Dünyada hərənin öz xarakteri, öz dünyası olan çoxlu sayda insan-lar var



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə39/60
tarix18.06.2018
ölçüsü5,01 Kb.
#49479
1   ...   35   36   37   38   39   40   41   42   ...   60

 
135
 


 
136
QARABAĞ ÜZÜNTÜLƏRİNDƏN SƏTİRLƏR 
 
Ədəbiyyat hər bir xalqın məişətini, mədəniyyətini, mənəviyyatını, tarixini əks etdirən, gələcəyə 
aparan ən gözəl vasitədir. Ədəbiyyat insanlar arasında əlaqə yaratmalı, onların hisslərni oyatmalı və 
düşündürməyi bacarmalıdır. Aqillərdən biri deyib ki, bəşəriyyətin sosial problemləri haqda 
düşünən, narahat olan insanlar ədəbiyyatla məşğul olmalı, yazmalıdır.  Ədəbiyyatın  əbədiliyi onu 
yaradandan çox asılıdır. Hər bir əsər bir nəslin digər nəslə  vəsiyyətidir. Oxucu oxuduğu  əsərdə 
özünü, öz tarixini, mədəniyyətini, mənəviyyatını görməlidir və öyrənməlidir.  Ədəbiyyat  ən gözəl 
tərbiyəçi və müəllim olmalıdır.  Ədəbiyyatın bir vəzifəsi də  mənsub olduğu xalqın tarixini 
yaratmaqdır. Çox qəribədir ki, tarix kitablarında, dərsliklərdə oxuduğumuz tarixi hadisələr o qədər 
çox yadımızda qalmır, amma bədii  əsərlərdə oxuduğumuz hadisələr bizə daha çox təsir edir və 
yadda qalır. 
Taleyinin ən təlatümlü anlarını yaşayan Azərbaycanımızın bu günkü tarixini tarixçilərlə bərabər 
ədəbiyyatçılar da yazmalıdır, yaratmalıdır. Gələcək nəsil bu günün acı  həqiqətlərini, xalqımızın 
yaşadığı müsibətli taleyi yazılan  əsərlərdən, kitablardan, öyrənməlidir. Keçmişini bilməyən nəsil 
gələcəyini yarada bilməz. Bəzən deyirlər ki, tarixi hadisələr haqda müəyyən bir dövr keçdikdən 
sonra yazmaq lazımdır, məncə bu yanlış fikirdir. Yaraların ağrısı  səngimədən, korşalmadan bu 
günün tarixini elə bu gün yaratmaq lazımdır. Çağdaş ədəbiyyatımızdan gileylər, narazılıqlar olsa da 
müəyyən işlər görülür, bu səpgidə  əsərlər yazılır. Bu yaxınlarda kitabxanamıza daxil olmuş yeni 
kitabların içərisində biri diqqətimi çəkdi. Kitabın adı  qəlbimin ağrılı nöqtəsini sızlatdı  və  mən 
oxumağa başladım. Kitabı oxuduqca 1994-cü ilin         3 iyulunda Bakı Metropoliteninin «28 May» 
və «Gənclik» stansiyaları arasında baş vermiş terror aktını və bu faciədə tanıdığım, bildiyim neçə 
ailənin çəkdiyi müsibətləri dönə-dönə xatırladım, düşmənə nifrət hissim birə-beş artdı. Söhbət gözəl 
şair, alleqorik əsərlər müəllifi kimi tanıdığım və hörmət etdiyim Mərkəz Qacarın «Metroda terror» 
sənədli povesti haqqındadır. Kitabda faciənin baş  vеrmə  səbəbləri, onu törədənlər haqda dəqiq 
məlumatlarla bərabər, bu hadisənin açılmasında, günahkarların üzə çıxarılmasında müstəsna əməyi 
olan hüquq mühafızə işçiləri haqda da məhəbbətlə yazılıb. Çox vaxt hadisə və günahkarlar haqda 
hamı bilir, ancaq bu işdə əmək qoyub, ömür sərf edənlər haqda heç kəs heç nə bilmir. Bu isə bir 
qədər ədalətsizlik olur. Povestin qəhrəmanı Azərbaycan Respublikası Prokurorluğunun müstəntiqi 
Namiq Həsənov belə insanların ümumiləşmiş obrazıdır və ən təsirlisi odur ki, bu obraz, müəllifin 
təxəyyülünün məhsulu deyil, hər gün rastlaşdığımız, təmasda olduğumuz müasirimizdir. Əsərdə 
insanın qəlbini titrədən, düşündürən dərin psixoloji məqamlar çoxdur. Sanki son illərdə xalqımızın 
yaşadığı bütün bəlaların kökünü görürük və ayıq-sayıq olmağa daxili ehtiyac duyuruq. Sözün həqiqi 
mənasında böyük vətəndaş yanğısı ilə yazılmış əsər öz oxucusunu da bu ruhda kökləyir. Əsərin ən 
maraqlı yerlərindən biri böyük səriştəyə malik olan müstəntiq Namiq Həsənovun, elə istintaqın ilk 
anlarından, zərərçəkmiş Hüseyn Həsənovu dindirməyi, onun ifadəsinə əsasən təxribatçının rəssam 
vasitəsi ilə şəklini çəkdirməyi və  həmin  şəklin  əsasında təxribatçının fotorobotunun hazırlanması, 
cəld surətdə Respublikanın və xarici dövlətlərin hüquq mühafizə orqanlarına göndərməsi, sоnralar 
həmin cinayət işinin açılmasında və çinayətkarın ifşa  еdilməsində böyük rоl  оynayıb. Müstəntiq 
Namiq Həsənovun 1996-cı ildə еrməni əsirliyindən azad edilmiş 7 nəfərlə apardığı iş zamanı, yəni 
həmin şəxslərin dindirilməsi zamanı, təxribatçının fotorobotunu onlara təqdim edib, onlardan Famil 
Əliyev adlı  şəxs, fotorobotdakı  şəxsin onunla birlikdə Xankəndində  əsir olan və  həbsxanada bir 
kamerada yatan, milliyyətcə  ləzgi, Aslanov Azər Salman oğlu olduğunu göstərmişdir. F.Əliyev 
həmçinin göstərib ki, A.Aslanov Ermənistan və Dağlıq Qarabağ xüsusi xidmət orqanlarının 
əməkdaşları ilə  sıx  əlaqə yaradıb, onların tapşırıqlarını canla-başla yerinə yetirib. Demək olar ki
işin açılmasında yeganə açar rolu oynamış fotorobotun hazırlanması müstəntiq Namiq Həsənovun 
kriminalistika elminin nailiyyətlərindən bacarıqla istifadə etməsinin nəticəsidir. 
Müəllif  əsərdə  həmçinin erməni xislətini, onların tarixən dünya xalqlarına vurduqları qanlı 
zərbələri bir daha böyük ustalıqla oxuculara çatdırır. 
Bu yazıçının ən böyük uğurudur. Əslində yazıçının məqsədi öz hiss və düşüncələrini oxucusuna 
təlqin etmək, onu öz duyğularının təsirinə salmaqdır. Məqsədinə çatan yazıçı xoşbəxtdir. Kitab 


 
137
yazmaq, nəşr etdirmək işin bir hissəsidir, oxucuya çatdırmaq, oxucunun malı etmək isə  işin  əsas 
hissəsidir. Mən bu mənada Mərkəz müəllimi xoşbəxt yazıçı sayıram və onunla fəxr edirəm. Mərkəz 
müəllim çox məhsuldar və  hərtərəfli  şairdir-yazıçıdır. Onun yaradıcılığı haqda əsas sözü 
ədəbiyyatşünaslar deyəcəklər. Mən sadə bir оxucu-kitabxanaçı fikrimi bildirməklə  vətəndaşlıq 
borcunu yerinə yetirməyə çalışdım. Mərkəz müəllimin bir çox müəlliflərə örnək ola biləcək bir 
xüsusiyyətini də demək istəyirəm.  О çap olunmuş bütün əsərlərinin ilkin nüsxələrindən 
M.F.Axundov adına Milli kitabxanaya birinci göndərir. 
Bu onun əsl ziyalı olduğuna dəlalət edir. Biz kitabxanaçılar da onun əsərlərini sevə-sevə təbliğ 
edirik. Mərkəz müəllimə çoxşaxəli yaradıcılıq yollarında yeni-yeni uğurlar və can sağlığı 
arzulayırıq. 
Qəlbinin səsi ilə, ürəyinin işığında yazdığı gözəl-gözəl əsərlərinin yolunu gözləyirik. 
 
«525-ci qəzеt», 30 iyul 2004-cü il 
 
 
 
AZƏRBAYCANDAN UZAQDA AZƏRBAYCAN OLAN OĞUL 
  
Son vaxtlar gənclərimizdə  vətənpərvərlik və milli qeyrət hissinin azlığından gileylənir, 
narahatlıq keçiririk. Əlbəttə, bu, narahat olmalı, düşünməli məsələdir və hardasa bu cür 
düşünməkdə bir qədər haqlıyıq.  İşğal altında qalan torpaqlar, mübarizlik əhval-hiyyəsinin azlığı, 
özümüzün-özümüzdən narazı olmağımıza haqq verir. Ancaq nə yaxşı ki, vətən, xalq mənafeyini 
həmişə, hər yerdə qorumağı bacaran, ürəyi milli qeyrət hissi ilə çırpınan gənclərimiz bü gün də var. 
Amerika kimi nəhəng bir ölkədə Azərbaycan adını, Azərbaycan bayrağını zirvələrə qaldıran 19 
yaşlı Ramil Babayev bunu bir daha sübut etdi. 
Ramil ABŞ Dövlət Departamentinin maliyyəsi ilə Azadlığa Dəstək Proqramı  çərçivəsində 
Beynəlxalq Mübadilələr və Tədqiqatlar Şurası tərəfindən idarə olunan tələbə mübadiləsi proqramı 
üzrə Corciya Universftetində təhsil ahr. Universitetdə hər il ənənəvi «Beynəlxalq gün» adlı tədbir 
keçirilir. Həmin tədbirdə müxtəlif ölkələrdən gəlmiş  tələbələr öz ölkələri haqqında universitet 
ictimaiyyətinə,  şəhər  əhalisinə  məlumat verirlər. Tədbir zamanı  tələbələrin mənsub olduqları 
ölkələrin bayraqları universitetin qarşısından asılır. Bu tədbirdə Ramil də çıxış etməli, Azərbaycan 
haqqında tələbə dostlarına məlumat verməli idi. Tədbirdən bir gün qabaq bayraqlar arasında 
Azərbaycan bayrağını görməyən Ramil gərhal tələbələrin fəaliyyətini əlaqələndirməklə məşğul olan 
«İnternational Оffise» gedib bunun səbəbi ilə maraqlanır. 
Bayrağın sifariş olunduğunu və  hələ  gəlib çıxmadığını desələr də, Ramil qətiyyətlə: «Mənim 
ölkəmin bayrağı ordan asılmasa, mən çıxış etməyəcəm» - deyə etirazını bildirir. Onun bu qətiyyəti 
qarşısında aciz qalan təşkilat ertəsi gün bayrağı  təyin olunan yerdən asmalı olur. Ramil tədbirdə 
«Koroğlu» uverturası sədaları altında ingilis dilində Azərbaycanın himnini səsləndirir və çıxışının 
sonunda diz çökərək 4 dəfə bayrağımızı öpərək gözünün üstünə qoyur. 
Tədbir iştirakçıları bu gənc azərbaycanlının milli qeyrət, fədakarlıq hissini qibtə  və  həsədlə 
alqışlayıblar. Ramilin bu tədbirdə hamıdan seçilməsi Corciya ştatının yerli telekanallarından birini 
maraqlandırıb və ona xüsusi veriliş həsr edib. Bu veriliş təkcə Ramilə həsr olunmuş veriliş deyil, 
bütöv Azərbaycana həsr edilmiş verilişdir. Bir xalqı, bir ölkəni özündə, öz davranışında əks etdirə 
bilən oğulun atası, anası olmaq səadəti hər kəsə  nəsib olmur. Amma bu səadət təkcə Avtandil 
müəllimə, Vəfa xanıma deyil, hamımıza aiddir və Ramil hamımızın övladıdır. Köksümüzü iftixarla 
qabardan, gözümüzü sevinc yaşları ilə dolduran oğullarla bütün xalq fəxr edir. Ramilin ABŞ 
mətbuatında Azərbaycanımızla bağlı məqalələr dərc etdirməsi də təqdirəlayiqdir. 
Gürcüstanın Marneuli rayonunda doğulan, Bakıda orta təhsil alan, Amerikada ali ixtisasa 
yiyələnən Ramilin xoş sorağını hələ çox eşidəcəyik. Ramil valideynlərini, həyatı qədər çox sevdiyi 
xalqını hələ çox sevindirəcək. Hələ çox deyəcəyik: «Üzün ağ olsun ata, ana, üzün ağ olsun vətən, 
belə oğullar böyütdüyünə görə». 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə