapılıb inkişaf etdirilmişsə, məhz həmin insanların özləri də sülh mədəniyyətini də düşünüb taparaq 
inkişaf etdirə bilərlər. Hər hansı sosial məqsədə nail olmaq üçün bu sahədə maarifləndirmə  tələb 
olunur. Sülhə nail olmaq istəyən dünya sülh mədəniyyətinin vacib bir sahə kimi bütün təhsil 
ocaqlarında tədrisinə başlamalıdır. Sülh mədəniyyətinə o zaman nail olmaq mümkün olacaq ki, 
dünya vətəndaşları qlobal problemləri başa düşsünlər, insan haqları, irqi bərabərlik üzrə beynəlxalq 
standartları bilsinlər və onlara uyğun yaşasınlar, mədəniyyətlərin müxtəlifliyini dəyərləndirsinlər. 
Yer kürəsinin bütövlüyünə hörmət etsinlər. Belə birliklərə məqsədyönlü, davamiyyətli sülh təhsili 
keçilmədən nail olmaq mümkün deyil. Bu təhsilin vacibliyi hələ YUNESKO-nun üzvü olan 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə